14
kompüterlərin sürətlə miniatürləşməsini və ucuzlaşmasını
təmin etdi. Bununla yanaşı üçüncü nəsil kompüterlərin
məhsuldarlığı kəskin yüksəldi. Artıq kompüterlərdə 100
kilobaytlarla ölçülən operativ
yaddaşlar tətbiq olunurdu, onlar
saniyədə 10 milyon əməliyyat yerinə yetirə bilirdi.
Miniatürləşmə ilə paralel olaraq kompüterlərin arxitekturasında
köklü dəyişiklik baş verdi. Xarici yaddaş qurğusu olaraq
maqnit disklərindən
və diski oxuyan qurğulardan-
diskovodlardan istifadə edildi. Bir sıra xüsusi təyinatlı
kompüterlər məsələn, kosmik raketlərdə, aviasiyada və
gəmilərdə istifadə edilən bortkompüterlər meydana gəldi.
Bununla yanaşı az - təqribən 4 kilovat
enerji sərf edən mini
kompüterlərin istehsalına başlandı. Məsələn, ABŞ-da RDR,
VAX mini kompüterləri və SSRİ-də isə onların analoqu olan
CM-1/2/3/4/1420 və s. istehsal olundu.
Mini kompüterlər
sənayedə texnoloji proseslərin idarə edilməsində, məlumat
banklarının yaradılmasnda və informasiyanın
idarə edilməsində
geniş istifadə olunurdu. Üçüncü nəsil kompüterlər seriya
şəklində istehsal olunurdu. ABŞ-da İBM 360, SSRİ və Şərqi
Avropanın keçmiş sosialist ölkələrində EC seriyalı kompüterlər
istehsal olunurdu.
Üçüncü nəsil kompüterlərdə ilk dəfə olaraq multi-
proqram rejimi tətbiq olundu. Bu rejim
paralel olaraq bir neçə
istifadəçinin proqramının yerinə yetirilməsini təmin etdi.
Dostları ilə paylaş: