“Tikiş məmulatlarının təmir növlərini bilir”
Geyimlər istismar zamanı hansı təsirlərə məruz qalırlar?
Geyimdə təmirinin hansı növləri vardır?
Geyimlərin böyük təmiri qrupuna hansılar aiddir?
Közəməni maşınla necə yerinə yetirirlər?
Geyilmə zamanı ən çox hansı hissələr köhnəlməyə məruz qalırlar?
5.4.1. Standartlaşmanın mahiyyətini və məhsulun keyfiyyətinə nəzarəti izah edir
Məhsulun keyfiyyətinə nəzarətin təşkili İstehsal və xidmət sahəsinin inkişafı, cəmiyyətin həyata dair tələbatının daha
dolğun ödənilməsinin təmin edilməsi mühüm məsələ olaraq qalmaqdadır. Xalq
təsərrüfatının sürətlə inkişaf etdirilməsi, xalqın rifahının durmadan
yüksəldilməsi, gündəlik tələbat malları ilə təmin edilməsi proqramımı müəyyən
etmişdir. Bu, ən əvvəl mövcud tikiş sənayesi müəssisələrindən səmərəli istifadə
edilməsindən, xammala qənaət edilməsi və məmulatın keyfiyyətinin daim yaxşılaşdırılmasından
ibarətdir. Məmulatın keyfiyyəti onun müəyyən işə nə qədər uyğun gəldiyini bildirən əlamətlərinin
cəminə görə təyin edilir. Tikiş məmulatlarının keyfiyyəti parça və başqa materialların keyfiyyətindən,
biçim dəqiqliyindən asılıdır. əməliyyatların əvvəldən axıra qədər düzgün işlədilməsində işçilərin şəxsi
təcrübəsi və dövlət standartının tələblərinə riayət edilməsi böyük rol oynayır.
Keyfiyyətə nəzarətin metodu və formaları. Tikiş məmulatının keyfiyyətini yaxşılaşdırmaq üçün
istehsalın bütün pillələrində məhsulun keyfiyyətinə nəzarəti lazımi səviyyəyə qaldırmaq lazımdır.
Məmulatın istehsal edilməsi zamanı onun keyfiyyətinə nəzarət üç formada aparılır: 1. Özünə nəzarət; 2.
Ümumi nəzarət; 3. Texniki nəzarət.
Kütləvi və fərdi istehsalatda özünə nəzarət hər bir işçi tərəfindən yerinə yetirilir. Yəni hər bir işçi
hər hansı bir məmulatı hazırlayan zaman gördüyü işin keyfiyyətini özü yoxlayır. Ümumi nəzarətdə
görülən işin keyfiyyəti həm tikişçi, həm də biçici tərəfindən yoxlanılır. Kütləvi istehsalatda hazır
məmulatın keyfiyyəti Texniki nəzarət bölməsi (TNB) tərəfindən yoxlanılır. Bu nəzarətçilər geyimin bütün
hissələrini dövlət standartına əsasən stol üzərində və ya manekenə geydirməklə yoxlayırlar. Fərdi
istehsalatda isə biçici hazır məmulatın keyfiyyətini sifarişçidən götürdüyü ölçüyə əsasən yoxlayır.
Təcrübədə hər bir nəzarətçi yoxlama ardıcıllığını öz bacarığına uyğun ixtiyari aparır. Buna görə də tikiş
məmulatının yoxlanılma ardıcıllığının səmərəli qaydada aparılması məsləhətdir. Bu bütün hissələrin
dəqiq, düzgün yoxlanılmasını təmin edir.