Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı



Yüklə 1,45 Mb.
səhifə36/122
tarix28.12.2021
ölçüsü1,45 Mb.
#15190
1   ...   32   33   34   35   36   37   38   39   ...   122
3.4.1.   Məşğulluq

Məşğulluq  sahəsində  ayrı-seçkiliyin  qadağan  edilməsi  ayrı-seçkilik

əleyhinə  olan  direktivlərdə  nəzərdə  tutulan  müdafiə  əsaslarında  qeyd

edilib. 


3.4.1.1. Məşğulluğa Çatımlılıq 

“Məşğulluğa çatımlılıq” konsepti AƏM tərəfindən geniş tövsif edilir.

Misal: Meyerlər Məhkəmə Nəzarətçisinə qarşı işdə (Meyers v. Adju-

dication Officer) AƏM qət etdi ki, məşğulluq təkcə işçi münasibətləri

başlayana qədər olan məsələləri deyil, həm də şəxsin işi qəbul edib

etməməsinə  təsir  edən  faktorları  da  əhatə  etməlidir.

97

Meyerlərin



işində Dövlət tərəfindən xüsusi müavinətlərin (gəlirlərdən asılı olaraq

verilən ödəmələr) verilməsinin bu sahəyə aid olduğu müəyyən edilib.

Belə  ki,  şəxsə  həmin  müavinətin  ödənilib-ödənilməməsil  şəxsin

vəzifəni qəbul edib-etməməsinə təsir edə bilərdi. Nəticə etibarı ilə də

bu baxış məşğulluğa çatımlılığa təsir edir.

Misal:  Şnorbus  Lend  Hessene  qarşı (Schorbus  v.  Land  Hessen)

işində ərizəçi məhkəmə sistemində işləməyin bir hissəsi olan təlim

elanı  ilə  bağlı  müraciət  etmişdi.

98

Milli  qanunvericiliyə  əsasən,  bu



prosesdə ilkin imtahanı vermək, sonrasında təlim keçmək və ikinci

imtahanı vermək tələb olunurdu. Ərizəçi ilk imtahanı keçsə də təlimlər

mərhələsinə, vakant yerin olmadığını bilidirərək qəbul etməmişdilər.

Bununla da onun növbəti mərhələyə keçməsi vakant yerlər olana

qədər təxirə salınmışdı. Ərizəçi hərbi mükəlləfiyyətlərini tamamlamış

kişi namizədlərə üstünlük verildiyini əsas gətirərək, ona qarşı ayrı-

seçkiliyin  olduğunu  iddia  edirdi.  AƏM  müəyyənləşdirdi  ki,  milli

qanunvericiyə  əsasən  təlimə  qəbul  olunma  vaxtı  “məşğulluğa

çatımlılığın” əhatə dairəsində idi. Belə ki, təlimdə iştirak müddətinin 

76

Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı



_____________________________________

97. ECJ, Meyers v. Adjudication Officer, Case C-116/94 [1995] ECR I-2131, 13 July 1995

98. ECJ, Schnorbus v. Land Hessen, Case C-79/99 [2000] ECR I-10997, 7 December 2000.



özü  həm  qanunvericilikdə  verilmiş  qaydaya  əsasən,  həm  də

məhkəmə sistemi şərçivəsində iş kimi qəbul edilirdi. 




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin