* * *
Əli bəyə Menqli Qirey tərəfindən yazılmış bir məktub var.
233
Məktub
"Hörmətli dayım Əli bəy" sözləri ilə başlayır. Menqli Qirey Əli bəyə yazır ki, mən
hələ Rusiyada yaşayarkən "dayım Sadıq bəydən sizin haqqınızda, bütün bizim
qohumlarımız barədə çox eşitmişdim..."
Özünü Əli bəyin qohumu olaraq təqdim edən Menqli Qirey kimdir? Bu
barədə Sadıq bəy Ağabəyzadənin məktublarından məlumatlanmaq olur. Menqli
Qirey Sadıq bəyin həyat yoldaşı Aişənin qardaşı oğludur. Sadıq bəy Əli bəyə bir
neçə məktub yazıb xahiş etmişdi ki, o, Menqli Qireyin bir türk qızı ilə evlənməsinə
yardımçı olsun. Yəni, fransızların Sudandakı böyük bir pambıqçılıq
kompaniyasında plantasiya direktoru olan Menqliyə ailə qurması üçün bir türk qızı
gözaltı eləsin. Menqli Qireyin əsl-nəsəbini anladarkən Sadıq bəy xatırladırdı ki, o,
general Sahib Qirey Yenikovun oğludur. Anası isə Kokand xanlığının naziri Mirzə
Həkim Umudovun qızıdır. Deməli, Sadıq bəy həyat yoldaşı tərəfdən həm özbək,
həm də Krım xanları ilə qohum olub. Bu Menqli Qirey isə heç şübhəsiz ki, Fateh
Sultan Məhməd tərəfindən Krım xanı təyin edilmiş Menqli Qireyin adını daşıyırdı.
Əli bəy də öz növbəsində Menqliyə ailə qurmaq üçün Qədri Rəşid Paşanın qızı
Məfxərət (Məfarət?) xanımı nişan vermişdi...
* * *
Əli bəy Hüseynzadənin bibisi oğlu (həm də xalası Fatmanın əri) şamaxılı
Hacı Məhəmməd ağanın qardaşı Abdussəmədin oğlu Məhəmməd Tağı Əlizadənin
nəvəsi Ələşrəf Əlizadə Azərbaycan Elmlər Akademiyasının ilk akademiklərindən
biri, görkəmli geoloq və dövlət xadimidir, bir müddət Bakı şəhərinin meri olmuş
Sənan Əlizadənin atasıdır. Sənan Əlizadənin həyat yoldaşı Dilarə xanım
ədəbiyyatşünas Əziz Mirəhmədovun qızıdır. Ələşrəf Əlizadənin bacısı Qəmər
xanımın qızı Aliyə isə məşhur tarzən Hacı Məmmədovun həyat yoldaşıdır.
Hacı Məhəmməd Tağının digər nəvəsi Ağasəməd Əlizadənin qızı Xalidə
xanım isə dövlət xadimi və ədəbiyyatşünas, faciəli surətdə həlak olmuş Vəli
Məmmədovun həyat yoldaşıdır.
* * *
İsmayıl Hüseynzadə Əli bəyin yeganə qardaşıdır.
Xalaları Fatma Şamaxı zəlzələsi zamanı həlak olandan sonra onun 1878-ci
il təvəllüdlü qızı Mina Salyana — nənəsi Hüsniyyə xanımın yanına köçür. O
zaman Mina xanımın 12 yaşı vardı. Sonralar Mina xanımla ailə quran İsmayıl
Hüseynzadənin oğulları Sultanibrahim, Şəmsəddin Sami, Bəhram, Firidun və qızı
138
Böyükxanımdır. Əli bəy "Azərbaycanlı ailəsi" tablosundakı kiçik qızın təsvirində
Böyükxanımın obrazını yaratmışdı.
Əli bəy Hüseynzadənin qardaşı, sovet dönəmində də məhz Əli bəyin qardaşı
olduğuna görə başı amansız müsibətlər çəkmiş İsmayıl Hüseynzadə 1868-ci il
martın 17-də Salyanda anadan olub və 1941-ci ildə sürgün edildiyi Qazaxıstanda
1943-cü ilin qışında dünyasını dəyişib.
Amma buna qədər də İsmayıl müəllim, yenə də məhz Əli bəyin qardaşı və
Sultan Hüseynzadənin atası olduğu üçün iki dəfə Sibir zindanlarında həbsdə
olmuşdu.
Qafqaz Müsəlmanları Ruhani İdarəsinin sədri şeyxülislam Axundzadənin
imzaladığı bir sənəddə İsmayıl Hüseynzadənin Salyanın Bərəağzı deyilən
məhəlləsində yaşadığı bildirilir. Doğulduğu binanın eyvanında İsmayıl müəllimin
çəkdirdiyi şəkildə görünən məhəccərli ev həm də Əli bəy Hüseynzadənin dünyaya
gəldiyi evdir. İsmayıl bəyin bu şəkli Salyanda — bərəağzında yerləşən həmin evin
yeganə fotoşahididir.
İsmayıl bəy də Əli bəy kimi əvvəlcə ruhani idarəsinin yanındakı məktəbdə,
sonra Tiflis Gimnaziyasında təhsil almışdı. Tiflis 1 saylı Gimnaziyasının direktoru
Markovanın imzaladığı 2 yanvar 1889-cu il tarixli arayışda bildirilir ki, İsmayıl
Hüseynzadə gimnaziyaya 1878-ci ildə daxil olub və 1889-cu ildə nənəsinin
xahişinə əsasən təhsilini yarımçıq qoyaraq gimnaziyadan azad edilsə də, ona
məktəbi bitirən digər gimnazistlərin malik olduğu səlahiyyətləri veriblər.
İsmayıl Hüseynzadə 1925-ci ilə kimi Salyan 1 saylı ikinci dərəcəli Müttəhid
Zəhmət Məktəbində dərs demişdi və məktəb pedaqoji şurasının katibi olmuşdu.
Qeyd etdiyimiz kimi, İsmayıl müəllim xalası Fatmanın qızı Mina xanımla
ailə qurmuşdu. Bu evlilikdən də bənzərsiz taleli insanlar - Azərbaycanın istiqlal
savaşına əmisinin məfkurəsiylə qatılan məşhur Sultan Hüseynzadə, Azərbaycan
Cümhuriyyəti dövründə ali təhsil almaq üçün xaricə göndərilmiş 100 tələbədən biri
Bəhram Hüseynzadə, Moskvada Timiryazev adına Kənd Təsərrüfatı
Akademiyasında təhsil almış Firidun Hüseynzadə və Bakı Sənaye İnstitutunu
bitirmiş Şəmsəddin Hüseynzadə dünyaya gəlmişdi.
İsmayıl Hüseynzadənin ailəsi ilə birlikdə sürgünə göndərildiyi qatarda
istiqlal dövrümüzün mücahidlərindən biri - Məhəmmədhəsən Hacınskinin ailə
üzvləri də vardı. Uzun, üzücü sürgün yolunda vaqondakılar İsmayıl müəllimin oğlu
Şəmsəddini özlərinə rəhbər seçmişdilər. İsmayıl Hüseynzadə sürgün illərində
Hacınskinin ailə üzvlərinə də qəhmər çıxmışdı. Sürgün qafiləsindəkilər Şimali
Qazaxıstanda Semipalatinsk vilayəti Jarminski rayonunun Balacarı kəndində
məskunlaşmışdılar. Qızıl mədənində çalışan Hüseynzadələr və Hacınskilər sürgün
illərini bir ailənin üzvü kimi yaşamışdılar. Məhəmməd Əmin Rəsulzadənin balaları
da onlarla bir yerdə olmuşdu. Hacınskinin həyat yoldaşı Səadət xanım İsmayıl
müəllimi kübar, nəcib bir insan kimi xatırlayırdı. Sürgün həyatında da öz kübar
davranışını və təbiətini yadırğamayan İsmayıl Hüseynzadə daim başına qara şlyapa
139
qoyar, əllərinə ağ əlcək geyər, frakda gəzər və Səadət xanımgilə qonaq gedəndə
mütləq təzə-tər güllər apararmış.
* * *
Sultan İbrahim Hüseynzadə İsmayıl bəyin ilk övladıdır. 1897-ci il
yanvarın 13-də Salyan şəhərində anadan olmuşdu. Əvvəllər rus ordusunun zabiti
idi. Cümhuriyyət dönəmində isə Azərbaycan Milli Ordusunun zabiti olmuşdu.
Sovet ÇK-sının nəzarətə götürdüyü Azərbaycan Milli Ordusunun 141 zabitindən
biriydi. Azərbaycanda Şura hökuməti qurulduqdan sonra sovet təhlükəsizlik orqanı
tərəfindən "meşşan, türk, azərbaycanlı, realnı məktəbi bitirmiş, 1915-ci ildə
könüllü hərbi məktəbə daxil olmuş, Müsavat ordusunun poruçiki, Dünya
müharibəsində iştirak etmiş, hərbi ordenləri olan" Sultan Hüseynzadəni də təqib
edirdilər. İrana qaçan S.Hüseynzadə İran ordusunda general rütbəsinə qədər
yüksəlib. Ailə qurmayıb. 1918-ci ildə Kürüstü kəndlərimizi yağmalayan erməni
daşnak silahlı qüvvələrinə qarşı döyüşlərdə türk ordusuna yardım göstərən
Azərbaycan milli ordusunun sıralarında hərbi əməliyyatlara başçılıq edənlərdən
biriydi. Kərrar stansiyası ətrafında gedən döyüşlərdə Qırmızı ordunun 3-cü və 5-ci
taborlarına qarşı savaşda türk zabiti "Ramazan bəyə azərbaycanlı zabit Sultan
Hüseynzadə kömək edirdi" (M.Süleymanlı). Əli bəy Hüseynzadənin 1921-ci ilin
3 iyulunda Almaniyaya, Bəhram Hüseynzadəyə yazdığı məktubda Sultanın
İstanbulda — Əli bəygildə qonaq olduğu bildirilir. 1924-cü ilin noyabrında isə
Bəhram Almaniyadan Türkiyəyə — əmisi Əli bəy Hüseynzadəyə yazdığı bir
məktubda Sultanın Firidunla birgə Muğanda pambıq yığımında iştirak etdiyini
bildirirdi. 1925-ci ildə İsmayıl bəy Hüseynzadənin Əli bəyə yazdığı məktubdan isə
məlum olur ki, həmin ilin yanvar ayında Sultan Hüseynzadə Şimali Qafqazda
xidmət edib. 1920-ci illərdə siyasi dairələrdə fəaliyyəti dönə-dönə hallandırılan
general Hüseynzadənin adına bir də 1937-ci il repressiyası zamanı müxtəlif istintaq
materiallarında rast gəlirik. Leytenant Tevosyanın hazırladığı 16 mart 1938-ci il
tarixli arayışda Dövlət Konservatoriyasının müəllimi Xədicə Qayıbovanın
cinayətlərindən biri kimi onun evində türk ordusunun azərbaycanlı zabiti Sultan
Hüseynzadənin gizləndiyi və Hüseynzadənin İrana da Qayıbovanın yardımı ilə
qaçıb getdiyi xatırladılırdı. 23 mart tarixli ikinci dindirilməsində Xədicə xanım
zabit Sultan Hüseynzadənin ... hərdənbir onu teatra dəvət etdiyini bildirmişdi.
Qayıbovanın ifadəsindən məlum olur ki, Sultan bəy İrana qaçmazdan əvvəl 1920-
ci illərdə Bakıda həbs olunub və onun azad edilməsi üçün Xədicə xanım Əliheydər
Qarayevə və Mirzə Davud Hüseynova müraciət edib. Hüseynzadə onun evindən
İrana 1925-ci ildə gedib.
Xədicə xanım Qayıbovanın mənzili Sultan bəyin yaşadığı binadaydı. Sultan
bəy indiki Murtuza Muxtarov küçəsində (keçmiş Poluxin) Mirzə Fətəli
döngəsindəki 16 saylı evdə yaşayırdı. Milli teatrın arxasında Şah döngəsindəki
140
həmin evdə sonralar İsmayıl Hüseynzadə yaşayıb. Bura məşhur milyonçu
Aşurbəyovun evidir.
1921-1922-ci illərdə Sultan Hüseynzadənin Əli bəy Hüseynzadəyə yazdığı
məktublarda adətən, ünvan olaraq, Bakı şəhəri Persidskaya küçəsi, Şah döngəsi
№16, Qayıbovların mənzili göstərilir.
Dost və qohumlarının, o cümlədən S. Hüseynzadənin Əli bəylə
yazışmalarında Məmduh Şevkətin adı dəfələrlə keçir. Hətta məktublarda onların
ailəvi yaxınlıqlarına işarətlər var. Məmduh Şevkət Bakıda 1920-ci ilin avqustundan
1924-cü ilin 31 martına qədər böyükelçi vəzifəsində çalışıb. Onun Bakıya səfir
təyin olunması, ümumiyyətlə, Türkiyə üçün tarixi bir hadisəydi. Çünki Əsəndal
diplomatik sahədə işləmək məqsədilə Türkiyənin xaricə göndərdiyi ilk rəsmi
məmur idi. Digər tərəfdən, M. Şevkət Əsəndal Türkiyənin görkəmli yazıçılarından
biridir. Sultan bəy məktublarından birində Əli bəydən xahiş edirdi ki, ona
göndərdiyi 800 lirəyə 29 qızıl alıb Məmduh Şövkətin ailəsinə çatdırsın.
Sultan bəy həm də ticarətlə məşğul olurdu. İran-Hindistan yolunda özünün
ticarət karvanları vardı. İran şahı tərəfindən ona bir kənd bağışlanmışdı. 1939-cu
ilin 11 sentyabrında Əli bəy Hüseynzadənin Sadıq bəy Ağabəyova yazdığı
məktubda Sultanın da adı çəkilir. "Tebrizdeki bizim Sultan beydən, xeyli zaman
oluyor ki, bir haber alamıyorduk; bir aralık Tebrize uğramış olan Mehmet Sadık
Azeri keçenlerde bize geldi, ona dair malumat verdi: hal-ü vaktı iyidir; ciftlik
işlerile meşğul olarak maişetini temin ediyor. Şimdi Tebrize, ona da bir mektup
yazdım; kendisinden sana da mektup yazmasını rica etdim. Ondan uzaklardakı
akrabamıza dair malumat ala bilirsin..."
*
Sonuncu dəfə 1962-ci ildə İstanbulda dayısı Əzizin arvadı Səlma ilə
görüşən Sultan özünün bütün varidatını dayısı arvadına miras buraxıb. Məzarı
Təbrizdədir.
* * *
Bəhram Hüseynzadə 1901-ci il martın 4-də Salyan şəhərində anadan olub.
Əvvəlcə Şamaxı realnı məktəbində (sentyabr 1913 — mart 1918), sonra isə Bakı
Birinci realnı məktəbdə (1918 — 1919) təhsil alıb. Hər iki məktəb tərəfindən
Bəhram Hüseynzadəyə verilmiş sənədlərdəki qiymətlərindən daha çox dəqiq
elmlərə meyl göstərdiyi bilinir. Orta təhsilini bitirdikdən sonra Bəhram Azərbaycan
Cümhuriyyəti Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən dövlət
hesabına ali təhsil almaq üçün Almaniyanın Darmştadt Ali Texniki Məktəbinə
*
Ə. Səmədlinin "İki ömür yaşayan insan" kitabında bu məktub təqdim edilərkən "Təbrizdəki bizim
Sultan bəy" - "Təbrizdəki Sultan bəy", "Məhməd Sadıq Azəri" isə "Məynis Sadıq Azəri" kimi
verilmişdir. Məktubdakı "ciftlik işlərilə məşğul olaraq məişətini təmin ediyor" cümləsini də Ə. Səmədli
"Çəltik əkini ilə məşğul olaraq ailəsini dolandırır" şəklində vermişdir - müəllif.
141
göndərilmişdi.
*
Azərbaycan Cümhuriyyətinin təhsil naziri Şahsuvarovun imzası ilə
ona verilmiş vəsiqədə Bəhram Hüseynzadənin hökumət xəzinəsinin hesabına təhsil
alacağı bildirilirdi. Almaniyada energetika mühəndisi peşəsinə yiyələnən Bəhram
təhsil aldığı ölkənin vətəndaşı, 1903-cü ilin 20 yanvarında anadan olmuş Luiza
Held Bernarla ailə qurmuşdu. Darmştadt Politexnik İnstitutunu 1926-cı ilin 9
noyabrında elektrotexnik ixtisası üzrə tamamlayıb. Təhsilini başa vurduqdan sonra
1926-cı ildə Azərbaycana qayıtmış, Gəncədəki Toxuculuq kombinatında elektrik
təsərrüfatının, sonralar isə Azərbaycan Xalq Torpaq Komissarlığında
"Azərkəndelektrik" bölməsinin rəisi vəzifələrində çalışmışdı. 1937-ci ildə
Azərbaycanda yaşamaq Luizaya qadağan edildikdən sonra yeganə övladı Rayananı
burada saxlamaq şərti ilə özünü ata vətəninə — Federativ Almaniyaya deportasiya
ediblər. Anna Katarina Luiza Hüseynzadə Held Almaniyada - Darmştadt şəhərində
dükan açıb və dükanını "Luiza Hüseynzadə" adlandırıb. Bəhram Hüseynzadə isə
1938-ci aprel ayının 2-də həbs olunaraq ölüm cəzasına məhkum edilir. Sonra ölüm
cəzası 25 illik sürgünlə əvəzlənir və o da sürgünə göndərilir.
Bəhram Hüseynzadə 1956-cı ilin 31 yanvarında bəraət alır.
Bəraətdən sonra bir müddət Çimkənddə yaşayan Bəhram nəhayət, Bakıya
gəlir və tarixçi alim Sara Aşurbəyli ilə evlənir.
Faciələrlə dolu ömür yaşamış Bəhram Hüseynzadə 1967-ci ildə mədə
xərçəngindən vəfat edib.
Luiza Helt Bəhramdan sonra ailə qurmamışdı. Son nəfəsinə qədər Bəhramın
həsrəti ilə yaşadı. 1968-ci ilin yayında dünyasını dəyişdi. Ölüm yatağındaykən
Rayana xanım anasının yanında olub və atasının ölüm xəbərini anasına əzablı
ömrünün ən son dəqiqələrində bildirib. Allaha şükür ki, Rayana xanım yaşayır və
mən bu sətirləri yazdığım günlərdə istirahət etmək üçün Kalininqraddan Bakıya —
qızları Aybənizin, Laləzarın yanına gəlib.
Bəhram Hüseynzadənin Almaniyadan Əli bəy Hüseynzadəyə yazdığı
məktublar, istər Cümhuriyyət dönəmində ali təhsil almaq üçün xaricə göndərilmiş
tələbələrin sosial vəziyyətini, istər Cümhuriyyət, istərsə də Sovet hökumətinin bu
tələbələrə münasibətini, eləcə də bir insan olaraq Əli bəy Hüseynzadənin şəxsi
keyfiyyətlərinin bəzi və çox mühüm cəhətlərini öyrənmək baxımından maraqlıdır.
Əli bəy Bəhrama məktub göndərən doğmalarının içərisində birinci adamdır. Əli
bəy Bəhramın maddi çətinliklərini nəzərə alıb ona 3600 frank pul göndərib və s.
Xatırladım ki, Bəhram Hüseynzadə Almaniyadan Əli bəyə 7 məktub
yollayıb. Hər halda, əldə olanların sayı bu qədərdir. Məktubların yazılma tarixləri:
15 oktyabr 1921, 30 mart 1922, 5 iyul 1922, 25 may 1923, 5 avqust 1923, 23
sentyabr 1924 və 14 sentyabr 1925.
*
Təhsil almaq üçün xarici ölkələrə göndərilən 100 nəfərin içərisində Bəhramdan başqa, İsmayıl bəy
Hüseynzadənin yetirməsi olan daha iki nəfər salyanlı gənc vardı: Əlihüseyn Ağahüseyn oğlu Hüseynov
və Zeynalabdinbəy Ağabəy oğlu Hüseynbəyov Fransaya ezam olunmuşdular - müəllif.
142
* * *
Şəmsəddin Hüseynzadə 1908-ci il iyunun 15-də Salyan şəhərində anadan
olub. Əsl adı Şəmsəddin Sami bəydir (bu adı ona Şəmsəddin Saminin xatirəsinə
Əli bəy Hüseynzadə verib). Orta təhsilini Salyan 1 saylı ikinci dərəcəli Muttəhid
Zəhmət Məktəbində başa vurmuşdu. Şəmsəddin Hüseynzadə 1925-ci ildə ali təhsil
almaq üçün Bakıya gəlib və Azərbaycan Politexnik İnstitutunun inşaatçı-mühəndis
fakültəsinə daxil olub. 1931-ci ildə ali təhsilini başa vurub. Ali təhsil aldığı illərdə
Bakının müxtəlif orta məktəb və texnikumlarında müəllimlik edib. Bakı
Neftayırma Texnikumunda dərs hissə müdiri olub. 1941-ci ildə atası İsmayıl bəy
və anası Mina xanım, həyat yoldaşı, 1908-ci il təvəllüdlü Anna Yakovlevna, qızları
— 1932-ci ildə doğulmuş Leyla və 1936-cı ildə anadan olmuş Laisə, qardaşı
Bəhram Hüseynzadənin 1929-cu il təvəllüdlü qızı Rayana ilə birgə Şimali
Qazaxıstanın Balacarı kəndinə sürgün edilmişdi. Həyat yoldaşı Anna xanımın
vaxtsız vəfat etməsi səbəbilə Şəmsəddin müəllim sürgündə ikinci dəfə evlənib və
müsəlmançılığı qəbul etmiş Sima xanımla nikahından Çimkənddə 1950-ci ilin 6
fevralında sonbeşik qızı Cəmilə Hüseynzadə dünyaya gəlib.
Şəmsəddin müəllimin ailəsi 1956-cı ildə bəraət almışdı.
1957-ci ildə Şəmsəddin müəllim Azərbaycana qayıtmaq qərarına gəlir. Bu
münasibətlə Mərkəzi Komitənin birinci katibi İmam Mustafayevə yazdığı məktubu
oxuyarkən istər-istəməz düşünürsən ki, zavallı Hüseynzadələr, haqqın nahaqdan
ayırd edilməsi üçün nə qədər əzab çəkiblər. Həmişə, bütün mərhələlərdə nəyisə
izah ediblər. Adamları həqiqətə inandırmaq üçün məktublar, ərizələr, izahatlar
yazıblar, ifadələr veriblər.
1960-cı ildə əvvəllər yaşadığı evə köçməsinə imkan yaradılsa da,
Şəmsəddin müəllim çoxdandır ki, burada yaşayan iki nəfər qocanın evdən
çıxarılmasına imkan vermir və özü başqa mənzilə köçür.
...Yol-körpü mühəndisi Şəmsəddin bəyin öz dəst-xətti ilə
yazdığı saralmış
kağızlara baxıram; Başqırd şairi Ağmollanın şeirləridir: Şəmsəddin Hüseynzadə
həmin şeirləri başqırdcadan rus dilinə tərcümə edib.
Şəmsəddin müəllim sürgündən sonra müxtəlif vəzifələrdə, o cümlədən
Azneftin Azyolnəqliyyat idarəsində çalışıb.
(Cəmilə xanımın oğlu İsmayıl üç ali təhsil alıb. Bakıda yaşayır...)
* * *
Firidun Hüseynzadə 1903-cü ildə Salyan şəhərində anadan olmuşdu.
Timiryazev Akademiyasında təhsil almışdı. Aqronom idi. Rusiyanın məşhur
nəsillərindən birinin nümayəndəsilə - Demidovlardan Aleksandra Konstantinovna
Demidova ilə evlənmişdi. Aleksandra geoloq idi.
143
Firidun bəy bir dəfə Qazaxıstana sürgün edilməzdən əvvəl - 1933-cü ilin 20
martında Əsildar Muğanlının işi üzrə həbs olunmuşdu. Həbsin motivi olaraq,
Firidunun alman dərgilərini oxumasını göstərirdilər. Firidun, oğlu Atilla və arvadı
ilə bir yerdə İsmayıl müəllimin sürgündə olduğu kənddə yaşayırdı.
Atilla Firidun oğlu Hüseynzadə 1939-cu il təvəllüdlüdür. Peterburqda
anadan olmuşdu. Kalininqradda yaşayırdı. Lomonosov adına Moskva Dövlət
Universitetinin kimya fakültəsini və Kalininqrad Balıqçılıq İnstitutunu bitirmişdi.
Esselər, məqalələr, şeirlər yazırdı, dənizçi psixologiyasına dair elmi tədqiqatların
müəllifiydi. "Quran"ın bir sıra surələrini nəzmlə rus dilinə tərcümə etmişdi.
Əslində Atillanın təfsirlərini onun həmin ayə və surələrdən ilhamlanaraq yazılmış
orijinal şeirləri kimi də dəyərləndirmək olar. Atillanın tərcümələrini, daha doğrusu,
özü demişkən, İman Valeriya Proxovanın "Quran" tərcümələrinə izahlarını Moskva
mətbuatında Çingiz Hüseynov təqdir etmişdi.
O da maraqlıdır ki, yaradıcılığının "Quran" cazibəsində hasilə gəlmiş bu
qismini Atilla Əli bəy Hüseynzadənin xatirəsinə ithaf edib.
Rusiyanın iki böyük ali məktəbini bitirən, həyatını qəriblikdə və sarsıntılar
içində keçirən, cismi də qürbət torpağına tapşırılan Atilla Hüseynzadə islamın ən
əsas şərtini hələ çox körpəykən sürgün illərində, nənəsi Mina xanım
Hüseynzadədən öyrəndiyini söyləyirdi: "La ilahə illəllah Məhəmməd rəsul Allah".
Atilla deyirdi ki, rusdilli bir uşağın ilk dəfə eşitdiyi bu sözləri bir daha təkrar
etdirmədən əzbərləməsi və bütün həyatı boyu unutmaması ilahi fikrin düzgün dərki
üçün genetik proqramlaşdırmanın nəticəsidir.
XIX yüzildə Qafqazın şeyxülislamı olmuş Əhməd Salyaninin nəticəsi Atilla
XXI yüzildə — 2008-ci il yanvarın 6-da Rusiyanın qərbində kəlmeyi-şəhadətinə
sadiq qalaraq, dünyasını dəyişdi.
Teymur və Murad adında iki oğlu var.
* * *
Böyükxanım Hüseynzadə isə Hacıağa İbrahimbəyli ilə ailə qurmuşdu.
Əvvəllər Salyan qadın məktəbində şəriət müəllimi işləyən Böyükxanım ömrünün
sonunadək pedaqoji işdə çalışmışdı. Böyükxanımın övladları Həyat
*
və Hacı
Muraddır.
Hacıağa İbrahimbəyli müharibə illərinə qədər Zaqafqaz Hərbi Məktəbinin
direktoru olmuşdu. Oğlu Hacı Murad İbrahimbəyli isə tarix elmləri doktoru,
professor, Rusiya Təbiət Elmləri Akademiyasının akademik-katibi idi
**
. 1999-cu
ildə Moskvada vəfat etmişdir.
*
Əsl adı Nur-eynil-Həyatdır — müəllif.
**
Hacı Murad İbrahimbəylinin əsərləri ilə tanış olmaq üçün bax: Гаджи Мурат Ибрагимбекли.
"Россия и Азербайджан в первой трети XIX века". "Наука", Москва, 1969. Гаджи Мурат
Ибрагимбекли. "Страницы истории боевого содружество". Баку, 1970.
144
Sonralar partiya işində — Mərkəzi Komitənin katibi vəzifəsində çalışmış,
hal-hazırda Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, akademik
Əfrand Daşdəmirov Böyükxanımın nəvəsi, Həyatın oğludur.
Minaxanımın qardaşı Əziz 1920-ci illərdə Sənaye İnstitutunun professoru
idi. 1926-cı ildə Bakıya Türkoloji Qurultaya gələn Əli bəy Hüseynzadənin daha
çox təmasda olduğu qohumlarından biriydi. 1926-cı ildən sonra İstanbula gedib
ömrünün axırına kimi orada qaldı. Milliyyətcə çeçen olan Səlma ilə evləndi. Üç
övladı var: İbrahim Mehdi Aksu, Fatma Bikə (İngiltərədə yaşayır), Ayxan.
Əziz bəy 1933-cü ildə İstanbulda vəfat edib.
* * *
Azərbaycanın görkəmli opera müğənniləri Fidan və Xuraman Qasımova
bacıları da Əli bəy Hüseynzadənin əqrabalarındandır.
P.S. Hüseynzadə Əli bəy Turanın nəsil ağacı bununla bitmir...
Səlim Turan
"Sənət də uzaqlarda parıldayan bir dəniz fənəri kimidir. Orada bütün
insanlar bərabərdir. Kral və dilənçi arasındakı bərabərsizlik silinmişdir. Oradakı
yoxsul kəndli və ya bir pinəçi Hz. Süleyman və Hz. Davuddan fərqsizdir".
234
Səlim Turan
Atası Əli bəy Hüseynzadənin aldığı bir rəsm dəftəri Səlim Turanın tale
yolunu hələ çox balacaykən müəyyənləşdirdi.
Dostları ilə paylaş: |