Alıyevanın videokamerasını əlindən alıblar və aksiya boyu onun çəkiliş aparmasını bu yolla
neytrallaşdırıblar. Yalnız aksiya bitdikdən sonra videokamera jurnalistə qaytarılıb.
Sentyabrın 18-də Yol Polisi ilə təhlükəsizlik kəmərini taxmamağını irad tutulan foto müxbir Əhməd
Muxtar arasında münaqişə yaranıb. “Azadlıq” radiosunun məlumatına görə, jurnalist avtomobili hələ işə
salmadığı üçün təhlükəsizlik kəmərini taxmadığını desə də, polis bu izahatla razılaşmayıb və protokol
tərtib etməyə başlayıb. Daha sonra protokol yazan polisin fotosunu çəkib. Bundan son Əhməd Muxtarı
Səbail rayon Polis İdarəsinin 9-cu bölməsinə aparıblar. Təxminən 10-15 dəqiqə sonra o, sərbəst buraxılıb.
2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
14
Amma sonra fotoaparatda pozulmamış şəkillərin qalmasını əsas gətirərək, onu yenidən saxlayıblar və
fotoşəkillər pozulduqdan sonra o sərbəst buraxılıb.
Oktyabrın 17-də müstəqil jurnalist Zümrüd Məmmədova respublika hərbi prokurorluğu qarşısında peşə
fəaliyyətini yerinə yetirərkən təzyiqə məruz qalıb. Jurnalistin dediklərinə görə, hərbi xidmət zamanı
qeyri-döyüş şəraitində vəfat etmiş əsgər İsmayıl İbayevin anası İradə İbayeva hərbi prokuror Xanlar
Vəliyevin qəbuluna düşmək üçün müraciət edib, amma ona icazə verilməyib, nəticədə əsgər anası
kobudluqla üzləşib. Jurnalist bildirib ki, o, baş verən hadisəni telefonla çəkməyə başlayan zaman
prokurorluğun binasından çıxan bir əsgər onun üstünə şığıyaraq ona zərbələr endirib və telefonu əlindən
almağa çalışıb. Hücum edən şəxs jurnalisti təpiklə vurmağa başlayanda oradan keçən şəxslər və əsgərin
valideynləri köməyə gəliblər və nəticədə əsgər qaçıb binaya daxil olub. Z. Məmmədova məsələ ilə bağlı
DİN qaynar xəti olan “102” xidmətinə də məlumat verildiyini, sonradan isə hadisə ilə bağlı ərizəsinin
alınması və tibbi ekspertizadan keçməsi üçün polisə dəvət olunduğunu bildirib.
Noyabrın 17-də (Milli Dirçəliş Günündə) Bakının mərkəzində icazəsiz aksiyalar zamanı tətbiq edilən
cərimələrin artırılmasına etiraz olaraq müxalifətin təşkil etdiyi aksiya polis tərəfindən zorakılıqla
dağıdıldı. Polis jurnalistlərə qarşı da kobud rəftar etdi. Aksiya zamanı “Yeni Müsavat” qəzetinin
əməkdaşı Fərahim İlqaroğlu, “Turan” informasiya agentliyinin əməkdaşı Etimad Budaqov, “Media
forum” saytının əməkdaşı Amid Süleymanov və RATİ əməkdaşı Rasim Əliyev aksiyanı işıqlandırarkən
polis təzyiqinə məruz qalıb. Polis əməkdaşları əyinlərində ”PRESS” yazılmış gödəkcələrin olmağına
baxmayaraq jurnalistlərə təpik və yumruq zərbələri endiriblər. Polis digər jurnalistlərin də işləməsinə
ciddi maneçilik törədib, onlara qarşı kobudluq edib.
2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
15
Fəsil 2: Qanundan istifadə etməklə ifadə
azadlığının boğulması
İnsan hüquqları ilə bağlı olan beynəlxalq müqavilələrə qoşularkən Azərbaycan dövlətinin üzərinə
götürdüyü öhdəliklərdə, həmçinin yerli qanunvericilikdə ifadə azadlığını qorumaq və ona hörmət etmək
nəzərdə tutulsa da, əməldə ölkə hakimiyyəti bu hüquqa hörmət etmir. Əksinə, hökumət qanundan
tənqidçiləri və dissidentləri susdurmaq üçün istifadə edir. Bəzi qanunlar, məsələn diffamasiyanın cinayət
əməli hesab olunması haqqında müddəalar media ictimaiyyəti arasında qorxu hissi yaratmaqla ölkədə
özünü senzura hallarının artmasına səbəb olur. Digər qanunlardan da tənqidçi jurnalistləri, bloggerləri və
fəalları cəzalandırmaq üçün siyasi üsulla istifadə olunur- bununla bağlı həbslər barədə hesabatın üçüncü
fəslində geniş məlumat verilir.
Azərbaycanın hüquq sistemi kontinental Avropa hüquq sisteminin sovet kommunist hüquq sistemindən
qalma müəyyən elementlərlə sintez olunmuş formasıdır. Post kommunist dönəmdə Azərbaycanın azad
iqtisadiyyata, plüralist siyasi sistemə, insan haqlarının qorunmasına yönəlik addımların atılmasına
baxmayaraq bu hüquq sistemi köhnə ənənələrini qoruyub saxlamaqda davam etməkdədir. Qanunun
aliliyinin olmaması səbəbindən vətəndaşların siyasi və mülki hüquqlarını sərbəst şəkildə həyata
keçirmələrini təmin edən effektiv mexanizmlər yoxdur.
Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci ildə qəbul edilib. Ona sonrakı dövrlərdə (2002-ci və
2009-cu illərdə) iki dəfə referendum yolu ilə dəyişikliklər edilib.
1
Konstitusiya vətəndaşların insan
haqlarını və fundamental azadlıqları, o cümlədən fikir və söz azadlığını (maddə 47), sərbəst toplaşmaq
azadlığını (maddə 49), informasiya əldə etmək hüququnu (maddə 50), və birləşmək azadlığını (58)
qoruyur.
Konstitusiyanın 12-ci maddəsi insan hüquqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu bəyan
edir və əlavə edir ki, “Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir.”
2012-ci ildə qanunvericiliyə ifadə və məlumat azadlığı məhdudlaşdıran dəyişikliklər edilmişdir. Sərbəst
toplaşma haqqında qanunvericiliyə də ifadə azadlığına təsir edəcək mürtəce dəyişikliklər edilmişdir.
İnformasiya azadlığının məhdudlaşdırılması
2005-ci ildə Azərbaycan BMT-nin Korrupsiyaya qarşı Konvensiyasını
2
ratifikasiya etmiş, bununla da
dövlət idarəçiliyində şəffaflığın artırılması üçün tədbirlər görmək öhdəliyini qəbul etmişdir.
Azərbaycan Açıq Hökumət Tərəfdaşlığına (AHT) üzv dövlətdir- 2012-ci ilin sentyabrında AHT üzrə milli
fəaliyyət planı qəbul edilmişdir
3
. Bu kontekstdə öhdəliklərinə əməl etmək əvəzinə, Azərbaycan hökuməti
“İnformasiya Əldə Etmək haqqında”, “Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı və Dövlət reyestri haqqında”
və “Kommersiya Sirri haqqında” qanunlara bir sıra dəyişikliklər qəbul etmişdir.
İyulun 6-da prezident İlham Əliyev parlamentin 12 iyun tarixində qəbul etdiyi hüquqi şəxslər barəsində
informasiyaya çatımlılığı məhdudlaşdıran qanunvericilik dəyişikliklərini imzaladı. Şəffaflıq tərəfdarı olan
şəxslər tərəfindən ciddi tənqidlə qarşılanan bu dəyişikliklər kommersiya hüquqi şəxslərin rəhbərləri,
onların nizamnamə kapitalındakı payı və digər oxşar məlumatlara cəmiyyətin çatımlılığını
məhdudlaşdırdı. Əlavələr oktyabr ayında qüvvəyə mindi.
“İnformasiya əldə etmək haqqında” qanuna edilmiş dəyişikliklərə görə isə, informasiyanın əldə
edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit
1
http://bit.ly/Ya42Ta
2
http://bit.ly/129qvDx
3
http://bit.ly/SG9l97
2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
16
və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın
mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının
qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.
Hesabat dövründə informasiyanın əldə olunması və hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında
qanunlara da dəyişikliklər edilmişdir. Bu dəyişikliklər “İnsan hüquqları və azadlıqlarının tətbiqinin
tənzimlənməsi” haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsində
nəzərdə tutulmuş legitim ictimai maraqların dairəsini qeyri-müəyyən formada genişləndirir.
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanuna edilmiş dəyişikliyə görə
kommersiya hüquqi şəxslər barədə informasiya, yəni hüquqi şəxslərin təsisçiləri və onların nizamnamə
kapitalındakı payları haqqında məlumatlar sirr hesab olunur. Bu informasiya yalnız sorğu əsasında
məhkəmələrə, istintaq orqanlarına və əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə “Cinayət yolu ilə və
terrorizmin maliyyələşdirilməsi ilə əldə olunmuş pul və əmlakın qanuniləşdirilməsinə qarşı mübarizə
haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq açıqlana bilər. Qanun layihəsinə görə bu
informasiya müvafiq orqanlara, vəkillərə və üçüncü şəxsə yalnız informasiya sahibinin razılığı əsasında
verilə bilər.
Bu cür mürtəce dəyişiklik Azərbaycanın qoşulduğu “İnsan Hüquq və Əsas Azadlıqlarının Müdafiəsi
Haqqında” Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndi (Bu azadlıqların həyata keçirilməsi
milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin
qarşısını almaq üçün, sağlamlığın, yaxud mənəviyyatın mühafizəsi üçün, digər şəxslərin nüfuzu və
hüquqlarının müdafiəsi üçün gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya
ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik
cəmiyyətdə zəruri olan müəyyən formallıqlara, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala
bilər) ilə ziddiyyət təşkil edir. Bu dəyişikliklər həm də BMT-nin “Korrupsiyaya Qarşı Mübarizə”
Konvensiyasına və həmçinin də “BMT-nin terrorçuluğa qarşı mübarizəyə dair” Konvensiyasındakı
müddəalarla ziddiyyət təşkil edir.
Bu dəyişikliklər Azərbaycan hökumətinin həm öz xalqı, həm beynəlxalq ictimaiyyət qarşısında üzərinə
götürdüyü korrupsiyaya qarşı mübarizə öhdəliyini yerinə yetirməməsi kimi də hesab oluna bilər. Bu
qanun dəyişiklikləri ilə, Azərbaycanda informasiya azadlığı daha da məhdudlaşdırılırdı, hüquqi şəxslərin
fəaliyyəti üzərində tələb olunan ictimai nəzarət və şəffaflıq prinsipi pozuldu. Bundan sonra jurnalistlərin
korrupsiya halları ilə bağlı araşdırmalar aparmaları daha da çətin olacaq və istənilən korrupsiya halını
araşdıran jurnalist qanunvericiliyə edilmiş bu dəyişikliyə görə cəzalandırıla bilər.
“Sərbəst toplaşma haqqında” qanuna məhdudlaşdırıcı dəyişikliklər
Noyabrda Milli Məclis “Sərbəst toplaşma haqqında” qanuna “icazəsiz aksiyaların təşkilinə və belə
aksiyalarda iştiraka görə cərimələrin artırılması”nı nəzərdə tutan dəyişiklikləri qəbul etdi
4
. Dəyişikliklərə
görə, icazəsiz aksiya iştirakçıları 500 manatdan 1000 manata qədər (dəyişikliklərdən əvvəl bu cərimə 7
manatdan 13 manata qədər idi), aksiyanı təşkil edənlər isə fiziki şəxs olduqda 1500 manatdan 3000
manata qədər, vəzifəli şəxs olduqda isə 3000 manatdan 6000 manata qədər cərimə olunacaq. Təşkilatçı
hüquqi şəxsdirsə (məsələn, siyasi partiya və ya QHT), cərimə 15 min manatdan 30 min manata qədər
təşkil edəcək.
5
Fəal şəxslərin və QHT-lərin ciddi maliyyə çətinliklərini və tənqidçi şəxslərə mitinq üçün
icazənin çox nadir hallarda verildiyini nəzərə alsaq, bu dəyişikliklər qüvvəyə mindiyi təqdirdə ölkədə
ifadə azadlığına “çəkindirici effekt” təsiri göstərəcək. Bu, 2013-cü il prezident seçkiləri ərəfəsində
hökumətin əl atdığı xüsusilə qorxuducu metoddur.
Diffamasiya
Azərbaycan qanunvericiliyində ifadə azadlığı üçün ən çox problem yaradan müddəalar Cinayət
Məcəlləsində diffamasiya ilə bağlı olan müddəalardır. “Azərbaycan Respublikasında insan hüquq və
4
http://bit.ly/102EEP6
5
http://bit.ly/11V3F2I
2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
17
azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”
6
2012-ci ildə
diffamasiyaya görə cinayət məsuliyyətinin aradan qaldırılmasını nəzərdə tutsa da, diffamasiya hələ də
cinayət hesab olunur və diffamasiyaya görə 3 ilə qədər həbs cəzası nəzərdə tutulur. Jurnalistlərin həbs
olunmasında cinayət məcəlləsinin diffamasiya haqqında müddəalarından əvvəlki illərdəki kimi intensiv
istifadə olunmasa da, bu maddələr hələ də hüquqi qüvvəyə malikdir.
Müxalif meylli və müstəqil qəzetlərin fəaliyyətini məhdudlaşdırmaq üçün mülki diffamasiya
müddəalarından intensiv istifadə olunması da ifadə azadlığı üçün ciddi problemlər yaradır. “Azadlıq”,
“Yeni Müsavat” və “Xural” kimi tənqidçi qəzetlər diffamasiya ittihamları ilə daha çox üzləşir, və bu
ittihamların da əksəriyyəti deputatların və digər dövlət məmurlarının şikayəti əsasında irəli sürülür.
Məhkəmə qərarları ilə təyin olunan yüksək məbləğli cərimələr isə bu qəzetlərin onsuz da ağır olan
maliyyə durumunu daha da ağırlaşdırır, bununla da qəzetlərin öz fəaliyyətlərini davam etməsi daha da
çətinləşir. 2012-ci ildə tənqidçi media qurumlarına qarşı çoxsaylı mülki diffamasiya ittihamları irəli
sürülüb.
Yanvarın 23-də Yasamal rayon məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə Nəqliyyat naziri Ziya
Məmmədovun oğlu, iş adamı Anar Məmmədovun “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə qarşı şərəf
və ləyaqətin, işgüzar nüfuzun müdafiəsi və dəymiş mənəvi ziyanın ödənilməsi ilə bağlı iddiası üzrə
məhkəmə prosesi iddianın qismən təmin edildiyini, iddiaya səbəb olmuş məqalələrə görə cavabdehlərin
üzr istəməklə təkzib verməsini və onların müştərək olaraq 4 min manat təzminat ödəmələri ilə bağlı qərar
çıxartdı. Anar Məmmədov “Azadlıq” qəzetinin 01 iyul 2010-cu il tarixli sayında “Kəmaləddin
Heydərovun ayısını yedilər”, “Yeni Müsavat” qəzetinin isə 02 iyul 2010-cu il tarixli sayında əlavələrlə
eyni məqalənin çapı və “Yeni Müsavat” qəzetinin 14 sentyabr tarixli sayında “Şeyx Anar Məmmədovu
Dubaydan qovdu” başlıqlı məqalələrində özünün şərəf və ləyaqətinə toxunulduğunu, işgüzar nüfuzuna
xələl gətirildiyini iddia edərək, məhkəməyə müraciət edib və təzminat olaraq hər qəzetdən 250 000 (min)
manat məbləğində pul tələb edirdi. Noyabrın 5-də Yasamal Rayon Məhkəməsinin Məhkəmə Qərarlarını
İcra Şöbəsi bu cəriməni ödəyə bilmədiyi üçün “Azadlıq” qəzetinin bank hesabının üzərinə həbs qoydurdu.
Yanvarın 23-də Nərimanov rayon məhkəməsində hakim Sevinc Quliyevanın sədrliyi ilə “Baltika-Bakı”
MMC-nin baş direktoru Adam Tlexurayın “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıya qarşı
qaldırdığı iddiaya əsasən keçirilən məhkəmə prosesində iddianın qismən təmin edilməsi ilə bağlı qərar
çıxarılıb. Əvəz Zeynallının və “Xural” qəzetinin ümumilikdə 50 min manat cərimə olunması, həmçinin
təkzib verməklə üzr verməsi barədə qərar qəbul olunub.
Mayın 17-də Lənkəran rayon Məhkəməsi “Azadlıq” qəzetinin əməkdaşı Ramin Dekonun (Cəbrayılzadə)
3 000 (min) manat cərimələnməsi barədə qərar çıxarıb. Bu barədə cavabdehə mayın 29-da məlumat
verilib. Qərarda “Məqalədə yazılan ifadənin həqiqətə uyğun olmamağı ilə bağlı Aslanov Novruzəli
Davud oğlundan üzr istəyirəm. Ramin Deko” məzmunda təkzib verilməsi və vurulmuş mənəvi zərərə
görə 3000 manatın alınaraq Bakı şəhəri Xətai rayonu Binə qəsəbəsi, M. Ə. Sabir küçəsi ev 88 ünvanda
yerləşən “Ümid Yeri” Xeyriyyə cəmiyyətinin hesabına köçürülməsi, iş üzrə ekspertiza tədqiqatının 200
manatın Novruzəli Aslanovdan, 89 manatın Ramin Cəbrayılzadədən tutulması müəyyən edilib.
Xatırladaq ki, iddiaçı deputat Novruzəli Aslanov cavabdeh “Azadlıq” qəzetinin reportyoru Ramin
Dekoya (Cəbrayılzadə) qarşı şərəfin, ləyaqətin, işgüzar nüfuzun müdafiəsi tələbinə dair ərizə ilə Lənkəran
rayon məhkəməsinə müraciət edərək “Azadlıq” qəzetinin 26 oktyabr 2011-ci il tarixli № 249(4700) saylı
buraxılışının 12-ci səhifəsində “Fizuli Ələkbərov İvanovkada evləri 80 min manatdan alır” başlıqlı
yazıda işgüzar nüfuzuna zərbə vurmaq, deputatlıq fəaliyyətinə ləkə salmaq məqsədi daşıyan ifadələrin
yer aldığını bildirərək, jurnalistin ondan rəsmən üzr istəməsi, Cinayət Məcəlləsinin 147-ci maddəsinə
(böhtan) əsasən böhtan cinayəti barədə xüsusi qərardad çıxararaq prokurora xəbər verilməsi, həmçinin
vurduğu mənəvi zərərə görə 10.000 (on min) manat təzminat ödənilməsi və həmin vəsaitin Bakı şəhərində
yerləşən uşaq internat evlərinin birinin hesabına köçürülməsinə dair qətnamə çıxarılmasını istəmişdi.
İyunun 14-də Yasamal rayon məhkəməsində hakim Elçin Qurbanovun sədrliyi ilə Bakı Metropoliteninin
rəisi Tağı Əhmədovun “Azadlıq” qəzetinə qarşı şərəf və ləyaqətin müdafiəsi və vurulmuş mənəvi ziyanın
6
http://bit.ly/PxH3Tw
2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
18
ödənilməsi tələbi ilə “Azadlıq” qəzetinin təkzib verməsi və qəzetin Tağı Əhmədova 30 min manat
təzminat ödəməsi ilə bağlı qərar qəbul edib. “Azadlıq” qəzetinin 8 aprel 2012-ci tarixli buraxılışında
“Tağı Əhmədov 5 qəpikləri mənimsədi” başlıqlı yazıda metropolitendə qiymətlər 20 qəpik olandan sonra,
əvvəlcədən yüklənilmiş gedişlərdəki əlavə 5 qəpiklərdən istifadə edilməsinin mümkün olmadığı
göstərilib. Tağı Əhmədov isə həmin məqalədə ona böhtan atıldığını, şərəf və ləyaqətinin alçaldığını hesab
etdiyindən qəzetə qarşı iddia qaldıraraq təkzib verilməsi və 200 min manat təzminat ödənilməsi ilə bağlı
qərar çıxarılmasını istəmişdi.
İyulun 31-də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində hakim Xaliq İmanovun sədrliyi ilə “Gilan
Qəbələ Konserv Zavodu” MMC-nin “Yeni Müsavat” qəzetinə qarşı iddiası üzrə məhkəmə prosesi
keçirilib. Prosesdə hakim Xaliq İmanov qəzetə qarşı iddianı qismən təmin edərək “Yeni Müsavat”ı 50
min manat cərimələyib. “Gilan Qəbələ Konserv Zavodu” MMC “Yeni Müsavat” qəzetində 2009-2011
illəri ərzində çıxan bir sıra məqalələrə görə, qəzetdən 1 milyon manat təzminat tələb edirdi.
Sentyabrın 4-də Yasamal Rayon Məhkəməsində hakim Tahir İsmayılovun sədrliyi ilə keçirilən prosesdə
nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun “Gündəm xəbər” qəzetinə qarşı CM-in
147-ci maddəsi üzrə qaldırdığı iddia üzrə məhkəmə hökmü elan edilib. Məhkəmə "Gündəm xəbər” qəzeti
barədə 10 000 (on min) manat məbləğində ağır cərimə qərarı çıxarıb. Qəzetə qarşı şikayətə səbəb qəzetdə
Yevlax avtovağzalının zəbt olunması barədə dərc olunmuş yazı olmuşdur. Qəzet bu yazını Olaylar
İnformasiya Agentliyinə istinadən dərc etdiyini bildirsə də, Baş Prokuror yanında Korrupsiyaya Qarşı
Mübarizə İdarəsi qəzet barəsində CM-in 213.2.2 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi qaldırıb.
Oktyabrın 22-də Yasamal rayon məhkəməsi “Binə” ticarət mərkəzinin sahibi Kəbirə Məmmədovanın
“Azadlıq” qəzetini və onun əməkdaşı Ramin Dekoya (Cəbrayılzadə) qarşı qaldırdığı iddianı qismən təmin
edərək, qəzetin 30 000 (otuz min), R.Dekonun isə 2000 (iki min) manat cərimələnməsi və qəzetin təkzib
verməsinə dair qərar verib. Kəbirə Məmmədova 7 iyul 2012-ci il tarixində “Azadlıq” qəzetində dərc
olunmuş “Kəbirə Məmmədovanın “Eurovizyon əməliyyatı” və 8-9 iyul tarixində “Kəbirə
Məmmədovanın yeni kupça əməliyyatı” başlıqlı məqalələrin onun işgüzar nüfuzunu ləkələdiyini hesab
edərək, Yasamal rayon Məhkəməsinə müraciət edib. İddiaçı təkzib verilməsini və cavabdehlərin hər
birinin 50 000 manat cərimələnməsini və bu məbləğin Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən
“Ruhi Əsəb Əlil Qocalar evi”nə köçürülməsini xahiş etmişdi.
Tənqidçi jurnalistlərin məhkəmə iddiaları barədə qərəzli qərarlar
Tənqidçi jurnalistlərə və media qurumlarına qarşı irəli sürülən iddiaların tam və ya qismən olaraq təmin
olunmasına baxmayaraq, məhkəmələr tənqidçi jurnalistlər tərəfindən qaldırılmış iddialara münasibətdə
qərəzli mövqe nümayiş etdirmişdirlər.
Yanvarın 24-də Nəsimi rayon Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə “Demokrat”
qəzetinin baş redaktoru Mustafa Hacıbəylinin Nəsimi rayon Polis İdarəsinin rəis müavini Süleyman
Nemətova qarşı cinayət işi açılması ilə bağlı Nəsimi rayon prokurorluğuna etdiyi müraciətin rədd
edilməsindən verdiyi şikayət üzrə qapalı keçirilən məhkəmə prosesində şikayəti təmin edilməyib. 2011-
ci il aprelin 2-də İctimai Palatanın Bakıda keçirdiyi aksiyada “Demokrat” qəzetinin baş redaktoru
Mustafa Hacıbəyli tutularaq Nəsimi Rayon Polis İdarəsinə aparılıb və orada idarənin rəis müavini
Süleyman Nemətov tərəfindən fiziki təzyiqə məruz qalıb.
Fevralın 22-də Ali Məhkəmədə hakim İlham Cəfərovun sədrliyi ilə Reportyorların Azadlıq və
Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvan müxbiri Həkimeldostu Mehdiyevin Naxçıvan Muxtar
Respublikası Ali Məhkəməsinin 2011-ci il 10 noyabr tarixli qərarından verdiyi kasasiya şikayətinə təmin
edilməməsinə dair qərar verilib. H.Mehdiyevə qarşı CM-nin 189-1.1-ci maddəsi ilə (elektrik enerjisi
oğurlamaq) açılmış cinayət işinə əsasən Şərur rayon məhkəməsi onun 1000 manat cərimələnməsi barədə
qərar çıxarmış, Naxçıvan Ali Məhkəməsi isə həmin qərarı qüvvədə saxlamışdı.
Aprelin 10-da Ali Məhkəmədə hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən prosesdə “Xural”
qəzetinin bölgə müxbiri Aydın Canıyevin Şirvan Apelyasiya Məhkəməsində prosesin məhkəmə istintaqı
2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
19
qaydasında baxılmasına dair verdiyi və təmin edilməyən vəsatətinə dair verdiyi kasasiya şikayəti təmin
edilməyib.
Aprelin 11-də Bakı Apelyasiya Məhkəməsində hakim Tofiq Səmədovun sədrliyi ilə “Yeni Müsavat”
qəzetinin Müdafiə Nazirliyinə (MN) qarşı Səbail rayon Məhkəməsinin 18 noyabr 2011-ci il tarixli
qərarından verilən apelyasiya şikayəti təmin edilməyib. İddiaya səbəb sentyabr ayının əvvəlində Müdafiə
Nazirliyinin Türkiyə səfirliyi və “Anadolu” agentliyinin adından “Yeni Müsavat” qəzetində yazıldığı
iddia edilən “Hərbi məktəbdə türk müdavimlər incidilir” başlıqlı bir yazı ilə bağlı bəyanat yaymasıdır.
Qəzet belə başlıq altında heç bir yazının yazılmadığını, eləcə də apardığı araşdırmalar zamanı Türkiyə
səfirliyi və “Anadolu” agentliyinin belə bir bəyanat vermədiyini aydınlaşdırdığını bildirir. “Yeni
Müsavat” qəzeti Müdafiə Nazirliyinin saxtakarlıq etmək və təhqirlərə yol verdiyini iddia edərək, 50 000
min manatlıq iddia ilə Səbail rayon Məhkəməsinə müraciət edib. 18 noyabr 2011-ci il tarixində Səbail
rayon Məhkəməsi iddianın təmin edilmədiyi barədə qərar çıxarıb.
Mayın 1-də Yasamal rayon Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə “Azadlıq” qəzetinin
əməkdaşı, jurnalist Natiq Güləhmədoğlunun (Ədilov) “Lider” televiziyası və “Afra otel”ə qarşı qaldırdığı
iddia üzrə məhkəmə iclası keçirilib. Hakim A. Rzayev jurnalistin iddiasının təmin edilmədiyini, onun
üzərinə 150 manat ekspertiza xərclərinin ödənilməsi barədə öhdəlik qoyulduğunu elan edib. Belə ki,
2011-ci ilin aprelində jurnalistlər Qan Turalı və Natiq Ədilovun Oğuz rayonunda keçirilən təlimdə
iştirakları zamanı onların yaşadıqları otel otağında gizli çəkilmiş video görüntüləri “Lider” televiziyasında
yayımlanıb. Natiq Ədilov şəxsi həyatına hörmət hüququnun tanınması, cavabdehin üzərinə şikayətçidən
üzr istənilməsi tələbinin qoyulması, şəxsi həyatın toxunulmazlığı, şərəf və ləyaqətin müdafiəsi iddiası ilə
cavabdehlərin hər birindən vurulan mənəvi ziyana görə 100000 manat təzminat ödənilməsi barədə
tələblə Yasamal rayon Məhkəməsinə müraciət etmişdi.
2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
20
Dostları ilə paylaş: |