Azad İsa oğlu Qurbanov,
Elçin Musa oğlu Məmmədov,
Aygün Seyfəddin qızı Hüseynova
Kompüter texnikası
və proqramlaşdırma
Azərbaycan Respublikası Təhsil Nazirinin
25.02.2010 tarixli 243 saylı əmri ilə Ali
məktəb tələbələri üçün dərs vəsaiti kimi
təsdiq edilmişdir.
Bakı -2010
Elmi redaktor:
BDU-nun “İnformatika” kafedrasının müdiri
dosent M.S.Xəlilov
Rəy verənlər:
Professor K.Ş.Məmmədov
Dosent İ.Ə.Qurbanov
Dosent N.S. Süleymanov
H.Ə.Cəfərova
A.İ.Qurbanov, E.M. Məmmədov, A.S.Hüseynova Kompüter
texnikası və proqramlaşdırma-Bakı:- “Təhsil” NPM, 2010.-
169 s.: şəkilli
Kitab Ali məktəblərin bakalavr təhsil pilləsi üçün hazırlanmışdır. Dərslikdə
kompüter və telekommunikasiya texnikası, kompüter şəbəkəsində
informasiya mübadiləsi, alqoritmlər, alqoritmik dillər, Turbo Pascal 7.0
alqoritmik dili haqqında mövzular şərh olunmuşdur
.
ÖN SÖZ
Tarixən informasiyanın ifadə edilməsi və yadda
saxlanılması tələbatı nitqin, yazının və təsviri incəsənətin
yaranmasına səbəb olmuşdur. Sonralar informasiyanın
saxlanılması və mübadiləsi tələbatı kitab çapının və poçtun
yaradılmasına gətirib çıxarmış, teleqraf, telefon, radio və
televiziyanın yaranması böyük mətn informasiya selinin və
təsvirinin işıq sürəti ilə ötürülməsinə imkan vermişdir. Lakin
bu informasiyanın məqsədyönlü işlənməsi kompüter
texnologiyası yaranana qədər yalnız insan tərəfindən yerinə
yetirilirdi.
Kompüter texnologiyası böyük sürətlə inkişaf edərək,
elmi-texniki, iqtisadi tərəqqinin, ictimai-siyasi münasibətlərin
inkişafetdirici qüvvəsinə çevirilmişdir. Kompüter texnikasının
tətbiqi iqtisadiyyatda istehsal texnologiyasının kökündən
dəyişdirilməsinə, əmək məhsuldarlığının artmasına, insanların
əmək şəraitinin yaxşılaşdırılmasına səbəb olur. Kompüter
texnologiyası həmçinin qlobal informasiya mühitinin
yaradılmasında, informasiyanın əmtəəyə çevrilməsində,
informasiya və bilik bazarının yaradılmasında və inkişafında,
təhsil sisteminin təkmilləşməsində, beynəlxalq, milli və
regional səviyyədə informasiya mübadiləsi sistemlərinin
imkanlarının genişlənməsi hesabına cəmiyyətin peşə və ümumi
mədəniyyət səviyyəsinin artmasında aparıcı rol oynayır.
Kompüterlərə mexaniki və yorucu işləri həvalə
etməklə insan yaradıcı fəaliyyət üçün azad olunur. İstifadəçi
kompüterlərdə tələb olunan məsələləri həll etmək üçün dəqiq
başlanğıc informasiyalar, səhvsiz alqoritm və səmərəli
proqram təminatına malik olmalıdır. Belə proqramların
yaradılması isə kompüter texnikasının arxitekturasını və
funksional imkanlarını, alqoritmik dilləri bilməyi və
proqramlaşdırma vərdişinə malik olmağı tələb edir. Buna
4
görə də ali məktəblərin texniki və informasiya profilli
fakültələrində kompüter texnikası və proqramlaşdırma
fənninin tədrisi və onların tədrisinin keyfiyyət və kəmiyyət
baxımından yüksəldilməsi müasir dövrün tələbidir. Bunun
üçün də ilk növbədə müasir təlabata cavab verən dərslik və
dərs vəsaitləri hazırlanmalı və nəşr olunaraq tədrisdə istifadə
edilməlidir. Bu baxımdan, dosent A.İ.Qurbanovun,
E.M.Məmmədovun və A.S.Hüseynovanın ali məktəblərin
bakalavr təhsil pilləsi üçün birgə hazırladıqları «Kompüter
texnikası və proqramlaşdırma» adlı dərsliyi mühüm
əhəmiyyət daşıyır. Dərslik eyni adlı fənnin profilinə və
fənn proqramına uyğun yazılmışdır. Dərslikdə kompüter
və telekommunikasiya texnikası, kompüter şəbəkəsində
informasiya mübadiləsi, alqoritmlər, alqoritmik dillər,
əsas tədris alqoritmik dili hesab olunan Turbo Pascal 7.0
alqoritmik dili haqqında mövzular şərh olunmuşdur.
Dərslik həddən artıq oxunaqlı olub, sadə dildə yazılmış, şərh
olunan mövzularda
çoxsaylı misallar, şəkillər, qrafik və
cədvəllər verilmişdir.
İsmayılova Nigar Nurəddin qızı
5
GİRİŞ
XX əsrin ən böyük kəşflərindən biri hesab edilən
kompüter texnologiyası bəşəriyyətə hələ məlum olmayan
böyük bir sürətlə inkişaf edərək, cəmiyyətin inkişafetdirici
qüvvəsinə, həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilmişdir.
Bu gün əqli fəaliyyətin, iqtisadiyyatın elə bir sahəsi yoxdur ki,
orada kompüter texnologiyası tətbiq edilməsin. Bu konkret
fəaliyyət növünü avtomatlaşdıran tətbiqi proqramlar və
müvafiq kompüter və telekomunikasiya avadanlıqlarının
yaradılması, informasiya şəbəkələrinin təşəkkül tapması ilə
mümkün olmuşdur.
Aydındır ki, kompüter texnologiyasının inkişafı və
tətbiqi bu texnologiyanı öz peşə fəaliyyətində tətbiq etməyi
bacaran peşəkar kadrların hazırlanmasını aktual edir. Bu isə ilk
növbədə ali və orta-ixtisas təhsilinin müasir səviyəyə cavab
verməsini tələb edir. Yüksək səviyyəli təhsil isə müvafiq
dərslik, dərs və metodik vəsaitlərin, texniki avadanlıqların, yeni
elmi informasiya təminatın olmasını tələb edir. Son illər
ölkəmizdə təhsilin maddi-texniki, elmi-informasiya bazasının
möhkəmləndirilməsi sahəsində böyük işlər görülür. Xüsusilə,
müasir tələblərə cavab verən ana dilində dərsliklərin və dərs
vəsaitlərinin nəşrinə xüsusi diqqət yetirilir. Azərbaycan
təhsilinin flaqmanı olan Bakı Dövlət Universitetinin
əməkdaşları tərəfindən hazırlnmış “Kompüter texnikası və
proqramlaşdırma”adlı dərslik bu sahədə atılan addımlardan
biridir.
Təqdim olunan dərslik ali məktəbin bakalavr pilləsi
üçün nəzərdə tutulmuşdur. Kitab BDU-nun “Kitabxanaçılıq-
informasiya” fakültəsində tədris olunan eyniadlı fənn proqramı
əsasında yazılmışdır.
Dərslik iki fəsildən ibarətdir. Birinci fəsildə komputer
texnikasının inkişaf yoluna nəzər salınır, kompüterlərin
təsnifatı verilir. Fərdi kompüterlərin arxitekurası və tərkib
6
hissələri haqqında məlumat verilir, fərdi kompüterlərin
proqram təminatının təsnifatı şərh olunur. Birinci fəsildə
həmçinin alqoritm anlayışı, alqoritmin xassələri və strukturu
izah olunur, alqoritmik dillər haqqında məlumat verilmiş,
komputer şəbəkələrinin təsnifat, topologiyası, arxitekturası,
şəbəkə avadanlıqları şərh olunmuşdur.
Dərsliyin ikinci fəslində əksər dünya ölkələrində
proqramlaşdırmanın əsaslarını öyrətmək üçün əsas öyrədici
alqoritmik dil kimi istifadə olunan Turbo Pascal 7.0 alqoritmik
dili şərh olunmuşdur. Dilin struktur elementləri- əlifbası, işçi
sözlər, standart adlar, identifikatorlar, ifadələr, proqramın
strukturu, sabitlər və dəyişənlər, onların tipləri və proqramda
elan olunması şərh olunmuşdur. Dilin operatorları, onların
proqramda istifadə qaydaları misallarla izah edilmiş, prosedur
və funksiya altproqramları, massivlər, coxluqlar, fayllar,
obyektlər haqqında məlumat verilmişdir. İkinci fəsildə
həmçinin göstəricilər, modullar, standart prosedur və
funksiyalar, dilin qrafiki imkanları mövzuları verilmişdir.
Qeyd edək ki, müəlliflər izah etdikləri mövzuları sadə
və geniş oxucu kütləsinin başa düşəcəyi dillə şərh etməyə
çalışmışlar və ümüd edirlər ki, təkcə tələbələr deyil, geniş
oxucu kütləsi, xüsusilə proqramlaşdırmanın əsaslarını
öyrənmək istəyən hər bir şəxs bu kitabdan özü üçün maraqlı
informasiya əldə edə biləcək.
Dostları ilə paylaş: |