71
Müxtəlif geyimlərin bütün hissələrini eyni ardıcıllıqla işləmək mümkün deyildir, çünki hissələrin
(məsələn, qol, bort, yaxalıq və ciblər) işlənilmə prosesi müxtəlif üsullarla aparıla bilər. Bu isə tikiş
prosesinin müəyyən ardıcıllıqla yerinə yetirilməsini tələb edir.
Hazırda kütləvi geyim istehsalında bölünməz əməliyyatların müəyyən ardıcıllıqla
tərtib edilməsi
– avtomat və yarımavtomatların, proqramla idarə edilən maşınların, istehsalın yeni təşkili formasının,
konstruksiyası texnologiyalı geyimlərin hazırlanmasının unifikasiya edilmiş texnologiyasının tətbiqindən
və prosesin təşkilindən asılıdır.
Sonradan başqa əməliyyata bölünməsi qeyri-mümkün və ya lüzumsuz olan əməliyyata
bölünməz əməliyyat deyilir. Məsələn, bortun çevrilən tikişlə işlənilməsi, çiyin kəsiklərinin birləşdirilməsi,
qolun qol yerinə tikilməsi və s. bölünməz əməliyyatlardır. Bölünməz əməliyyatı bir işçi icra edir.
Müxtəlif geyimlərin hazırlanma texnologiyasının unifikasiya edilməsi əl əməyinin maşın əməyi
ilə
əvəz edilməsinə, hissələrin yığılması, yapışqanlı materiallarla işlənilməsi və yüksək məhsuldar
avadanlıqdan istifadə edilməsinə imkan verir. Əmək məhsuldarlığının artırılmasına
istehsal olunan
geyimlərin keyfiyyətinin yaxşılaşdırılmasına şərait yaradır.
5.2.2. Tələbələr üçün fəaliyyətlər
İki qrupa bölünün. Hər qrup iştirakçıları elə əyləşməlidir ki, dairə yaratsınlar, lakın bu
dairələr bir-birinin içində olacaq. Daxili dairənin iştirakçılarına müəllim bir mövzu verir və
onun ətrafında fikir mübadiləsi aparmağı tapşırır. Bu zaman xarici dairənin iştirakçıları bu
müzakirələrin şəffaf və əvvəlcədən müəyyən olunmuş və razılaşdırılmış
şərtlərə uyğun
aparılmasına nəzarət edir. Bu qrup bir növ müşahidəçi qrup olur. Müzakirələr bitdikdən
sonra qruplar yerlərini dəyişdirir, yəni daxili dairədəki qrup xarici dairəni, xarici dairədəki
qrup isə daxili dairəni təşkil edir. Bu zaman müəllim artıq
daxili dairəyə başqa mövzu
ətrafında fikir mübadiləsi aparmağı tapşırır, və eyni qaydada işə davam edirlər.
Dörd nəfərlik beş qrupa bölünün. Müəllim birinci qrupa sual yazılmış vatman kağızı verir.
Həmin qrupun tələbələri vatman kağızında sualın cavabını yazıb, kağızı cavab görünməyənə
qədər qatlayırlar. Sonra ikinci qrupa ötürürlər. Ikinci qrup həmin qaydada cavab verib
ötürür üçüncü qrupa, üçüncü qrup dördüncü qrupa, dördüncü qrup beşinci qrupa ötürür.
Sonda kağız lövhədən asılır və verilən cavablar müzakirə olunur.
5.2.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: