Böyük həcmli verilənlərlə işlədikdə fayl tipli verilənlərdən istifadə etmək
məqsədəuyğundur. Əks halda hər dəfə ilkin verilənləri klaviaturadan daxil etmək
lazım gəlir. Bu isə çox yorucu iş olub, xeyli vaxt itkisi tələb edir. Fayl tipli
verilənlər konkret informasiya daşıyıcısında (məsələn, bərk disklərdə, disketlərdə,
CD, DVD disklərdə, fleş yaddaşında və s.) proqram və ya istifadəçi tərəfindən fayl
şəklində saxlanılır.
Fayl-mətn və ikilik formatda verilənləri saxlamaq üçün ada malik xarici yaddaş sahəsidir. Hər bir fayl unikal ünvana malik olur. Fayla
verilənlər klaviatura vasitəsilə istifadəçi tərəfindən və ya proqram yerinə
yetirildikdə əməliyyatların nəticəsi olaraq avtomatik daxil oluna bilər. Bu səbəbdən
faylları giriş və çıxış faylı kimi fərqləndirirlər. Proqram giriş faylından ilkin
verilənləri alır, çıxış faylına isə yerinə yetirdiyi əməliyyatın son nəticəsini yazır.
Turbo Pascalda fayllarla işləmək üçün fayl tipli dəyişəndən istifadə olunur.
Fayl tipli dəyişən ifadələrdə istifadə oluna bilməz və onun vasitəsilə fayla müraciət
olunur. Faylda saxlanılan verilənlərin tipinə uyğun olaraq proqramda fayl dəyişəni
fərqli elan olunur. Belə ki, mətn fayllarına uyğun fayl dəyişəni aşağıdakı kimi elan
olunur: