Az ə rbaycanda Pe şə


“Qadın paltarını texnoloji ardıcıllıqla hazırlayır”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə56/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   ...   52   53   54   55   56   57   58   59   ...   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

“Qadın paltarını texnoloji ardıcıllıqla hazırlayır” 

Çiyin məmulatlarına hansı geyim növləri aiddir? 

Müxtəlif növ qadın paltarı haqqında məlumat verin. 

Paltarın hazırlanmasında hansı qarsaqlardan istifadə olunur? 

Paltarın hazırlanma ardıcıllığını sadalayın. 

Biçim hissələri tikişə necə hazırlanır? 

Paltarın son tamamlama işlərinə nələr daxildir? 
4.3.1. Üst geyimlərini texnoloji ardıcıllıqla tikir 

Jiletin hazırlanma texnologiyası 
Jiletlər kişi və qadın geyimlərində, kostyum dəstinin bir hissəsi kimi və ya sərbəst 
geyim çeşidi kimi sayıla bilər. Jiletlər bir bortlu, iki bortlu və bortsuz, astarla və 
astarsız, müxtəlif görünüşlü ciblərlə hazırlana bilər. Jiletləri bədənə kip, boyuna 
yapışıq və yarımyapışıq siluetlərdə, kostyum dəstinin parçasından və ya müxtəlif 
parçalardan istifadə edilərək hazırlana bilər (şəkil).
Jiletin hazırlanma ardıcıllığı aşağıdakı kimidir: 1. Biçilmiş hissələrin yoxlanılması. 2. Simmetrik 
hissələrdə xətlərin bir hissədən digərinə keçirilməsi. 3. Qarsaqların hazırlanması. 4. Ön hissənin 
hazırlanması, ara qatı ilə birləşdirilməsi. 5. Ciblərin hazırlanması. 6. Bort altının hazırlanması və ön 
hissənin aşağı kəsiyinin köbəsinin ətəyin astarı ilə birləşdirilməsi. 7. Arxa hissənin hazırlanması. 8. Ön 
hissənin bort kənarının hazırlanması. 9. Arxa və ön hissələrin birləşdirilməsi. 10. Arxanın boyun kəsiyinin 
işlənməsi. 11. Jiletdə son tamamlama işləri.


62 
Şəkil 4.7 Qadın jiletinin modelləri 
Aşağıdakı şəkildə jiletin üst hissəsinin biçim hissələri göstərilmişdir. Burada 1 – arxa hissə; 2 – 
qabaq hissə; 3 – bortaltı; 4 – aşağı cibin listiki; 5 – yuxarı cibin listiki; 6 – kəmər; 7 – aşağı hissənin köbəsi. 
Aşağıdakı şəkildə jiletin astarı və ara materialı göstərilmişdir. 8 – arxa hissə; 9 – qabaq hissə; 10 - əlavə 
material qatı; 11 – arxa hissənin boyun kəsiyinin əlavə material qatı; 12 – aşağı cibin astarı; 13 – yuxarı 
cibin astarı. 
Şəkil 4.8 Jiletin biçim hissələri 
Jiletin hazırlanma ardıcıllığı. Jiletin qabaq hissəsinə qəlibdə ütü ilə isti-nəmləndirmə əməliyyatı 
aparılır. Bu halda sağ və sol tərəflərin (üzü içəri olmaqla) kəsikləri bərabərləşdirilib qəlibin üzərinə 
qoyulur. Əməliyyat elə aparılmalıdır ki, qol dibi və boyun yerindəki boşluq ütü ilə yığıla bilsin. 
Konstruksiyasından asılı olaraq bəzən çiyin və ətək kəsiyindən genişləndirmə (dartılmaqla) əməliyyatı da 
aparılır. Əməliyyat ütü ilə yerinə yetirildikdə döş sahəsində eyni forma əldə etmək üçün isə qabaq 


63 
hissəsinin əvvəlcə sol, sonra isə sağ tərəfindən başlamaq lazımdır. Jiletin ətək köbəsi qabaq hissənin 
astarına tikilir. Tikiş prosesində astarın ətəyində nəzərdə tutulan qarsaq qeydiyyata müvafiq olaraq icra 
edilir. Ciblər hazırlanır. Bortaltı və köbə astara 0,7-1sm enində astar tərəfdən birləşdirilir. Kişilər üçün 
jiletin arxa hissəsi əsasən iki qat astarlıq parçadan hazırlanır. Onun üzü əsas astarlıq parçadan, astarı isə 
qol üçün nəzərdə tutulmuş mil-mil astarlıq parçadan və ya hər iki üzü eyni astarlıq parçadan olur. Qadın 
jiletlərində isə arxa hissə əsas parçadan olur, hazırlanma isə eyni gedir. Arxa hissənin sağ və sol tərəfləri 
üz-üzə qoyulub bərabərləşdirilir, boyun kəsiyindən başlayaraq 1 sm enində tikilir. Astarın orta tikişi sağa, 
uzun orta tikişi isə sola yatırdılır. Arxa hissənin hər iki tərəfində qarsaqlar tikilir və ütülənir (şəkil 4.9 a). 
Əsas astarlıq parçanın boyun yerinə əlavə material qatı tikilir. Hazırlanmış kəmərcik qeyd olunmuş 
yerlərdə arxa hissəyə bəndlənir. Arxa hissənin üzü ilə astarı üz-üzə qoyulub ətəyi və qol yeri astar 
tərəfdən 1 sm enində tikilir (şəkil 4.9. c). Ara materialı bortla öndən 4-5 sm aralı, xüsusi maşında köklənir. 
Arxa hissə hazır olduqdan sonra qabaq hissənin sağ və sol tərəfləri uyğun olaraq arxa hissənin üzü ilə 
astarı arasına qoyulur. Yan və çiyin kəsikləri bərabərləşdirilir, astar tərəfdən 1 sm enində tikilir (şəkil 4.9 
ç). Arxa hissənin dartıla bilən qol yeri kəsiyi tikişə 0,1-0,2 sm qalana qədər çərtilir. Arxa ətəyin 
künclərində 0,2-0,3 sm tikiş payı saxlanıb artığı kəsilir. Jilet arxa hissənin boyun yerindən üz tərəfə 
çevrilir, tikişlər düzəldilir, yan və çiyin tikişləri arxa hissə tərəfə yönəldilir. Arxa hissənin boyun yerinin 
kəsiyi 1 sm enində içəri qatlanır, onun üzündən 0,1-0,2 sm kant alınır və astar tərəfdən 0,3 sm məsafədə 
tikilir, ütüləmə əməliyyatı aparılır. Sonra jiletdə ilgək yeri açılır və düymə tikilir (şəkil 4.9 b).
Şəkil 4.9 Jiletin hazırlanması: a, b, c – jiletin kürəyinin hazırlanması; 
ç – jiletin bort kənarı və qol dibinin hazırlanması 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin