Fəsil 3: Jurnalistlərin, bloqçuların və hüquq
müdafiəçilərinin həbsi
Azərbaycan hakimiyyətinin müxalifəti susdurmaq və etirazları boğmaq üçün təzyiq vasitəsi kimi həbs
metodundan istifadədə böyük təcrübəsi vardır. Son illərdə jurnalistlərin, bloggerlərin və fəalların peşə
fəaliyyətləri ilə bağlı olaraq (məs, diffamasiya ittihamı əsasında) həbs olunması tendensiyası onların yeni
ittihamlar (xuliqanlıq, odlu silah saxlama, narkotik vasitə əldə etmə və saxlama, ədavəti qızışdırma,
terrorizmə dəstək vermə, vergidən yayınma, hədə-qorxu ilə tələb etmə, kütləvi iğtişaşa çağırma, və s.)
əsasında həbs olunması tendensiyası ilə əvəz olunmuşdur.
2012-ci ilin sonunda Azərbaycanda ifadə azadlığı ilə bağlı olaraq siyasi motivli ittihamlar əsasında həbs
olunmuş səkkiz jurnalist olmuşdur:
1.
Nicat Əliyev, azadxeber.az saytının baş redaktoru
2.
Vüqar Qonaqov, Xəyal TV müxbiri
3.
Araz Quliyev, xeber44.com saytının baş redaktoru
4.
Zaur Quliyev, Xəyal TV müxbiri
5.
Fuad Hüseynov, müstəqil jurnalist
6.
Hilal Məmmədov, “Tolışi Sədo” qəzetinin baş redaktoru
7.
Fərəməz Novruzoğlu, müstəqil jurnalist
8.
Əvəz Zeynallı, “Xural” qəzetinin baş redaktoru
Jurnalistlərə əlavə olaraq, 2012-ci ilin sonunda Kür Vətəndaş cəmiyyətinin fəalı hüquq müdafiəçisi İlham
Əmiraslanov da ifadə azadlığı ilə bağlı olaraq siyasi motivli ittihamlar əsasında həbsdə qalmışdır. İlham
Əmiraslanov yerli məmurları 2010-cu il Kür daşqınlarından əziyyət çəkən ailələr üçün nəzərdə tutulmuş
pulların mənimsənilməsində ittiham etdikdən sonra odlu silah əldə etmə və saxlama ittihamları ilə həbs
olunmuş və 2 il həbs cəzasına məhkum olunmuşdur.
Jurnalistlərin cari tutulma və həbs halları (2012-ci il 31 dekabra qədər)
“Azadxeber.az” saytının baş redaktoru Nicat Əliyev 2012-ci ilin mayın 20-də “Memar Əcəmi” metro
stansiyası yaxınlığında yerləşən "Killer" kişi geyimləri mağazasının qarşısında saxlanılaraq Yasamal
rayonu Polis İdarəsinin 27-ci Polis Bölməsinə aparılıb. Daha sonra baş redaktora qarşı Cinayət
Məcəlləsinin (CM) 234.1-ci maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya
prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli
sürülüb və barəsində 2 ay müddətində həbs qətimkan tədbiri seçilib. Hesab olunur ki, N.Əliyev
hökumətin dini, LGBT hüquqları və digər məsələlərlə bağlı siyasətini, habelə Avroviziya Mahnı
Müsabiqəsinə böyük xərc çəkməsini tənqid etdikdən sonra həbs olunmuşdur. Əliyevin barəsində seçilmiş
həbs qətimkan müddəti bir neçə dəfə uzadılmış, müstəntiq ona qarşı yeni ittihamların irəli sürüləcəyini
bildirmişdi. Lakin bu ittihamlar ilin sonuna qədər elan olunmamış, və Əliyev istintaqı davam etməklə
Kürdəxanı təcridxanasında qalmışdır. Narkotik ittihamı ilə günahkar elan olunarsa Nicat Əliyev 3 il həbs
cəzasına məhkum oluna bilər.
Qubanın Xəyal TV kanalının icraçı direktoru və baş redaktoru, Vüqar Qonaqov və Zaur Quliyev,
martın 13-də həbs olunublar. Hər iki jurnalist martın 1-də Qubada baş vermiş kütləvi etiraz aksiyasının
baş verməsinə və icra hakiminin istefaya göndərilməsinə səbəb olmuş videonu (keçmiş icra hakiminin
Qubalıları təhqir etdiyi sujeti) YouTube video portalına yerləşdirməklə iğtişaşları qızışdırmaqda ittiham
olunurlar. Xatırladaq ki, baş verən hadisələrdən sonra icra başçısı Rauf Həbibov prezident tərəfindən
vəzifəsindən uzaqlaşdırılmışdı. Qonaqov və Quliyev Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın
pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 309-cu
(Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunur. İstintaqın gedişində jurnalistlərin həbs
qətimkan müddəti bir neçə dəfə uzadılmış, habelə müstəntiq V.Qonaqovu öz vəkili Elçin Sadıqovun
xidmətlərindən imtina etməyə məcbur etmişdi. Qonaqov və Quliyev də istintaqı davam etməklə
2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
21
Kürdəxanı təcridxanasında qalmaqdadırlar. Məhkəmə tərəfindən günahkar elan olunarlarsa, jurnalistləri
10 il həbs cəzası gözləyir.
Xeber44.com saytının redaktoru Araz Quliyev Masallıda keçirilmiş beynəlxalq folklor festivalını
pozmağa cəhd etməkdə, iki vətəndaşa və polisə xəsarət yetirməkdə və avtomobilin şüşələrini qırmaqda
ittiham olunaraq sentyabrın 8-də həbs olunmuşdur. Jurnalistin qardaşı Azər Quliyev bu iddiaları rədd
edərək qardaşının rayonda hicab qadağasına qarşı etirazları işıqlandırdığı üçün həbs olunduğunu bildirib.
Azər həmçinin qardaşının həbsdə olarkən polis zorakılığına məruz qaldığını iddia edib. Dekabrın 11-də
jurnalistə qarşı Cinayət Məcəlləsinin (CM) 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt
hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), 233
(İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak
etmə), 283.1 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin
alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının
məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya
kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə), 315.2 (Hakimiyyət nümayəndəsinə
qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 324 (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya
Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələrində nəzərdə tutulan
ittihamlar irəli sürülüb. İlin sonunda Araz Quliyev də istintaqı davam etməklə Kürdəxanı təcridxanasında
qalıb
.
Müstəqil jurnalist Fuad Hüseynov Ucarda polis əməkdaşlarının qanunsuz əməllərini (narkotik və insan
alveri) ifşa etdikdən sonra 2010-cu ilin oktyabrında xuliqanlıq ittihamları ilə həbs olunmuşdur. Hüseynov
26 sentyabr 2011-ci ildə Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 6.5 il müddətinə azadlıqdan məhrum
edildi. Hüseynovun əleyhinə ifadə verən “şahid”lərdən biri sonradan etiraf etdi ki, ifadəsini yerli mafia
qrupunun təzyiqi altında verib. Hüseynov bundan əvvəl də Ucar polisinin rəisini narkotik cinayətində
ittiham etdikdən sonra xuliqanlıq ittihamı ilə həbs olunaraq 3.5 il azadlıqdan məhrum edilmiş, və cəzanın
2 ilini çəkmişdi. Hesabat hazırlanarkən Fuad Hüseynov cəza müddətini 12 saylı cəzaçəkmə müəssisəsində
çəkməyə davam edib
.
"Talışi sədo” qəzetinin baş redaktoru və Talış Mədəniyyət Mərkəzinin sədr müavini Hilal Məmmədov 21
iyunda həbs olunmuş və növbəti gün Nizami Rayon Məhkəməsinin qərarı ilə barəsində narkotik vasitə
əldə etmə və saxlama və dövlətə xəyanət ittihamları ilə 3 ay həbs qətimkan tədbiri seçilib. Məmmədova
qarşı sonradan milli, irqi, sosial və ya dini nifrət və düşmənçilik salma ittihamı da irəli sürülüb.
Jurnalist İranın gizli xidmət agentlikləri ilə əlbir olaraq Azərbaycanın ərazi bütövlüyünə və
təhlükəsizliyinə qarşı fəaliyyətdə günahlandırılıb. "Talışi sədo” qəzetinin keçmiş baş redaktoru Novruzəli
Məmmədov da 2008-ci ildə oxşar ittihamlarla həbs olunmuş və 2009-cu ildə həbsxanada vəfat etmişdi.
Hilal Məmmədovun həbs qətimkan müddəti bir neçə dəfə uzadılmış və jurnalist 2012-ci ili Kürdəxanı
istintaq təcridxanasında başa vurmuşdu. Məhkəmə jurnalisti ona qarşı qaldırılmış ittihamlarla günahkar
hesab etsə, o, 12 ilə qədər həbs cəzası ala bilər.
Müstəqil jurnalist Fərəməz Novruzoğlu avqustun 22-də Cinayət Məcəlləsinin 220.2-ci (Kütləvi
iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə - guya F.Novruzoğlu gənclərin
2011-ci ildə təşkil etdikləri “11 mart böyük xalq günü” aksiyası ərəfəsində Facebook sosial şəbəkəsində
Elçin İlqaroğlu təxəllüsü ilə xalqı kütləvi iğtişaşa dəvət edib, özünü isə aksiya zamanı yandıracağını
bildirib) və 318.1-ci (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş
sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə - guya
F.Novruzoğlu 2010-cu ilin noyabrından 2011-ci ilin oktyabr ayına qədər qanunsuz olaraq Azərbaycan
Türkiyə sərhədini keçib və orada qanunsuz yaşayıb) maddələri ilə 4 il 6 ay müddətinə azadlıqdan məhrum
edildi. Novruzoğlu ona qarşı irəli sürülmüş ittihamları rədd edərək, Azərbaycanın idxal-ixrac siyasəti ilə
bağlı tənqidi məqalələr yazdığına görə həbs olunduğunu bildirib. 2012-ci ilin sonunda Novruzoğlu 1 saylı
cəzaçəkmə müəssisəsində qalıb.
2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
22
“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı hədə-qorxu ilə pul tələb etmə və məhkəmə qərarını yerinə
yetirməmə ittihamları ilə həbs olunmuşdur. Baş redaktor irəli sürülmüş ittihamlarla 10 ilə qədər həbs
cəzasına məhkum oluna bilər. Hesabat dərc olunarkən, 28 oktyabr 2011-ci ildə həbs olunmuş Əvəz
Zeynallının həbsdə saxlandığı müddət artıq bir ili keçmişdir. Jurnalistin şəxsən bildirdiyinə görə
həbsxanada ikən onun səhhətində problemlər yaranıb- o, bir neçə xəstəlikdən əziyyət çəkir.
Ə.Zeynallıya qarşı cinayət işi o vaxtkı deputat Gülər Əhmədova tərəfindən edilmiş şikayət əsasında
açılmışdı. Əhmədova şikayətində Zeynallının onu şantaj edərək pul tələb etdiyinin iddia edirdi.
Ə.Zeynallının həbs olunduğundan bir ilə yaxın vaxt keçdikdən sonra isə YouTube video portalında
yayılmış iki qalmaqallı video G.Əhmədovanın deputat yerinə görə rüşvət “bazarlığı”
7
etdiyini açıb
göstərdi. Əhmədova artıq ilk video yayılandan sonra deputat mandatından istefa verdi. Onun bu cür ifşa
olmasından sonra yerli hüquq müdafiəçiləri və fəallar onun tərəfindən Zeynallıya qarşı qaldırılmış
ittihamların ləğv olunması tələbini irəli sürdülər.
Digər həbslər
2012-ci ildə bir çox digər jurnalistlər, bloqçular və hüquq müdafiəçiləri də ifadə azadlığı hüququndan
istifadə etdiklərinə görə dəmir barmaqlıqlar arxasına salınmış, şərti həbs cəzasına məhkum edilmiş və ya
onlara qarşı cinayət işi açılmışdı.
İyunun 12-də İranın “Səhər” telekanalının Azərbaycandakı müxbiri Anar Bayramlı Binəqədi rayon
məhkəməsinin qərarı ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bayramlı fevralın 17-də Binəqədi
rayon 4-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və onun üzərindən 0, 0387 qram heroin
tapıldığı bildirilib. Jurnalistə qarşı Cinayət Məcəlləsinin (CM) 234.1-ci maddəsi (qanunsuz olaraq
narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama,
daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb. Bayramlı dekabrın 26-da prezidentin əfv fərmanı
ilə azad olunan 86 məhbusdan biri olub.
2011-ci ilin avqustunda həbs olunan “İslamazeri.az” saytının baş redaktoru Ramin Bayramov 2012-ci
ilin martında Xırdalan şəhər Məhkəməsi tərəfindən 1 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına
məhkum edilib. Ramin Bayramov Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq
narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya
saxlama) və 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu
ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə,
başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə təqsirli bilinib. Jurnalist avqustun
17-də şərti olaraq azadlığa buraxılıb.
“Kür” vətəndaş cəmiyyəti qərargahının koordinatoru və “Şəffaflıq” jurnalının baş redaktoru Oqtay
Gülalıyev aprelin 8-də Sabirabad rayonunun Minbaşı kəndində daşqınlarla bağlı monitorinq apararkən
həbs olunaraq barəsində əvvəlcə 12 sutka inzibati həbs tədbiri seçilib. Aprelin 17-də jurnalist vəkilinə
polis əməkdaşları və Sabirabad Rayon Polis Bölməsinin rəis müavini Rauf Məcidov tərəfindən
döyüldüyünü bildirib. Aprelin 19-da Sabirabad Rayon Prokurorluğu O.Gülalıyev barəsində Cinayət
Məcəlləsinin 220.2-ci maddəsi ilə ( hökumət nümayəndəsinin tələblərinə fəal şəkildə tabe olmamaq və
kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılığa çağırışlar etmə) cinayət işi açıb və Sabirabad
Rayon Məhkəməsi onun barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib. Lakin Gülalıyevin
həbsinin əsas səbəbinin 2010-cu il Kür daşqınları ilə əlaqədar yerli hakimiyyət orqanlarını tənqid etməsi
hesab olunur. İyunun 13-də hakim Firdovsi Əliyevin sədrliyi ilə Sabirabad Rayon Məhkəməsi Oqtay
Gülalıyevin şərti azadlığa buraxılması haqqında qərar qəbul edib. Lakin hüquq müdafiəçisinə qarşı
açılmış cinayət işinə hələ də xitam verilməyib və məhkəmə tərəfindən günahkar hesab olunarsa,
Gülalıyev 3 ilə qədər həbs cəzasına məhkum oluna bilər.
Blogger və internet fəalı Zaur Qurbanlı 29 sentyabr 2012-ci ildə həbs olunmuş və 2 sutka təcrid
olunmuş vəziyyətdə saxlanmışdı. Hakim dairələr yalnız 1 oktyabr 2012-ci ildə Qurbanlının narkotik
alveri faktını araşdıran polisə müqavimət göstərməsinə görə saxlandığını və 15 gün inzibati həbs cəzasına
7
http://bit.ly/10UBSmo
2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
23
məhkum olunduğunu bildirən məlumat yaymışdır. Qurbanlının həbsi “Demokratiya naminə Oxu” (Sing
for Democracy) kampaniyasında və NİDA vətəndaş hərəkatında fəal iştirakı ilə, həmçinin üzərində
prezidentin şəklini xatırladan şəkil və "Mən 2013-də gedərəm..." (2013-cü il prezident seçkilərinə işarə
edir) yazısı olan broşürləri yayması ilə bağlı ola bilər. Qurbanlı 15 günlük həbs müddəti başa çatdıqdan
sonra azadlığa buraxılmışdı.
2011-ci ilin yanvarında bloqçu və gənc fəal Bəxtiyar Hacıyev barəsində cinayət işi açılıb. Elə həmin vaxt
ondan yaşadığı yeri tərk etməmək haqqında iltizamnamə alınıb, fevralın əvvəllərində isə bu qətimkan
tədbiri “polisin nəzarətində olma” ilə əvəz olunub. Martın 4-də Hacıyev bir ay müddətinə həbs edilib. 18
may 2011-ci il tarixində Gəncə şəhər Nizami rayon Məhkəməsi gənc fəal Bəxtiyar Hacıyevin Cinayət
Məcəlləsinin 321.1-ci maddəsi ilə (hərbi xidmətdən yayınma) təqsirli bilərək 2 il müddətinə azadlıqdan
məhrum olunması barədə hökm çıxarıb. Hüquq müdafiə təşkilatları hesab edirlər ki, 2010-cu il
parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal sosial şəbəkədə fəallığına, xüsusilə də
Facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etirazına verdiyi dəstəyə görə həbs olunub. 4 iyun
2012-ci ildə Azərbaycan Respublikasının Ali Məhkəməsi Bəxtiyar Hacıyevi cəza müddətinin bitməsinə
doqquz ay qalmış azadlığa buraxılması barədə qərar qəbul edib.
RATİ-nin foto-video reportyoru və Azərbaycan Gənclər Media Mərkəzinin üzvü Mehman Hüseynov
iyunun 12-də Səbail rayon Polis İdarəsinə çağırılıb, və orada 3 saata yaxın dindirildikdən sonra şübhəli
şəxs qismində saxlanıb. İyunun 13-də Mehman Hüseynov Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq)
maddəsi üzrə təqsirləndirilən şəxs hesab olunub və məhkəməyə göndərilib. Mehmana qarşı ittihamlara
səbəb may 21-də Bakı Meriyasının qarşısındakı mitinqdə çəkiliş apardığı zaman polis zabiti ilə arasında
baş vermiş şifahi mübahisə olmuşdur. Peşə fəaliyyətini həyata keçirən Mehman və RATİ-nin digər
əməkdaşları, o cümlədən etirazçılar və jurnalistlər mitinq zamanı polis təzyiqinə məruz qalmışdırlar. Polis
Mehmanın çəkiliş apardığı kameranı zədələmişdir. Hüseynova qarşı cinayət işinin açılması onun
Avroviziya ərəfəsində Azərbaycanda demokratik inkişafa nail olmaq üçün aparılan “Demokratiya naminə
Oxu” (Sing for Democracy) kampaniyasında fəal iştirakı, və ya yerli və beynəlxalq media qurumlarının
dəfələrlə istifadə etdiyi və Azərbaycanda insan hüquqlarının pozulduğunu əks etdirən fotoları ilə bağlı ola
bilər. Məhkəmə tərəfindən günahkar hesab olunarsa Hüseynov 5 ilə qədər həbs cəzasına məhkum oluna
bilər.
2011-ci ilin aprelində hakimiyyətə qarşı etiraz aksiyasında iştiraka görə həbs olunduqdan sonra hüquq
müdafiəçisi və siyasi fəal Vidadi İskəndərov 2011-ci il aprelin 2-də hökumət əleyhinə etiraz aksiyasında
iştirak etdiyinə görə həbs olunmuş, avqustun 27-də isə 2010-cu il parlament seçkilərinə müdaxilə
etməkdə ittiham olunaraq 3 il həbs cəzasına məhkum olunub. İskəndərov 86 digər məhbusla birlikdə
prezidentin 26 dekabr əfv fərmanı ilə azadlığa buraxılıb.
“Xural” qəzetinin bölgə müxbiri Aydın Canıyev 8 sentyabr 2011-ci ildə həbs olunmuş və 21 noyabr
2011-ci ildə xuliqanlıq ittihamı ilə 3 il həbs cəzasına məhkum olunmuşdur. Canıyev də prezidentin 26
dekabr əfv fərmanı ilə azadlığa buraxılıb.
“Qanun və Hüquq 2010” MMC-nin rəhbəri blogger Taleh Xasməmmədov 12 noyabr 2011-ci ildə Ucar
rayonunda həbs olunub. Xasməmmədov Cinayət Məcəlləsinin 221.2.2(xuliqanlıq), 221.3(xuliqanlıq,
silahdan və ya oxşar əşyadan istifadə etməklə) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət
göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunub. Aprelin 20-də Xasməmmədov 4 il
müddətinə həbs cəzasına məhkum olunub. Onun həbsinin əsas səbəbinin yerli məmurların cinayət
əməllərinin ifşası, habelə hüquq pozuntuları ilə üzləşmiş şəxslərin müsahibələrini YouTube video
portalında yerləşdirməsi ilə bağlı olduğu hesab olunur. Xasməmmədov prezidentin 26 dekabr əfv fərmanı
ilə azadlığa buraxılıb.
Avqustun 30-da xuliqanlıq ittihamı ilə həbs olunmuş “Gündəm Xəbər” qəzetinin müxbiri İlham
Süleymanov Saatlı Rayon Məhkəməsi tərəfindən 6 aylıq şərti həbs cəzasına məhkum olunub. Jurnalistin
Saatlı rayon icra başçısı Siracəddin Cabbarovu tənqid edən yazılar yazdığına görə həbs olunduğu hesab
olunur.
2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
24
Fəsil 4: Mediaya dövlət nəzarəti
8
Azərbaycanda KİV-lərin və vətəndaş jurnalistlərinin fəaliyyətinə düşmən siyasi mühit hökm sürməkdədir.
Hökumət ya birbaşa olaraq, ya da təzyiq yolu ilə ənənəvi teleradio yayımçılarını ciddi nəzarətdə saxlayır.
Azərbaycanda çox az sayda müstəqil media qurumu mövcuddur, belə ki, hətta ənənəvi müxalif səslər belə
təzyiq və digər təsir üsullarından istifadə etməklə susdurulmuşdur (məsələn, hazırda tikilməkdə olan
mənzil kompleksində jurnalistlərə, o cümlədən müxalif medianın nümayəndələrinə ev verilməsi nəzərdə
tutulur). Bəzi müxalif media qurumları hökumətdən qrant əldə etdikdən sonra tənqidlərini azaldıblar.
Müstəqil media qurumlarının sayında ötən il baş vermiş kəskin dəyişiklikdən sonra artıq Azərbaycanda
müstəqil hesab olunacaq çox az sayda media orqanı qalıb. Belə bir şəraitdə senzura ilə yanaşı özünü-
senzura da böyük problemə çevrilmişdir.
Siyasi plüralizmi təmin etməyə çalışan dörd müstəqil və müxalif qəzet əhalinin yalnız 3 faizinə çatımlıdır
və onların çap dövriyyəsi çox aşağıdır. Reklam bazarı oliqarxlar tərəfindən idarə olunur ki, bu da, ölkədə
müstəqil medianın inkişafına əlavə maneə törədir. Hətta orta sahibkarlar belə hakimiyyətin qəzəbinə tuş
gəlməkdən ehtiyat edərək müstəqil və müxalif qəzetlərə reklam verməkdən çəkinir. Məhdud reklam
gəlirləri, çap və yayım problemləri, eləcə də özəl investisiyaların kəskin azlığı nisbətən müstəqil olan
azsaylı nəşrləri maddi cəhətdən çıxılmaz vəziyyətə salır.
Nisbətən müstəqil medianı təcrid etməyin daha bir üsulu onların yüksək vəzifəli dövlət məmurlarına
çatımlığının məhdudlaşdırılmasıdır. Yüksək çinli məmurlar və onların mətbuat işçiləri bir qayda olaraq
ictimaiyyət üçün açıq olan brifinqlər keçirmir. Prezident Administrasiyasının mətbuat xidməti bu quruma
sadiq olan və sifarişlə iş görən jurnalistlərdən ibarət qapalı birlikdir. Yüksək elitaya çatımı olan
jurnalistlər vəzifəli şəxslərə xoş gəlməyəcək suallar vermir, soruşmağa daha çox sualları olan
jurnalistlərin isə rəhbər dövlət məmurları ilə görüşünə imkan yaradılmır.
Yayım mediasına nəzarət
Hazırda Azərbaycan mediasının ən çox nəzarətdə olan seqmenti teleradio yayımçılarıdır. Ölkədə doqquz
milli, 14 regional və 13 kabel televiziyası, və 12 radio stansiyası fəaliyyət göstərir. Hökumətin 2009-cu
ildə xarici radioların (BBC, Azadlıq/Azad Avropa Radiosu və Amerikanın Səsi) milli tezliklərdə
yayınlanmasına qadağa qoymasından sonra ölkənin yayım mediasında fikir müxtəlifliyinin təmin
olunması da başa çatdı. Bu radiolar Azərbaycanlı dinləyicilər üçün alternativ informasiyanın yeganə
mənbələri idi. Hazırda milli tezliklərdə yayımlanan 12 radionun heç biri plüralizmi təmin etmir.
Ölkənin 9 milli telekanalının üçü (AZTV, İdman Azərbaycan və Mədəniyyət) dövlətə məxsusdur. Bütün
dünyada dövlət mediasının özəlləşdirilməsi prosesi getdiyi bir vaxtda, bunun ziddinə olaraq,
Azərbaycanda demək olar ki, hər iki ildən bir yeni dövlət televiziyası açılır. Regionlarda fəaliyyət
göstərən telekanallar ölkədə baş verən cari hadisələrə aid məlumat yaymaqdan daha çox musiqi və
əyləncə tipli verilişlərə üstünlük verir.
Azərbaycanın ictimai yayımçısı olan “İctimai Televiziya” bu sahəyə aid beynəlxalq standartlarda nəzərdə
tutulmuş funksiyaları yerinə yetirmir. İctimai TV Avropa Yayım Birliyinə üzvlüyü çərçivəsində bu
qurumun tələblərinə (ictimai marağa xidmət etmək, plüralizmi təmin etmək, cəmiyyətin bütün sektorları
üçün balanslı və fərqli proqramlar yayımlamaq və s.) əməl etmir. İctimai TV yarandığı 2005-ci ildən bəri
dövlətin maraqlarına və təbliğatına xidmət edir. Xəbər yayımında isə bu telekanal praktiki olaraq müstəqil
fəaliyyət göstərmir. İctimai TV ölkədə baş verən mühüm hadisələr (məs., siyasi partiyaların və ictimai
birliklərin fəaliyyəti) haqqında çox yığcam, bəzən hətta yanlış məlumat verir. İTV hər hansı şəxs və ya
təşkilat barədə səhv məlumat yayımladığı zaman isə qarşı tərəfin cavab vermə hüququnu tanımır- onlara
cavab vermələri üçün efir vaxtı ayrılmır.
8
Azərbaycanın yayım mediası mühiti ilə bağlı daha ətraflı məlumatı RATİ-nin 2013-cü ilin martında hazırladığı
“Media Nəzarət Altında” adlı hesabatdan əldə edə bilərsiniz. Hesabatın elektron versiyası aşağıdakı internet
ünvanındadır:
http://bit.ly/103nXEe
2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
25
Azərbaycanda dövlət-vətəndaş ünsiyyətini təmin edən 9 milli televiziya kanalı “yuxarıdan aşağı” prinsipi
əsasında birtərəfli fəaliyyət göstərir, yəni yalnız dövlət məlumatları vətəndaşlara çatdırılır. Bu
telekanalların xəbər yayımı prezident aparatı tərəfindən tənzimlənir ki, nəticədə də onların xəbər
reportajları bir-birinə oxşar olur. Bu nəzarət forması məcburi xarakterli deyil, belə ki, televiziya
kanallarının rəhbər şəxsləri ölkənin hakim rejimə yaxın olan siyasi elitasının nümayəndələridir. Siyasi
xəbərlərin işıqlandırılmasına gəlincə burada yalnız bir fikir hakimdir: Azərbaycanda hansı problemin
mövcud olmasından asılı olmayaraq prezident Əliyevin hakimiyyəti sarsılmazdır və ona heç bir siyasi
alternativ yoxdur. Bu telekanallar dövlətin siyasi məqsədlərinə qulluq edərək müəyyən məsələlərə,
şəxslərə və statistikaya daha çox, bəzilərinə isə daha az əhəmiyyət verməklə, bəzilərinə isə ümumiyyətlə
əhəmiyyət verməməklə ictimai fikri formalaşdırır və xalqa hakim rejimin siyasi maraqlarının lehinə olan
fikirləri təlqin edir.
Azərbaycanda siyasi müstəvidə rəqabətin olmadığı kimi, siyasi xəbərlərin çatdırılmasında da altı özəl
telekanal arasında rəqabət yoxdur. Əyləncə proqramlarına gəldikdə isə bu sahədə gərgin rəqabət mühiti
hökm sürür. Altı özəl telekanalın hər biri reklam gəlirləri hesabına fəaliyyət göstərən kommersiya hüquqi
şəxslər olsalar da, onlara dövlət tərəfindən ciddi nəzarət olunur.
Dövlətin təbliğatını gəlirli biznes fəaliyyəti ilə birləşdirmək işə yarayır, çünki bu, telekanalların daha
əyləncəli olmasına, izləyicilərin və reklam sifarişlərinin artmasına səbəb olur. Qlobal maliyyə
böhranından əvvəlki illərdə reklam bazarı daha gəlirli olsa da, hazırda da milli telekanallar bu sahədən
gəlir əldə etməkdə davam edirlər. Azərbaycanda bir çoxları üçün – rayon yerlərində yaşayanlar, yaşlılar,
daha aşağı səviyyəli təhsilə malik şəxslər və imkansızlar üçün xidmət haqqı tələb etməyən milli televiziya
əyləncənin yeganə əlçatan formasıdır. Telekanalların teleserial və digər əyləncəli şoular vasitəsilə
topladığı tamaşaçı auditoriyası ölkədə baş verən hadisələr barədə xəbərləri də elə bu kanallardan izləyir.
Dövlət “Milli Televiziya və Radio Şurası” (MTRŞ) vasitəsilə yayım lisenziyalarının verilməsinə tam
nəzarət etdiyi üçün, lisenziyalaşdırma prosesi qeyri-obyektiv və qərəzli olaraq qalır. MTRŞ birbaşa
prezident tərəfindən təyin olunan yeddi üzvdən ibarət olub tamamilə dövlət büdcəsindən maliyyələşir. Bu
qurumun müstəqil olmasına heç bir hüquqi zəmanət yoxdur. Dövlət himayəsində olmayan müstəqil
yayımçılar (məsələn, Obyektiv TV) dəfələrlə cəhd etsələr də, yayım üçün lisenziya əldə edə bilmirlər.
Son zamanlar hökumət yeni potensial yayımçıların boş tezlik əldə etmələri üçün keçirilən tenderlərin
sayını minimuma endirib. 2010-cu ilə qədər yayımçılara lisenziyaların verilməməsi boş tezliklərin
olmaması ilə əsaslandırılırdı. Lakin həmin vaxt MTRŞ teleradioyayımı haqqında qanunun tələblərini
pozaraq yayım üçün boş tezliklərin siyahısını dərc etməkdən imtina edirdi. İndi isə, MTRŞ bildirir ki,
tezliklər kifayət qədərdir, amma Azərbaycan kimi kiçik ölkədə çoxsaylı telekanalların olmasına ehtiyac
yoxdur. Habelə MTRŞ rəsmiləri bəyan edirlər ki, yeni telekanalların açılacağı təqdirdə mövcud
telekanalların reklamdan gələn gəlirləri azalacaq ki, bu da nəticə etibarilə telekanalların işinin
keyfiyyətinə pis təsir göstərəcək.
9
MTRŞ-nın bu arqumenti bir daha onu göstərir ki, hakimiyyət teleradio
yayımı bazarına yeni müstəqil iştirakçıların daxil olmasına imkan vermək istəmir və bununla da medianın
inkişafına mane olur.
Efirə lisenziyanın alınmasının mümkünsüzlüyü onlayn telekanalların yaranması zərurətini ortaya çıxarıb.
Bu gün ölkədə dörd onlayn televiziya var ki, onların da üçünün hazırladığı məzmunlar alternativ fikirləri
əks etdirir. Amma iri həcmli video məzmunların sayta yüklənməli olduğunu nəzərə alsaq, mobil və
stasionar internetin sürətinin az, qiymətinin isə baha olması mövcud seqmentin inkişafını ləngidir.
Yalnız ölkədə hamı üçün çatımlı və qiymətcə münasib olan optik şəbəkə qurulduğu təqdirdə onlayn
telekanallar kifayət qədər populyarlıq qazanıb, ənənəvi telekanallarla rəqabət apara bilər.
Çap mediasının məhdudlaşdırılması
Birbaşa siyasi nəzarət və iqtisadi təzyiqin tətbiq olunması, habelə ədalətli qaydaların mövcud olmaması
Azərbaycanda peşəkar jurnalistikanın inkişafına ciddi zərər vurur. Bu hal xüsusilə çap mediası üçün
xarakterikdir.
Hakim rejim tənqidçi qəzetlərin reklam gəlirlərinə təsir etməklə, bu qəzetlərin yayımına problem
9
http://bit.ly/PaLcLA
2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
26
yaratmaqla və onlara qarşı diffamasiya ittihamları irəli sürməklə onları susdurmağa çalışır. Bunun nəticəsi
olaraq ictimai tənqid və mühüm ictimai məsələlərin müzakirəsi getdikcə daha da azalır. Hökumətə-meylli
nəşrlərin yüksək satış imkanlarına malik olması və tərəfsizliyi təmin edən standartların mövcud olmaması
Azərbaycanda çap mediası üçün qeyri-bərabər rəqabət mühiti yaradır.
Dövlət çap mediasına iqtisadi təzyiq yolu ilə nəzarət edir. Dövlətə məxsus və hakimiyyətə yaxın media
orqanları həm dövlət idarələrinin bu nəşrlərə icbari abunəsindən, həm də dövlət şirkətlərinin üstünlük
təşkil etdiyi reklam bazarından əldə etdikləri gəlirlər hesabına maliyyələşir. “Azadlıq” qəzetinin baş
redaktor müavini Rahim Hacıyevin sözlərinə görə, şirkətlərin tənqidçi mediada reklam yerləşdirməsinin
qarşısı hədə-qorxu ilə alınır.
10
Mətbuat yayımı şirkətlərinə nəzarət tənqidçi mətbu orqanları üçün bazarı daha da məhdudlaşdırır. 2012-ci
ildə Bakı şəhəri ərazisində, xüsusilə şəhərin mərkəzində üzərində Press-Köşk yazılmış və içində qəzetdən
başqa hər cür ərzaq və məişət mallarının satıldığı yaraşıqlı köşklər yerləşdirilib. Bu köşklərin yanında isə
kiçik stellajda bir neçə nüsxə qəzetə rast gəlmək olar. Kimə məxsus olması barədə məlumatın gizli
saxlandığı bu köşklər “Qaya” və “Qasid” mətbuat yayımı şirkətlərinə məxsus köşklərin əvvəllər
yerləşdiyi ərazilərdə qurulub.
“Qaya” və “Qasid” şirkətləri abunədən əldə olunan gəlir baxımından da ağır zərbə alıblar. “Qaya”
Mətbuat Yayımının direktoru Xanhüseyn Əliyevin verdiyi məluma görə, bütün dövlət müəssisə və
təşkilatlarına yalnız “Kaspi” Mətbuat Yayımı şirkətinə abunə olmaları ilə bağlı şifahi tapşırıq verilib.
11
Mətbuat yayımın məhdudlaşdırılması “Yeni Müsavat” və “Azadlıq” kimi iri tirajlı qəzetlərin satışdan
gələn gəlirlərinə ciddi şəkildə təsir göstərib. Mətbuat yayımın bütün istiqamətlərdə (səyyar, köşklər və
abunə) inhisara alınması gələcəkdə istənilən qəzet və jurnalın hökumət tərəfindən asanlıqla satışdan
çıxarılmasına şərait yarada bilər.
10
http://bit.ly/13UuBn6
11
Azərbaycan Redaktorlar Birliyinin 2012-ci ilin iyununda keçirilmiş konfransında qeyd olunub:
http://bit.ly/ZaN73d
2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı
Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu
27
Dostları ilə paylaş: |