70
5.1.2. Tələbələr üçün fəaliyyətlər
Üç qrupa bölünün. Əlavə mənbələrdən istifadə etməklə birinci qrup təcrübə sexinin,
ikinci qrup hazırlıq sexinin, üçüncü qrup isə biçim sexinin funksiyaları haqqında
geniş
təqdimatlar hazırlayır.
Müəllim tərəfindən mövzu qoyulur. Hamı növbə ilə bu mövzuya aid məlumat verir. Hər
bir tələbə cavabını tamamladıqdan sonra müəllim sayır: “Bir, iki..”. Bu zaman başqa tələbə
tez əlavə edə bilər. Sonuncu cavab verən tələbə qalib sayılır. Fikirlər təkrarlanmasın deyə
hamı bir-birini dinləyir.
Üç qrupa bölünün. Hər qrupa vatman kağızı verilir və tələbələrə mətnə uyğun 3 sual
hazırlamaq tapşırığı verilir. Hər qrupa bir mətn verilir. Sonra kağızlar saat əqrəbi
istiqamətində qruplar arasında dəyişdirilir. Suallar altında cavablar yazılır. Sonra kağızlar
lövhəsən asılır və ümumi sinif fikir mübadiləsi aparır.
Mövzuların adları kağıza yazılır, qatlanıb qutuya yığılır. Tələbə qutudan kağız parçasını
çıxarıb, üzərində adı yazılan mövzu haqqında müəllimin
müəyyən etdiyi vaxt ərzində
bacardığı qədər çox məlumat verir və ən çox məlumat verən tələbə qalib elan edilir.
5.1.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: