55
s. formalarda ola bilər. Şalvarın qabaq hissəsində yerləşən ciblər bir köbəli və iki köbəli olur. Bir köbəli
ciblərdə bir köbədən, uzanmayan parçadan (yapışqanlı ara qatı), podzordan və cib kisəsindən istifadə
edilir. İki köbəli ciblərdə iki köbədən, uzanmayan parçadan, podzordan və cib kisəsindən istifadə olunur.
Eyni zamanda qabaq hissədə yerləşən ciblər zəncirbənd ilə də hazırlana bilər. Ciblər hazır
olduqdan
sonra
nəm əski vasitəsilə həm tərs, həm də düz tərəfdən ütülənir.
Şalvarın ön hissəsinin astarla birləşdirilməsi. Yun şalvarın qabaq hissəsində diz yerinin
tez süzülməsinin qarşısını almaq üçün ipək astarlıq parçadan istifadə edilir. Astarlıq parça şalvarın qabaq
hissəsindən 0,4-0,6 sm ensiz və 15-20 sm qısa biçilir. Astarın aşağı kəsiyi iki dəfə: əvvəlcə 0,7 sm sonra
isə 1 sm enində içəri qatlanır, 1-ci qatlamanın kənarından 0,1-0,2 sm aralı universal maşında tikilir və ya
qatlanmadan xüsusi maşında hörmələnir, yaxud astarın balağı xüsusi tərtibatla 0,4 sm dərinlikdə ziqzaq
şəkilli kəsilir. Qabaq hissəyə salınan astarlıq parçanın sonra qısalmaması üçün şalvar nəmlənib ütülənir.
Astar şalvarın qabaq hissəsinin içəri tərəfinə tərs üzü içəri olmaqla qoyulur. Kəsiklər bərabərləşdirilir,
qabaq hissənin yan və addım kəsikləri astarla birlikdə xüsusi maşında hörmələnir. Cib yan tikişdə olan
halda onun yan kəsiyi aşağı kəsikdən cibin alt qeydinə qədər, sağ addım kəsiyi tam, sol addım kəsiyi isə
düymə yeri kəsiyinə qədər hörmələnir. Astarı bel yeri kəsiyində qabaq hissənin qarsaq və büküklərinə
müvafiq büküklər əldə edilir və bəndlənir. Konstruksiyaya uyğun addım kəsiyinin yuxarısında astardan 1
sm dərinliyində bükük qoyulur.
Dostları ilə paylaş: