64
4.3.2. Tələbələr üçün fəaliyyətlər
Tələbə axını prosesində jiletin ayrı-ayrı hissələri hazırlanır.
Tələbəyə, əlavə mənbələrdən istifadə edərək, müxtəlif model jiletlərin geyimin digər
komponentləri ilə yaratdığı ahəng və geyimin ümumi ansamblına təsiri haqqında təqdimat
hazırlamaq tapşırılır. Bu təqdimat dərsdə nümayiş etdirilir və ətrafında fikir mübadiləsi
aparılır.
Tikilmiş jiletin son tamamlama əməliyyatı aparılır.
4.3.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
“Üst geyimləri texnoloji ardıcıllıqla tikir”
Müxtəlif jilet modelləri haqqında məlumat verin.
Jiletin hazırlanma ardıcıllığını sadalayın.
Jiletin arxa hissəsinin hazırlanmasında nə üçün astarlıq parçadan istifadə edilir?
Üz hissənin astarla birləşdirilməsini izah edin.
Jiletdə son tamamlama işlərinə hansılar daxildir?
4.4.1. Tekstil məmulatlarının növlərini müəyyən edir
Tesktil məmulatları haqqında məlumat
Tekstil məmulatlarına müxtəlif növ yataq dəstləri, süfrələr, pərdələr, yataq
örtükləri, yeni doğulmuş körpələr üçün bələklər, konvertlər və s. aiddir. Standart
yataq dəsti bir ədəd döşəkağı, 1 ədəd yorğanağı və 2 ədəd balışüzündən
ibarətdir. Döşək, yorğan və balışın ölçülərindən asılı olaraq dəst bir nəfərlik və
yaxud iki nəfərlik ola bilər. Yataq dəstini tikərkən vacib amillərdən biri parçanın
düzgün seçilməsidir. Ən geniş istifadə olunan parça növləri aşağıdakılardır:
Dostları ilə paylaş: