Az ə rbaycanda Pe şə


“Standartlaşmanın mahiyyətini və məhsulun keyfiyyətinə nəzarəti izah edir”



Yüklə 0,75 Mb.
Pdf görüntüsü
səhifə67/69
tarix24.12.2023
ölçüsü0,75 Mb.
#191383
1   ...   61   62   63   64   65   66   67   68   69
tikis-mamulatlarinin-hazirlanma-texnologiyasi

“Standartlaşmanın mahiyyətini və məhsulun keyfiyyətinə nəzarəti izah edir” 

Kütləvi istehsalatda hazır məmulatın keyfiyyəti kim tərəfindən yoxlanılır? 

Tikiş məmulatlarının keyfiyyətinə nəzarətin hansı formaları mövcuddur? 

Keyfiyyətə nəzarət stolu necə təşkil olunmalıdır? 

Keyfiyyətin yoxlanılmasında əsas məqsəd nədir? 

Fərdi istehsalatda geyimin keyfiyyəti kim tərəfindən yoxlanılır? 

Şəkil 5.7. əsasən donun keyfiyyətini yoxlayın. 
1.5.1.
 
İş vaxtı itkisinin aradan qaldırılmasını nəzərə almaqla fəhlə əməyini mütərəqqi formada 
təşkil edir 

İstehsalat briqadalarının təşkili 
Əməyin düzgün təşkil edilməsi buraxılan məhsulun keyfiyyətinin və əmək 
məhsuldarlığının yüksəldilməsində böyük rol oynayır. Atelyelərdə geyimlərin 
hazırlanması üçün fərdi və briqada üsulundan istifadə edilir. Məmulatların fərdi 
tikilməsi üsulu əsasən yüksək dərəcəli atelyelərdə yüksək ixtisaslı ustalar 
tərəfindən yerinə yetirilir. Məmulat briqada üsulu ilə hazırlanarkən briqadanın 
tərkibində yüksək ixtisaslı ustalardan başqa orta ixtisaslı ustalar da çalışır. Bu üsulla işçinin ixtisaslaşması 
nəticəsində ayrı-ayrı əməliyyatlar keyfiyyətlə yerinə yetirilir, nəticədə əmək məhsuldarlığı yüksəlir. 
Təcrübə göstərir ki, fərdi üsuldan briqada üsuluna keçdikdə əmək məhsuldarlığı 20-25% yüksəlir. 
Məmulatı briqada üsulu ilə hazırlayarkən əmək bölgüsündən istifadə edilir. Briqada üsulunda bəzək işləri 
məsələn, əl naxışları, plissirovka, qafirovka və s. xüsusi ustalar tərəfindən yerinə yetirilir. Bu ustalar 
briqadanın tərkibinə daxil edilmir. Onlardan ötrü xüsusi normalar və qiymətlər təyin edilir. Yüngül qadın 
geyimlərini tikmək üçün 4-18 nəfər, ağır qadın geyimlərini tikmək üçün isə 16 nəfərdən ibarət briqada 
təşkil olunur. Məsələn, 4 nəfərdən ibarət olan briqadada briqadir, tikişçi və iki əl işlərini görən işçi olur. 
Bütün briqadaların işi biçici ilə əlaqədardır. Məmulatı yoxlamaya (paltarı əyninə ölçülməsinə) - əl işlərini 
yerinə yetirən işçi hazırlayır. Bu işçi iki briqadaya xidmət edə bilər. Məmulatı II yoxlamaya isə briqadanın 
üzvləri hazırlayır. Briqadaya təhkim olunmuş biçici onu işlə təmin etməli və sifarişlərin vaxtında yerinə 
yetirilməsinə nəzarət etməli, briqadanın üzvlərinə yeni fasonları aydınlaşdırmalıdır. Biçici iş vaxtı 
briqada ilə bir yerdə olmalıdır. Onun stolu tikiş sexində yerləşdirilir. Briqadirin briqadada aşağıdakı 
vəzifələri vardır: 1) daxil olmuş sifarişləri qeydiyyatdan keçirmək; 2) işçiləri təlimatlandırmaq; 3) sifarişin 
keyfiyyətlə yerinə yetirilməsinə nəzarət etmək; 3) işin ahənginə diqqət yetirmək; 4) yoxlamaları (paltarın 
əyinə ölçülməsi) vaxtında keçirilməsinə nəzarət etmək; 5) anbardan furnitura götürüb saxlamaq; 6) 
biçim hissələrini yoxlamaq və s. 
Bütün bu işləri yerinə yetirmək üçün briqadirə əlavə vaxt verilir. Bu vaxt əsas vaxtın 10%-i qədər 
olur. Hazır məmulatın keyfiyyəti də briqadir tərəfindən yoxlanılır. O öz növbəsində hazır məhsulu biçiciyə 
təhvil verir. Planın vaxtında və müvəffəqiyyətlə yerinə yetirilməsinə sifarişin vaxtında gəlməsi, I və II 
yoxlamanın keçirilmə tarixinin pozulmamasının böyük təsiri vardır. Işdə fasilələrin olmaması üçün 
hazırlanmamış paltar ehtiyatı saxlamaq lazımdır. 


Yüklə 0,75 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin