Azad Mətbuatın Ölüm-Dirim Mübarizəsi


Fəsil 1: Jurnalistlərə qarşı zorakılıq, şantaj və



Yüklə 1,16 Mb.
Pdf görüntüsü
səhifə2/5
tarix06.09.2017
ölçüsü1,16 Mb.
#29065
1   2   3   4   5

Fəsil 1: Jurnalistlərə qarşı zorakılıq, şantaj və 

təzyiq

 

 

Azərbaycanda  ifadə  azadlığına  əsas  maneələrdən  biri  jurnalistlərə  və  media  nümayəndələrinə  qarşı 



zorakılıq hallarının intensivliyi və bu əməlləri törədən şəxslərə qarşı cəzasızlığın hökm sürməsidir.  Bu isə 

ölkədə  özünü  senzuranın  artmasına  səbəb  olmuşdur.  İndi  jurnalistlər  “tabu”  hesab  olunan  müəyyən 

mövzularda, məsələn korrupsiya və ya prezident ailəsinin biznes maraqları barədə yazmaqdan çəkinirlər.  

 

2005-ci ilin martında “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov sifarişli hesab olunacaq qədər 



planlı  olan  bir  sui-qəsd  nəticəsində  qətlə  yetirildi.  Dəfələrlə  ölümlə  hədələnmiş  jurnalist  sonda  Bakıda 

yerləşən mənzilinin pilləkənində odlu silahdan açılmış bir neçə atəşlə öldürüldü. Səkkiz il bundan əvvəl 

baş  vermiş  bu  hadisəni  hökumət  lazımınca  araşdıra  bilmədi,  belə  ki,  cinayətə  görə  cavabdeh  olan  şəxs 

(şəxslər)  hələ  də  məsuliyyətə  cəlb  olunmayıb.  E.Hüseynov  hökuməti  kəskin  tənqid  etməsi  ilə  tanınmış 

araşdırmaçı  jurnalist  idi.  Onun  qətli  Azərbaycan  mediasında  araşdırmaçı  jurnalist  olmağın  nə  qədər 

cəsarət tələb etdiyini və bu peşənin hansı risklərinin olduğunu bir daha xatırlatdı.  

 

Bu səbəbdən RATİ hesabatın bu fəslini Elmar Hüseynova həmçinin Elmar və eyni zamanda peşələri ilə 



əlaqədar hücuma məruz qalmış digər jurnalistlər üçün, ədalət tələb edən “Elmar Hüseynov tərəfdarları”na 

həsr edir. 

 

E.Hüseynovun  qətlindən  bəri  Azərbaycanda  2011-ci  ilin  noyabrında  tanınmış  yazıçı-jurnalist  Rafiq 



Tağının da qətli daxil olmaqla jurnalistlərə qarşı 200-dən zorakılıq hadisəsi baş vermişdir. Təkcə 2012-ci 

ildə jurnalistlərə qarşı 19 zorakı hücum baş verib ki, bunlardan 17-i jurnalistlər peşə fəaliyyətini həyata 

keçirərkən  baş  verib,  bir  halda  isə  jurnalistin  ailə  üzvünə  hücum  baş  verib.  Bundan  başqa,  hökumət 

tərəfindən  jurnalistlərə  təzyiqlərin  və  onların  işinə  digər  formada  müdaxilələrin  baş  verməsi  ilə  bağlı 

məlumatlar da yayılmışdır.  

 

Elmar  Hüseynovun  qətlindən  bəri  Azərbaycan  hakimiyyəti  jurnalistlərə  qarşı  demək  olar  ki  heç  bir 



cinayət əməlini lazımınca araşdırmamış və əsl günahkarlar cəzalandırılmamışdır.  Bu media ictimaiyyəti 

arasında  qorxu  hissinin, tənqidi  fikirləri  zor tətbiq etməklə  boğan  şəxslər  üçün isə  cəzasızlıq  mühitinin 

yaranmasına gətirib çıxarmışdır.  

Yanvarın  7-də  “Kür”  Vətəndaş  Cəmiyyəti  Qərargahının  əlaqələndiricisi  Oqtay  Gülalıyev  və   “Turan” 

İnformasiya Agentliyinin direktoru  Mehman Əliyev  Saatlı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 

saxlanılıblar.   Onlar  2010-cu  ilin  mayında  baş  vermiş   daşqınlar  zamanı  sel  nəticəsində   zərər  çəkən 

Novruzlu kəndi yaxınlığında baş verib.  Kəndin kənarında əhali ilə görüş zamanı gözlənilmədən polislər 

ora gəliblər və kobudluqla, zor tətbiq etməklə polisə aparıblar. Sabirabad Polis Şöbəsinin rəisi ilə 1 saat 

30 dəqiqə danışıqdan sonra  onlar sərbəst buraxılıblar. 

Yanvarın  18-də   “Gen”  və  “Kamran”  tikinti  şirkətlərinin  aldatdığı  əmanətçilərin   Prezident 

Administrasiyasının  qarşısında  keçirdikləri  aksiya  zamanı  aksiyadan  reportaj  hazırlayan  “Turan” 

informasiya  agentliyinin  əməkdaşı  Etimad  Budaqov  və  ”Obyektiv”  TV-nin  jurnalisti  Rəşad  Əliyevi 

(Vaqifoğlu)  mühafizəçilər  qəbul  otağına  aparıblar.  Onların  çəkiliş  apardığı  fotoaparat  və  videokamera 

əllərindən  alınıb.  Aksiyadan  çəkilmiş  görüntülər  tamamilə  silindikdən  sonra  jurnalistlər  sərbəst 

buraxılıblar.  

Yanvarın  19-da   taksi  sürücülərinin  Nəqliyyat  Nazirliyi  qarşısında  keçirdiyi  etiraz  aksiyası  zamanı 

“Turan”  informasiya  agentliyinin  əməkdaşı  Etimad  Budaqov  təzyiqə  məruz  qalıb.   Bir  nəfər  polis 

çavuşu   fotomüxbirin  çəkiliş  aparmasına  mane  olmaq  məqsədilə  təpiklə  onun  ayağından  zərbə 

endirməklə  yerə yıxıb.  

 


2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

10 

 

Martın 1-də təxminən 6000-7000 şəxs Qubada hakimiyyət idarələrinin qarşısına toplaşaraq icra başçısının 



istefasını  tələb  ediblər.  Etiraz  çoxlu  sayda  polis  qüvvələrinin  əraziyə  cəlb  olunmasına,  etirazçıların 

həbsinə  və  bəzi  dövlət  məmurlarının  Qubaya  səfər  etməsinə  gətirib  çıxarmışdır.  Polis  25  nəfəri  həbs 

etməklə, etirazçıları dəyənəklə döyməklə və kütləyə gözyaşardıcı qaz atmaqla aksiyanı dağıtmağa cəhd 

göstərmişdir. Hökumətin əlavə polis qüvvələri və daxili qoşun ordularını göndərməsi ilə qarşıdurma daha 

da  şiddətlənmişdir.  Quba  hadisələrini  işıqlandıran  jurnalistlər  də  təzyiqə  məruz  qalıblar.   Martın  1-də 

Qubada  baş  verən  aksiya  zamanı  “Obyektiv  tv”-nin  əməkdaşları  -  Rəşad  Əliyev  başından,   RATİ  və 

“Ayna”-“Zerkalo” qəzetlərinin əməkdaşı İdrak Abbasov qolundan yaralanıb. Eyni zamanda  “Azadlıq” 

radiosunun  əməkdaşları  Cavanşir  Ağamalıyev,  Abbas  Atilay,  “Turan”  informasiya  agentliyinin 

müxbirləri Tapdıq FərhadoğluFərid Qəhrəmanov  və “Yeni Müsavat” qəzetinin fotomüxbiri Fərahim 

İlqaroğlu gözyaşardıcı qazdan zəhərlənməyə məruz qalıblar. 

Martın  6-da  intihara  cəhd edərək  yüksək  dozada  dərman  qəbul  etmiş  və  səhhəti  ağırlamış  AXCP  üzvü 

Əhmədov  Sevindik  Rza  oğlunun  Naxçıvan  şəhər  Psixi  Xəstəliklər  Dispanserindən  müalicə  edilmədən 

qovulması  barədə  müraciəti  əsasında  hadisə  yerində  reportaj  hazırlayan  RATİ-nin  Naxçıvandakı 

müxbirləri  Elman  Abbasov,  Həkimeldostu  Mehdiyev  və  “Turan”  İnformasiya  Agentliyinin  müxbiri 

İlqar  Nəsibov  təzyiqə  məruz  qalıb.  Özünü  xəstəxananın  mühafizəçisi  kimi  təqdim  edən,  adını 

açıqlamaqdan imtina edən, lakin mühafizəçiyə bənzəməyən  şəxs onları hədələyib və dispanserin həyətini 

tərk etməyi tələb edib. Jurnalistləri təhqir edib və onlara təzyiq göstərib.   

Martın 6-da  “Ayna”- Zerkalo” qəzetlərinin, habelə RATİ-nin əməkdaşı İdrak Abbasov 6 yaşlı oğlu Səid 



Abbaszadə yaşadığı Sulutəpə qəsəbəsində 313 saylı bağçadan çıxıb evə gedərkən avtomobillə vurulub. 

Qəzanı  törədənin  23  yaşlı  Azər  adlı  şəxs,  elə  həmin  gün  yaxalanaraq  Binəqədi  rayon  40  saylı  Polis 

Bölməsinə  təhvil  verilib.  Amma  polis  kimsəni  cəzalandırmayıb  və  ya  bu  barədə  jurnalistə  məlumat 

verməyib. Jurnalist bu hadisənin  sifarişlə icra edildiyini zənn edir.  

Martın 7-də bir qrup  AXCP-çi gəncin vicdan məhbusları Məhəmməd Məcidli, Babək Həsənova qarşı 

işgəncələrə etiraz əlaməti olaraq Metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığındakı parkda 

keçirdikləri aksiya zamanı “Azadlıq” qəzetinin əməkdaşı Ramin Deko polis təzyiqinə məruz qalıb.  Belə 

ki, polis əməkdaşları jurnalisti də aksiya zamanı saxlanılan gənclərlə bərabər Yasamal Rayon Polis 

İdarəsinin 28-ci polis bölməsinə  aparıblar. Nəticədə  R. Dekonun  fotoaparatının kartı yaddaşında olan 

materiallar silindikdən sonra özünə qaytarılıb. 

 

2012-ci ilin martında tanınmış tənqidçi və araşdırmaçı jurnalist Xədicə İsmayılovaya qarşı şantajın ən pis 



üsuluna  əl  atılıb  və  jurnalistin  şəxsi  həyatın  toxunulmazlığı  hüququ  kobudcasına  pozulub.  Xədicə 

İsmayılova  Azadlıq  Radiosunun  “İşdən  Sonra”  tok-şousunun  aparıcısı  və  yüksək  vəzifəli  məmurların 

korrupsiya əməllərini ifşa edən bir çox hesabatların müəllifidir.  

 

Martın 7-də, Azərbaycanda və dünyanın başqa ölkələrində də rəsmi olaraq qeyd olunan 8  mart Qadınlar 



Bayramından bir gün əvvəl  “Azadlıq”  radiosunun əməkdaşı Xədicə İsmayılovanın ev ünvanına təhdid 

və şantaj xarakterli məktub göndərilib. Məktubda intim xarakterli şəkillər və hədələr yer alıb. Şantajçılar  

jurnalistin özünü yığışdırmayacağı təqdirdə onun rüsvay olacağını yazırlar. 

 

İsmayılova Facebook hesabında açıq məktubla öz araşdırmalarını dayandırmayacağını bəyan etdi. Bunun 



ardınca isə anonim sayt vasitəsilə jurnalistlə bağlı porno görüntü internetdə yayıldı. 

 

Bu  hüquq  pozuntusunu  pisləməkdənsə  hakim  partiyanın  mətbu  orqanı  olan  “Yeni  Azərbaycan”  və 



hökumətə  meylli  “İki  Sahil”  qəzetləri  İsmayılovanı  və  Azadlıq  Radiosunun  digər  əməkdaşlarını  tənqid 

edən məqalələr dərc etdi.  

 

Bununla belə, hakimiyyət rəsmi şəkildə bu hədə-qorxu və şantajı pislədi. “Şəxsi həyatın məxfiliyi hüququ 



Konstitusiya  ilə  qorunur  və  heç  kəs  digər  vətəndaşın  şəxsi  həyatına  müdaxilə  edə  bilməz”  Prezident 

Administrasiyasının  sosial-siyasi  şöbəsinin  rəhbəri  Əli  Həsənov  APA-ya  müsahibəsində  bildirmişdir. 



2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

11 

Hadisədən bir gün sonra Bakı şəhər Prokurorluğunda baş vermiş hadisə ilə bağlı ARM-in 156-cı (şəxsi 



həyata müdaxilə) maddəsi ilə cinayət işi açıldı.   

 

Aprelin 26-da 



Bakı şəhər prokurorluğu Xədicə İsmayılovanın ərizəsi əsasında başlanmış cinayət işi üzrə 

başlanılan  istintaqın  ləng  və  keyfiyyətsiz  aparılması  barədə  yayılan  məlumatlarla  bağlı  bəyanat  verdi. 

Lakin  hadisəni törədən  şəxslərin tapılması  istiqamətində  atılan  addımları  işıqlandırmaqdansa  bəyanatda 

hadisə  ilə  bağlı  dindirilmiş  şəxslərin-jurnalistin  ailə  üzvləri  və  qohumlarının  adlarının  siyahısı  qeyd 

olunmuşdu. Prokurorluğun məlumatına görə istintaq hələ də davam edir.   

 

Xədicə İsmayılova hesab edir ki, “Yeni Azərbaycan” və “İki sahil” qəzetləri ilə yanaşı istintaq orqanları 



özləri də bu şantaj və hədə-qorxunu həyata keçirənlərlə əlaqəlidir. İsmayılova hesab edir ki, bu əməlin 

sifarişi prezident administrasiyasından gəlmişdir. 

 

Hesabat  dövründə,  ötən  ilin  martında  naməlum  şəxslərin  hücumuna  məruz  qalan  “Azadlıq”  qəzetinin 



əməkdaşı  Seymur  Həzi  (Həziyev)  yenidən  təzyiqə  məruz  qalıb.  Həziyev  yanvarın  sonları  və  fevralın 

əvvəlində bir neçə gün naməlum şəxslər tərəfindən izlənilib.  Seymur Həzi 2011-ci il  martın 25-dən 26-

na  keçən  gecə  işdən  evə  qayıdarkən  Ceyranbatan  qəsəbəsində  maskalı  şəxslər  tərəfindən  oğurlanıb, 

döyülüb və sonra əlləri bağlı halda Bakının Binəqədi kəndində atılıb. 

Martın 26-da “Bakı” İnformasiya Agentliyinin (bia.az) direktoru Südeyf Məcidov, icraçı direktoru Vasif 

Sadıxbəyli və operatoru İlham Rəsulzadə Salyanda rayon polisi tərəfindən saxlanılıb. Jurnalistlər Salyan 

sakinləri  tərəfindən  bu  hadisədən  bir  neçə  gün  əvvəl  “

bia.az

”a  rayonda  magistral  yolda  mülki  geyimli 



naməlum  şəxslərin  bir  neçə  yerdə  radar  quraşdıraraq,   sürücüləri  bu  radarlarla  qorxutması  və   pul 

yığdıqları barədə daxil olan məlumatı yerində araşdırmağa çalışıblar. Bu zaman  həmin radar quraşdıran 

mülki geyimli şəxslər onlara qarşı kobudluq edib və əraziyə polis çağırıblar. Hadisə yerinə gələn polislər 

onları  Salyan rayon Polis Şöbəsinə apardılar. Jurnalistlər şöbədə  12 saata apardıqları çəkiliş silindikdən 

sonra avadanlıqları onlara qaytarılaraq sərbəst buraxılıblar. 

Martın  28-də  “Yeni  Müsavat”  qəzetinin    Balakəndəki  bölgə  müxbiri  Akif  Məmmədli   Balakən  rayon 

Polis  Şöbəsinin  “Narkomaniyaya  qarşı  mübarizə  idarəsi”nə  çağırılıb.   Həmin  gün   səhər  saat  9-da  polis 

şöbəsinə çağırılan jurnalistlə 2 saata yaxın söhbət edilib.  “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf 

Arifoğlunun  verdiyi  məlumata  görə,   Akif  Məmmədli  rayonda  camaatı  narahat  edən  problemlərdən,  o 

cümlədən bölgədə narkotik maddələrin yayılmasının təhlükəli həddə çatmasından bəhs edən yazılar yazır. 

Polis  zabiti  Məhiyəddin  Musayev  isə  jurnalistə  hədə-qorxu  gəlib  və  bir  də   bu  barədə  yazıların  

yazılmamasını tələb edib. 

Aprelin 2-də  Bakının mərkəzində Şəmsi Bədəlbəyli küçəsi 20 ünvanında söküntü işləri ilə bağlı çəkiliş 

aparan  “Turan”  informasiya  agentliyinin   fotojurnalisti  Etimad  Budaqov  və  “Azadlıq”  radiosunun 

əməkdaşı Nüşabə Fətullayeva fiziki təzyiqə məruz qalıblar. Belə ki,  söküntü işləri aparmaq üçün gələn 

şəxslərlə bina  sakinləri  arasında qarşıdurma yaranıb və nəticədə media nümayəndələri Bakı Şəhər İcra 

Hakimiyyəti katibliyinin rəisi Zülfəli İsmayılovun və onun ətrafında olan 20 nəfərə  qədər fəhlənin fiziki 

zorakılığına məruz qalıb. Hadisə ilə bağlı kimsə məsuliyyətə cəlb edilməyib. 

Aprelin  4-də  Naxçıvan  Muxtar  Respublikasının  Sədərək  gömrük  keçid  məntəqəsində   Reportyorların 

Azadlıq  və  Təhlükəsizlik  İnstitutunun  (RATİ)  bölgə   müxbirləri  Həkimeldostu  Mehdiyev  və   Elman 



Abbasovun  diktofon,  fotoaparat  və  videokamerasını  əllərindən  alıblar.  Bir  gün  sonra  isə  avadanlıqlar 

sıradan çıxarılmış vəziyyətə sahiblərinə qaytarılıb. 

2012-ci ilin aprelində Azərbaycan Respublikası  Dövlət Neft Şirkətinin (ARDNŞ) əməkdaşları Sulutəpə 

qəsəbəsində  neft  mədəni  yaxınlığındakı  qanunsuz   tikililəri  sökərkən  ərazidə   çəkiliş  aparan  “Ayna”  və 

“Zerkalo”  qəzetlərinin,  habelə  Reportyorların  Azadlıq  və Təhlükəsizlik  İnstitutunun  əməkdaşı  İdrak 

Abbasov  vəhşicəsinə  döyülmüşdü.   Nəticədə  qabırğaları  sınmış,  gözündən  və  başından  ciddi  zədələr 

almış jurnalist zərbələrdən huşunu itirmişdi. Xəstəxanaya yerləşdirilən Abbasov həkimlərin məsləhəti ilə 

bir  ay  xəstəxana  şəraitində  müalicə  olunmuş,  aldığı  xəsarətlər  nəticəsində  jurnalistin  səhhətində 


2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

12 

uzunsürən problemlər yaranmışdır. Hal şahidlərini sözlərinə görə polis Abbasovun döyülməsinə heç bir 



müdaxilə etməmişdi.   

Eyni  hadisə  zamanı  “Yeni  Müsavat”  qəzetlərinin  əməkdaşı  Günay  Musayeva  və  RATİ-nin  iki  video 

operatoru  da  təzyiqə  məruz  qalmışdılar.  Musayeva  hücuma  məruz  qalsa  da  ciddi  xəsarət  almamış,  və 

RATİ  operatorlarını  hadisə  yerinə  gətirən  taksinin  isə  ön  şüşəsi  sındırılmış  lakin  operatorlar  xəsarətsiz 

ötüşmüşdülər.  

ARDNŞ hadisə ilə bağlı araşdırma aparmış və belə nəticəyə gəlmişdir ki, hücuma məruz qaldığı zaman 

İdrak  Abbasov  jurnalist  jiletində  olmamış  və  bu  davaya  həmkəndliləri  tərəfindən  müdafiə  olunmaqla 

jurnalist özü səbəb olmuşdur. Lakin hadisə yerində çəkilmiş fotolar və şahid ifadələri bu fikirləri təkzib 

edir. 

Mayın 10-da ənənəvi “Gül bayramı”na etiraz aksiyası zamanı peşə fəaliyyətini yerinə yetirən “Azadlıq” 



radiosunun əməkdaşı Cavanşir Ağamalıyev mülki geyimli şəxslərin fiziki təzyiqinə məruz qalıb. Onlar 

jurnalistin kamerasını alaraq apardığı çəkilişi pozublar. 

Mayın  12-də  jurnalist  Təhminə  Tağızadə  Gəncə  şəhər  Polis  İdarəsinə  çağırılıb.  Təhminə  Tağızadə 

Nizami küçəsində sökülən evlərin sakinlərindən müsahibə alarkən  polisə aparılıb. Onu həbs edəcəkləri 

ilə hədələyiblər.   

Mayın  21-də  İctimai  Palatanın  (İP)   Bakı  şəhərində  keçirdiyi  aksiya  zamanı  bir  qrup  jurnalist  peşə 

fəaliyyətlərini  yerinə  yetirən  zaman  polislərin  və  mülki  geyimli  şəxslərin  fiziki   təzyiqlərinə  məruz 

qalıblar.  Belə  ki,  RATİ  əməkdaşları  MirRəhim  Həsənov  və  Mehman  Hüseynov  peşə  fəaliyyətlərini 

yerinə  yetirərkən  polislərin  fiziki  hücumuna  məruz  qalıblar.  M.  Həsənovun  kamerası  əlindən  alınaraq, 

yerə  atılıb.  M.  Hüseynovun  isə fotoaparatının  obyektivi  zədələnib.  Bundan  başqa  aksiyada  iştirak  edən 

xarici  media  nümayəndələri  də  polislərin  kobudluğu  ilə  qarşılaşıb.  Mülki  geyimli  polis  “Eurovision” 

müsabiqəsini işıqlandırmaq üçün Bakıya gələn Almaniyalı fotomüxbir Steffen Haufenin əlindəki kartları 

alaraq cırıb, daha sonra isə ona zərbə endirib. 

May  ayının  23-də  Reportyorların  Azadlıq  və  Təhlükəsizlik  İnstitutunun  (Obyektiv.tv)  əməkdaşı  Vəfa 



Nağı (Nağıyeva)  axşam  saat 21:30 radələrində ingilis dili kursundan Bakının Yasamal rayonu ərazisində 

kirayə qaldığı mənzilə gedərkən, məhəllədə  Samir kimi tanınan şəxs tərəfindən nalayiq təhqirlərə məruz 

qalıb.  V.  Nağı   ona  qarşı  ünvanlanmış  bu  təhqirlərin  səbəbini  soruşmağa  çalışıb  və  gözləmədiyi  anda 

həmin  şəxsin  fiziki  hücumuna,  təzyiqinə   məruz  qalıb.  Özünü  qəfil  zərbələrdən  qorumağa  çalışarkən 

mobil telefonu və dəftər-kitab olan sellofan torbası  ayaq altında qalaraq dağılıb. V.Nağı  bildirir ki, bu 

cür münasibətin səbəbini hələ də anlaya bilmir. Şillə-təpik hücumlarından çətinliklə qurtardıqdan sonra 

evə tələsən V.Nağı telefonunu hadisə yerində unutduğunun fərqində olaraq geri qayıtmalı olub. Bu zaman 

o yenidən Samir adlı adamın hücumu ilə üzləşib. Hadisə ilə bağlı 28-ci Polis İdarəsində araşdırma davam 

edir. 

Mayın 24-də İctimai Palata İctimai Televiziyanın (İTV) qarşısında keçirdiyi piket zamanı polis və mülki 



geyimli şəxslər jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsinə maneçilik yaradıblar.  Bu zaman da peşə 

fəaliyyətini yerinə yetirən “Gündəlik Teleqraf” qəzetinin fotoqrafı Bayram İsgəndərli polislər tərəfindən 

saxlanılıb, daha sonra sərbəst buraxılıb. Habelə aksiya zamanı “Turan” informasiya agentliyinin əməkdaşı 

Etimad  Budaqov,  eləcə  də   “Obyektiv  TV”-nin  əməkdaşlarının  və  digər  media  qurumlarının  peşə 

fəaliyyətinə maneələr yaradılıb.  Hadisələri izləyənlər arasında  beynəlxalq media qurumların təmsilçiləri 

də  olub.  Piket  İctimai  TV-nin  siyasi  plüralizm  və  ifadə  azadlığı  prinsiplərini  pozmasına  etiraz  olaraq 

keçirilib.  

Mayın 25-də “Gunxeber.com” saytının əməkdaşı Anar Gəraylı 10 sutka həbs cəzası alıb. Anar Gəraylı 

mayın 22-si də Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Jurnalist Nəsimi rayon 

Məhkəməsinə  aparılıb ictimai asayişi pozmaq və polisə tabe olmamaq ittihamı (306-cı maddə) ilə ona 10 

sutka  həbs  verilib. İki  gün  sonra  isə  Apellyasiya  Məhkəməsi  jurnalisti  sərbəst  buraxıb.    Qeyd  edək  ki, 

jurnalist əynində  “Sing for Democracy” (demokratiya naminə oxu) yazılmış köynəyi geydiyinə görə həbs 

olunub. 


2012-ci ili Əhatə Edən İfadə Azadlığı Hesabatı 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu 

13 

İyulun  14-də  saat  23:00  radələrində  Qəbələ  rayon  mərkəzində  sakinlərə  məxsus  evlərin  zorakılıqla 



sökülməsi zamanı gozetci.az portalın və  Helsinki Vətəndaş Assembleyası Azərbaycan Milli Komitəsinin  

Qəbələ rayon üzrə nümayəndəsi, müstəqil jurnalist Nazlı Ağayeva fiziki təzyiqə məruz qalıb. Jurnalistin 

dediyinə görə, o, prosesi kənardan müşahidə edərkən polislər onu təhqir etməklə bərabər sürüdə-sürüdə 

aparıb  polis  maşınına  mindiriblər  və  bu  zorakılıq  nəticəsində  jurnalistin  bir  neçə  il  bundan  əvvəl 

avtomobil qəzasında sınmış ayağı əzilib. 

 

İyulun  16-da  “Ataxan  Dəmir  Sənaye”  Türkiyə-Azərbaycan  birgə  müəssisəsinə  mülki  geyimli  bir  qrup 



şəxsin hücumu ilə bağlı araşdırma aparan “Azadlıq” radiosunun əməkdaşı Nüşabə Fətullayeva hücuma 

məruz  qalıb.  Jurnalist  bildirib  ki,  naməlum  şəxslər  yuxarıda  adı  çəkilən  müəssisənin  texnikasını  və 

istehsal etdiyi məhsulları zəbt edir, daşıyırlar. Bununla bağlı çəkiliş aparmaq istəyən jurnalist zorakılıqla 

üzləşib.  “Azadlıq”  radiosunun  məlumatına  görə,  hadisə  yerində  olan  jurnalist  Nüşabə  Fətullayevanın 

kamerası  və  telefonunu  zorla  bir  qrup  mülki  geyimli  tərəfindən  əlindən  alınıb.  Yalnız  polisə  müraciət 

edildikdən sonra avadanlıq geri qaytarılıb. Amma kameranın yaddaş kartı cihazın içində olmayıb. 

 

“Qasid”  mətbuat  yayımı  firmasının  sökülən  köşkləri  ilə  bağlı  həmin  köşklərin  işçiləri  iyulun  17-də 



Prezident  Administrasiyasının  qarşısında  aksiya  keçirməyə  cəhd  ediblər.  Aksiya  zamanı  polisin  şəklini 

çəkdiyinə görə “Yeni Müsavat” qəzetinin əməkdaşı Röya Rəfiyeva təzyiqə məruz qalıb. Polislər xanım 

jurnalistin  qollarından  tutaraq  zorakılıqla  maşına  mindiriblər.  R.Rəfiyeva  təxminən  20  dəqiqə  polis 

maşınında saxlanıldıqdan sonra sərbəst buraxılıb. 

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvan Muxtar  Respublikası üzrə bölgə 



müxbiri  Elman  Abbasov  Sədərək  gömrük-buraxılış    məntəqəsinin  əməkdaşları  tərəfindən  təzyiqlərə 

məruz qalıb. Bu barədə jurnalistin özü məlumat verib. Avqustun 14-də o, Amerikanın İREX təşkilatının 

layihəsi çərçivəsində regionda miqrasiya proseslərinin jurnalist araşdırması ilə bağlı Türkiyəyə gedib. O, 

gömrükçülərin  əsassız  iradları  ilə  bağlı  əvvəlki  vəziyyəti  nəzərə  alaraq  sərhədi  keçərkən  üzərində  olan 

əşyaları  qeyd  etdirmək  üçün  blank  istəyib.  Lakin  ona  blank  verilməyib  və  bildirilib  ki,  geri  qayıdanda 

onsuz  da  yoxlanılacaq.  Avqustun  15-də  qayıdarkən  E.Abbasov  saxlanılıb.  Sədərək  gömrük-buraxılış 

məntəqəsinin qaçaqmalçılıq şöbəsinin rəisi Vüsal Həsənovun iştirakı ilə onun əşyalarına baxış keçirilib. 

E.Abbasovun sözlərinə görə, gömrükçülər fleş-kartda və fotoaparatda olanları yoxlayıblar, halbuki, orada 

şəxsi  xarakterli  informasiya  olub.  E.Abbasov  hesab  edir  ki,  o  özü  və  həmkarları  təzyiqə    gömrük 

orqanının ünvanına tənqidi yazılar yazmaları ilə əlaqədar məruz qalıblar. 

 

Sentyabrın  8-də  səhər  saatlarında  İnternational  Media  Support  təşkilatının  Proqram  rəhbəri  Gülnarə 



Axundova  və  onun  sürücüsü  Səlim  İsgəndərov  polis  təzyiqi  ilə  üzləşiblər.  Obyektiv  TV-yə 

müsahibəsində  Gülnarə  Axundova  deyib  ki,  “Toyota  FJ  Crusier”  markalı,  90  RB  700  dövlət  nömrə 

nişanlı  maşında  olan  iki  şəxs  çox  kobud  şəkildə  onlara  maşını  saxlamağı  və  onların  arxasınca  polis 

idarəsinə getməyi tələb ediblər. Sürücü etiraz etdikdə isə onlar yol polisinə, polis idarəsinə zəng ediblər. 

Təxminən 10 nəfər şahidin gözləri qarşısında əraziyə gələn polislər sürücünü təhqir ediblər. Bundan əlavə 

onlar  hadisənin  fotoşəkilini  çəkməyə  çalışan  Gülnarə  Axundovaya  kobud  şəkildə  mane  olub,  onun 

qolundan  tutaraq  polis  idarəsinə  aparacaqları  ilə  hədələyiblər.  Polislər  Axundovaya  şəkil  çəkməklə 

qanunu  pozduğunu  bildiriblər.  Polis  G.  Axundova  ilə  yanaşı  hadisəni  çəkməyə  çalışan  onun  6  yaşlı 

qızının  da  telefonunu  almağa  cəhd  ediblər.  Axundova  buna  cavab  olaraq  DİN-in  102  nömrəli  qaynar 

xəttinə məlumat vermişdir.   

 

Sentyabrın 14-də Prezident Aparatı qarşısında evlərinin sökülməsinə etiraz edən bir qrup sakinin keçirdiyi 



etiraz  aksiyası  zamanı  çəkiliş  aparan  RATİ-nin  jurnalisti  Mehman  Hüseynov  saxlanılaraq  Prezident 

Aparatına  aparılıb.  Təxminən  iki  saat  müddətinə  qanunsuz  olaraq  azadlığı  məhdudlaşdırılan  jurnalistin 

apardığı  çəkiliş silindikdən  sonra o  sərbəst  buraxılıb. Habelə  polis  əməkdaşları RATİ  əməkdaşı  Fəridə 


Yüklə 1,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin