Fəhlə əməyinin təşkilinin əhəmiyyəti
İstehsal prosesinin inkişafı və təkmilləşdirilməsi ilə əməyin təşkili də inkişaf edib təkmilləşir. O
elmi əsaslara əsaslanır. Əməyin elmi təşkili əmək prosesinin daha sərfəli formalarını işləyib
hazırlamaqdan ibarətdir. Əməyin elmi təşkilinin əsas istiqamətləri aşağıdakılardır: 1) Əmək bölgüsünün
düzgün aparılması; 2) İş yerlərindən səmərəli istifadə etmək; 3) İşçiləri səmərəli şəkildə yerləşdirmək; 4)
İşi planlaşdırmaq; 5) Əmək intizamı və normalaşdırılmış əmək rejimi; 6) Kadrların hazırlanması və onların
78
mədəni-texniki səviyyəsinin yüksəldilməsi; 7) Qabaqcıl təcrübənin yayılması; 8) Sanitar-gigiyenik, estetik
şərait; 9) Texniki təhlükəsizlik; 10) Briqadalar arasında yarış.
1.
Əmək bölgüsünün düzgün qurulması əmək məhsuldarlığının yüksəldilməsi üçün əsas
amillərdən biridir. Əmək bölgüsündə əməliyyatların birləşdirilməsi sayəsində bir işçi bir neçə əməliyyatı
yerinə yetirir, nəticədə işçinin peşə hazırlığı yüksəlir, o iş vaxtından səmərəli istifadə edir və boş
dayanmalara yol vermir.
2.
İş yerindən səmərəli istifadə dedikdə avadanlığın texniki imkanlarından, iş vaxtından,
material və furniturdan tam istifadə edib, iş yerində lazımi şərait yaratmaqla yüksək əmək
məhsuldarlığına nail olmaq nəzərdə tutulur. İş yerinin səmərəli təşkili iş yerinin ixtisaslaşması, düzgün
işıqlandırılması, normal əmək şəraiti, fasiləsiz xidmətin təşkilinə əsaslanır.
3.
İşçilərin səmərəli yerləşdirilməsi üçün əməyin təşkilin fərdi və briqada üsulundan
istifadə olunur.
4.
İşin planlaşdırılması dedikdə işçinin özünün iş vaxtının düzgün bölməsi, yəni iş yerinə
qulluq, avadanlığa qulluq, əməliyyatı yerinə yetirmək, gördüyü işin keyfiyyətini yoxlamaq nəzərdə
tutulur.
5.
Normalaşdırılmış iş rejimi və əmək intizamı iş və istirahətin düzgün yerdəyişməsinə
nəzarət edir. Bütüm müəssisələrdə istirahət və yemək üçün fasilə verilir.
6.
Kadrların hazırlanması və onların mədəni-texniki səviyyəsinin yüksəldilməsi üçün peşə
məktəbləri, fabriklərin nəzdində kurslar fəaliyyət göstərir.
7.
Qabaqcıl təcrübənin yayılması əmək məhsuldarlığının yüksəldilməsinin əsas
üsullarından biridir.
8.
İşçilərin estetik tələbatını ödəmək üçün yerlərini rəngləyir, məişət və istehsal yerlərini
tərtib edir, düzgün işıqlandırır, səs küyü azaldır və s.
9.
Təhlükəsizlik texnikası görüləcək işin təhlükəsizliyini təmin etmək üçün əsas şərtlərdən
biridir. Hər bir işçinin yanında təhlükəsizlik texnikası qaydaları haqqında təlimat olmalıdır. Bu təlimat ilə
tanış olmadan heç bir fəhləni iş yerinə buraxmaq olmaz.
10.
Briqadalar arasında yarış dedikdə hər hansı bir əməliyyatı yerinə yetirdikdə iki briqada
bir-biri ilə yarışır.
1.5.2.
Tələbələr üçün fəaliyyətlər
İki qrupa bölünün. Hər qrup iştirakçıları elə əyləşməlidir ki dairə yaratsınlar, lakın bu
dairələr bir-birinin içində olacaq. Daxili dairənin iştirakçılarına müəllim bir mövzu verir və
onun ətrafında fikir mübadiləsi aparmağı tapşırır. Bu zaman xarici dairənin iştirakçıları bu
müzakirələrin şəffaf və əvvəlcədən müəyyən olunmuş və razılaşdırılmış şərtlərə uyğun
aparılmasına nəzarət edir. Bu qrup bir növ müşahidəçi qrup olur. Müzakirələr bitdikdən
sonra qruplar yerlərini dəyişdirir, yəni daxili dairədəki qrup xarici dairəni, xarici dairədəki
qrup isə daxili dairəni təşkil edir. Bu zaman müəllim artıq daxili dairəyə başqa
mövzuətrafında fikir mübadiləsi aparmağı tapşırır, və eyni qaydada işə davam edirlər.
Müəllim tərəfindən mövzu qoyulur, hamı növbə ilə bu mövzuya aid məlumat verir. Hər
bir tələbə cavabını tamamladıqdan sonra müəllim sayır: “Bir, iki, üç”. Bu zaman başqa
tələbə tez əlavə edə bilər. Sonuncu cavab verən tələbə qalib sayılır. Fikirlər təkrarlanmasın
deyə hamı bir-birini diqqətlə dinləyir.
Tələbələrdən ibarət briqada yaradılır. Tələbələrdən biri briqadir təyin olunur. Briqadir
iş bölgüsünü aparır. Tələbə axını prosesində hansısa bir məmulat hazırlanır.
79
1.5.3.
Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: |