25
mikroprosessorlarda gərginlik 5.0 volta bərabər idisə, indiki
zamanda firma tərəfindən buraxılan mikroprosessorlarda bu
qiymət 3.0 volta çatdırılmışdır. İşçi
gərginliyinin qiymətinin
aşağı həddə endirilməsi mikroprosessorun daha da məhsuldar
işləməsini təmin edir.
Takt tezliyi bir saniyə ərzində kompüterdə yerinə
yetirilən əməliyyatların (məsələn, toplama və vurma) sayını və
həmin əməliyyatların hansı sürətlə yerinə yetirildiyini göstərir.
Takt tezliyi meqaherslərlə (Mhs) ölçülür. Takt tezliyi artdıqca
mikroprosessorun qiyməti ilə yanaşı onun məhsuldarlığı da
artır və mikroprosessor çoxlu sayda əmrləri yerinə yetirə bilir.
Takt siqnallarını mikroprosessor ana lövhədən qəbul edir.
Mikroprosessoru daha yüksək takt tezliyi ilə təmin etmək üçün
onun daxilindəki takt tezliyinin daxili çoxaltma əmsalından
istifadə olunur (Məsələn, 3.0, 3.5, 4.0, 4.5, 5.0 və daha artıq).
Takt tezliyinin daxili və xarici növü vardır.
Daxili takt
tezliyi mikroprosessorun yerinə yetirdiyi əməliyyatların
tezliyini, xarici takt tezliyi isə kompüterin operativ yaddaşı ilə
mikroprosessor arasında informasiyanın dəyişmə tezliyini
göstərir.
Prosessorun daxilində reqistr adlanan müəyyən sahə var
ki, mikroprosessor emal etdiyi verilənləri orada saxlayır.
Prosessorun dərəcəliliyi mikroprosessorun
daxilində yerləşən
reqistrlərin dərəcəliliyilə təyin olunur və bir takt ərzində
prosessorun neçə bit
1
informasiya mübadilə etdiyini
xarakterizə
edir. Qeyd edək ki, ilk istehsal olunan mikroprosessorlarda
dərəcəlikli 8 idi. Müasir
dövrdə istehsal olunan
mikroprosessorlarda bu parametr 64-ə çatdırılmışdır.
Dostları ilə paylaş: