Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 1,45 Mb.
səhifə57/122
tarix28.12.2021
ölçüsü1,45 Mb.
#15190
1   ...   53   54   55   56   57   58   59   60   ...   122
P. S. və Cornwall Dairə Şurasına qarşı (P. v. S. and Cornwall County Coun

104


Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı

_____________________________________

170. AİHM, Zarb Adami Maltaya qarşı (Zarb Adami v. Malta) (No. 17209/02), 20 iyun 2006.

171. Geniş şəkildə qəbul olunmuş anlayış ‘Beynəlxalq İnsan hüququnun Cinsi Oriyentasiya və Gender

Mənsubiyyəti ilə əlaqədar tətbiqi haqqında Yogyakarta Prinsipləri’ndən (‘Yogyakarta Principles on the

Application of International  Human Rights law in Relation to Sexual Orientation and Gender Identity’)

götürülmüşdür, mart 2007-ci il, bax: www.yogyakartaprinciples.org/principles_en.htm. Həmin prinsiplər

Beynəlxalq İnsan Hüquqları üzrə müstəqil ekspertlər qrupu tərəfindən qəbul olunmuşdur.

Gender mənsubiyyəti hər bir

şəxsin dərindən hiss etdiyi da-

xili və şəxsi gender təcrübə-

sinə əsaslanır ki, bu da

doğuşdan olan cinslə üst-üstə

düşə də bilər, bilməyə də. Bu-

raya şəxsin bədən duyumu

(yəni, azad şəkildə seçildiyi

halda bədənin xarici

görnüşünün və ya

funksiyasınıntibbi, cərrahi və

ya digər üsullarla dəyişdiril-

məsi) və geyim, nitq və mane-

ralar da daxil olmaqla genderin

digər ifadə formaları da aid-

dir.


171


cil)  işindən  sonra  ayrı-seçkiliyə  qarşı  direktivlərə  görə  ‘cins’  dedikdə

həmçinin  fərdin genderini dəyişmək istədiyinə və ya dəyişdiyinə görə ona

qarşı  ayrı-seçkilik  də  başa  düşüləcək.  Bununla  da  məlum  olur  ki,  AB

hüququ  əsasında  təfsir  olunan  mənada  cins  anlayışı  gender

mənsubiyyətini yanlız dar mənada müdafiə edir.

Misal: K.B. NHS Pensiya Agentliyinə qarşı (K.B. v. NHS Pensions

Agency) işi KB-nin transeksual olan partnyoruna dullar üçün nəzərdə

tutulan pensiyanın verilməsindən imtina edilməsi ilə bağlı idi.

172

Bu

imtinanın səbəbi o idi ki, transeksual cütlük evli olmaq tələbinə cavab



verə  bilməzdi;  həmin  vaxt  qüvvədə  olan  İngilis  hüququna  əsasən

transeksuallar evlənə bilməzdilər.

Ayrı-seçkilik məsələsinə baxarkən AƏM müəyyən etdi ki, burada cinsi

əsasda heç bir ayrı-seçkilik yoxdur, çünki, pensiyanın kimə düşməsini

müəyyənləşdirərkən  kişi  və  ya  qadın  olmaqdan  asılı  olan  heç  bir

əlverişsiz rəftar yox idi. Buna görə də AƏM mülahizəsinin istiqamətini

dəyişdi, və əsas diqqətini evlilik məsələsinə yönəltdi.

Qeyd  olundu  ki,  transseksuallar  həmin  vaxt  evlənmək  iqtidarında

olmayıblar və bu səbəbdən də evli cütlüyün sağ qalan üzvü üçün

nəzərdə  tutulan  pensiyadan  faydalana  da  bilməzdilər,  lakin  ho-

moseksuallar bunu edə bilərdi. AİHM-in baxdığı Christine Goodwin

173


işinə nəzər salındı. Bütün bunları nəzərə alaraq, AƏM o nəticəyə gəldi

ki, sözügedən Britaniya qanunvericiliyi bərabər rəftar prinsipinə uyğun

deyildi, çünki transseksualların onların partnyorlarının ödənişlərinin

bir hissəsindən faydalanmasına mane olurdu. 

Misal: eyni məsələlər Richards işində də ortaya çıxdı.

174


Kişi kimi

doğulmuş  Richards  cinsinin  dəyişdirilməsi  üçün  cərrahi  əməliyyat

etdirmişdi. İş Birləşmiş Krallıqda Dövlət pensiya hüququ ətrafında

yaranmışdı.  Həmin  vaxt  qadınlar  Dövlət  pensiyasını  60  yaşdan

etibarən, kişilər isə 65 yaşdan etibarən alırdılar. Richards 60 yaşında

Dövlət pensiyası üçün müraciət edəndə onun müraciəti rədd edilmiş

və izah edilmişdi ki, hüquqi baxımdan o kişi kimi tanınır və buna görə 

105


Müdafiə olunan əsaslar

_____________________________________

172. K.B. NHS Pensiya Agentliyinə qarşı (K.B. v. NHS Pensions Agency),  İş C-117/01 [2004] ECR I-

541, 7 yanvar 2004.

173. AİHM, Kristin Qudvin  Birləşmiş Krallığa qarşı (Christine Goodwin v. UK) [GC] (No. 28957/95), 11

iyul 2002.

174. AƏM, Riçards İş və Pensiya məsələləri üçzrə Dövlət Katibliyinə qarşı (Richards v. Secretary of

State for Work and Pensions), İş C-423/04 [2006] ECR I-3585,27 aprel 2006.




də  o,  65  yaşına  çatana  kimi  Dövlət  pensiyası  üçün  müraciət  edə

bilməz.  AƏM  müəyyən  etdi  ki,  bu  şəxsin  cinsini  dəyişdirməsinə

əsaslanan qeyri-bərabər rəftar idi və buna görə də sosial təhlükəsizlik

məsələləri ilə bağlı kişi və qadınlara münasibətdə bərabər rəftar prin-

sipinin tətbiqi haqqında Direktivin 4(1)-ci Maddəsinə zidd olan ayrı-

seçkilik hesab olundu.

175

AİHM hələ, gender mənsubiyyətinin qorunan əsaslardan biri kimi 14-cü



Maddə ilə əhatə olunub-olunmadığı barədə qərar qəbul etməli və bunun

yalnız ‘transseksuallara’ aid olduğunu, yoxsa gender mənsubiyyətinin daha

geniş  təfsir  olunduğunu  da  müəyyən  etməlidir.  Bu  o  demək  deyil  ki,

məhkəmə  hələ  ümumiyyətlə  gender  mənsubiyyəti  məsələsi  ilə  məşğul

olmayıb. Belə ki, AİHM müəyyən etmişdir ki, cinsi oriyentasiya kimi gender

mənsubiyyəti də fərdin şəxsi həyatının sahəsinin bir hissəsini təşkil edir və

bu səbəbdən də hökumətin müdaxiləsindən azad olmalıdır.

Misal:  Christine  Goodwin  Birləşmiş  Krallığa  qarşı  və    I.  Birləşmiş

Krallığa qarşı  işləri oxşar faktlarla bağlı idi.

176


Hər ikisi kişidən-qadına

cinsdəyişmə  üçün  cərrahi  əməliyyat  etdirmiş  ərizəçilər  şikayət

etmişdilər  ki,  hökumət  cinslərini  göstərmək  üçün  onların  doğum

haqqında şəhadətnamələrinə dəyişiklik edilməsinə icazə verməkdən

imtina  edir.  Başqa  sənədlərin  və  ərizəçilərin  adlarının  dəyişdiril-

məsinin  mümkün  olmasına  baxmayaraq,  doğum  haqqında

şəhadətnamələr hələ də, iş sahəsi və ya təqaüd kimi cinsin hüquqi

baxımdan uyğun olduğu məsələlərlə bağlı müəyyən məqsədlər üçün

istifadə olunurdu və bu da o demək idi ki, ərizəçilər hüquqla tanınan

cinslərini bildirmək məcburiyyəti qarşısında qalanda xəcalət çəkir və

alçaldılırdılar.  AİHM  (keçmiş  presedent  hüququna  qarşı  çıxaraq)

qərara gəldi ki, bu şəxsi həyata hörmət hüququ və 12-ci Maddə ilə

müəyyən  olunan  evlənmək  hüququnun  pozuntusudur,  lakin  14-cü

Maddənin də pozulub pozulmadığına baxmadı.

Misal: Van Kück işində cinsinin dəyişdirilməsi üçün cərrahi əməliyyat

etdirmiş və hormonal müalicə götürmüş ərizəçiyə özəl sığorta şirkəti 

106

Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı



_____________________________________

175. Şuranın sosial təhlükəsizlik məsələlərində kişi və qadınlara bərabər münasibət prinsipinin proqres-

siv tətbiqi haqqında 79/7/EEC saylı 19 dekabr 1978-ci il tarixli Direktivi, OJ 1979  L 6, p. 24.

176. AİHM, Kristin Qudvin Birləşmiş Krallığa qarşı (Christine Goodwin v. UK) [GC] (No. 28957/95), 11

iyul 2002; AİHM, İ Birləşmiş Krallığa qarşı (I. v. UK) [GC] (No. 25680/94), 11 iyul 2002. oxşar olaraq,

AİHM, L Litvaya qarşı (L. v. Lithuania) (No. 27527/03), 11 sentyabr 2007




tərəfindən  bu  əməliyyatların  xərclərinin  əvəzinin  ödənilməsindən

imtina olunmuşdu.

177

Ərizəçinin sığorta şirkətinə qarşı iddiasına baxan



Almaniya Apelyasiya Məhkəməsi müəyyən etdi ki, tibbi prosedurlar

razılaşma ilə tələb olunduğu kimi ‘zəruri’ olmayıb və buna görə də

ərizəçi çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququna malik olmayıb.

AİHM müəyyən etdi ki, gender mənsubiyyətinin xarakterini və əvvəlki

vəziyyətə qayıtmağın mümkün olmadığı tibbi prosedurlardan keçmək

barədə  verilən  qərarın  ağırlığını  nəzərə  alsaq,  milli  məhkəmənin

yanaşması  ərizəçinin təkcə ədalətli məhkəmə araşdırması hüququnu

təmin edə bilmədiyindən AİHK-in 6-cı Maddəsini pozmayıb, həm də

AİHK-in  8-ci  Maddəsi  ilə  müəyyən  olunan  şəxsi  həyata  hörmət

hüququnu pozub. Bununla belə, mahiyyətcə eyni faktlardan söhbət

getdiyindən, AİHM 14-cü Maddə ilə uyğunluq məsələsinə baxmadı. 

Ümumiyyətlə danışsaq, məlum olur ki, ‘gender mənsubiyyəti’ məsələsi ilə

bağlı qanunvericilik həm Avropa və həm də milli səviyyədə əhəmiyyətli

dərəcədə aydınlıq gətirilməsini tələb edir. Bu sahədə mövcud olan milli qa-

nunvericilik haqqında aparılan son araşdırmalar bu sahədə Avropada vahid

yanaşmanın olmadığını göstərir və Dövlətlər ‘gender mənsubiyyəti’ ilə cinsi

oriyentasiyanın  bir  hissəsi  kimi  və  ‘cinsi  ayrı-seçkiliyin’  bir  hissəsi  kimi

məşğul olan iki qrupa bölünür.

178

Təqaüd yaşı ilə bağlı cinsi əsasla fərqli rəftar haqqında bir sıra işlər göstərir



ki,  AİHM  Dövlətə  fiskal  və  sosial  siyasət  məsələləri  üzrə  geniş

qiymətləndirmə sərbəstliyi verəcək.

179

Misal:  Stec  və  Başqaları  Birləşmiş  Krallığa  qarşı  işində  ərizəçilər



şikayət etmişdilər ki, kişilər və qadınlar üçün nəzərdə tutulan fərqli

pensiya  yaşlarının  nəticəsi  olaraq,  pensiya  yaşına  uyğun  olaraq

müəyyənləşdirilən  müavinətin  dəyişməsinə  görə  onların  hər  biri 

107


Müdafiə olunan əsaslar

_____________________________________

177. AİHM, Van Kück Almaniyaya qarşı (Van  Kück  v. Germany) (No. 35968/97), 12 iyun 2003.

178. FRA, Homophobia and Discrimination on Grounds of Sexual Orientation in the EU Member States:

Part I – Legal Analysis  (Vienna,  FRA, 2009),  pp. 129-144; Commissioner for Human Rights, Human

Rights and Gender Identity (Issue Paper by Thomas Hammarberg, CoE Commissioner for Human

Rights, Strasbourg, 29 July 2009), CommDH/IssuePaper(2009)2.

179. Bu işlər həmçinin fərqli münasibətin əsaslandırılması ilə bağlı faydalı müzakirə təmin edir və

beləliklə də bu Vəsaitin əvvəlində əsaslandırılma ilə bağlı müzakirənin genişləndirilməsi üçün bu

konsepsiyanın daha ətraflı izah olunması üçün şərait yaradır.




əlverişsiz vəziyyətə düşüb.

180


AİHM müəyyən etdi ki, prinsipcə cins

əsasında ayrı-seçkiliyə yalnız o halda haqq qazandırmaq olar ki, ‘çox

ciddi  səbəblər’  mövcud  olsun.  Lakin,  iqtisadi  və  sosial  strategiya

tədbirlərinə gəldikdə AİHK-a əsasən Dövlətə geniş sərbəstlik verilir ...

Çünki, dövlət cəmiyyət və onun ehtiyacları haqqında birbaşa biliyə

malik  olduğundan,  milli  məhkəmələr  nəyin  sosial  və  iqtisadi

səbəblərlə ictimai maraqlara xidmət etdiyini beynəlxalq hakimlərdən

daha  yaxşı  bilir  və  Məhkəmə  ümumilikdə  qanunvericinin  siyasət

seçiminə hörmətlə yanaşır ... yalnız bir şərtlə ki, həmin siyasət açıq-

aşkar əsassız olmasın. AİHM müəyyən etdi ki, mənşə etibarilə fərqli

pensiya yaşları əslində ‘xüsusi tədbirlər’in bir formasıdır, çünki onlar,

qadınların  onları  müstəqil  gəlirdən  məhrum  edən  evdəki  ənənəvi

rolları  ilə  əlaqədar  olaraq  məruz  qala  biləcəyi  maliyyə  çətinliyini

aradan qaldırmaq üçün nəzərdə tutulub. Müəyyən olundu ki, hökumət

kişi və qadınların pensiya yaşlarının tədricən bərabərləşdirilməsinə

başlayıb və hökumət bunu bir neçə il ərzində etməyi seçməklə və ya

dəyişiklikləri  tezliklə  tətbiq  etməməklə  mülahizə  sərbəstliyi

çərçivəsindən kənara çıxmayıb.

181

Oxşar  yanaşma  işə  götürməklə  əlaqədar  daha  geniş  mülahizələrlə



əsaslandırılan fərqli yanaşma ilə bağlı işlər üzrə AƏM-in verdiyi qərarlarda

da sərgilənmişdir.

Misal: Schnorbus işində Hessenin Ədliyyə Nazirliyinin məcburi hərbi

və ya mülki xidməti başa vurmuş kişi namizədlərə praktiki hüquqi

təqlimlər üçün üstünlük verilməsi təcrübəsi dolayısı ilə cinsi əsasda

ayrı-seçkilik  kimi  müəyyən  olunmuşdu.

182

Bununla  belə,  AƏM



müəyyən etdi ki, həmin təcrübə obyektiv şəkildə əsaslandırılmışdı,

çünki, kişi cinsindən olan müraciətçilərin karyeralarında hərbi xidmətlə

əlaqədar yaranan ləngimənin təsirinin aradan qaldırılması məqsədini

daşıyırdı.

Misal: Megner və Scheffel işi kiçik (həftədə on beş saatdan az) və 

108


Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı

_____________________________________

180. AİHM, Stek və Başqaları Birləşmiş Krallığa qarşı (Stec and Others v. UK) [GC] (Nos. 65731/01 və

65900/01), 12 aprel 2006.

181. Eynilə bax: AİHM, Barrou Birləşmiş Krallığa qarşı (Barrow v. UK) (No. 42735/02), 22 avqust 2006,

paras. 20-24, 37; AİHM, Pearson v. UK (No. 8374/03), 22 avqust 2006, paras. 12-13, 25; AİHM, Valker




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin