4.4. Əlillik
Nə AİHK-da, nə də Bərabər Məşğulluq haqqında Direktivdə əlilliyin anlayışı
yoxdur. AƏM-in rolunun xarakteri səbəbindən əlilliyi müəyyən edən
göstəricilər çox vaxt milli məhkəmələr tərəfindən müəyyən olunur və AƏM
tərəfindən baxılan mübahisələrin faktiki hallarının bir hissəsi kimi təqdim
olunur. Bununla belə, AƏM-nin öz presedent hüququnda əlilliyin müəyyən
olunması ilə bağlı məhdud da olsa bələdçi olmaq imkanı olub.
Misal: Chacón Navas
192
işində, AƏM-in əlillik zəminində ayrı-seç-
kiliyin ümumi anlayışını vermək imkanı olub və o göstərib ki, “əlillik”
termininin Aİ üçün vahid bir anlayışı olmalıdır. AƏM göstərib ki,
Bərabər Məşğulluq haqqında Direktivin məqsədləri baxımından əlillik
dedikdə ‘fiziki, ruhi və ya psixoloji qüsurlar nəticəsində meydana gələn
və şəxsin peşə həyatında iştirakına mane olan məhdudiyyət’ başa
düşülür və ‘bu halın uzun müddət davam edəcəyi yəqin edilir’. Bu
anlayışın Chacón Navas işinə tətbiq olunması ilə müəyyən olundu ki,
ərizəçi səkkiz ay ərzində xəstə olduğundan işə çıxmamasına görə
işdən kənarlaşdırıldıqdan sonra əlilliyə görə ayrı-seçkiliyə məruz
qaldığını iddia edərək İspaniya məhkəmələrinə müraciət edərkən əlil
olmayıb. AƏM aydınlaşdırdı ki, xəstəlik və əlillik arasında fərq
qoyulmalıdır, və xəstəliyə görə ayrı-seçkilik kontekstində müdafiə
təminatı yoxdur.
113
Müdafiə olunan əsaslar
_____________________________________
192. AƏM, Chacón Navas v. Eurest Colectividades SA, İş C-13/05 [2006] ECR I-6467, 11 iyul 2006.
1-ci Fəsildə müzakirə olunduğu kimi, Aİ
Əlillərin Hüquqları haqqında 2006-cı il BMT
Konvensiyasının (UN CRPD) tərəfidir və
nəticə etibarilə AƏM həm Konvensiyanın
özünü, həm də Konvensiyanın monitorinqi
və təfsiri ilə məşğul olan Əlillərin Hüquqları
haqqında Komitənin verdiyi təfsirləri rəhbər
tutur.
193
UN CRPD-nin tərəfi olduqdan sonra AB və
onun təsisatları (və AB hüququnun təfsiri və
tətbiqi zamanı AB-nin Üzv Dövlətləri) ‘əlillik’ anlayışını təfsir edərkən bu
geniş və əhatəli yanaşmanı əsas götürməlidir.
Açıq şəkildə AİHK-da sadalanan əsaslar arasında göstərilməsə də, əlillik
AİHM tərəfindən 14-cü Maddə ilə müəyyən olunan ‘digər’ əsaslara daxil
edilmiş kimi təfsir olunub.
Misal: Glor Isveçrəyə qarşı işində AİHM müəyyən etdi ki, diabetik olan
ərizəçi, milli qanunvericiliyin bunu ‘kiçik’ əlillik hesab etməsinə bax-
mayaraq, əlil hesab oluna bilərdi.
194
Ərizəçi hərbi xidmətini başa vura
bilməməyini kompensasiya etmək üçün vergi ödəməli idi ki, bu vergi
də bütün hərbi xidmətə yararlı olanlar tərəfindən ödənilməli idi. Bu
vergi öhdəliyindən azad olmaq üçün şəxs ya 40% (bir ətrafın
olmamasına ekvivalent) səviyyəsində əlil olmalı, ya da şəxs əqidəsi
ilə əlaqədar hərbi xidmətdən imtina etməli idi. Əqidəsinə görə hərbi
xidmətdən imtina edənlər ‘mülki xidmət’ çəkməli idilər. Ərizəçinin
əlilliyi elə idi ki, o, orduda xidmət etmək üçün yararsız idi. Lakin, əlillik
onun həmin vergidən azad olunması üçün milli qanunvericiliklə tələb
olunan həddə çatmırdı. O, ‘mülki xidmət’ etməyi təklif etmişdi, lakin
onun bu təklifi rədd edildi. AİHM müəyyən etdi ki, Dövlət ərizəçiyə
hərbi xidmətini etibarlı bir əsas olmadan tamamlaya bilməmiş
şəxslərə göstərdiyi münasibəti göstərib. Bu da ayrı-seçkilik yaradırdı,
çünki ərizəçi (hərbi xidmətə yararsız olsa da mülki xidmət çəkmək
istədiyindən) özünün fərqli vəziyyətdə olduğuna inanırdı və buna görə
də Dövlət onu mövcud qaydalardan istisna etməli idi.
114
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
Əlillərin Hüquqları haqqında
BMT Konvensiyasının 1-ci
Maddəsi: ‘Əlillərə - müxtəlif
maneələrlə qarşılıqlı təsir
zamanı onların digərləri ilə
bərabər səviyyədə cəmiyyətin
həyatında tam və səmərəli
iştirakına mane olan sabit fiziki,
psixi, əqli və ya hissiyyat
pozuntuları olan insanlar aiddir.
_____________________________________
193. UN Doc. A/RES/61/611, 13 December 2006.
194. ECtHR, Glor v. Switzerland (No. 13444/04), 30 April 2009.
AİHK əsasında müdafiə olunan digər əsaslar kimi bu işlərə də təkcə sub-
stantiv hüquqlar əsasında deyil, daha çox substantibv hüquqların və ayrı-
seçkiliyi qadağan edən 14-cü Maddənin məcmusu əsasında baxılır.
Misal: Price Birləşmiş Krallığa qarşı işində ərizəçi yeddi günlük həbs
cəzasına məhkum edilmişdi. Ərizəçi xanım onda anasının hamiləlik
vaxtı talidomid (thalidomide) qəbul etməsi nəticəsində yaranmış
ətrafların olmaması və ya əhəmiyyətli dərəcədə qısa olması və böyrək
çatışmazlığı kimi fiziki qüsurlardan əziyyət çəkirdi.
195
Nəticədə o,
hərəkət etmək üçün əlil arabasından istifadə edirdi, tualetə getmək
və yuyunmaq üçün köməyə möhtac idi və xüsusi yatmaq şəraitinə
ehtiyac duyurdu. Həbsdə keçirdiyi ilk gecədə o, elə bir kameraya
salınmışdı ki, orada fiziki qüsurları olan şəxslər üçün şərait yox idi və
buna görə də yata bilməmiş, kəskin ağrılar keçirmiş və bədən tem-
peraturu aşağı düşmüşdü (hipotermiya).
Çəzaçəkmə müəssisəsinə köçürülərkən o, bir az uyğunlaşa biləcəyi
xəstəxana bölməsinə yerləşdirildi, lakin orada da eyni problemlərlə
üzləşdi. Onun öz gücünü itirmiş elektrik əlil arabasını dəyişməsinə də
icazə verilməmişdi. AİHM müəyyən etdi ki, ərizəçi 3-cü Maddənin
pozulması ilə alçaldıcı rəftara məruz qalmışdır. Bu işdə 14-cü Maddə
əsasında AİHK ilə müəyyən olunan substantiv hüquqlardan biri üzrə
ayrı-seçkilik məsələsi qaldırılmadı.
Misal: Pretty Birləşmiş Krallığa qarşı işində, degenerativ xəstəlikdən
əziyyət çəkən ərizəçi hökumətdən təminat almaq istəyirdi ki,
gələcəkdə nə vaxtsa onun vəziyyəti onun ozünün bunu etməsinə
imkan vermədikdə onun intihar etməsinə cinayət məsuliyyəti
müəyyən edilmədən kömək edilə bilsin.
196
Milli qanunvericiliyə əsasən
intihara kömək etmək özü-özlüyündə, adamöldürmə kimi bir cinayət
əməli idi. Digər məsələlərlə yanaşı, ərizəçi iddia etdi ki, onun (8-ci
Maddə ilə müəyyən olunan) şəxsi həyat hüququ kontekstində müdafiə
olunan, öz bədəni ilə bağlı qərar vermək hüququ ayrı-seçkilik
formasında pozulub, çünki Dövlətin intihara köməyi vahid qaydada
qadağan etməsi fəaliyyət qabiliyyətini itirmiş və buna görə də intihar
edə bilməyən şəxlərə qarşı qeyri-mütənasib mənfi təsir edirdi. AİHM
115
Müdafiə olunan əsaslar
_____________________________________
195. AİHM, Prays Birləşmiş Krallığa qarşı (Price v. UK) (No. 33394/96), 10 iyul 2001.
196. ECtHR, Pretty v. UK (No. 2346/02), 29 April 2002.
müəyyən etdi ki, fiziki olaraq özünə qəsd etmək iqtidarında olan və ol-
mayan şəxslər arasında fərq qoyulmasının rədd edilməsi onunla
əsaslandırılırdı ki, qanundan istisnaların müəyyən olunması
təcrübədə sui-istifadə hallarına imkan verər və yaşamaq hüququnun
müdafiəsinə xələl gətirərdi.
Dostları ilə paylaş: |