Az ə rbaycanda Pe şə


Qadın paltarının hazırlanması



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə53/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   ...   49   50   51   52   53   54   55   56   ...   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

Qadın paltarının hazırlanması 

Qadın paltarları aşağıdakı ardıcıllıqla hazırlanır. 1. Biçilmiş hissələrin yoxlanılması. 2. 
Simmetrik hissələrdə xətlərin bir hissədən digərinə keçirilməsi. 3. Hissələrin kənar kəsiklərinin 
hazırlanması. 4. Qabaq hissənin hazırlanması. 5. Arxa hissənin hazırlanması. 6. Qabaq və arxa hissələrin 
yan və çiyin kəsiklərində birləşdirilməsi. 7. Yaxalıqların hazırlanması, yaxa yerinə birləşdirilməsi. 8. 
Qolların hazırlanması, qoldibinə birləşdirilməsi. 9. Reqlan biçimli qollu paltarların hazırlanma 
xüsusiyyəti. 10. Bütöv biçimli paltarın hazırlanma xüsusiyyəti. 11. Beldən kəsik paltarın hazırlanma 
xüsusiyyəti. 12. Uşaq paltarının hazırlanma xüsusiyyəti. 13. Paltarın aşağı kəsiyinin hazırlanması. 14. 
Paltarda son tamamlama işləri. 

Paltarın biçilmiş hissələri. Qadın paltarının biçilmiş hissələri modelinin görünüşündən 
asılı olaraq müxtəlif ola bilər. Beldən bütöv paltarın əsas biçilmiş hissələri aşağıdakılardır: arxa hissə - 1 
(2 hissədən ibarət ola bilər); qabaq hissə - 1; qol - 2; alt yaxalıq - 1 (2 hissədən ibarət ola bilər); üst yaxalıq 
- 1. Əgər paltar modelində kəmər, cib və başqa hissələr varsa, onların da biçilmiş hissələri olmalıdır. 
Beldən kəsik qadın paltarının biçilmiş hissələri aşağıdakılardır: arxa hissə - 1; ön hissə - 1 (2 hissədən 
ibarət ola bilər); qol - 2; ətəkliyin ön hissəsi - 1; ətəkliyin arxa hissəsi - 1 (2 hissədən ibarət ola bilər); alt 
yaxalıq - 1 (2 hissədən ibarət ola bilər); üst yaxalıq - 1; kəmər - 1 və s. 

Paltarda kənar kəsiklərin hazırlanması. Biçilmiş hissələrin kənar kəsiklərinin 
hazırlanması xüsusi hörmələyici maşın vasitəsilə yerinə yetirilir. Bu əməliyyatlar xüsusi 51-A sinif və ya 
208-A sinif maşınlarında yerinə yetirilir. Paltar qalın parçadan hazırlanarsa və ya tikişlərin arası açılaraq 
ütülənəcəksə, onda birləşdirici tikiş etmədən hissələrin kənarları hörmələnməlidir. Əgər bir tərəfə 
ütülənəcəksə, onda hörmələmə bitişdirici tikişdən sonra edilməlidir.


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin