Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 1,45 Mb.
səhifə25/122
tarix28.12.2021
ölçüsü1,45 Mb.
#15190
1   ...   21   22   23   24   25   26   27   28   ...   122
2.6.4.1. Həqiqi peşə tələbi 

Ayrı-seçkiliyin yolverilməzliyinə dair direktivlərin işəgötürmə məsələlərinə

aid müddəalarına əsasən: 

"[Müdafiənin şamil olunduğu əsasla] əlaqədar olan xüsusiyyət

müəyyən peşə fəaliyyətlərinin xarakteri və ya həyata keçirildiyi

şəraitlə əlaqədar olaraq həqiqi və qəti peşə tələbi təşkil edirsə, o

halda üzv dövlətlər bu xüsusiyyətə əsaslanan fərqli rəftarın ayrı-

seçkilik təşkil etməməsini təmin etməlidirlər, bu şərtlə ki, məqsəd

qanuni, tələb isə mütənasib olmalıdır".

70

Bu  müdafiə  arqumenti  işəgötürənlərə  imkan  verir  ki,  müdafiənin  şamil

olunduğu  xüsusiyyət  şəxsin  konkret  peşə  üçün  tələb  olunan  iş

funksiyalarının yerinə yetirilməsinə uyğunluğu və ya bu sahədə səriştəliliyi

ilə  birbaşa  əlaqədar  olduğu  təqdirdə  həmin  xüsusiyyətə  əsaslanmaqla

fərdlər arasında fərq qoysunlar. 

54

Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı



____________________________

66. Gender bərabərliyi haqqında Direktiv (yeni redaksiyada), 14-cü maddənin 2-ci bəndi; İrqi bərabərlik

haqqında Direktiv, 4-cü maddə; Məşğulluq məsələlərində bərabərlik haqqında Direktiv, 4-cü maddənin 1-

ci bəndi


67. İşəgötürmə məsələlərində bərabərlik haqqında Direktiv, 4-cü maddənin 2-ci bəndi. 

68. İşəgötürmə məsələlərində bərabərlik haqqında Direktiv, 6-cı maddə.

69. Misal üçün bax: AİƏM, Johnston v. Chief Constable of the Royal Ulster Constabulary, iş № 222/84

[1986] ECR 1651, 15 may 1986-cı il, 36-cı bənd

70. Gender bərabərliyi haqqında Direktiv (yeni redaksiyada), 14-cü maddənin 2-ci bəndi; İrqi bərabərlik

haqqında Direktiv, 4-cü maddə; Məşğulluq məsələlərində bərabərlik haqqında Direktiv, 4-cü maddənin 1-

ci bəndi. 



Dəqiq müəyyənləşdirilmiş peşələr vardır ki, həqiqi peşə tələbi ilə əlaqədar

istisna onlara şamil olunur: Avropa İttifaqı Komissiyası Almaniyaya qarşı

işdə AƏM cinsi zəmində ayrı-seçkiliyə icazə verilən istisna halların əhatə

dairəsi  ilə  bağlı  Aİ  Komissiyasının  araşdırmasına  istinadən,  konkret

peşələri  göstərdi  ki,  sözügedən  müdafiə  arqumenti  bu  peşələrə  şamil

olunur


71

. Bu işdə şəxslərdə müəyyən fərdi xüsusiyyətlərin olmasını tələb

edən incəsənət sahəsinin peşələrinə xüsusi diqqət yetirildi, bu peşələr,

məsələn, ifa tərzi müəyyən bir üsluba uyğun qadın müğənninin, müəyyən

rolu  oynamaq  üçün  gənc  aktyorun,  rəqs  etmək  üçün  sağlam  bədənli

şəxsin, yaxud müəyyən model (maneken) tiplərinə yararlı olan kişi və ya

qadınların olmasını tələb edə bilər. Lakin belə peşələrin tam siyahısını

verməyə cəhd göstərilmədi. Digər nümunələr sırasına Çin restoranında bu

ölkənin ab-havasını yaratmaq üçün işə Çin mənşəli şəxsin götürülməsi,

yaxud qadınlar üçün bədən gimnastikası (fitnes) klubuna işə qadınların

qəbul edilməsi aid edilə bilər. 

Nümunə: Aİ Komissiyası Fransaya qarşı işdə AƏM bu qənaətə gəldi

ki, müəyyən hallarda kişi həbsxanalarında iş yerlərinin əsasən kişi

namizədlər üçün, qadın həbsxanalarında isə qadın namizədlər üçün

ayrılması qanunsuz deyil.

72

Lakin bu istisna yalnız o vəzifələr üçün



istifadə edilə bilər ki, həmin vəzifələrdə məhz müəyyən cinsə mənsub

şəxslərin çalışması əhəmiyyət kəsb etsin. Bu işdə Fransanın dövlət

orqanları iş yerlərinin müəyyən faizini kişi namizədlər üçün saxlamaq

istəyirdilər,  çünki  digər  iş  funksiyaları  ilə  yanaşı  həm  də  problem

yarada biləcək şəxsləri çəkindirmək üçün güc tətbiqinə ehtiyac yarana

bilərdi  ki,  bunu  da  ancaq  kişilər  yerinə  yetirə  bilərdilər.  AƏM  bu

arqumentləri  prinsipcə  qəbul  etsə  də,  Fransanın  dövlət  orqanları

yalnız  kişi  namizədlər  tərəfindən  yerinə  yetirilə  biləcək  konkret  iş

fəaliyyətləri ilə bağlı şəffaflıq tələbinə riayət etməmişdilər və bu işdə

qərara alındı ki, hər hansı peşə funksiyalarının yerinə yetirilməsinə

yalnız müəyyən cinsin nümayəndələrinin yararlı olduğunun ümumi

şəkildə bildirilməsi yetərli deyil. 

Nümunə: Constonun işində Şimali İrlandiyada çalışan qadın polis

əməkdaşı şikayət etmişdi ki, onun müqaviləsi yenilənməyib. Polis rəisi 

55

Ayrı-seçkiliyin kateqoriyaları və ondan müdafiə vasitələri



____________________________

71. AƏM, Commission v. Germany, iş № 248/83 [1985] ECR 1459, 21 may 1985-ci il. 

72. AƏM, Commission v. France, iş № 318/86 [1988] ECR 3559, 30 iyun 1988-ci il.



bunu onunla əsaslandırmışdı ki, qadın polislərə odlu silahdan istifadə

üzrə təlim keçilmir və təlimin keçilməməsi onunla əsaslandırılırdı ki,

"ciddi daxili iğtişaşlarla xarakterizə olunan bir vəziyyətdə polis qadınlar

tərəfindən  odlu  silah  gəzdirilməsi  onların  qətlə  yetirilməsi  riskini

artırmış olar və bu səbəbdən polislərin təhlükəsizliyi tələblərinə zidd

olardı". AİƏM bu qənaətə gəldi ki, təhlükəsizliyə qarşı yaranan təhlükə

nəzərə alınmalı olsa da, təhlükə kişilərə və qadınlara eyni dərəcədə

aid idi və qadınlar onlardan daha artıq dərəcədə təhlükədə deyildilər.

Gətirilən səbəb qadınlara xas olan bioloji faktorlara əsaslansa da

(məsələn, hamiləlik zamanı onların uşağının qorunması), fərqli rəftara

haqq qazandırmaq üçün ictimai rəyin qadınların müdafiəsini tələb

etməsini əsas gətirmək olmazdı. 

Nümunə: Malburqun işində hamilə olan şikayətçi tibbi əməliyyatlarda

çoxlu əmək sərfiyyatı tələb edən daimi əsaslı tibb bacısı vəzifəsinə

qəbul  edilməmişdi.

73

Bunun  üçün  belə  əsas  gətirilmişdi  ki,  onun



əməliyyat otaqlarında zərərli maddələrin təsirinə məruz qala biləcəyi

səbəbindən uşağına ziyan dəyə bilərdi. AƏM bu qənaətə gəldi ki, bu

vəzifə daimi əsaslı olduğu üçün şikayətçini işə götürməkdən imtina

edilməsi qeyri-mütənasib addım idi, çünki onun əməliyyat otaqlarında

işləmək imkanına malik olmaması müvəqqəti hal idi. Qadının iş şəraiti

ilə bağlı məhdudiyyətlər qəbul edilən olsa da, onlar yalnız ona zərər

verə  biləcək  funksiyalara  şamil  olunmalı  və  bütövlükdə  işə

götürülməməsinə səbəb olmamalı idi. 

İşəgötürmə məsələlərində bərabərlik haqqında Direktivin preambulasının

18-ci bəndində sağlamlıq və təhlükəsizliklə əlaqədar olan müəyyən ictimai

xidmət sahələrində müdafiə arqumenti qismində həqiqi peşə tələbi barədə

daha konkret müddəa öz əksini tapıb. Bu müddəaya ayrıca müdafiə arqu-

mentini nəzərdə tutan müddəa kimi deyil, həqiqi peşə tələbinə əsaslanan

müdafiə  arqumentinin  nəticələrindən  birini  ifadə  edən  müddəa  kimi

baxılmalıdır: 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin