3.4.4.1. Avropa Konvensiyası və məhkəmə sisteminə
çatımlılıq konteksti
AİHK-nın 6-cı Maddəsində məhkəmə sisteminə (ədalət mühakiməsinə)
çatımlılıq ayrıca bir hüquq kimi təsbit edilib. AIHM ədalət mühakiməsinə
çıxış sahəsində ayrı-seçkilik halları ilə bağlı bir sıra işlərə baxıb:
Misal: Paraskeva Todorova Bolqarıstana qarşı işdə yerli məhkəmənin
ərizəçinin məhkumluğunun şərti cəza ilə əvəz edilməsi üzrə
mürəciətindən imtina etməsi və bunun etnik azlıqlar arasında
cəzasızlıq mədəniyyətinin artmasına qarşı tədbir olaraq
əsaslandırılması 14-cü Maddə ilə birlikdə götürüldükdə 6-cı Maddənin
pozulması kimi dəyərləndirilib.
145
Misal: yuxarıda müzakirə olunan Moldovalı və digərləri Rumıniyaya
qarşı (N. 2) işdə mülki və cinayət proseslərinin həddən artıq təxirə
salınması (birinci qərarın verilməsi üçün 7 ilin sərf edilməsi) 6-cı
Maddənin pozulmasına səbəb olub.
146
Ləngimələrin həm çoxsaylı
prosesual səhvlərdən, həm də məmurların romalı (qaraçı) ərizəçilərə
qarşı ayrı-seçkiliyə gətirib çıxaran qərəzli münasibətindən irəli gəldiyi
müəyyən edildi. Bu isə 14-cü Maddə ilə birlikdə götürüldükdə 6-cı
Maddənin pozulması kimi dəyərləndirildi.
Misal: Anakomba Yula Belçikaya qarşı işdə ərizəçinin milli
qanunvericiliyə əsasən məhz Belçika vətəndaşı olmaması
səbəbindən dövlət tərəfindən verilən atalıq müavinətini ala bilməməsi
14-cü Maddə ilə birlikdə götürüldükdə 6-cı Maddənin pozulması kimi
dəyərləndirildi.
147
Burada qeyri vətəndaşların dövlət tərəfindən verilən
tam maddi dəstəyi almaqla bağlı mütləq hüququ olduğu təklif edilmir.
Belə olan şəraitdə AİHM-in belə qərar verməsinə bir neçə faktor təsir
edib. Bu faktorlardan biri də odur ki, hətta baxmayaraq ki, ərizəçi
yaşayış icazəsini yeniləmək prosesində idi, məhz həmin anda yaşayış
icazəsi olmadığına görə ona müavinət verilməsindən imtina edilib.
Əlavə olaraq, AİHM qərarını həm də belə bir faktla əsaslandırdı ki,
90
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
145. AİHM, Paraskeva Todorova Bolqarıstana qarşı (Paraskeva Todorova v. Bulgaria) (No. 37193/07),
25 mart 2010.
146. AİHM Moldovan və Başqaları Rumıniyaya qarşı (Moldovan and Others v. Romania) (no. 2) (N.
41138/98 və 64320/01), 12 iyul 2005.
147. AİHM, Anakomba Yula Belçikaya qarşı (Anakomba Yula v. Belgium) (No. 45413/07), 10 mart 2009,
4.7-ci Fəsildə müzakirə edilmişdir.
ölkədə atalıq işləri ilə bağlı bir il müddətində müraciət etmə
məhdudiyyəti mövcud idi, buna görə də, ərizəçinin müavinət üçün
müraciət etmək məqsədi ilə yaşayış icazəsini yeniləməyə qədər
gözləməsini ehtimal etmək ağlabatan deyildi.
Dostları ilə paylaş: |