65
Şəkil 4.10 Müxtəlif növ yataq dəstləri
Pərdələrin düzgün seçimi evə rahatlıq və komfort gətirir. Pərdələr
müxtəlif stillərdə və
modellərdə hazırlanır. Pərdə tikərkən onun hansı parçadan hazırlanacağına diqqət etmək lazımdır.
Adətən pərdəlik parçaların eni 2.8 m və daha çox olur. Belə parçalardan pərdələr eninə biçilərək tikilir.
Yəni pərdənin hündürlüyü parçanın eninə bərabər olur. Hal-hazırda pərdələr müxtəlif növ qatlamalarla
hazırlanır. Əsasən bant şəkilli qatlamalardan geniş istifadə olunur. Bundan başqa pərdələrin tikilməsində
bəzək məqsədilə müxtəlif furniturlardan (məsələn: krujeva, tesma, muncuqlar və s.) istifadə olunur.
Şəkil 4.11 Pərdələrin müxtəlif modelləri
Süfrələrdən gündəlik və bayram masalarının bəzədilməsində istifadə edirlər. Süfrəni tikməkdən
əvvəl onun ölçüsü və hansı parçadan tikiləcəyi müəyyənləşdirilir. Bu, süfrənin təyinatından asılıdır.
Təyinatına
görə süfrələr gündəlik, bayram, çay masası üçün və s. olurlar. Parçanın rəngi otağın
interyerinə uyğun seçilməlidir. Süfrə üçün parçanın rəngini seçərkən onu otaqdakı
başqa tekstil
məmulatlarının rənginə də uyğunlaşdırmaq olar (məsələn: pərdənin,yumşaq mebelin parçasının və s.).
66
Şəkil 4.12 Müxtəlif model və təyinatlı masa örtükləri (süfrələri)
4.4.2. Tələbələr üçün fəaliyyətlər
Tələbə, əlavə mənbələrdən istifadə edərək, müxtəlif növ süfrələr və onların təyinatı
haqqında təqdimat hazırlayır. Dərsdə təqdimat nümayiş etdirilir və digər tələbələr öz
əlavələrini edirlər.
67
Tələbə, əlavə mənbələrdən istifadə edərək, müxtəlif model
pərdələr, onların interyerə
uyğun rəng seçimləri haqqında geniş təqdimat hazırlayır. Dərsdə təqdimat nümayiş
etdirilir və digər tələbələr bu təqdimata rəylərini bildirirlər.
4.4.3. Qiymətləndirmə
Aşağıdakı qiymətləndirmə meyarına əsasən qiymətləndirəcəksiniz:
Dostları ilə paylaş: