Az ə rbaycanda Pe şə


Paltarda qarsaqların hazırlanması



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə54/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   ...   50   51   52   53   54   55   56   57   ...   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

Paltarda qarsaqların hazırlanması. Paltara bədən quruluşunun formasını vermək üçün 
və ya geyimin bədəndə yapışıq və yarıyapışıq oturması üçün qarsaqlar hazırlanır. Qarsaqların eni (tərkibi) 
geyimin hansı siluetdə olmasından asılıdır. Geyimdə qarsaqlar üst (döş qarsağı) və beldə yerləşdirilən 
qarsaqlardır. Üst qarsaqlar çiyindən, boyun kəsiyindən, qoldibindən və yan kəsikdən hazırlana bilər. Bu 
qarsaqlar qadın geyimlərində əsas sayılır və döş nahiyəsinə forma verir. Bel hissədə olan qarsaqlar 


60 
geyimin bel sahəsində bədənə yaxşı forma verməsi üçündür. Qarsaqların hazırlanması üçün mərkəzi 
xətti qeyd olunur, qarsaqlar köklənir və maşında yoxa doğru tikilir, sonu bəndlənir. Hazır qarsaqlar yan 
tikiş tərəfə xüsusilə qəlib üzərində ütülənir. Ütülənmə nəm parça vasitəsilə aparılır. Qarsağın sonluğu 
ütüləmə vasitəsilə yatırdılır.

Qabaq və arxanın yan və çiyin kəsiyində birləşdirilməsi. Paltarın arxa hissəsi orta 
tikişlidirsə, onda hissələrin birində ülgü vasitəsilə tikiş xətti qeyd olunur və maşında tikilir. Əgər parça 
damalı, zolaqlıdırsa, onda əvvəlcə naxışları uyğunlaşdırmaqla, 1,0-1,5sm uzunluğunda kök tikişi ilə 
kökləyib, sonra maşında tikirlər. Qabaq və arxa hissə üst tərəfi içəridə olmaqla üz-üzə qoyulur, kənar 
kəsiklər bərabərləşdirilir, qeydiyyatlara əsasən kürək tərəfdən köklənir. Qabaq və arxa hissənin çiyin 
kəsikləri barabərləşdirilir və kürək tərəfdən köklənilir. Kürəyə 1,5 enində yığım verilməlidir. Yığmanı yaxa 
yerindən başlayaraq qol dibinə 3-4 sm qalana qədər vermək lazımdır. Çiyin və yan tikişlərini maşında kök 
tikişindən 0,1 sm məsafədə tikib, sonluqlarını bəndləyirik. Əgər çiyində qarsaq və qatlama yoxdursa, 
hörmələyib bir tərəfə, yaxud açaraq iki tərəfə ütüləyirik. Əgər çiyin və yan tikişlər bir tərəfə 
ütülənməlidirsə, onda kürək tərəfə ütülənir. Dartılan parçadan hazırlanan geyimdə çiyin tikişinə kromka 
(uzanmayan parça) qoyularaq tikilir. Bu çiyin tikişinin dartılmasının qarşısını alır. Əgər çiyin və yan tikişi 
iki tərəfə açılıb ütülənirsə, onda birinci yoxlamadan sonra çiyin və yan kəsiklər hörmələnir, sonra 
birləşdirilir. Əgər çiyin və yan tikiş bir tərəfə ütülənirsə, onda maşında birləşdirdikdən sonra hörmələnir. 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin