qısa müddətli işlərin xəstəliyə və qocalığa görə icbari sığorta
sxemlərindən, həmçinin işsizlik sığortası sxeminə ödəniş etmək
öhdəliyindən kənarlaşdırılmasını nəzərdə tutan Alman qanunvericiliyi
ilə bağlı idi.
183
Həmin qayda potensial olaraq, yarım-ştat və qısa
müddətli əsaslarla işləməyə təbiətcə daha çox meylli olan qadınlara
qarşı dolayı ayrı-seçkilik kimi müəyyən olunmuşdu. AƏM hökumətin
əks arqumentlərini qəbul etdi. Həmin arqumentlərdə deyilirdi ki, əgər
hökumət kiçik və qısa müddətli işçiləri sığorta sxeminə daxil etməli
olsaydı, xərclər bütün sistemi aşardı, çünki, bu halda sxemin
ödənişlərlə maliyyələşdirilməsi daha mümkün olmazdı. AƏM həmçinin
qəbul etdi ki, kiçik və qısa müddətli işçilərə də tələb vardır və hökumət
bu tələbin təmin olunmasına yalnız onların sosial təhlükəsizlik
sistemindən kənarlaşdırmaqla kömək edə bilərdi. Əgər bu
yanaşmadan istifadə olunmasaydı, ehtimal ki, bu cür işlər istənilən
halda, lakin qeyri-qanuni şəkildə görüləcəkdi. AƏM qəbul etdi ki,
hökumətin legitim bir sosial siyasət məqsədi var idi və Dövlətə ‘sosial
və məşğulluq siyasətinin’ həyata keçirilməsi üçün hansı tədbirlərin
uyğun olmasını seçmək üçün ‘daha geniş səlahiyyət sərbəstliyi’
verilməlidir. Buna uyğun olaraq da, fərqli rəftara haqq qazandırıldı.
Bu nəticə AƏM-in aşağıdakı işi ilə qarşılaşdırıla bilər. Aşağıdakı işdə AƏM
hökumətin qaldırdığı əhəmiyyətli fiskal məsələlərə baxmayaraq, cinsi ayrı-
seçkiliyə sosial siyasət kontekstində haqq qazandırılmasını qəbul etmədi.
Misal: the De Weerd, née Roks, və Başqaları işi əmək qabiliyyətinin
itirilməsinə görə müavinət haqqında milli qanunvericiliklə bağlıdır.
184
1975-ci ildə milli qanunvericiliklə kişilərə və subay qadınlara əmək
qabiliyyətinin itirilməsinə görə, əmək qabiliyyətinin itirlməsinə qədər
olan gəlirlərindən asılı olmayaraq müavinət müəyyən edildi. 1979-cu
ildə müvafiq qanunvericiliyə dəyişiklik edildi və həmin müavinət evli
qadınlara da şamil olundu. Bununla belə, müavinəti alan şəxsin əmək
qabiliyyətini itirməzdən əvvəlki il müəyyən səviyyədə gəlirinin olması
109
Müdafiə olunan əsaslar
_____________________________________
183. AƏM, Megner və Şeffel Innungskrankenkasse Vorderpfalza qarşı (Megner and Scheffel v. In-
nungskrankenkasse Vorderpfalz), İş C-444/93 [1995] ECR I-4741, 14 dekabr 1995. Oxşar olaraq, AƏM,
Nolte v. Landesversicherungsanstalt Hannover, Case C-317/93 [1995] ECR I-4625, 14 dekabr 1995.
184. AƏM, De Weerd, née Roks, and Others v. Bestuur van de Bedrijfsvereniging voor de Gezondheid,
Geestelijke en Maatschappelijke Belangen and Others, İş C-343/92 [1994] ECR I-571, 24 fevral 1994.
tələbi də nəzərdə tutulmuşdu. Həmin qanunvericilik gəlir barədə
tələbin qadınlara qarşıdolayı ayrı-seçkilik olması iddiası əsasında
mübahisələndirildi, çünki qadınların tələb olunan həddə gəliri əldə
etmək imkanı kişilərlə müqayisədə daha az idi. Dövlət öz
arqumentində bildirdi ki, bü cür fərqli yanaşma dövlət xərclərinə
qənaət etmək üçün büdcədən maliyyələşməməklə əsaslandırılır.
AƏM müəyyən etdi ki, AB hüququ Dövlətə hansı kateqoriyadan olan
şəxslərin sosial təhlükəsizlik müavinətlərindən faydalanmasını
nizamlamağı qadağan etməsə də, Dövlət bunu ayrı-seçkilik
formasında edə bilməz.
Bu iki iş onların faktları üzrə uzlaşdırıla bilər və yəqin ki De Weerd, née
Roks və Başqaları işi ‘qayda’, Megner və Scheffel işi isə istisna kimi hesab
oluna bilər. AB hüququ Üzv Dövlətlərin üzərinə xüsusi sosial təhlükəsizlik
rejimləri müəyyən etmək öhdəliyi qoymur, lakin bu cür rejimlər müəyyən
edildikdə Məhkəmə müəyyən qrupların sadəcə fiskal məsələlərlə əlaqədar
olaraq kənarda saxlanılmasına icazə verməyəcək, çünki bu, bərabər rəftar
prinsipinin ciddi şəkildə zəiflədə və sui-sitifadə hallarına şərait yarada bilər.
Bununla belə, əgər fərqli rəftar bütövlükdə xəstəlik və işsizlik sığortası sx-
eminin çökməsinin qarşısını alan yeganə vasitədirsə, xüsusən də əgər bu
sistemin çökməsi insanları qanunla tənzimlənməyən əməklə məşğul
olmağa məcbur edəcəksə, bu cür fərqli yanaşmaya tolerant qalmaq olar.
Dostları ilə paylaş: