Az ərbaycan



Yüklə 388,98 Kb.
Pdf görüntüsü
səhifə3/4
tarix06.09.2017
ölçüsü388,98 Kb.
#29060
1   2   3   4

AZ

ƏRBAYCAN 

 

İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı 



ABŞ Dövlət Departamenti 

v

ətəndaşların bütün yerli məhkəmə instansiyalarını keçdikdən sonrakı altı ay ərzində İHAM-ə 



müraci

ət etmək hüquqları vardır.      



f. 

Şəxsi həyat, ailə, ev və yaxud yazışmalara əsassız müdaxilə 

Qanunla şəxsi həyata olan əsassız müdaxilələr, yazışmalara və digər şəxsi ünsiyyət formalarına 

n

əzarət edilməsi qadağan edilir. Təcrübədə hökumət bu hüquqi qadağalara əməl etməmişdir.    



Konstitusiyaya 

əsasən yaşayış yerində axtarışın keçirilməsinə yalnız məhkəmə qərarı və ya 

qanunla mü

əyyən edilmiş xüsusi hallarda icazə verilməsinə baxmayaraq dövlət orqanları çox 

vaxt m

əhkəmənin qərarı olmadan axtarışlar keçirmişlər. Çoxları Milli Təhlükəsizlik Nazirliyi və 



Daxili İşlər Nazirliyi tərəfindən xüsusilə xaricilərin, bəzi siyasətçilərin və iş adamlarının və 

beyn


əlxalq danışıqlarda iştirak edən şəxslərin telefon danışıqlarına və internet vasitəsilə 

apardıqları yazışmalara nəzarət olunduğunu düşünür.  

Polis cinay

ətkarlıqda şübhəli bilinən şəxslərin və siyasi müxalifət üzvlərinin ailə üzvlərinə hədə-

qorxu g

əlməyə və onları təqib etməyə davam etmişdir. Onlar eyni zamanda müəyyən QHT-lərin 



əməkdaşları və rəhbərlərini və onların ailə üzvlərini də hədələməyi və təqib etməyi davam 

etdir


mişlər. Vətəndaşların verdikləri məlumata əsasən dövlət orqanları digər ailə üzvlərinin 

siyasi v


ə ya vətəndaş fəaliyyətlərindəki iştirakına görə onlardan intiqam almaq məqsədilə işdən 

azad etmişdir.    

QHT-l

ərin verdikləri məlumata əsasən dövlət orqanları dövlətin şəxsi əmlakı məcburi 



özg

əninkiləşdirmək hüququnu tənzimləyən qanunlara əməl etməmişlər. Yerli müşahidəçilərin 

m

əlumatına əsasən əvvəlki illərlə müqayisədə mülkiyyət hüquqlarının pozulması barədə daxil 



olan şikayətlərin sayı artmışdır. QHT-lərin məlumatına əsasən əksər vətəndaşlar ölkənin 

m

əhkəmə sisteminə etibar etməmiş və bu səbəbdən də təzminat barədə iddia qaldırmağa həvəs 



göst

ərməmişlər. Şəxsi əmlakın müdafiəsi üzrə ölkənin qiymətləndirmə balı 12 yanvar tarixdə 



“Wall Street Journal”  q

əzeti və “Heritage” (İrs) Fondu tərəfindən aparılmış İqtisadi Azadlıq 



Göst

əricisi üzrə araşdırmada açıqlanmış və şəxsi mülkiyyət hüquqlarının zəif səviyyədə 

qorunduğunu göstərmişdir. 24 avqust tarixdə yerli QHT-lərdən təşkil olunmuş birlik mətbuat 

üçün 

açıqlama yayaraq bəyan etmişdir ki, əvvəlki iki ildə Bakı şəhərində 400 tikilinin təxminən 



20 000 sakini öz 

yaşadıqları yeri itirmiş və onlara qeyri-qənaətbəxş təzminat verilmişdir. “HRW” 

t

əşkilatı tərəfindən 12 iyun tarixdə verilmiş məlumata əsasən ev sahiblərinə çox vaxt bazar 



d

əyərindən çox aşağı təzminat ödənilmişdir və onların öz hüquqlarını müdafiə etmək məqsədilə 

m

əhkəməyə müraciət üçün çox az seçimləri olmuşdur.      



11 avqust tarixd

ə dövlət orqanları Sülh və Demokratiya İnstitutunun, Qadınların Böhran 

M

ərkəzinin və Minalar Əleyhinə Azərbaycan Kampaniyasının ofisləri yerləşən binanı 



AZ

ƏRBAYCAN 

 

İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı 



ABŞ Dövlət Departamenti 

əvvəlcədən xəbərdar etmədən və sökülmənin məhkəmə qərarı ilə qadağan edilməsinə 

baxmayaraq sökmüşlər. Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus bu tikilinin 

sahibi olmuşdur. O və digər müşahidəçilər bu söküntü halını onların mülkiyyət hüquqlarının 

müdafi

əsi məqsədilə həyata keçirdikləri fəaliyyətlə əlaqələndirmiş və bunun xüsusilə söküntüdən 



bir gün 

əvvəl “New York Times” qəzetində dərc olunmuş və ondan sitat gətirilmiş məqalə ilə 

bağlı olduğunu qeyd etmişlər.    

Dig


ər böyük əhəmiyyət verilən hal evdən çıxmaq barədə əvvəlcədən xəbərdarlıq edilmədən 

qism


ən söküntü işləri apararkən jurnalist İdrak Abbasovun ailə üzvlərinin 9 sentyabr tarixdə 

Az

ərbaycan Dövlət Neft Şirkətinin tabeçiliyində olan şirkətin təhlükəsizlik əməkdaşları 



t

ərəfindən döyülməsi olmuşdur. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu ilə çalışan 

müst

əqil jurnalist Abbasov bu addımların ondan intiqam alınması üçün atıldığını hesab etmişdir. 



Döyülm

ədən sonra onun valideynləri və qardaşı xəstəxanaya yerləşdirilmişlər. 

   

Bölm

ə 2. Vətəndaş azadlığına hörmət, o cümlədən:  

a. Söz v

ə mətbuat azadlığı 

Söz v

ə mətbuat azadlığının vəziyyəti 

Söz v


ə mətbuat azadlığı qanunla müəyyən olunur və mətbuat üzərində senzura xüsusi olaraq 

qadağan edilir. Buna baxmayaraq təcrübədə çox vaxt hökumət bu hüquqlara hörmət etməmişdir. 

İl ərzində hökumət medianın müstəqilliyinin məhdudlaşdırılmasını davam etdirmişdir. Hökumət 

jurnalist Eynulla F

ətullayevi azadlığa buraxsa da, ilin sonunda üç nəfər jurnalist hələ də həbsdə 

olmuşdur və ya onlara qarşı cinayət xarakterli ittihamlar irəli sürülmüşdür.     

Söz 

azadlığı: Söz azadlığının konstitusiya ilə təsbit olunmasına baxmayaraq hökumət siyasi 



c

əhətdən həssas hesab etdiyi mövzularla əlaqədar bu hüququ məhdudlaşdırmışdır. Məsələn, 

dövl

ət orqanları müntəzəm şəkildə fəalların ictimai toplantı keçirmək barədə müraciətlərini rədd 



etmişdir, mart və aprel aylarında gənclər və müxalifət fəallarının Bakı şəhərində dinc nümayişlər 

keçirm


ək cəhdlərinin qarşısı alınmışdır. İl ərzində söz azadlığından istifadə etməyə cəhd 

göst


ərmiş 17 nəfərin barəsində hökm oxunması dövlət orqanlarının əks fikirdə olanları 

c

əzalandırmaq üçün məhkəmə sistemindən istifadə etməsi barədə narahatlıqlara səbəb olmuşdur.  



M

ətbuat azadlığı: İl ərzində bir sıra müxalifət və müstəqil media vasitələri fəaliyyət göstərmişlər. 

Hökum

ətin siyasəti barədə çap mətbuatında geniş sayda fikirlər ifadə olunsa da, obyektiv və 



peşəkar işıqlandırma çox az hallarda müşahidə olunmuşdur. Qəzetlərin tiraj sayı aşağı olaraq 

qalmışdır və bu göstərici bir çox hallarda 5000-dən çox olmamışdır. Etibarlı mənbələrin 

verdikl

əri məlumata əsasən paylaşdırma fəaliyyətini həyata keçirənlərin çoxunun müxalifət 



AZ

ƏRBAYCAN 

 

İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı 



ABŞ Dövlət Departamenti 

q

əzetlərini satmaqdan imtina etməsi səbəbindən Bakı şəhərindən kənarda müxalifət qəzetləri 



yalnız məhdud sayda satışa çıxarılmışdır. Yayım mediası öz xəbər buraxılışlarında demək olar 

ki, bir qayda olaraq hökum

ət yönümlü xəttə sadiq qalmışlar. Bütün xarici yayımlar, o cümlədən 

Amerikanın Səsi, Azadlıq Radiosu və BBC-nin FM tezliklərində yayımının qadağan olunması 

davam etdirilmişdir.  

Hökum


ət əks düşüncəli insanların nüfuzdan salınması üçün mediadan istifadə etmişdir. Məsələn, 

jurnalist 

Qan Turalının qeyri-qanuni yolla əldə edilmiş video görüntüsü və digər bir jurnalist 

Natiq Adilovun Oğuz rayonundakı Afra Hotelindəki şəxsi fəaliyyətini əks etdirən görüntülərin 

aprel ayında Lider Televiziyası vasitəsilə yayımlanması açıq-aşkar jurnalistlərin nüfuzdan 

salınmasına cəhd olmuşdur. Adilov şəxsin icazəsi olmadan onun video görüntüsünün və ya 

şəklinin çəkilməsini qadağan edən qanunun tələblərini pozduğuna görə Lider Televiziyasını 

m

əhkəməyə vermişdir. Lider Televiziyasının hökumətlə sıx bağlı olduğu hesab edilir. 9 sentyabr 



tarixd

ə keçirilmiş sonuncu dinləmədə hakim Adilovun işi üzrə məhkəmə prosesini qeyri-

əyyən müddətə təxirə salmışdır. İlin sonunda bu prosesin davam etdirilməsinin tarixi 



əyyən olunmamışdır.     

İl ərzində hökumət jurnalist Eynulla Fətullayevi azadlığa buraxmışdır, üç jurnalist isə hələdə də 

h

əbsdə saxlanılmış və ya cinayət əməllərində ittiham edilmişdir. “İslamazeri.az” internet 



q

əzetinin baş redaktoru Ramil Bayramov qanunsuz silah gəzdirməkdə və narkotikdən istifadədə 

ittiham edil

ərək 11 avqust tarixdə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edilmişdir. Xural 

q

əzetinin müxbiri Aydın Canıyev 21 noyabr tarixdə polisin göstərişinə qarşı müqavimət 



göst

ərməkləxuliqanlıq maddəsi ilə ittiham edilmişdir. Onun barəsində üç il azadlıqdan 

m

əhrumetmə cəzası çıxarılmışdır. Əvəz Zeynallı şantaj etməkdə günahlandırılmış və 28 oktyabr 



tarixd

ə həbs edilmişdir. İlin sonunda Zeynallı və Canıyevin işi üzrə məhkəmə prosesləri davam 

etmişdir.      

Beyn


əlxalq və yerli şərhçilər hesab etmişlər ki, hökumət rəsmi şəxsləri və onun siyasətini tənqid 

etdiyin


ə görə jurnalistləri hədəfə almışdır.   

Zorakılıq və incidilmə: Medianın monitorinqi ilə məşğul olan QHT-in verdiyi məlumata əsasən 

2010-cu ild

ə jurnalistlərə qarşı şifahi və ya fiziki hücumlarla yadda qalmış 106 insident və 2009-

cu ild

ə baş vermiş 51 belə insidentlə müqayisədə il ərzində 72 jurnalistə qarşı 90 bu cür insident 



baş vermişdir.   

M

əsələn, “Radio Free Europa” radiosunun verdiyi məlumata əsasən 3 aprel tarixdə üç nəfər 



nam

əlum şəxs müxalifətin Azadlıq qəzetinin müxbiri Ramin Dekonu oğurlamış və ona dövlət 

orqanlarını tənqid etməyi və etiraz aksiyalarında iştirakını dayandırmaq barədə xəbərdarlıq 


AZ

ƏRBAYCAN 

 

İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı 



ABŞ Dövlət Departamenti 

edilmişdir. “Radio Free Europa” radiosunun verdiyi məlumata əsasən 4 aprel tarixdə iki nəfər 

nam

əlum şəxs Deko işdən evə qayıdarkən ona hücum etmiş və döyməyə cəhd göstərmişdir.       



Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun müxbiri Həkimeldostu Mehdiyev 

Frankfurter Allgemeine Zeitung” q

əzetinin jurnalisti Maykl Ludviqə Naxçıvan haqqında 

m

əqalə yazmaqda kömək göstərdikdən 4 gün sonra Naxçıvanın Şərur Rayonunun icra 



hakimiyy

əti başçısının müavini Ələddin Məmmədov 13 iyul tarixdə Mehdiyevin evinə gəlmiş və 

onun evinin 

qarşısındakı avto-yuma mərkəzinin elektrik təchizatını kəsmişdir. Verilən 

m

əlumatlara əsasən bu səhnəni lentə almağa cəhd göstərmiş jurnalistlər Elman Abbasov və İlqar 



N

əsibov polisin hücumuna məruz qalmış və Mehdiyev, Abbasov və Nəsibov qısa müddətə polis 

t

ərəfindən saxlanılmışdır. Ludviq 9 iyul tarixdə Naxçıvanı tərk etmiş və rəsmi şəxslərin 



müdaxil

əsi səbəbindən öz məqaləsini yaza bilməmişdir. Bu hadisədən qısa müddət sonra Şərur 

Rayon 

Prokurorluğu elektrik enerjisinin oğurlanmasını iddia getirərəkMehdiyevə qarşı cinayət 



işi qaldırmışdır. Birinci məhkəmə instansiyası Mehdiyevi ittiham etmiş və Naxçıvan Ali 

M

əhkəməsi bu ittihamnaməni təsdiq etmişdir.       



Yaz mövsümünd

ə keçirilmiş nümayişləri işıqlandırmağa cəhd göstərən jurnalistlərin polis 

t

ərəfindən incidildiyi və bəzi hallarda hücuma məruz qaldıqları barədə məlumatlar verilmişdir 



(bax Bölm

ə 2.b.).  

Son ill

ər ərzində jurnalistlərə qarşı fiziki hücumlara yol verdiyinə görə dövlət orqanları 



t

ərəfindən hər hansı polisin məsuliyyətə cəlb edilməsi baş verməmişdir.   

Jurnalistl

ər və media hüquqlarının müdafiəsi təşkilatlarının rəhbərləri, o cümlədən ATƏT-in 

medianın azadlığı üzrə nümayəndəsi 2005-ci ildə Elmar Hüseynovu qətlə yetirənlərin 

m

əsuliyyətə cəlb edilməsini tələb etməyə davam etmişlər. Jurnalistlər və media mənsublarının 



qorxudulması üçün siyasi motivlərə söykənildiyi şübhəli bilinən məhkəmə iddialarından da 

istifad


ə edilmişdir.      

Müst


əqil və müxalifət qəzetlərinin əksəriyyətinin maliyyə vəziyyəti aşağı olaraq qalmışdır və 

onların əmək haqlarının, vergilərin və vaxtaşırı məhkəmə cərimələrinin ödənilməsindəki 

probleml

əri davam etmişdir. Maliyyələşmə üçün çoxları siyasi partiyalara və ya nüfuzlu 

sponsorlara bel bağlamışdır. Tanınmış jurnalistlərin bildirdiyinə əsasən hökumət nümayəndələri 

birbaşa və ya dolayı yolla şirkətləri və təşkilatları müxalifət mediasında reklam yerləşdirmək 

fikrind

ən daşındırmışlar. Bunun nəticəsində müxalifət mediasında ödənişli reklam əhəmiyyətli 



d

ərəcədə azalmışdır.   

Hökum

ət bəzi dövlət kitabxanalarının müxalifət qəzetlərinə abunə yazılmasını, dövlət 



əssisələrinin müxalifət qəzetlərində reklam yerləşdirməsini qadağan etmişdir və özəl 



AZ

ƏRBAYCAN 

 

İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı 



ABŞ Dövlət Departamenti 

əssisələrə bu qəzetlərdə reklam yerləşdirməmək üçün təzyiq göstərmişdir. Siyasi şərhçilər 



qeyd etmişlər ki, bu cür addımlar müxalifət və özəl mətbuat orqanlarının jurnalistlərə verdiyi 

əmək haqqının azalmasına səbəb olmuşdur və səriştəli əməkdaşların hökumət yönümlü mətbuat 

t

ərəfindən işə götürülməsinə imkan yaratmışdır. Bundan əlavə beynəlxalq media monitorinqi 



müxbirl

əri qeyd etmişlər ki, Vergilər Nazirliyinin rəsmiləri tərəfindən edilən hədə-qorxular 

med

ianın müstəqilliyini daha da məhdudlaşdırmışdır.      



Xarici televiziya stansiyalarının peyk yayımlarının qəbul olunmasına məhdudiyyətlər olmasa da, 

Milli Televiziya v

ə Radio Şurası yerli, özəl televiziya və radio stansiyalarından xarici mənşəli 

x

əbər proqramlarının tam şəkildə təkrar yayımlanmamasını tələb etmişdir.    



Senzura v

ə ya kontentin məhdudlaşdırılması: Əksər media vasitələri özünü-senzuradan istifadə 

etmişdir və xüsusilə həssas hesab edilən mövzulardan yayınmışdır. 

Böhtan 


yaymağa görə məsuliyyət haqqında qanun/milli təhlükəsizlik: Böhtan atmaqda günahkar 

bilin


ən şəxslərə qarşı qanunla böyük miqdarda cərimələr və üç ilə qədər azadlıqdan məhrum 

etm


ə cəzası müəyyən edilmişdir. Prezident aparatının rəsmiləri 2009-cu ildə ictimaiyyət 

qarşısında etdikləri çıxışlarda bu müddəanın cinayət məcəlləsindən çıxarılacağını bəyan etmişlər 

v

ə bundan sonra məhkəmələr böhtan atmaqda ittiham edilən iki jurnalistin ittihamnaməsini ləğv 



etmişdir. Buna baxmayaraq böhtan cinayət əməli olaraq qalır. Medianın hüquqlarını müdafiə 

ed

ən yerli təşkilatların verdikləri məlumata əsasən 2011-ci ildə hakimlər böhtanla əlaqədar 



qaldırılmış məhkəmə iddialarına baxmış və şikayətçilərə ödənilməsi üçün qəzetlər və ya onların 

sahibl


ərinə qarşı 2.7 milyon manat (3.4 milyon ABŞ dolları) məbləğində cərimələr tətbiq 

etmişlər.   

N

əşr məhdudiyyətləri: Hökumət dini təşkilatların dini materialları idxal etməsini çətinləşdirmək 



üçün idxal üz

ərində nəzarəti davam etdirmiş və hökumətdən əvvəlcədən icazə almaq tələbini 

saxlamışdır. Bir redaktorun verdiyi məlumata əsasən o, yeni qəzet layihəsi üçün nəşr orqanı və 

ya onu paylayan

ı tapmağa müvəffəq olmamışdır, çünki nəşriyyatçı bilirdi ki, bu cür qəzetin nəşr 

olunması onun biznesini təhlükə altında qoyacaqdır.    



İnternet azadlığı 

Hökum


ət ümumilikdə internetə çıxışı məhdudlaşdırmamışdır, lakin internet provayderlərdən 

lisenziya almaq v

ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə rəsmi müqavilə bağlamaq 

t

ələb edilmişdir.   



İnternet vasitəsilə aparılan ünsiyyətə hökumət tərəfindən nəzarət olunduğunu göstərən əlamətlər 

olmuşdur. Məsələn, 11 mart tarixdə keçirilmiş dinc etiraz aksiyasından əvvəl saxlanılanların 

əksəriyyəti “facebook” sosial şəbəkəsində siyasi cəhətdən fəal olmuşlar.  


AZ

ƏRBAYCAN 

 

İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı 



ABŞ Dövlət Departamenti 

Hökum


ət bəzən müxalifət saytlarına çıxışın qarşısını almaqda günahlandırılmışdır. Məsələn, 

redaktor 

Rövşən Hacıyevin verdiyi məlumata əsasən müxalifətin Azadlıq qəzetinin internet 

s

əhifəsi 5 sentyabr tarixdə hücuma məruz qalmış və bağlanmışdır. Verilən məlumatlara əsasən 



internet s

əhifələrinin bloklaşdırılması halları Naxçıvan Muxtar Respublikasında daha geniş 

yayılmışdır.     

T

ədris azadlığı və mədəniyyət tədbirləri 

Hökum


ət bəzi hallarda tədris azadlığını məhdudlaşdırmışdır. İlin sonunda müxalifət fəallarının 

bildirdiyin

ə görə üç nəfər tələbə - Cabbar Savalan, Tural Abbaslı və Elnur Məcidli yazda 

keçirilmiş dinc etiraz aksiyalarında iştirak etdiklərinə görə oxuduqları təhsil mərkəzlərindən 

xaric edilmişlər.  

Az

ərbaycan Ziyalıları Forumu (AZF) 4 noyabr tarixdə “Milli Birliyə Aparan Yol” adlı müzakirə 



keçirmişdir. Müzakirələrdə iştirak edənlər korrupsiya, bürokratik özbaşınalıq, sosial 

ədalətsizliyin artması, varlılar və kasıblar arasındakı uçurumun daha da genişlənməsindən 

narahatlıqlarını ifadə etmişlər. 4 noyabr tarixdə Azərbaycan Dövlət Neft Akademiyası, Milli 

Elml


ər Akademiyasının həqiqi üzvü və Neft Akademiyasının Avtomatlaşdırılmış İdarəetmə 

Sisteml


əri kafedrasına 22 il rəhbərlik etmiş Rafiq Əliyevi işdən çıxarmışdır. Müxalifət mənbələri 

Əliyevin işdən çıxarılmasının onun AZF-da iştirakına görə cəzalandırılması hesab etmişlər. 14 

noyabr tarixd

ə 245 nəfər müəllimin AZF-nu pisləyən və hökuməti dəstəkləyən bəyanatı 

imzaladıqları bildirilmişdir. Bundan sonra bəziləri öz imzalarını geri götürmüş, imzalamaq 

niyy


ətində olmadıqlarını, bəyanatı imzalamadıqlarını və ya Rafiq Əliyevin dəstəklənməsi üçün 

yazılmış ərizəni imzaladıqlarını düşündüklərini bildirmişlər. AZF 29 dekabr tarixdə “Hyatt 

Regency” mehmanxanasında digər bir görüş keçirməyə cəhd göstərmişdir, lakin müxalifət 

m

ətbuatında yazılanlara əsasən mehmanxana rəhbərliyi elektrik təchizatını kəsməklə görüşün 



keçirilm

əsinə mane olmuşdur. Bu görüş növbəti gün bir QHT-in ofisində keçirilmişdir.           

B

əzi yerli müşahidəçilər dövlət tərəfindən maliyyələşdirilən xaricdə təhsil proqramına seçilən 



iştirakçıların seçim prosesinin qərəzli keçirilməsindən və burada siyasi mənsubiyyətin nəzərə 

alınmasından narahatlıqlarını bildirmişlər. Hökumət isə seçim prosesinin şəffaf olduğunu və 

siyasi m

ənsubiyyətin buna təsir edən amil olmadığını bildirmişdir. Müxalifət partiyalarının 

üzvl

əri orta məktəblərdə və universitetlərdə müəllim kimi işə düzəlməyin onlar üçün çətin 



olduğunu bildirməkdə davam etmişlər. Dövlət təhsil müəssisələrində müəllim kimi çalışan əksər 

tanınmış müxalifət partiyalarının üzvləri əvvəlki illərdə işdən çıxarılmışlar.       



AZ

ƏRBAYCAN 

 

İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı 



ABŞ Dövlət Departamenti 

QHT-l


ərin verdikləri məlumata əsasən bəzi hallarda yerli icra hakimiyyətləri azlıqların öz 

m

ədəniyyətlərini ifadə etmələrinin qarşısını almışlar, məsələn rəqslər və azlıqların dilində 



yazılan mağaza lövhələrindən istifadə qadağan edilmişdir.    

b. S

ərbəst toplaşma və birləşmə azadlığı 

S

ərbəst toplaşma azadlığı 

S

ərbəst toplaşma azadlığı qanunla müəyyən edilir. Buna baxmayaraq, hökumət təcrübədə sərbəst 



toplaşma azadlığını sərt şəkildə məhdudlaşdırmışdır. İlin sonunda yaz mövsümündə baş tutmuş 

dinc nümayişlərdə iştirak etdikdən sonra siyasi cəhətdən fəal 15 şəxs hələ də həbsdə 

saxlanılmışdır, o cümlədən: Arif Hacılı, Şahin Həsənli, Sahib Kərimov, Məhəmməd Məcidli, 

Rüf


ət Hacıbəyli, Ülvi Quliyev, Tural Abbaslı, Elnur İsrafilov, Elnur Məcidli, Babək Həsənov, 

Vidadi İsgəndərov, Zülfüqar Eyvazlı, Arif Alışlı, Elşən Həsənov və Əhəd Məmmədli.  

Konstitusiyaya 

əsasən qrupların müvafiq icra hakimiyyəti orqanını əvvəlcədən xəbərdar etməklə 

s

ərbəst toplaşması təsbit olunsa da, hökumət bu müddəanı əvvəlcədən icazə almaq tələbi kimi 



şərh etməkdə davam etmişdir. Yerli dövlət orqanları keçirilən bütün yürüşlər üçün əvvəlcədən 

icaz


ə alınmasını və müəyyən olunmuş ərazidə, həmişə şəhər mərkəzindən çox uzaqda 

keçirilm


əsini tələb etməyə davam etmişlər. Əksər siyasi partiyalar və QHT-lər bu cür tələblərin 

q

əbuledilməz və konstitusiyaya zidd olduğunu hesab etmişlər. Bütün ölkə ərazisində dövlət 



orqanları müntəzəm olaraq bildirişləri qəbul etməkdən imtina etmişlər və bu yolla sərbəst 

toplaşma azadlığını təmin etməmişlər.  

İlin ilk dörd ayı ərzində gənclər və müxalifət fəalları bir sıra dinc etiraz aksiyaları təşkil etmişlər. 

Orta Şərqdə və Şimali Afrikada baş vermiş oxşar nümayişlərdən sonra etirazçılar demokratik 

islahatların keçirilməsini və hökumətin istefasını tələb etmişlər. Hökumət bir çox hallarda buna 

f

əalların yürüş keçirmək müraciətlərinə rədd cavabı verməklə və bir neçə sanksiyasız piketləri və 



nümayişləri zor tətbiq edərək dağıtmaqla cavab vermişdir. Bəzi beynəlxalq insan haqları 

t

əşkilatlarının verdikləri məlumata əsasən təhlükəsizlik qüvvələri həddindən artıq güc tətbiq 



etmişlər. Dövlət orqanları bir sıra etirazçını azadlıqdan məhrum etmişdir. (bax bölmə 1.d, 1.e və 

2.a.).  


Hökum

ət eyni zamanda il ərzində QHT və dini fəalların nümayişlər keçirmək barədə 

müraci

ətlərinə də rədd cavabı vermişdir.  



R

əsmilər çox vaxt etirazçıları əsassız olaraq bir neçə saat saxlamışlar. Məsələn, müxalifətin 

Musavat partiyası Bakı şəhər İcra Hakimiyyətinə rəsmi xəbərdarlıq göndərdikdən sonra 12 mart 

tarixd


ə nümayiş keçirmişdir. Bakı şəhər İcra Hakimiyyətinin rəsmiləri xəbərdarlığı almaqdan 

AZ

ƏRBAYCAN 

 

İnsan Hüquqları üzrə 2011-ci il üçün hesabatı 



ABŞ Dövlət Departamenti 

imtina etmiş və  polis 64 nəfər etirazçını müvəqqəti saxlamış və onlardan 10 nəfərinin barəsində 

8-10 gün müdd

ətinə inzibati həbs cəzası çıxarılmışdır.  

Dig

ər bir halda, İctimai Palata Bakı şəhər İcra Hakimiyyətinə rəsmi xəbərdarlıq göndərdikdən 



sonra 2 aprel tarixd

ə nümayiş keçirmişdir. Nümayişdən əvvəl on üç nəfər vətəndaş 

saxlanılmışdır. Nümayiş zamanı polis 112 nəfər etirazçını, o cümlədən sonradan cinayət 

tör


ətməkdə ittiham olunmuş və “Amnesty İnternational” (Aİ) təşkilatı tərəfindən “vicdan 

m

əhbusları” kimi tanınmış bir neçə nəfəri həbs etmişdir.  



2 aprel tarixd

ə keçirilmiş etiraz aksiyalarını beş məkanda müşahidə etmiş ATƏT-in Bakı 

nümay

əndəliyinin müşahidəçilərinin verdiyi məlumata əsasən xüsusi uniformada olan və 



olmayan şəxsi heyətin davranışı səbatsız olmuşdur, ölçülmüş və mütənasib formada olan 

davranışdan yersiz və uyğun olmayan davranışa qədər dəyişmişdir. Bundan əlavə müşahidəçilər 

xüsusi uniformada olmayan şəxsi heyətin etirazçıları döydüklərini, yerdə uzanmış vəziyyətdə 

olark


ən təpiklədiklərini və üzərilərində mətbuata aid olduqlarını bildirən xüsusi geyim olan 

jurnalistl

əri vurduqlarını görmüşlər. Aİ təşkilatı hökumətin mart və aprel aylarında keçirilən 

yürüşlərə olan münasibətini “sərbəst toplaşma azadlığının pozulması” kimi xarakterizə etmişdir. 

Noyabr ayında yaydığı hesabatda Aİ təşkilatı bəyan etmişdir ki, təşkilatın 11 və 12 mart tarixdə 

keçiril


ən nümayişləri müşahidə edən nümayəndələri polisin “dinc etirazçıları dağıtmaq və həbs 

etm


ək üçün həddindən artıq güc” tətbiq etdiyini görmüşlər.  

Dövl


ət orqanları sanksiyalaşdırılmamış etiraz aksiyalarına əsassız məhdudiyyətlər tətbiq etmiş, 

siyasi müxalif

ətə qarşı keçirilən nümayişlərin hətta əvvəlcədən rəsmi xəbərdarlıq təqdim 

olunmadığı halda belə baş tutmasına icazə vermişdir. Məsələn, cinsi oriyentasiyası barədə iddia 

ed

ərək və homoseksuallığa qarşı olan geniş yayılmış düşüncələrdən istifadə edərək müxalifət 



liderl

ərindən birini nüfuzdan salmağa cəhd göstərmək məqsədilə hökumət yönümlü qüvvələr 

t

ərəfindən il ərzində dörd sanksiyalaşdırılmamış etirazlar keçirilmişdir. Dövlət orqanları bu 



etirazların keçirilməsinə imkan vermişdir və bu aksiyalarda heç kəs saxlanılmamış və ya həbs 

olunmamışdır.   



Yüklə 388,98 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin