3.4.1.2. İşdən çıxarılma və ödəniş də daxil olmaqla
məşğulluğun şərtləri
AƏM bu sahənin əhatə dairəsinin müəyyən edilməsində geniş töfsifdən
istifadə edib. Bu qeyd edilən kateqoriyaya aid bütün iş münasibətlərindən
irəli gələn sahələri əhatə edir.
Misal: Meyerlərin işində tək valideyn olan ərizəçi, tək valideynlərin
ailələr üçün nəzərdə tutulmuş krediti alması üçün aparılan
hesablanma metodunun əsasında dolayı cinsi ayrı-seçkiliyə məruz
qalması ilə bağlı şikayət etmişdi.
99
AƏM ailə kreditinin (Dövlət
müavinəti) sirf sosial sığorta ilə bağlı, yoxsa əmək şəraiti ilə əlaqəli
olmasını müəyyənləşdirməli idi. AƏM qeyd olunan üç şərt olduğu
təqdirdə ailə kreditinin ödənilməsinin mümkünlüyünü nəzərə aldı:
müraciət edənin gəliri, müəyyən olunmuş məbləğdən yuxarı
olmadıqda; müraciət edən və ya onun partnyoru işlədikdə; müraciət
edən və ya onun partnyorunun uşağa baxmaq üzrə öhdəliyi olduqda.
AƏM müəyyən etdi ki, Bərabər Rəftar Direktivi (hazırda Gender
Bərabərliyi Direktivi (Recast) ilə əvəz olunub) müavinət məsələsi
sosial sığortaya aid olduğuna görə tam tətbiq edilməyən hesab
edilməyəcək. Bunun əvəzinə, müavinətin əmək münasibətləri ilə
əlaqədar verlib verilməməsi məsələsinin araşdırılmasının zəruri
olması səbəbilə, direktivə geniş yanaşma tətbiq olunmasının
labüdlüyü qeyd edildi. Bu halda ailə kreditindən yararlanmaq üçün
ərizəçi ya özünün ya da onun partnyorunun əvəzi ödənilən əmək
münasibətlərində olmasını təmin etməlidir. Məhz bu əmək
münasibətlərinə daxil olmaq şərtinin müəyyən edilməsi tələbi ailə
krediti sisteminin iş şəraiti kateqoriyasına daxil olmasına gətirib
çıxarıb.
Əmək və iş şəraiti nəzəriyyəsinə belə geniş yanaşmaqla AƏM tərəfindən
77
Avropa ayrı-seçkilik əleyhinə hüququnun əhatə dairəsi
_____________________________________
99. AƏM, Meyers Məhkəmə Nəzarətçilərinə qarşı (Meyers v. Adjudication Officer), İş C-116/94 [1995]
ECR I-2131, 13 iyul 1995.
həm işdə uşaq otaqlarının,
100
həm də iş vaxtının azaldılması məsələlərinin
də bu diapozonda baxılmasına gətirib çıxardı.
101
AƏM həm də işdən çıxarılma və ödənişlər məsələsinə də kifayət qədər
inkluziv yanaşıb və işdən çıxarılma sahəsində əmək münasibətlərinin sona
yetdiyi demək olar ki, bütün sahələri əhatə edib. Bu, özündə məsələn,
könüllü olaraq əlavə iş fəaliyyəti sxemindən imtinanı
102
və ya məcburi işdən
çıxarılma məsələlərini də ehtiva edib.
103
Aİ-nın Fəaliyyətinə dair Müqavilənin 157-ci maddəsində ödənişin anlayışı
müəyyən olundu və bu anlayışa əsasən, ödəniş, “işçinin gördüyü iş
müqabilində işəgötürəndən, birbaşa və ya dolayı yolla, nəğd və ya natura
formasında aldığı adi başlanğıc və ya minimum əmək haqqı və ya digər
əmək haqqı” kimi müəyyən edildi.. Bu, əmək münasibətinə daxil olan
işçinin əldə etdiyi müxtəlif növ gəlirləri əhatə edir. Bu müddəanın əhatə
dairəsi vəzifədən irəli gələn gəlirləri, ezamiyyə haqlarını,
104
ölkə xaricinə
səfərlər zamanı əldə edilən müavinətləri,
105
Milad günü ilə əlaqədar
bonusları
106
və vəzifə ilə əlaqəli pensiyaları
107
əhatə etdi. Hər hansı bir şəxs
“ödənişin” gəlir forması olub-olmadığını müəyyən etmək istərkən, bu halları
məhz iş (əmək) münasibətlərinin mövcudluğundan irəli gələn məsələlər
kimi dəyərləndirməlidir.
Dostları ilə paylaş: |