Azər Turan



Yüklə 2,06 Mb.
Pdf görüntüsü
səhifə15/19
tarix31.01.2017
ölçüsü2,06 Mb.
#7202
1   ...   11   12   13   14   15   16   17   18   19

 
 
* * * 
 
 
 

129 
 
Millətə  onun  kimliyini  xatırladıb  bütün  həyatını  bu  amal  uğrunda  fəda 
etmək  —  Əli  bəy  Hüseynzadə  olmağın  çox  sadə  və  çox  mürəkkəb  sirri  bir  də 
bundadır.  Əli  bəyi  qiyaslandırmaq  üçün  heç  bir  ölçü,  meyar  təsəvvürə  gətirə 
bilmirəm. 
Əli bəy Hüseynzadə türk millətinin iyirminci yüzillikdəki həyat və məfkurə 
istiqamətlərini  müəyyənləşdirdi.  O,  yolun  yenisini  icad  etdi.  Əli  bəyin  fəlsəfəsi 
millətin  yenidən  qurulmasına,  böyük  və  siyasi  məhşərdə  necə  salamat  qalmağın 
yollarının kəşf olunmasına yönəlmişdi. 
 
* * * 
 
Əli  bəy  Hüseynzadə  elmdə  türk  orta  əsrlərini  tamamlayan  bir  mütəfəkkir 
deyil, o, türk tarixinin yeni erasını osmanlı və hətta səlcuqilər dövründən də irəlidə 
araşdıran fikir adamlarımızın ilkidir və bu mənada Əli bəy Hüseynzadənin əsl elmi 
siması onun "Türklər kimdir və kimlərdən ibarətdir" əsərindən başlanır. Çünki belə 
bir sualın ilk sistemli qoyuluşu Əli bəylə və daha çox da adı çəkilən mübarək əsərlə 
başlanır. Müasir dövrdə tarixi-ideoloji baxımdan Türk kimdir? sualının ilk müəllifi 
də, bu məsələyə cavab verən ilk elmi-etnoqrafik və fəlsəfi araşdırmanın yazarı da 
Əli bəy Hüseynzadədir. 
 
* * * 
 
Əli  bəy  o  dərəcədə  böyükdür  ki,  inanıram,  bəlkə  də  onun  ideoloji  iştirakı 
olmasaydı,  unudulmaz  Ənvər  Paşa  Turan  hərbinin  romantikinə,  Qazi  Mustafa 
Kamal Paşa Türkiyənin realist siyasi memarına çevrilməzdi. 
Əli  bəy  Hüseynzadəni  belə  bir  müstəvidə  izləməyin,  vizual  Əli  bəydən 
yalavac Əli bəyə adlaya bilmək üçün onu çağdaş türkçülük tarixinin məncə, hələlik 
natamam, yaxud qarışıq kontekstindən deyil, zəkasının doğurduğu daha qlobal  bir 
Əli bəy Hüseynzadə qövsündən görərək dəyərləndirməyin zamanıdır. 
Ona  "rəsul"  deyənlər  sonralar  türkçülüyün  müqəddəsatını  yaratdılar: 
Abdulla  Cövdət  Misirdə  və  İsveçrədə  "İctihad"  məcmuəsini,  Ziya  Gökalp 
"Türkçülüyün  əsasları"  ilə  bahəm  Atatürkün  fikirlərini,  Atatürk  isə  Türkiyəni 
hasilə gətirdi. 
* * * 
 
Əli bəy Hüseynzadə çar müstəmləkəçiliyindən müstəqil Azərbaycana, eyni 
zamanda,  xilafət  və  səltənət  sistemindən  milli  Türkiyəyə  keçidi  öz  universal 
zəkasının  doğurduğu  əsərlərlə  təmin  edən  ideoloqların  rəsuluydu  və  etiraf 
etməliyik  ki,  onun  gördüyü  işin  miqyası o qədər genişdir ki,  bu prosesin  nəticəsi 
olaraq,  təkcə  Azərbaycanda  və  Türkiyədə  deyil,  türkçülüyün  təşəkkülü  ilə, 
ümumiyyətlə, dünyada XX əsrdən sonrakı yeni tarix başlanırdı. 

130 
 
* * * 
 
Əli  bəy  Hüseynzadənin  qeyri-adi  təfəkkürünü  və  varlığında  daşıdığı 
fövqəladə milliyyət duyğusunu yalnız və yalnız fövqəlbəşərlik adlandırmaq olardı. 
Və belə düşünmək üçün çox, lap çox səbəblər var ki, XX əsr Azərbaycanda olduğu 
kimi, Türkiyədə də Əli bəy Hüseynzadə ilə başlayıb. Türk milli şüurunun təkamülü 
və onun orta əsrlərin ümmət fəlsəfəsindən milliyyət müstəvisinə ötürülməsi də XX 
yüzildə Əli bəy Hüseynzadənin üçlü düsturu ilə bağlıdır. 
XX yüzilin əvvəllərində Əli bəy Hüseynzadə tərəfindən başladılan məfkurə 
savaşının  kimin  xeyrinə  nəticələndiyini  yəqinləşdirmək  üçün  XXI  yüzilin 
əvvəllərində başımızın üstündə dalğalanan bayrağımıza baxmaq bəs edər. Üçrəngli, 
ay-ulduzlu  bayraq  Əli  bəyin  düşüncələrini  ehtiva  edən  rənglərə  və  mənalara 
bürünüb  və  müstəqil  dövlətimizin  bayrağı  Əli  bəy  düşüncələrinin  doğurduğu 
"xoşbəxt  əsas"ın  (Yusif  Akçuraoğlu)  —  türkləşmək  islamlaşmaq,  müasirləşmək 
triadasının zəfərini yansıtmaqdadır. 
 
* * * 
 
Əli  bəy  Hüseynzadənin  gövdəli  düşüncələri  Azərbaycan  türkünü,  bir  daha 
təkrar edirəm, fars və rus assimləsindən qorudu. 
Əli  bəyin  İrana  yönəlik  siyasəti  bu  gün  üçün  də  xeyli  əhəmiyyətlidir. 
Yazırdı ki: "Bizim kimi ümum sair türklərin İrana olan məhəbbəti İranın şimalən 
həm türk, həm müsəlman, cənubən də ancaq müsəlman bulunduğu üçündür, yoxsa 
sadə  farslıq  üçün  deyildir:  "Füyuzat"ın  tutduğu  yol  türklük,  müsəlmanlıq  və 
avropalılıqdır. Türk hissiyyatı ilə mütəhəssis, islam dini ilə mütədəyyin və avropa 
mədəniyyəti-hazirəsilə mütəməddin olmaqdır. Yoxsa farslaşmaq... deyildir". 
İctimai  təfəkkür  tariximizdə  Əli  bəy  Hüseynzadə  bitib-tükənməyən  bir 
hadisədir. 
 
* * * 
 
Əli bəy Hüseynzadənin, ümumiyyətlə, mədəniyyətlərə münasibəti daha çox 
türk düşüncəsinin nəfinə formalaşırdı. Əli bəy yazırdı: "Türklər ərəbin, farsın ülum 
və  ədəbiyyatlarına  rövnəq  verdikləri  kibi  rusun  dəxi  ülum  və  ədəbiyyatına 
xidmətdə  bulunmuşlardır.  Rus  üdəba  və  üləmasının  bir  çoxu  əcdadları  tənəssür 
etmiş türk və tatarlardan ibarətdir... 
Müvərrixi-şəhir  Karamzin,  ədibi-şəhir  Turgenev,  şairi-şəhir  Derjavin, 
üdəbadan  Radişev,  Bulqakov,  Çomina  xanım,  elmi  iqtisad  üləmasından  Toqan 
Baranovski  və  bir  çox  sairələri  həp  türk  və  tatar  nəslindən  bulunduqları  kibi 
məşhur şair Jukovskinin də  validəsi osmanlı türklərindəndir. Rusların  şairi əzəmi 
Puşkini buraya daxil etmədik. Çünki bunun cəddi türk olmayıb ərəb ya zəncidir. 

131 
 
Bunlardan  Derjavin  Bəhrami  Mirzənin  əhfadından  olub  Böyük  Katerina 
dövründə  rus  şüərasının  sərəfrazı  idi.  Bu  şairin  bir  şerini  bən  də  bir  vaxtilə 
ruscadan türkcəyə tərcümə edib Misirdə çıxan "Türk" qəzetində nəşr etmişdim".
227
 
Göründüyü  kimi,  heç  bir  halda  Əli  bəy  türk  müstəvisindən  kənara 
çıxmırdı... 
 
* * * 
 
Avropalaşmağın  ən  dürüst  və  mükəmməl  yolunu  türk  millətinə  Əli  bəy 
nişan  verib  və  bu  günə  qədər  bu  yoldan,  bu  təlimdən  kənarda  dartışılan  bütün 
mübahisələri  öz  dəqiq  qənaətləri  ilə  kölgədə  buraxıb:  "Lakin  ey  qare...  Biz 
avropalıların  ədəbiyyatlarına,  sənayelərinə,  ülum  və  maariflərinə  müraciət  etmək 
istəyiriz, özlərinə deyil. Biz istəyiriz ki, islam ölkəsinə onların beyinləri, dimağları 
girsin,  boğazları,  mədələri  girməsin.  Biz  istəriz  ki,  ölkəmiz  onların  beyinlərini 
həzm etsin. Yoxsa mədələrində həzm olunmasın".
228
 
Əli bəyin bu müddəası sonralar Gökalp tərəfindən belə konkretləşdirilmişdi: 
"Qərb  mədəniyyətindənik"  dediyimiz  üçün  də  elmdə,  fəlsəfədə,  fəndə,  digər 
mədəni sistemlərdə, tam bir avropalı kimi hərəkət edəcəyik". 
Hüseynzadə Avropaya necə inteqrasiya etməyin mübarək, dürüst və sağlam 
yolunu  belə  nişan  verirdi.  İyirminci  yüzilin  əvvəllərində  yeni  məfkurəvi  türk 
düşüncəsi belə yola çıxırdı. 
Əli  bəy  Avropanın  birləşə  bilməsinin  təməlində  xristian  qardaşlığının 
dayandığını bilirdi və elə buna görə də türklərin cahan səhnəsindəki birliyini təmin 
edə  biləcək  ən  qüvvətli  amil  kimi  həm  də  islamı  görürdü.  Beynəlmiləl  ümmət 
düşüncəsini  meydana  çıxaran,  islam  dinini  milli  ideologiyanın  təməlində  görüb 
dəyərləndirən, 
islamı 
milli 
triadanın 
guşə 
daşlarından 
biri 
kimi 
müəyyənləşdirənlərin  sırasında  Əli  bəy  Hüseynzadə  birincidir.  Proses  ağrılarsız 
keçmirdi. Turançılarla islamçılar arasındakı fikir dartışması "Kəbə, yoxsa Turan?" 
dilemmasını  elə  qarışıq  bir  hala  gətirmişdi  və  iş  o  yerə  çatmışdı  ki,  Babanzadə 
Əhməd  Naim  "İslamda    qövmiyyət    məsələsi"    əsərində      "Üzünüzü      Kəbədən 
Turana  çevirməyin"  —  deyə  səslənməkdəydi.  Amma  bütün  parlaq  zəkalı 
türkçülərin,  yəni  bu  məfkurəni  yoğurub-yapanların,  ən  əvvəl  isə  Əli  bəyin 
qənaətinə  görə:  "türklərin  külliyyatı  etibarilə  sair  dinlərə  meyl  və  istedad 
göstərməmələri  və  nadirən  göstərənlərin  isə  milliyyət  və  qövmiyyətlərini  qayıb 
edərək gah çinli, moğal və hindulara, gah əqvami nəsərayə qarışıb qayib olmaları 
və  biləks  türklərin  ancaq  müsəlmanlığa  meyyal  və  müştaq  bulunmaları  və  islamı 
qəbul  etdikdən  sonra  bir  tərəfdən  aləmi-islamın  mühüm  bir  rükn  və  istinadgahı 
sırasına  keçmələri,  digər tərəfdən də  ancaq  və  ancaq bu dini  mübin sayəsində  öz 
qövmiyyət  və  milliyyətlərini  mühafizə  edib  təmini  bəqa  edə  bilmiş  olmaları 
fövqəladə şayani-diqqət bir maddədir..."
229
 

132 
 
(Ziya  Gökalp  isə  təməl  daşını  Əli  bəyə  istinad  edərək  qoyur:  "İslam 
ümmətindənəm"  —  dediyimiz  üçün,  nəzərimizdə  ən  müqəddəs  kitab  "Qurani-
Kərim",  ən  müqəddəs  insan  Həzrəti  Məhəmməd,  ən  müqəddəs  məbəd  Kəbə,  ən 
müqəddəs din islam olacaqdır"). 
Əli  bəy  Hüseynzadə  özünün  islama  münasibəti  ilə  Axundovun  antiislam 
görüşlərini  nəinki  korrektə  etdi,  həm  də  Mirzə  Fətəlinin  islama  daban-dabana 
müxalif  olan  düşüncələrinin  milli  ideoloji  areala  daxil  olmasını  geniş  ölçüdə 
əngəllədi: "Bizim  üçün islam xaricində  səadət  yoxdur!" Əli bəy ömrünün sonuna 
qədər  bu  zümrüd  yaşıl  xətti  qırmızı  qaranlıqların  içərisində  uğurla  daşıdı. 
Azərbaycanın  çağdaş  dünyaya  uyub  mənəvi  və  dini  dəyərlərdən  ayrılmaması,  öz 
təməlində  sabit  və  ardıcıl  qalması,  şeyxülislamlardan  daha  çox,  bir  türk 
milliyyətçisi olan Əli bəyin xidməti idi. 
 
* * * 
 
Əli  bəy  Hüseynzadənin  dövləti  təfəkküründə  türklük  düşüncəsi 
Azərbaycanla Türkiyənin bir  ola bilməsi — eyni siyasi-mədəni müstəvidə birləşə 
bilməsi  istiqamətinə  yönəlmişdi.  Bunu  dönə-dönə  təkrar  etməliyik  ki,  Əli  bəyin 
Azərbaycan,  eləcə  də  türk  milli  tarixində  ən  böyük  xidmətlərindən  biri  Rus 
imperiyasının ruslaşdırma, İranın isə farslaşdırmaq siyasətindən Azərbaycanı xilas 
etməsi  oldu.  Bu  mənada  "Hüseynzadənin  Qafqazı  ruslardan  və  farslardan 
qurtarması  bir  vətənpərvər  üçün  təhəyyül  oluna  biləcək  müvəffəqiyyətlərin  ən 
parlağı,  hizmətlərin  ən  böyüyüdür".
230 
Əli  bəy  Hüseynzadə  yaradıcılıq 
məsələlərində  də  özünün  qurduğu  məfkurəyə  müvafiq  davranırdı.  Əli  bəyi  bəzən 
osmanlıçılıqda ittiham ediblər. Əslində Əli bəyin osmanlıçılığı siyasi bir gedişdən 
başqa bir şey deyildi. Sadəcə, bu osmanlıçılığın millətimiz üçün çıxarı XX yüzilin 
əvvəllərində  həyatımıza  bütün  sferalarda  müdaxilə  edən  rusçuluğun  sıradan 
çıxarılmasını təmin etməsiydi. "Bu surətlə  rus  mədəniyyəti də  məğlub olmağa  və 
yerini "Osmanlıçılığ"a tərk etməyə başlamışdı"
231
 (Ə.Nazim). 
 
* * * 
 
Türk milli ideologiyasını siyasi anlamda  şəkilləndirən türkçülük məfkurəsi 
Əli bəyin əsəridir. Bu gün bu aydın həqiqəti etiraf etməkdən çəkinənlərin sələfləri 
də  sovet  dönəmində  Əli  bəyi  məhz  buna  görə  ittiham  edirdilər:  "Ə.  Hüseynzadə 
"Kaspi", habelə Qahirədə çıxan ittihadçı "Türk" və "İctihad" qəzetlərində mənsub 
olduğu firqənin  siyasi planlarını elmi-tarixi cəhətdən "əsaslandırmaq" kimi bir işə 
qurşanmış  və  onu  daha  böyük  cinayətlərə  itələmək  istəyən  dostları  tərəfindən 
"türkçülük  hərəkatının  Azərbaycanda  ilk  naşiri"  elan  edilmişdir".
232
  Əli  bəyi 
"cinayətə sürükləyən" dostlarının siyahısında isə başda Ziya Gökalp nişan verilirdi. 
 

133 
 
* * * 
 
Əli  bəy  vaqeəsi  Peterburq  və  İstanbul  universitetlərində  yetişmir.  Əslində 
Əli bəyin aldığı təhsil Rusiyadan və Osmanlı Türkiyəsindən daha dərin bir alt qatın 
— ona türkün dünyadakı elçibəyliyini, yalavaclığını bəxş edən Tanrının inayəti ilə 
mümkün  olmuşdur.  Sirli  runik  yazılarından  Kasablankaya,  Tolstoydan  Tassoya, 
Amerikanı  Kolumbdan  qabaq  kəşf  etmiş  türklərdən,  iki  böyük  səltənəti  —  Rus 
çarlığı ilə İran şahlığını eyni miqyasda sarsıda biləcək bir güc və qüdrətlə yazılmış 
"Siyasəti-fürusət"ə ədəbi və siyasi simvolizmdən iki min illik türk tarixinin bütün 
mərhələlərinin  ciddi  elmi  təsnifatına,  hələ  üstəlik,  bu  günə  qədər  tam  etiraf 
olunmamış  böyük  yazıçılığına,  həssas  şairliyinə  rəssamlığına,  sistemli 
mühərrirliyinə, həkimliyinə, bir daha əvvələ qayıdıb təkrar edirəm, mübarək Turan 
ülküsünü çağdaş türk zehniyyətinə  miras buraxdığına, dövlət qurdurmağı bacaran 
ideoloji  qüdrətinə,  Azərbaycan  ədəbiyyatında  romantizm  cərəyanını  başladığına, 
bir Əli bəy Hüseynzadədə min Əli bəy Hüseynzadə olduğuna görə, ən başlıcası isə 
ulusyaradan  bir  Dahi  olduğuna  görə  o,  XX  yüzillikdən  başlayan  yeni  türk 
sivilizasiyasının rəsuludur. 
 
* * * 
 
İndi  Azərbaycanda  və  ümumən  bütün  türk  dünyasında  Əli  bəy 
Hüseynzadədən sonrakı dövr yaşanılır. 
İndi Qərbin iki dastanında deyil, bir dastanında türk var. İndi "Qurtarılmış 
Qüds" hümanitar bir yalan, "Luziada" siyasi bir gerçəkdir. 
Əcdadımızın  "müştərək  mənşəyi"  bu  gün  siyasi  xəritədə  deyil,  Qərbin  və 
Amerikanın tarix kitablarında həqarətlərə məruz qalır. 
 
* * * 
 
İndi o da adamda təəccüb və heyrət doğurur ki, öz möhtəşəm tarixini Çingiz 
və  Teymur  adlarının  şərəfli  yazıldığı  kitablarda  deyil,  ruhunun  qan  dövranında 
mütaliə  və  müşahidə  edən  Əli  bəy  Hüseynzadənin  Azərbaycanın,  Türkiyənin  və 
Türkistanın  hüdudlarını  aşan  Vətən  anlayışı  nə  üçün  yalnız  mədəni  bir  xəyal  və 
istək olaraq qalmağa məhkum və təhrik edilməlidir? 
Turan  anlayışının,  turançılıq  ülküsünün  daha  geniş  anlamını  ictimai-siyasi 
təfəkkürə  aşılamanın  zəruri  olduğu  bir  ərəfədə  Əli  bəydən  sonrakı  indiki 
mərhələmizdə müqəddəs hüdudlarımızın dövləti birliyini xəyaldan gerçəyə, siyasi 
məqsədə çevirməyin mümkünlüyü nədən müzakirə mövzusu olmasın? 
Əvvəlcə  özlərinin  ümumdünya  monarxiyası  ideyasını,  bu  baş  tutmayanda 
isə  milli  dövlət  çabalarını  sürdürən,  bunu  da  yetərli  bilməyəndə  mədəniyyətlərin 
birliyi adı ilə iqtisadi və hərbi mərkəzləşməyə, yəni, əslində yenidən ümumdünya 

134 
 
monarxiyası  -  panxristianizm  ideyasına  qayıdanların  bizə  öyrətdikləri  və  bizə 
müsaidə  etdikləri  yalnız  və  yalnız  mədəni  birlik  sindromu  çağdaş,  yəni  XXI 
yüzildəki turançı gücün aşmalı olduğu ən böyük maneədir. 
 
* * * 
 
Hərgah,  Əli  bəy  Hüseynzadə  indiki  kimi  hələ  o  zaman  türkləri 
asiyamərkəzçiliyində  ittiham  edən  erməni  ifritələrinə  cavab  verib  yazırdı  ki,  "biz 
nə  boğulub qərq oluruz  və  nə də  panislamizməyi  vase və  böyük bir dövlət təşkil 
etməyi özümüzə bir vasiteyi-nicat biliriz". 
Bunu  belə  deyən  Əli  bəy,  eyni  zamanda,  bütün  həyatının  ana  xəttini  türk 
dünyasının  birliyi  ideyasının  elmi-nəzəri  təsbiti  üzərində  qurdu.  Əli  bəy 
Hüseynzadənin  "Turan"  şerini  turançılıq  ülküsünün  əlifbası  adlandırmaq  olarsa, 
"Türklər kimdir və kimlərdən ibarətdir" əsərini də bu ülkünün müntəxabatı hesab 
etmək olar. 
 
* * * 
 
Qloballaşan  dünya  Əli  bəy  Hüseynzadəyə  "Yox!"  -  deyəcək.  Demokratik 
Səlib  axınlarının  qarşısındakı  Hüseynzadə  Əli  bəy  Turan  maneəsi  ortadan 
qaldırılmaqdadır.  Necə  ki,  kommunist  məfkurəçiliyi  bir  zaman  Əli  bəyi 
yasaqlamışdı,  kifayət  qədər  aydın  və  humanist  deyilmiş,  möhtəşəm  "Nicat 
məhəbbətdədir"  təlimi  burada,  özümüzünkülərin  dimağına  yatmırdı  və  Əli  bəy 
siyasi föhşün və rəzalətin qınaq obyektinə çevrilmişdi. 
İndi  isə  ideoloji  qərbləşdirilmə  XXI  yüzil  türk  insanının  göy  və  yaşıl 
sivilizasiyadan  təcridi,  manqurtun  etnosa  qarşı  qiyamının  bəlirtisi  kimi  təzahür 
edir. 
Əli bəy bunun belə olmasını istəməmişdi. 
 
* * * 
 
Əli  bəydən  ayrılmaqla,  əslində,  bizə  dünyanın  mahiyyətini  öyrədən  bir 
intellekt qaynağından, milləti diri saxlayan enerji mənbəyindən ayrılmışıq. Aradan 
bir  əsr  keçib.  Hüseynzadə  mərhələsini  yüz  il  də  davam  etdirsəydik,  ona  arxa 
çevirməsəydik,  bu  gün  bizim  nəinki  Qarabağ,  hətta  heç  vahid  Azərbaycan 
problemimiz  olmazdı.  Milli  düşüncəni  hürriyyətin  kandarına  çatdırmağı  bacaran 
Əli bəy Hüseynzadə onu yarıyolda qoymazdı. "Siyasəti-fürusət" bizi ideoloji-milli 
müstəvidə birləşdirməyə qabil bir zehniyyətinin ana yazısıydı. 
 
* * * 

135 
 
100 ildir ki, Əli bəyin savaşı səngimək bilmir. Çünki beynəlmiləl islamın və 
türklərin indiki halı yüz il əvvəlki vəziyyətindən çox az fərqlənir... 
 
Əli bəy Hüseynzadənin nəsil şəcərəsi
*
 
 
Əli bəyin xalası Fatma  xanım Hacı Məhəmməd ağa  ilə evlənmişdi.  Fatma 
xanımın övladları: Mirzə Mehdi, Bəyim xanım, Mövsüm ağa, Mina xanım, Sultan 
xanım  və  Əhməd  Ağa.  Bu  sonuncu  —  yəni  Əhməd  ağa  Naib  xanımın  atasıdır. 
Fatma Naib (1911-1991) Məmmədsəlim Tahirli ilə evlənir və bu evlilikdən Sabir, 
Zakir,  Fəridə  xanım  dünyaya  gəlirlər.  Övladların  üçü  də  Tahirli  familiyasını 
daşıyır. Sabir Məmmədsəlim oğlu Tahirli 1934-cü ildə anadan olmuşdu. Moskvada 
Dzerjinski adına Akademiyanı bitirib. Polkovnik idi. 2005-ci il dekabr ayının 23-də 
Moskvada rəhmətə getdi. Məzarı Moskvadadır. Zakir Tahirli 1939-cu ildə Bakıda 
dünyaya  gəlib.  Politexnik  İnstitutunu  bitirib.  Azərbaycanda  bir  sıra  məsul  işlərdə 
çalışıb. Fəridə xanım Tahirli isə 1946-cı il təvəllüdlüdür. Dillər İnstitutunu bitirib. 
Ali  məktəblərdə  ingilis  dilindən  dərs  deyib.  İndi  təqaüddədir.  Bakıda  yaşayır. 
Böyük şair Mirzə Ələkbər Sabirin nəvələri Sabir, Zakir və Fəridə həm də  Axund 
Əhməd  Səlyaninin  nəticələridir.  Beləliklə,  Mirzə  Ələkbər  Sabirlə  Əli  bəy 
Hüseynzadə  qohumdur.  Sabir  Əli  bəyin  xalası  Fatmanın  nəvəsi  Naib  xanımın 
qayınatasıdır. Təəssüf ki, bu günə qədər bu mötəbər qohumluğun tarixçəsi barədə 
bir kəlmə də olsun danışılmayıb. 
Fatma  xanım  anası  Hüsniyyə  ilə  birgə  Axund  Əhmədin  hüquqi  varisiydi. 
Hüsniyyə xanım 1892-ci il yanvarın 2-də Qafqaz Ruhani idarəsinin rəisinə yazdığı 
ərizədə  bildirirdi:  "Mənim  mərhum  zövcüm  şeyxülislam  Zaqafqaz  axund  Əhməd 
Hüseynzadə 1884-cü ilin dekabrının 17-ci  yomində Tiflis şəhərində vəfat edib və 
saniyən,  ancaq  o,  mərhumun  iki  nəfər  varisi-şəri  qalıbdır.  Birisi  mən,  arizə 
Hüsniyyə xanım məzburə və birisi də məndən təvəllüd edən və mərhum zövcümün 
sülbiqızı  Fatmabikə.  Və  bizim  o  mərhuma  varis  olmağımız...  mərhum 
şeyxülislamın  "Formulyarnı  spisoku"nda  səbt  və  mərqumdur.  Habelə...  mərhum 
şeyxülislamın vəsiyyətnaməsində bizim varis olmağımız da vazeh müşəxxəsdir..." 
 
* * * 
 
Şeyx Əhmədin kürəkəni, yəni Fatma xanımın əri Hacı Məhəmməd ağa Hacı 
Mirzə Həsənin oğludur. 
Hacı  Mirzə  Həsənin  övladları:  Hacı  Məhəmməd  ağa,  Hacı  Əli  Axund, 
Abdussəməd və Töhfə xanımdır. 
Hacı  Məhəmməd  ağanın  anası  ilə  Əli  bəy  Hüseynzadənin  atası  Molla 
Hüseyn və İsmayıl bəy Ağabəyov bacı-qardaşdırlar. 
                                                           
*
 Kitabın "Əli bəy Hüseynzadənin təvəllüdü" hissəsinə əlavə - müəllif. 
 

136 
 
Deməli, Hacı Mirzə Həsənin arvadı Əli bəyin bibisi olub. 
İsmayıl bəy Ağabəyov Əli bəy Hüseynzadənin əmisidir. Məkkədə dünyasını 
dəyişmiş Hacı İsmayıl bəyin həyat yoldaşı Töhfə xanım, övladları, yəni Əli bəyin 
əmisi  uşaqları  Sadıqpaşa,  Həzrət  bəy,  Badam  xanım  və  Rahim  bəydir...  Əli  bəy 
Hüseynzadənin  ən  yaxın  dost  və  sirdaşlarından  olan  Sadıqpaşa  məşhur  general-
şərqşünas  Məmməd  Sadıq  bəy  Ağabəyzadədir.  Azərbaycan  Demokratik 
Cümhuriyyətinin  daxili  işlər  naziri  əvəzi,  Azərbaycan  milli  polis  sisteminin 
qurucusu,  sonralar  Lvov  Universitetində  şərqşünaslıq  fakültəsinin  yaradıcısı  və 
professoru olmuşdu. Ərəb, fars, fransız, polyak, Ukrayna dillərində sərbəst danışan 
Sadıq bəy "Türkmən atalar sözləri və məsəlləri" (1904), "Türk dili" dərsliyi (1931), 
polyak dilində "Ərəb dilinin elementar qrammatikası" (1934) və "Fars dili" (1932) 
kitablarını yazıb nəşr etdirmişdi. Ağabəyzadə Göyçayda anadan olmuşdu.   Əslən 
Salyanın  məşhur  Ağabəylilər  nəslindəndir.  Sadıq  bəy  Qafqazdakı  qohumlarından 
xəbər tutmaq üçün  Salyandakı qohumlarına məktub yollayırdı:  "Mən Qafqazdan, 
bizimkilərdən  heç  nə  almamışam.  Bu  günlərdə  Salyana,  İsmayıl  bəyə 
qardaşlarımdan bir soraq tuta  bilmək  üçün  məktub göndərdim"  (S.Ağabəyzadənin 
Parisdən İstanbula — Əli bəyə yazdığı 20 yanvar 1923-cü il tarixli    məktubdan). 
Sadıqpaşa Ağabəyzadənin qəbri Lvov şəhərindədir. 1920-ci ildə İstanbulda Əli bəy  
Hüseynzadənin  evində  yaşayan  Sadıq  bəy  Ağabəyzadə      sonralar  Əli  bəy 
Hüseynzadə  ilə  müntəzəm  məktublaşmışdı.  Ağabəyzadə  1921-37-ci  illərdə 
Parisdən,    Polşadan  Əli  bəyə  32  məktub  yazıb.  Sadıqpaşanın  Əli  bəyə  yazdığı 
məktubları
*
 YUNESKO katibliyində çalışmış Ramiz Abutalıbov Parisdən Bakıya - 
Dövlət Ədəbiyyat Arxivinə gətirib. (Məktublar Ceyhun Hacıbəylinin fondundadır). 
Ancaq Əli bəyin Məmmədsadıq Ağabəyzadəyə yazdığı məktublardan yalnız 
biri məlumdur. Qalan məktubların aqibəti barədə heç bir məlumata malik deyilik. 
 
                                                           
*
  Sadıq  bəyin  məktubları  barədə  ətraflı  bəhs  etmədən  bir  məktubunun  üzərində  xüsusi  dayanmaq 
istərdim. Ağabəyzadə həyatının çətin günlərindən birində Parisdə Əlimərdan bəy Topçubaşovla görüşür 
və  Əlimərdan  bəy  onu  baron  Xoven  adlı  bir  tanışının  yanına  göndərir.  Sadıq  bəy  bir  müddət  baron 
Xovenin  evində  yaşayır.  Ağabəyzadənin  Parisdən  Əli  bəy  Hüseynzadəyə  yazdığı  31  mart  1922-ci  il 
tarixli məktubunda baron Xoven haqqında çox maraqlı məlumatlar var: "Bir neçə kəlmə baron Xoven 
haqqında söyləyəcəm. O, rus polkovnikidir. Deyir ki, sən onu Bakıdan tanıya bilərsən. Çünki 1900-cü 
ildə qubernatorluqda çalışıb. Fransız, ingilis, alman və fars dillərini mükəmməl bilir... Bakıda olarkən 
1897-ci ildə müsəlmanlığı qəbul edib və 35 yaşında sünnət olunub. Həm də o, bunu elə bir vaxtda edib 
ki,  rus  qanunları  belə  davrananları  katorqa  cəzasına  məhkum  edirdi.  Onun  islam  dinini  qəbul  etməsi 
barədə rəhbərliyə məlumat çatanda onlar bunu şaiyə hesab edərək belə bir inanılmaz xəbərə əhəmiyyət 
verməyiblər.  Onun  müsəlman  adı  Mənsurdur.  Atası  Nikolay  Yerusəlimdə  olduğuna  görə  o,  özünü 
Mənsur  Nikolay  —  Muqduşi  oğlu  adlandırır.  Körpə  qızına  Aişə  adını  verib...  O,  vegetariandır.  Ət 
yemir.  İllah  da  ki,  ət  müsəlman  tərəfindən  kəsilməmiş  olsun.  Müsəlmanları,  türkləri,  o  cümlədən 
Azərbaycanı dəhşətli dərəcədə sevir". Baron Xoven haqqında bu sətirləri oxuduqca istər-istəməz adamı 
başqa nəsnələr düşündürür. Görəsən, Parisdə müsəlmanları, türkləri və Azərbaycanı dəhşətli dərəcədə 
sevən bir Xoven  — Mənsurun özünün, qızı Aişənin aqibəti necə olub? Xovenin nəsli qalırmı, davam 
edirmi? Axı Azərbaycan üçün indi Parisli belə xovenlər necə də gərəkli ola bilərdilər — müəllif. 
 

137 
 
Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin