Az ə rbaycanda Pe şə


Şalvarın arxa hissəsinin hazırlanması



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə49/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   ...   45   46   47   48   49   50   51   52   ...   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

Şalvarın arxa hissəsinin hazırlanması. Əgər şalvarın addım kəsiyində calaq varsa, 
əvvəlcə calaq 1 sm enində tikişlə calanır və tikiş açılır. Xüsusi idman şalvarının, eləcə də pambıq parçadan 
hazırlanan şalvarın arxa hissəsindəki addım kəsiyinin calağı qapalı və ya bağlı tikişlə işlənilə bilər. Şalvarın 
arxa hissəsində qarsaqlar tikilir və ütülənir. Fasondan asılı olaraq arxa hissədə üstdən qoyma və kəsik 
ciblərdən istifadə olunur. Bu ciblərin hazırlanması əvvəlki mövzularda qeyd edilmişdir. Ciblər hazır 
olduqdan sonra isti-nəmləndirmə əməliyyatı aparılır.

Qulfikin hazırlanması. Qulfik şalvarın sol hissəsində yerləşdirilir. Qulfiki hazırlamaq üçün 
əsas və astarlıq parçadan istifadə edilir. Qulfiki hazırlayan zaman onu astarla birlikdə üst tərəfləri içəri 
olmaqla 0,5 sm enində astar tərəfdən tikirlər. Tikişi çevirib kənarları düzəldirlər. Sonra əsas parçadan 0,2 
sm enində kant əmələ gətirilir. Kant astar tərəfdən kənardan 0,1-0,2 sm enində maşın tikişi ilə tikilir. 
Bundan sonra köməkçi ülgü vasitəsilə ilgəklərin yeri qeyd edilir. Ilgək qulfikin kənarından 1 sm aralı 
olmalıdır. Ilgəyin uzunluğu düymənin diametrindən 0,5 sm artıq olmalıdır. Ilgəklər xüsusi maşında və ya 
əldə tikilir. Qulfikin daxili kənarını xüsusi maşında hörmələyirlər. Hazır qulfiki axırıncı əməliyyat olaraq 
ütüləyirlər. 

Şalvarın yan, addım və oturacaq kəsiyinin birləşdirilməsi. Şalvarın arxa və qabaq yarım 
hissələri bir-birinin üzərinə qoyulur və yan tikişlər köklənmədən birləşdirilir. Parça naxışlı və ya damalı 
olduqda əvvəlcə köklənir, sonra birləşdirilir. Tikişlər iki tərəfə açılıb ütülənir. Şalvarın addım kəsiklərini 
qabaq və arxa yarım hissələri yanaşı qoyub yoxlama qeydlərini tabaşirlə işarə edirlər. Addım kəsikləri 
yoxlama qeydlərinə əsasən birləşdirilir. Birləşdirmə vaxtı kökləmədən istifadə edilir. Tikişlər ütülənir. 
Şalvarın oturacaq kəsiyi iki iynəli zəncirvari və ya universal maşında iki tikişlə (aralarındakı məsafə 0,1 
sm olmaqla) sol yarımhissə tərəfdən tikilir. Tikiş qulfikin çərtiyindən başlanıb bel kəsiyinə qədər davam 
etdirilir. Tikiş prosesində kəsik dartılır və qulfik çərtiyi, addım tikişi bir-birinə bərabərləşdirilir. Tikiş payı 
1 sm olmalıdır. Yun parçadan olan kişi şalvarını oturacaq kəsiyinin yuxarı hissəsində tikiş payı 2 sm 
saxlanmalıdır. Tikiş xüsusi qəlibdə arası açılaraq ütülənir. 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin