3.5.4. Cinayət hüququ üzrə məsələlər
3.5.3-də qeyd olunan hüququn tətbiqi ilə bağlı məsələlərə əlavə olaraq,
AİHK cinayət hüququna da müəyyən insan hüquqlarının müdafiəsi
baxımından yanaşıb. Bunlara əsasən ədalətli məhkəmə araşdırması
hüququ, əsassız həbsdən müdafiə, cəzanın geriyə qüvvə ilə tətbiq
edilməməsi hüququ və eyni cinayət əməlinə görə ikinci dəfə mühakimə
edilməmə hüququ, qeyri-insani və alçaldıcı rəftar və cəzaya məruz qal-
mama hüquqları daxildir.
Misal: Opuz Türkiyəyə qarşı işdə polis və məhkəmə ailə zorakılığı
üzrə qanunvericiliyi düzgün tətbiq etmədiyindən, AİHM dolayı cinsi
ayrı-seçkilik, eləcədə yaşamaq hüququ və qeyri-insani və alçaldıcı
96
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
164. Cinayət hüququ mexanizmləri çərçivəsində rasizm və ksenofobiya ilə mübarisə üzrə Şuranın
Çərçivə Qərarı 2008/913/JHA of 28 noyabr 2008, OJ L 328, 6.12.2008, s. 55. Qeyd edilməlidir ki, AİHM
AİHK-da qeyd olunan ifadə azadlığı üzrə məhdudiyyətlərin hərhansı bir etnik qrupa qarşı və ya hər
hansı bir qrupun üzvü olmayanlara qarşı qoyulmasını ayrıseçkiliyə təhrikedici hərəkət kimi dəyərləndirir.
Məsələn Bax:: AİHM, Fransaya qarşı (No. 18788/09), 20 aprel 2010; AİHM, Féret Belçikaya qarşı (No.
15615/07), 16 iyul 2009; AİHM, Willem Fransaya qarşı (No. 10883/05), 16 iyul 2009; və AİHM,Balsytė-
Lideikienė Litvaya qarşı (No. 72596/01), 4 noyabr 2008.
rəftara məruz qalmama hüququnun pozulduğunu aşkar etdi.
165
Misal: D.G. İrlandıyaya və Bouamar Belçikaya qarşı işlərində (4.5-ci
Fəsildə müzakirə edilib), ərizəçilər yerli məmurlar tərəfindən həbs ol-
unublar.
166
Burada AİHM azadlıq hüququnun pozuntusunu müəyyən
etsə də, ayrı-seçkiliyin olmadığını da qeyd etmişdi, belə ki, fərqli rəftar
azyaşlıları müdafiə etmək məqsədini daşıyırdı.
Dostları ilə paylaş: |