Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı


 Digər status                           (Məlumat kitabçasının 133-cü səhifəsi)



Yüklə 1,45 Mb.
səhifə118/122
tarix28.12.2021
ölçüsü1,45 Mb.
#15190
1   ...   114   115   116   117   118   119   120   121   122
4.12. Digər status                           (Məlumat kitabçasının 133-cü səhifəsi) 

AİHM,  Kiyutin  Rusiyaya qarşı

(No. 2700/10), 10 Mart 2011

(ECtHR, Kiyutin v. Russia

(No. 2700/10), 10 March 2011)

Ərizəçi, özbək vətəndaşı, 2003-cü ildə Rusiyaya gəlmiş və qızının anası

olan Rusiya vətəndaşı ilə evlənmişdi. Onun Rusiyada yaşamaq icazəsi

almaq üçün müraciəti İÇV-pozitiv çıxması səbəbi ilə rədd edildi. AİHM daha

əvvəl  qəbul  etmişdi  ki,  fiziki  əlillik  və  sağlamlıqda  olan  müxtəlif

199


Yeni məhkəmə işləri (iyul 2010-dekabr 2011)


çatışmazlıqlar  14-cü  Maddənin  əhatə  dairəsinə  aiddir  və  bu  yanaşma

beynəlxalq  ictimaiyyətin  ifadə  etdiyi  mövqe  ilə  eyni  sıradadır.  Müvafiq

olaraq,  İÇV  infeksiyası  da  daxil  olmaqla,  sağlamlıq  statusuna  görə

fərqləndirmə “digər status” ifadəsi ilə əhatə olunurdu və 14-cü Maddə 8-ci

Maddə  ilə  birlikdə  tətbiq  oluna  bilərdi.  Ərizəçi  Rusiyada  ailə-əsaslı

yaşamaq icazəsi almaq istəyənlərlə eyni vəziyyətdə idi, amma İÇV-pozitiv

statusuna  görə  ona  fərqli  davranılırdı.  Bu  sahədə  dövlətlərin  mülahizə

sərbəstliyi çox məhdud idi, çünki İÇV ilə yaşayan insanlar xüsusi həssas

qrup  idi  ki,  keçmişdə  ciddi  ayrı-seçkiliyə  məruz  qalmışdılar  və  onların

yaşamaq icazəsindən məhrum edilməsi ilə bağlı Avropa konsensusu  yox

idi. Ictimai sağlamlığı qorumaq kimi legitim məqsədlə məhdudlaşdırma

tədbirlərini  qəbul  etmələrinə  baxmayaraq,  səhiyyə  ekspertləri  və

beynəlxalq orqanlar razılaşırdılar ki, İÇV-pozitiv olan insanların səyahət

etmələrinə məhdudiyyətlər ictimai sağlamlığa istinad olunaraq əsaslandırıla

bilməz. Baxmayaraq ki, belə məhdudiyyətlər xolera və ya sarı qızdırma

kimi qısa inkubasiya dövrü keçirən yoluxucu xəstəliklər üçün səmərəli ola

bilər, İÇV-pozitiv olan şəxsin ölkədə sadəcə mövcudluğu ictimai sağlamlıq

üçün təhlükə ola bilməz. İÇV təsadüfən deyil, xüsusi davranış nəticəsində

keçir  və  xəstəliyin  başqasına  keçməsi  üsulları  şəxsin  ölkədə  qalma

müddəti və vətəndaşlığından asılı olmayaraq eynidir. Bundan başqa, İÇV

ilə  bağlı  səyahət  məhdudiyyətləri  turistlərə  və  ya  qısa  müddətli

səyahətçilərə və ya xaricdən qayıdan Rusiya vətəndaşlarına tətbiq olun-

mur, halbuki onların miqrantlardan daha az təhlükəsiz davranışla məşğul

olmalarını güman etməyə heç bir səbəb yoxdur. Eləcə də, İÇV pozitiv olan

uzun-müddətli rezidentlərlə qısa-müddətli səyahətçilərə fərqli münasibət

birincinin dövlət tərəfindən maliyyələşdirilən səhiyyə sistemindən daha çox

tələblər irəli sürə biləcəyi ilə obyektiv olaraq əsaslandırıla bilsə də, bu ar-

qument Rusiyada irəli sürülə bilməz, çünki qeyri-Rusiya vətəndaşlarının

təcili yardımdan başqa heç bir pulsuz tibbi yardım almaq hüququ yoxdur.

Məhkəmənin daha sonra tədqiq etməli olduğu məsələ məhdudlaşdırma

tədbirinin gizli və qarışıq təbiəti idi. İÇV-pozitiv olan qeyri-vətəndaşların de-

portasiya olunması müddəaları konkret halların faktlarına əsaslanan fərdi

qiymətləndirmə aparmağa yer qoymurdu. Ərizəçinin vəziyyətində daxili

səlahiyyətli orqanlar onun ərizəsini,  onun sağlamlıq vəziyyətini və Rusiya

ilə  ailə  bağlarını  nəzərə  almadan,  sadəcə  qanununun  müddəalarına

əsaslanaraq rədd ediblər. Bütün bunları nəzərə alaraq, AİHM bildirdi ki,

ərizəçi sağlamlıq vəziyyətinə (səhhətinə) görə ayrı-seçkilyə məruz qalıb.

200


Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı



Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin