Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 1,45 Mb.
səhifə27/122
tarix28.12.2021
ölçüsü1,45 Mb.
#15190
1   ...   23   24   25   26   27   28   29   30   ...   122
2.6.4.2. Dini qurumlar 

İşəgötürmə məsələlərində bərabərlik haqqında Direktivdə konkret olaraq

"din" və ya "əqidə" əsasında yaradılan təşkilatların işçilərə müəyyən şərtlər

tətbiq etməsinə icazə verilir. Direktivin 4-cü maddəsinin 2-ci bəndində dey-

ilir ki, Direktivin müddəaları "kilsələrin və əsaslarını din və ya əqidə təşkil

edən digər ictimai və ya özəl təşkilatların ... onlar üçün işləyən şəxslərdən

vicdanla və təşkilatın dəyərlərinə sədaqətlə davranmalarını tələb etmək

hüququna"  maneə  yaratmır.  Bundan  başqa,  "həqiqi  peşə  tələbinə"

əsaslanan müdafiə arqumenti dini təşkilatlarla əlaqəli olan işəgötürənlərə

58

Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı



____________________________

77. Gender bərabərliyi haqqında Direktivin (yeni redaksiyada) 31-ci maddəsinin 3-cü bəndi. 




də  şamil  oluna  və  bununla  da  sözügedən  təşkilatın  öz  dini  prinsipləri

əsasında fərqli rəftara yol verməsinə icazə verilə bilər. 

Beləliklə,  4-cü  maddənin  1-ci  və  2-ci  bəndləri  kilsələrə  və  bu  kimi

təşkilatlara icazə verir ki, məsələn, bu hal dinin özəl xüsusiyyətlərinə zidd

olduqda  qadınları  rahib,  pastor  və  ya  keşiş  qismində  işə  götürməkdən

imtina  etsinlər.  AƏM  hələlik  qərarlarında  bu  müddəanı  şərh  etmək

imkanına malik olmasa da o, milli səviyyədə tətbiq edilib. Seksual oriyen-

tasiyaya əsaslanan fərqli rəftara haqq qazandırmaq üçün bu müdafiə ar-

qumentinin irəli sürüldüyü iki iş aşağıda təqdim edilir. 

Nümunə: Finlandiya məhkəmələrinin icraatındakı işdə Finlandiyanın

protestant  lüteran  kilsəsi  homoseksual  münasibətlərdə  olan  şəxsi

kapellan (keşiş köməkçisi) vəzifəsinə təyin etməkdən imtina etmişdi.

78

Vaasa İnzibati Məhkəməsi bu qərarı ləğv edərək belə əsas gətirdi ki,



şəxsin homoseksual olması onun bu vəzifəni tutmasına mane olan

həqiqi peşə tələbi sayıla bilməz. Məhkəmə bu faktı nəzərə aldı ki,

keşiş  və  kapellanların  vəzifəyə  təyinatı  ilə  bağlı  kilsənin  daxili

qaydalarında seksual oriyentasiya barədə heç nə deyilmirdi. 

Nümunə:  Amikusun  işində  Birləşmiş  Krallığın  məhkəmələrinə

müraciət edilmişdi ki, həqiqi peşə tələbinə əsaslanan müdafiə arqu-

mentinin  dini  qurum  olan  işəgötürənlərə  şamil  olunması  barədə

müddəaların  milli  qanunvericiliyə  daxil  edilməsini  nəzərdə  tutan

hüquqi  aktların  Məşğulluq  məsələlərində  bərabərlik  haqqında

Direktivə  uyğunluğu  məsələsinə  dair  qərar  çıxarsınlar.

79

Bu  işdə


vurğulandı  ki,  bərabər  rəftar  prinsipindən  hər  hansı  istisna  yalnız

məhdud  çərçivədə  şərh  olunmalıdır.  Milli  hüquqi  aktların

müddəalarında  fərqli  rəftara  o  halda  icazə  verilirdi  ki,  işəgötürmə

"təşkilatlanmış dinin məqsədləri üçün" həyata keçirilmiş olsun və bu

işdə  vurğulandı  ki,  bu  ifadə  "dini  təşkilatın  məqsədləri  üçün"

ifadəsindən daha məhdud çərçivəlidir. Beləliklə, məhkəmə hökumətin

bu arqumentləri ilə razılaşdı ki, bu istisna dinin təşviqi və ya təmsil

olunması ilə əlaqədar olan çox məhdud sayda vəzifələrə, məsələn, 

59

Ayrı-seçkiliyin kateqoriyaları və ondan müdafiə vasitələri



____________________________

78. Vaasa İnzibati Məhkəməsi, Finlandiya, Vaasan Hallinto-oikeus 04/0253/3. Qərarın ingiliscə icmalını

bu mənbədən tapmaq olar: FRA InfoPortal, iş № 187-1. 

79. Amicus MSF Section, R (on the application of) v. Secretary of State for Trade and Industry [2004]

EWHC 860 (Admin), İngiltərə Yüksək Məhkəməsi, 26 aprel 2004-cü il. ə UK High Court, 26 April 2004.

Qərarın ingiliscə icmalını bu mənbədən tapmaq olar: FRA InfoPortal, iş № 187-1.  




rahib vəzifələrinə şamil olunur. Bu istisna dini məktəblər və ya dini

xəstəxanalar kimi dini təşkilatlara heç də icazə vermir ki, müəllim

(təhsil məqsədləri üçün) və ya tibb bacısı (tibbi qulluq məqsədləri

üçün) vəzifəsinə namizədlərlə "dini təşkilatın məqsədləri" üçün fərqli

rəftar etsinlər. 


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin