72
Istifadə zamanı ən çox sürtünən hissələr daha çox köhnəlməyə məruz qalır. Belə ki, üst geyimlərdə ən
çox zədələnən hissələr aşağıdakılardır: qolların aşağısı, bortun kənarı, ilgəklər, cibin köbələri, üst yaxalıq,
məmulatın aşağısı, qolun dirsək hissəsi, düymə tikilən yer və s. Şalvarda: aşağı hissə, oturacaq yeri, diz
sahəsi, ciblərin ağız hissəsi, bağlamalar. Astarda: qolun astarı, cibin astarı, astarın aşağısı, şalvarın
astarının diz sahəsi, cib kisəsi.
Geyimdə təmirin növləri
Geyimlərin təmirinin növləri əmək həcminə görə 3 qrupa bölünür: 1) kiçik təmir; 2) orta təmir;
3) böyük təmir.
1.
Geyimlərin kiçik təmirinə aşağıdakılar aiddir: düymələrin tikilməsi, ılgəklərin açılması,
asqının hazırlanıb yerinə tikilməsi, ilgəyin hörmələnməsi, ciblərin kənarlarının bərkidilməsi, astarın
sökülmüş sahələrinin tikilməsi, məmulatın ütülənməsi.
2.
Orta təmir geyimin ayrı-ayrı hissələrinin təmiri və məmulatın bədən ölçüsünün nəzərə
çarpmayacaq dərəcədə dəyişdirilməsi ilə xarakterizə olunur. Bu təmirə aşağıdakılar aiddir: yaxalığın
təmçiri və fasonunun dəyişdirilməsi, məmulatın aşağısının təmiri, məmulatın uzunluğunun
dəyişdirilməsi, qolların təmiri, bortun təmiri və formasının dəyişdirilməsi, laskanı təmiri, ciblərin təmiri.
3.
Geyimlərin böyük təmiri geyimimn ölçüsünün, fasonunun, siluetinin dəyişdirilməsi,
dağılmış, cırılmış əsas hissələrin yenidən düzəldilməsi ilə xarakterizə olunur.
Bu təmir qrupuna aşağıdakılar aiddir: məmulatın formasının, eninin dəyişdirilməsi, qolun bütün
və qismən sökülüb çıxarılması, yaxalığın dəyişdirilməsi, məmulatda qolun vəziyyətinin dəyişdirilməsi, iki
bortlu geyimin bir bortlu düzəldilməsi və s.
Dostları ilə paylaş: