Mühazirə 12. TEKSTİL LİFLƏRİNƏ QOYULAN TƏLƏBLƏR
Plan
1.Tekstil istehsalatı haqqında anlayış
2. Tekstil сянайесиндя ишлядилян əsas хаммал нювляри, onların характеристикалары və təsnifatı
3. Tekstil сянайесиндя ишлядилян əsas хаммал нювляри цчцн тятбиг олунан дювлят стандартлары вя онларын тялябляри
Tekstil materiallarının texnologiyası kursu lifli mate-riallardan lif, sap, parça, trikotaj, toxunmayan tekstil materialları və s. tekstil məmulatları istehsalı proseslərindən və ava-danlıqlarından bəhs edir.
Müəssisələrdə aparılan texnoloji proseslərin xarakterinə görə texnologiya iki formada aparılır: mexaniki və kimyəvi.
Emal olunan tekstil liflərinin və kimyəvi sapların nö-vündən asılı olaraq tekstil sənayesi aşağıdakı sahələrə bölünür:
- pambıq-parça, pambıq lifləri yaxud onların kimyəvi lifıərlə qarışığından formalaşan tək, yaxud burulmuş saplardan pambıq parçalar və yarımpambıq parçalar istehsal olunur;
- yun, yun müxtəlif növ yun liflərindən (qoyun, keçi, dəvə və s. heyvanların üst örtüklərindən alınan), yaxud onların kimyəvi liflərlə qarışığı ilə tək, yaxud burulmuş saplardan yun və yarımyun parçalar istehsal olunur;
- kətan və buna oxşar bitkidən kətan və yarım kətan parçalar, habelə burulmuş kətan məmulatları istehsal olunur;
- ipək, burulmuş təbii ipək saplardan, ipək saplarla çir-likdə burulmuş kimyəvi saplardan və s. ipək parçalar istehsal olunur.
Tekstil sənayesinin qeyd olunan istənilən sahəsi aşa-ğıdakı istehsalatları özündə birləşdirir.
Tekstil liflərini (xammalı) ilkin emal edən isteh-salat. Xam pambığın təmizlənməsi, çiyiddən lifin ayrılması və onun kip formasında qablaşdırılması prosesini həyata keçirən pambıq zavodları. Yunun yuyulması, onun növləşdirilməsi, tərkibindən kənar qarışıqların ayrılması prosesini həyata keçirən yunun ilkin emal müəssisələri.
2. Əyricilik istehsalatı. Təbii və kimyəvi liflərdən sap-ların formalaşmasını təmin edən mexaniki və texnoloji pro-seslər toplusu. Emal olunan liflərin növündən aslı olaraq pam-bıq, yun, kətan və ipək əyricilik istehsalatları.
Dostları ilə paylaş: |