3.4.1.3.
Peşə İstiqamətləndirilməsi və Təlimlərə Çatımlılıq
“Peşə istiqamətləndirilməsi və təlimlər” anlayışı AƏM tərəfindən şəxslərin
sərbəst hərəkət etməsi kontekstində nəzərə alınır.
108
Bu məsələ ilə bağlı
AƏM geniş töfsif müəyyən edib.
78
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
_____________________________________
100. AƏM, Lommers van Landbou Nazirə qarşı (Lommers v. Minister van Landbouw), İş C-476/99 [2002] ECR I-
2891, 19 Mart 2002.
101. AƏM, Jamstalldhetsombudsmannen Orebro Lans Landstingə qarşı (Jamstalldhetsombudsmannen v. Ore-
bro Lans Landsting), İş C-236/98 [2000] ECR I-2189
102. AƏM, Burton Brianiya Dımiryolları İdarəsinə qarşı (Burton v. British Railways Board), İş 19/81 [1982] ECR
555, 16 Fevral 1982.
103. AƏM, Palacios de la Villa Cortefiel Servicios SA-ə qarşı (Palacios de la Villa v. Cortefiel Servicios SA), İş
C-411/05 [2007] ECR I-8531, 16 Oktyabr 2007.
104. AƏM, Garland Britaniya Dəmiryolu Mühəndisliyinə qarşı (Garland v. British Rail Engineering Limited), İş
12/81 [1982] ECR 455, 9 Fevral 1982
105. AƏM, Sabbatini Avropa Parlamentinə qarşı (Sabbatini v. European Parliament), İş 20/71 [1972] ECR 345, 7
iyun 1972
106. AƏM, Lewen Dendaya qarşı (Lewen v. Denda), İş C-333/97 [1999] ECR I-7243, 21 Oktyabr 1999.
107. AƏM, Barber Guardian Royal Mübadilə Qrupuna qarşı (Barber v. Guardian Royal Exchange Assurance
Group), İş C-262/88 [1990] ECR I-1889, 17 may 1990.
108. İşçilərin İctimaiyyətdə sərbəst hərəkəti üzrə Qaydaların 1612/68 7(3) Maddəsinə əsasən, İşçiyə “peşə
məktəbləri və təlim mərkəzlərinə çıxışın” təmini üzrə vətəndaş olan işçilərlə müqayisədə az əlverişli rejim təqdim
edilməməlidir (OJ L 257, 19.10.1968, s. 2)
Misal: Gravierin işində tələbə Liegede yerləşən Académie Royale
des Beaux-Arts-da zolaqlı cizgi filmi ixtisası üzrə təhsil almaq istəyən
Fransa vətəndaşı idi.
109
Ölkədaxilində olan tələbələrdən qeydiyyat
ödənişi alınmadığı halda, ondan bu ödəniş alınır. Bu məsələ ilə bağlı
AƏM müəyyən etdi ki:
‘… müəyyən bir peşə, ticarət və ya məşğulluq üçün hazırlıq təmin
edən, və ya belə peşə, ticarət və ya məşğulluq üçün tələb olunan
təlim və bacarıqları təmin edən istənilən təhsil forması, ümumi təhsil
elementini ehtiva etsə belə peşə təhsili hesab edilir.’
Misal: Bu anlayış ərizəçinin baytarlıq üzrə kursa müraciət etdiyi
Blaziot işində tətbiq edildi.
110
AƏM müəyyən etdi ki, hətta sonda
verilən diplom və ya sertifikat xüsusi peşə, ticarət və ya məşğulluq
üçün nəzərdə tutulan ixtisas keyfiyyətlərini təmin etməsə belə,
ümumilikdə universitet dərəcəsi də “peşə təlimi” kimi dəyərləndirilmə-
lidir. Sözügedən proqramın xüsusi bir peşə, ticarət və ya məşğulluq
üçün tələb olunan bilik, səriştə və bacarığı təmin etməsi yetərli idi.
Beləliklə, hər hansı işə girmək üçün rəsmi təhsilin tələb edilməməsi və
ya hər hansı bir işə daxil olmaq üçün irəli sürülən tələblər siyahısına
universitet məzunu tələbinin daxil edilməməsi, proqramın peşə təhsili
kimi dəyərləndirilməsinə mane olmayacaq. Burada yeganə istisnanı,
şəxslərin hansısa peşəyə hazırlığını deyil, ümumi təhsil səviyyəsini
nəzərdə tutan xüsusi xarakterli kurslar təşkil edir .
Dostları ilə paylaş: |