68
Təlim nəticəsi 5: Tikiş istehsalının təşkili haqqında bilir və təmirin növlərini
müəyyən edir
5.1.1. Təcrübə, hazırlıq, biçim istehsalının əməliyyatları haqqında məlumat verir
Təcrübə istehsal sahəsi
Təcrübə sahəsinin əsas vəzifəsi vaxtlı-vaxtında keyfiyyətli yeni modellər
hazırlayıb istehsala verməkdən ibarətdir.
Bunun üçün yeni modelin
konstruksiyasını və texnologiyasını işləyib hazırlamaq, texnoloji əməliyyatın
optimal rejimini seçmək, məmulat üçün bütün əsas və köməkçi materialın
sərfini normalaşdırmaq, ülgünü, trafareti, tabaşirləməni hazırlamaq,
yaxud
çertyojun həssas kağız üzərində sürətini çıxarmaq, modelin texniki sənədlərini tərtib etmək lazımdır.
Bundan başqa təcrübə sahəsi modelin istehsalata buraxılmasına, materialdan səmərəli istifadə
edilməsinə nəzarət edir. Modelləri alıcılıq tələbinə görə vaxtlı-vaxtında dəyişdirir, onların
konstruksiyasını və texnologiyasını məmulatın keyfiyyətinə xələl gətirmədən təkmilləşdirir.
Parça
tullantılarından istehsalatda istifadə üçün tədbirlər hazırlayır.
Tikiş sexinə kömək məqsədilə yeni avadanlıqları, tərtibatı, kiçik mexanizasiya vasitələrini
sınaqdan keçirir. Yeni məmulatın istehsalata buraxılmasına köməklik edir.
Ülgü nümunələri əsasən modalar evindən gətirilir. Konstruktorlar
təcrübə sexində nümunə
ülgüsünü yoxlayıb dəqiqləşdirir və ülgü hazırlayan qrupa verirlər. Orada ülgülər və köməkçi ülgülər
hazırlanır. Ülgü beş komplektdə hazırlanır: ikisi təcrübə sexinə parçanın sərf normasını
hesablamaq
üçün; biri hazırlıq sexinə tabaşirlə hazırlamaq üçün verilir; iki komplekt iş ülgüsü isə biçim sexinə verilir.
Bunların birindən qüsurlu parçaları tabaşirləmək, o birindən isə
döşəmənin üstünə qoyulan
tabaşirlənmiş parçanın pozulmuş tabaşirini bərpa etmək üçün istifadə edilir.
Təcrübə sexinin gücü müəssisənin gücündən asılıdır.
Dostları ilə paylaş: