3.4.4. Məhkəmə sisteminə çatımlılıq
Məhkəmə sisteminə çatımlılıq mal və xidmətlərin bir hissəsi olaraq birbaşa
şəkildə ayrı-seçkilik əleyhinə direktivlərdə vurğulanmasa da, bunun Dövlət
tərəfindən ictimaiyyətə ödəniş müqabilində göstərilən xidmət olması hesab
olunur. Nəhayət, ayrı-seçkilik əleyhinə olan direktivlər vətəndaşların
direktivlər üzrə pozulmuş hüquqlarının bərpası, müdafiəsi üçün müraciət
etmələrinə şərait yaradacaq məhkəmə və/və ya inzibati prosessual sis-
temin yaradılmasını dövlətlərin üzərinə öhdəlik kimi qoyub.
143
Bundan
əlavə, Aİ hüququnun ən vacib prinsiplərindən biri ondan ibarətdir ki, hər bir
şəxs Aİ hüququndan irəli gələn “səmərəli məhkəmə müdafiəsi
hüququ”ndan bəhrələnməlidir.
144
Beləliklə, hətta məhkəmə sisteminə
çıxışın mal və xidmətlər kateqoriyasına daxil olduğunu söyləmək mümkün
olmasa da, məhkəmə sisteminə çıxışın direktivlərin icrası nöqteyi-
nəzərindən sərbəst bir hüquq kimi (ayrı-seçkiliyi sübuta yetirmək tələbi ol-
madan) mövcud olduğunu söyləmək mümkündür.
89
Avropa ayrı-seçkilik əleyhinə hüququnun əhatə dairəsi
_____________________________________
143. Maddı 9(1), Bərabərlik üzrə Əmək Direktivi; Maddə 17(1), Gender Bərabərliyi Direktivi (Recast);
Maddə 8(1), Mal və Xidmətlər üzrə Gender Direktivi; Maddə 7(1), İqri Bərabərlik Direktivi
144. Bax, məsələn AƏM, Vassilakis and digərləri Dimos Kerkyras qarşı İşi C-364/07 [2008] ECR I-90,
12 İyun 2010; AƏM, Sahlstedt və digərləri Komissiyaya qarşı İşi C-362/06 [2009] ECR I-2903, 23 Aprel
2009; AƏM, Angelidaki və digərləri Organismos Nomarkhiaki Aftodiikisi Rethimnis, qarşı İşi C-378/07
[2009] ECR I-3071, 23 Aprel 2009.
|