§ 1. XALQ TƏHS ĠLĠ VƏ MAARĠF Ġġ Ġ
Savadlılıq uğrunda kütləvi hərəkat. Respublikada savadsızlığ ın ləğvi
sahəsində ilk müvəffəq iyyətlər əldə edilmiĢdi. Təhsil səviyyəsi bütövlükdə aĢağı
idi. Müasir həyat quruculuğu, xalq təsərrüfatının yenidən qurulması vəzifələri
savadsızlığın tezliklə ləğv edilməsinin baĢa çatdırılmasını sürətləndirməy i,
ümu mi təhsilin tətbiqini tələb edird i. Savadsızlığın ləğv edilməsi sahəsində iĢ
sisteminin təkmilləĢdirilməsində "Savadsızlığı ləğv etmək iĢi haqqında" 1929-cu
il mayın 17-də qəbul ed ilmiĢ partiya qərarında milli respublikalarda savadsızlığın
ləğv edilməsi bütün mədəni iĢin əsas və ən mühüm vəzifəsi kimi xüsusi qeyd
olunmuĢdu
1
.
Azərbaycan SSR Xalq Maarif Ko missarlığ ı və Dövlət Plan Ko mitəsi
iĢin planauyğun təĢkili məqsədilə yarım milyona qədər adamın savadsızlığ ını
ləğv etməyə dair beĢillik plan tərtib etdilə r
2
. Xalq Ko missarları Soveti yanında
savadsızlığı ləğv etmək iĢinə rəhbərlik etmək üçün hökumət baĢçısı
Q.Musabəyovun sədrliyi altında 1928-ci ildə xüsusi respublika ko missiyası təĢkil
edilmiĢdi. Ko missiyanın tərkibinə partiya, AHĠġ, Xalq Maarif Ko missarığı,
Mərkəzi Kolxo z Ġdarəsi, Dövlət Plan Ko mitəsi, "Rədd olsun savadsızlıq"
cəmiyyəti və "ġəhərin kəndlə rabitəsi cəmiyyəti"nin (ġKRC) nümayəndələri
daxil idi. Azərbaycan zəhmət keĢləri savadsızlığı tezliklə ləğv etmə k çağırıĢını
müsbət qarĢıladı. Hər yerdə - Ģəhər rayon və kəndlərdə keçirilən toplantılarda
fəhlə və ko lxo zçular fəal sürətdə savad qruplarına və dərnəklərinə yazılırd ılar.
1928-c i ildə AHĠġ-in mədəniyyət Ģöbəsi "Rədd olsun savadsızlıq" Respublika
Cəmiyyəti ilə b irlikdə Bakı və onun rayonlarında savadsızlığı ləğvetmə qrupları
yaratmıĢdı. Suraxanı rayonunda iyirmi belə qrup açılmıĢdı
3
. Bibi-Heybət
rayonunda 29 savadsızlığ ı ləğvetmə kursu fəaliyyət göstərirdi
4
. Mədən iĢçiləri
Həmkarlar Ġttifaqın ın təĢkil etdiyi dərnəklərə 5285 nəfər savadsız və altı min
nəfər azsavadlı fəhlə cəlb edilmiĢdi
5
. Fəhlə lərin təhsilə böyük həvəsi nəzərə
çarpırdı. Kəndlilərin də savada marağı güclənird i. Xüsusilə "Kənd təsərrüfatı
kollektivləri"nin üzv ləri o lan kəndlilər savad dərnək və kurslarına geniĢ cəlb
edilird i"
6
. RSFSR-də nəĢr edilmiĢ "Muzdur əlifbası" yerli xüsusiyyətlər nəzərə
alın maq la təcili Azərbaycan dilinə tərcümə edildi. 1929-cu ilin avqustunda
Azərbaycan istehlak kooperasiyasının Mərkəzi Ġdarə Heyəti bütün payçıların
savad kurslarına yazılması çağırıĢı ilə "Azərbaycan SSR-in bütün kooperativ
277
fəhlələrinə, mu zdurları və mu zdur qadın larına" müraciətin i qəbul etdi. Təkcə
həmin il A zərbaycan istehlak kooperasiyası 275-dək savad məntəqəsi açmıĢdı
7
.
Ko msomol mədəni yürüĢlərin təĢkilin in təĢəbbüsçüsü kimi çıxıĢ ed irdi.
Birinci belə yürüĢ 1928-c i ilin mayında keçirild i. Hə min ilin sentyabrında
Azərbaycan ko msomolu ü mu mittifaq mədəni yürüĢündə iĢtirak etdi. YürüĢ
zaman ı savad məktəb və kursları 22 min nəfərədək adamı əhatə etmiĢdi
8
.
Azərbaycanda "hər bir savadlı ko msomolçu b ir savadsızı öyrətməlidir" -
ko msomolun əsas Ģüarı idi.
Bu tədbirlər sayəsində 1928-1930-cu illərdə 212836 nəfər savad alıb
yazmaq, o xu maq öyrəndi. Bu isə 20-ci ildən sonrakı yeddi ildəkindən iki dəfə
çox id i. Savadlan ma hərəkatı sonrakı illərdə də davam etdi.
Savadsızlığın ləğv edilməsi uğrunda mübarizə faktiki olaraq həyati
tələbat xarakteri ald ı. Ancaq bu iĢdə çoxlu formalizm, tələsiklik, sünilik ünsürləri
var idi. Qəzalarda, kənd əhalisi içərisində mövhumatı, patriarxal ünsürlərin
müqavimətini aradan qaldırmaq lazım id i. Bu qüvvələrin təzyiqi altında, xüsusilə
azərbaycanlı qadınların təhsildən uzaqlaĢması müĢahidə edilird i. On lar savad
məntəqələrində dərsləri po zur, dərslər keçirilən binaları yandırır, böhtançı
Ģayiələr yayır, " mədəni əsgər"ləri təqib ed ir, döyür, bəzən isə öldürürdülər.
AğdaĢ, Göyçay və digər rayonlarda belə hallar baĢ vermiĢdi
9
. Savadsızlığın ləğv
edilməsin in Azərbaycan dilində həyata keçirilməsi haqqında Xalq Ko missarları
Sovetinin göstəriĢləri hər yerdə yerinə yetirilmird i. 1930-cu ilin oktyabrında
savadsızlığın ləğv edilməsinin təĢkilini yaxĢılaĢdırmaq və nöqsanları aradan
qaldırmaq məqsədilə respublika Xalq Maarif Ko missarlığı nəzdində xüsusi
mədəni quruculuq ġurası yaradıld ı. Onun birinci iclasında otuz təĢkilat müqavilə
imzaladı. Bu müqavilədə hər bir təĢkilatın, ilk növbədə, fəhlə və kolxozçu lar
içərisində savadsızlıq la mübarizədə iĢtirakı və görəcəyi iĢin həcmi müəyyən
edildi
10
.
AHĠ və
Azərbaycan kolxo z b irliyi savadsızlığı ləğvetmə məktəbləri
Ģəbəkəsinin təĢkilinə maddi yardım göstərmək, savad məktəblərin i dərslik, dərs
ləvazimatı və kadrlarla təmin etmək sahəsində konkret tədbirlər görürdülər. Xalq
Maarif Ko missarlığ ı Nu xa, AğdaĢ, Quba, Qaza x, ġuĢa, Zaqatala, Lən kəran,
Göyçay və Naxçıvanda savadsızlığın ləğv edilməsi iĢlərində çalıĢan müəllimlər
üçün kurslar təĢkil etdi. Ali təhsil müəssisələrinin tələbələri kənd təĢkilatlarına
kö mək məqsədilə kəndə göndərilir, mətbuat ictimaiyyətin savadsızlığ ı ləğv
etmək vəzifələrin in həllinə səfərbər ed ilməsində mühüm rol oynayırdı. Qəzetlər
əlifbanı öyrənənlər üçün xüsusi səhifələr ayırır, metodiki məqalələr çap edir,
qabaqcıl "mədəni əsgərlərin‖ iĢ təcrübəsini yayırdılar.
1930-cu ildən baĢlayaraq bir çox savad məktəb və qruplarında əlifbanı
öyrətməklə yanaĢı, "siyasi dərslər" keçirilir, ölkədəki vəziyyət, partiyanın
278
siyasəti izah edilirdi. Savadsızlığın ləğv edilməsi iĢin in zəh mətkeĢlərin siyasi
maariflənməsi ilə əlaqələndirilməsi partiya və hökumətin maraqlarına tam cavab
verməli idi. Çünki bu yolla hakim "siyasət və ideologiya" kütlələrin Ģüuruna
yeridilməli, onlar "sosializm" in tərəfdarları kimi tərb iyələndirilməli idilər.
Bu illərdə A zərbaycanda geniĢ yayılmıĢ savadlanma uğrunda kütləvi
hərəkatın mü xtəlif formaları sayəsində 980 min nəfərədək adamın savadsızlıq və
azsavadlılığın ı ləğv etmək, bütün respublika əhalisi içərisində isə savadlılığı
18,5-dən 50,9 fa izədək
11
qaldırmaq mü mkün oldu. Lakin xa lq təsərrüfatının
yenidən qurulması, yeni texnikanın mənimsənilməsi zərurəti və xalq ın ümu mi
təhsil səviyyəsinin yüksəlməsi savadsızlıq və azsavadlılığ ını ləğv edilməsinin
tezliklə baĢa çatdırılmasın ı tələb edirdi. 1933-cü ilin iyununda Azərbaycan KP
MK, Xa lq Maarif Ko missarlığ ı və AHĠġ əmə kç ilə ri bu iĢə daha geniĢ cəlb etmək
məqsədilə "elliklə savadlanma" istiqrazı buraxd ılar
12
. Ġstiqrazın yayılmasında
tələbələr xüsusi fəallıq göstərirdilər. O zaman 1320 tələbə rayon, kolxo z və
sovxozla rda 30100 nəfərin savadsızlığını ləğv etməy i öhdələrinə götürdülər
13
.
Azərbaycanda nəinki kənd əhalisinin əksər hissəsi, hətta kənd kommunistləri və
ko msomolçu larının bir qis mi hələ də savadsız id i. Kənddə baĢ verən yeni
proseslər kənd zəh mətkeĢlərinin bilik və təhsilə yiyələn məyə can atmalarına
Ģərait yaradırdı. Ağdam, Gəncə, Zaqatala, Qazax, Qaryagin (indiki Fü zuli),
Salyan, Cəbray ıl, Dəstəfur, Kə lbəcər və Laç ın rayonlarında bu əhvali-ruhiyyə
xüsusilə güclü id i. 1933-cü ildə bütün rayonlarda kənd sovetləri nəzd ində
savadsızlığı ləğvetmə qərargahları bu iĢə xeyli kö mək göstərdi
14
.
Fəhlələrin də texniki savadının yüksəldilməsi zəruriyyəti onların
əlilbanı tezliklə öyrən mələrin i daha da ciddiləĢdirirdi. 1933-cü ildə neftçi
fəhlələrin 25 faizi əlifbanı bilmirdi
15
. Buna görə də "mədəni əsgər"lər, respublika
fəhlə sinfin in əsas dəstəsinin - neftçi fəh lələrin savadsızlığının ləğv edilməsinə
kö mək üçün səfərbərliyə alındılar.
Kənddə mədəniyyət uğrunda mübarizə ən mü xtəlif formalarda həyata
keçirilird i. Kənd sovetləri kəndin abadlaĢdırılması, kəndlilər içərisində
savadsızlığın ləğv edilməsi, mədəni-maarif müəssisələri, məktəb, sağlamlıq
ocaqları tikintisini öhdələrinə götürürdü.
1936-c ı il yanvarın 16-da ÜĠK(b)P MK və SSRĠ Xa lq Ko missarları
Sovetinin "savadsız və azsavadlıların təhsili iĢi haqqında" qərarı 16 yaĢı 50-dək
olan əməkçilərin savadsızlığını iki ildə tamamilə ləğv etmək vəzifəsini qarĢıya
qoydu. Bu direktiv əsasında AK(b)P MK və Azərbaycan SSR Xalq Ko missarları
Soveti 1936-c ı ilin fevra lında "Azərbaycan SSR-də savadsız və azsavadlıla rın
təhsili iĢi haqqında" qərar qəbul etdi
17
. Qərarda 1936-cı ildə respublikan ın yaĢlı
əhalisi içərisində 216 min savadsız və 94 min azsavadlın ın təhsilə cəlb edilməsi
vəzifəsi müəyyənləĢdirildi.YaĢlıların təlimini təkmilləĢdirmək məqsədilə ikiay lıq
279
savad məktəbləri əvəzinə onaylıq təhsil kursunu əhatə edən savad məktəblərinin
yaradılmasına baĢlandı. Bu mə ktəblər müdavimlərə müəyyən istehsalat
vərdiĢləri də verməli idi. Bu məktəblərin bazasında xüsusi və ixtisas fənləri daxil
olmaqla ibtidai məktəbin tam kursu həcmində, təlim keçilən məktəblər yaradıld ı.
Bu məktəblərdə hər il minlərlə fəhlə təhsil alırdı. Müəssisələrdə istehsalın
xüsusiyyətini nəzərə almaqla növbə məktəbləri təĢkil edilirdi.
Ġkinci beĢillikdə Azərbaycan SSR-də 1178,5 min nəfər savad
məktəbləri, kursları və mü xtəlif təhsil metodları ilə əhatə olunmuĢdu
18
.
Mədəni quruculuğun bu cəbhəs ində həlledici hücum 1938-1941-c i
illərdə həyata keçirildi. 1938-ci ilin iyununda Kirovabad (indiki Gəncə) Ģəhərinin
fəhlə, ko lxo zçu, ko mmunist və komsomolçu ları respublika zəh mətkeĢlərinə
savadsızlığa son qoymaq, öz səhərlərin i elliklə savadlanma Ģəhərinə çevirmək
çağırıĢı ilə müraciət etdilər
19
. Bütöv rayon və kəndlər savadsızlığını ləğv
edilməsin i tezliklə baĢa çatdırmaq üzrə "sosializm yarıĢına" qoĢuldular.
Müəllimlər, savadlı ko mmunist və komsomolçu lar, kənd sovetləri və həmkarlar
Ġttifaqların ın üzvləri mədəni əsgərlər sırasına qoĢuldular. Bir nəfər savadlının 20-
30 savadsıza təhsil verməsi uğrunda "yarıĢ" geniĢ v üsət aldı. Həmkarlar
təĢkilatları
mədən və zavodlar arasında bütün fəhlələrin tezliklə
savadlandırılması ü zrə "sosializm yarıĢı" təĢkil edird ilər.
Savadsızların təhsili sahəsində məktəb müəllimləri savadsızlar üçün
dərnəklər yaradır, yaylaqlarda heyvandarlar içərisində savadsızlığın ləğv
edilməsi iĢini təĢkil etmək məqsədilə bütün yay mövsümündə dağlara gedirdilər.
Təkcə 1940-cı ildə yaylaqlarda müəllimlərin kö məy i ilə 23175 nəfər savada
yiyələn miĢdi
20
.
Beləliklə, 1938-ci ildən 1940-cı ilin iyununadək 530 min nəfər savadsız
və azsavadlı təhsil almıĢdı
21
. 1939-cu ildə bütün respublika əhalisin in savadlılığı
1926-c ı ildəki 18,1 faizə qarĢı 73,8 faiz təĢkil edirdi
22
. Eyni zamanda Ģəhər
əhalisi içərisində savadlılıq 83,2 faizə, kənd əhalisi içərisində isə 66,8 faizə
bərabər idi. Azərbaycan əhalisi içərisində savadsızlığın ləğv edilməsi mədəni
həyat üçün xüsusilə böyük əhəmiyyətə malik mühü m nailiyyət id i. Sovet
hakimiyyəti illərində azərbaycanlılar içərisində savadlılıq 9,3 faizdən 65,5 faizə
yüksəldi. 1926-cı illə müqayisədə 1939-cu ildə Azərbaycanlı qadınlar içərisində
savadlılığ ın 3,1 faizdən 54,7 faizə yüksəlməsi diqqətəlayiq hal idi
23
. Təhsilə
savad dərnəklərindən baĢlayan bir ço x a zərbaycanlı qadınla rın taley i ma raqlıdır.
Belə ki, məĢhur pambıqçı, SSRĠ Ali Sovetinin deputatı, pambıq tarlalarında
Sta xanov hərəkatının təĢəbbüsçüsü Bəsti Bağırova təhsil yolunu savad
dərnəyindən baĢlamıĢdı. 15 yaĢlı Xəd icə Əliyeva adlı b ir qız atasından gizli
savad məktəbinə gedird i. O, sürətlə savad əldə edərək digər azərbaycanlı
280
qadınlara savad öyrətməyə baĢladı. Məktəb ona Tibb institutunun tələbəsi olmaq
arzusunu həyata keçirməyə yol açdı.
1941-c i ilin fevralında yaĢlı əhali içə risində savadsızlığın hələ ta ma milə
ləğv edilməd iyini nəzərə alaraq "Savadsızlıq və azsavadlılığın ləğvinə dair
tədbirlər haqqında" xüsusi qərar qəbul edild i Qərarda göstərilird i ki,
Azərbaycanda savadsızlığın ləğvi 1942-ci ildə tam Ģəkildə baĢa çatdırılmalıdır
24
.
La kin 1941-c i ilin iyununda baĢlayan Böyük Vətən müharibəsi nəzərdə tutulan
planların həyata keçirilməsinə bir müddət mane oldu.
Müharibəyə qədərki illərdə savadsızlığın ləğvi sahəsində əldə edilən
nailiyyətlər maarifin, xalq ın ümu mi təhsil səviyyəsinin yüksəliĢinə, onun
mədəni-yaradıcılıq fəaliyyətinin in kiĢafına əsas yaratdı. Bu sahədə bütün iĢin
hakim Ko mmunist partiyasının direktiv orqanların əlində həddindən artıq
cəmləĢməsinə, nəticədə müəyyən amiranəliy in və məhdudluğun mövcudluğuna
baxmayaraq, ictimai təĢkilatların, konüllü cəmiyyətlərin və əhalinin qabaqcıl
hissələrinin savadsızlığın ləğvi iĢində fəal iĢtirakı nıühü m rol oynamıĢdı. Belə ki,
savadsızlığın ləğvi prosesi, sözsüz, sovetlər dövründə Azərbaycan xalq ının
təhsil, mədəniyyət sahəsində qazandığı in karedilməz uğurlarından biri idi.
Ümumi ibtidai təhsil. Xalq maarif ko missarı Ruhulla A xundov 1927-ci
ilin noyabrında AK(b)P-nin VIII qurultayında bəyan etdi: "Hesab edirik ki,
partiyamızın ü mu mi icbari pulsuz təhsil məsələsini qoymaq vaxtı gəlib
çatmıĢdır"
25
. Xalq Maarif Ko missarlığ ının hazırladığ ı ümu mi təhsilə keçilməsi
planı A zərbaycan MĠK-in III sessiyasında (1928-ci ilin fevralı)
26
təsdiq edild i.
Planda 1927/ 28-ci tədris ilindən baĢlayaraq on il müddətində ü mu mi icbari
ibtidai təhsilin həyata keçirilməsi nəzə rdə tutulmuĢdu. Bakıda və onun mədən-
zavod rayonunda, Salyan dairəsində
27
ibtidai təhsilin həyata keçirilməsinə 1928-
ci ilin payızında baĢlandı.
VI Ümu mazərbaycan Sovetlər qurultayı (1929-cu ilin apreli) d igər Ģəhər
və dairələrdə də ü mu mi təhsilin tətbiq edilməsin in zəruriliyin i qeyd etdi
28
.
30-cu il avqustun 29-da A zərbaycan Xalq Ko missarları ġurası ü mu mi
ibtidai təhsilin tətbiq edilməsi haqqında qərar qəbul etmiĢdi.
29
1930/ 31-ci ildən
bütün respublika üzrə hər yerdə beĢillik ibtidai məktəb kursu həcmində 8-9-10
yaĢlı uĢaqlar üçün ümumi məcburi ibtidai təhsilə keçilməsi nəzərdə tutulurdu.
Həmin tədris ilində ümu mi ibtidai təhsil Gəncə, Salyan, Zaqatala, Nu xa və
ġirvan, 1932/33-cü tədris ilində isə bütün qalan rayonlarda tətbiq edildi.
Beləliklə, ü mu mi ibtidai təhsil qanuni oldu. A zərbaycan hökuməti
ümu mi təhsilin həyata keçirilməsi üçün 22 mln 508 min manat ayırdı və
Q.Musabəyovun baĢçılığı altında respublika ko mitəsi yarandı. Ümu mi təhsilin
tətbiqini əhali rəğbətlə qarĢıladı. Xalq nümayəndələrinin fəal iĢtirakı ilə yalnız
1928-1932-c i illə rdə respublikada 214 yeni mə ktəb binası tikildi
30
.
281
Azərbaycanda ümu mi təhsilin həyata keçirilməsi yenə də kifayət qədər
pedaqoji kadrla rın, xüsusilə qadın pedaqoqların çatıĢma zlığı, a zərbaycanlı
qızların tədris ocaqlarına zəif gəlməsi kimi çətin liklərlə rastlaĢırdı,
Azərbaycanda qızların oğlanlarla birlikdə təhsil alması nəzərdə tutulduğuna
baxmayaraq, ilk va xt lar b ir sıra rayonlarda qızlarla dərslə ri ancaq qadın
pedaqoqlar aparma lı olurdular.
Ümu mtəhsil məktəblərin i yeni pedaqoji kadrlarla təmin etmək
məqsədilə II dərəcəli məktəblərin bazasında pedaqoji texn iku mlar açıldı. ġuĢa,
Gəncə və Nu xada müəllim hazırlayan yay kursları təĢkil edildi
31
.
Azərbaycanda ümumi təhsilin tətbiqi hər yerdə asan getmirdi, yenə də
bir sıra ucqar rayonlarda, xüsusilə kənd yerlərində bu tədbirə düĢmən münasibət
qalmaqda idi. Yeni quruluĢdan narazı olan bəzi qüvvələr geridə qalmıĢ
ünsürlərdən istifadə edərək məktəblərdə dərsləri pozur, kəndliləri uĢaqlarını
məktəbə buraxmamağa təhrik edir
32
, kənd müəllimlərinə mane olur, bəzi hallarda
isə onlara divan tuturdular, Zaqatala, Zəyəm, Nu xa və Balakəndə hətta
müəllimlərin öldürülməsi halları da baĢ vermiĢdi. Kənd müəllimini təqib lərdən
müdafiə etmək və ona normal iĢ Ģəraiti yaratmaq məqsədilə respublika höku məti
1931-c i il yanvarın 25-də Azə rbaycan SSR kənd müəllimləri üçün müvafiq Ģərait
yaradılmasın ı, onların hüquqlarının qorunmasın ı tə min edən xüsusi qərar da
qəbul etmiĢdi. Ancaq xalqın böyük əksəriyyəti ümu mi təhsilin gediĢinə baxıĢ
ongünlükləri və aylıqları, onun hər yerdə tezliklə baĢa çatdırılması üçün
"sosializm yarıĢı" və hamilik tədbirlə ri keçirirdilər. Ümu mi təhsilin gediĢinə
baxıĢ aylığı, məktəblərin təmiri ü zrə iməciliklər təĢkil ed ilir, xeyriyyə məqsədilə
keçirilən konsert və tamaĢalardan toplanan vəsait ümumt əhsil ehtiyacları üçün
sərf edirdi
33
. Kənd əhalisinə Bakı fəhlələri hərtərəfli kö mək göstərirdilər:
məktəblərin tikintisi üçün vəsait toplayır, tikinti materialları hazırlay ır, uĢaqlara
maddi yardım ed ird ilər. Ko mso mol bir ço x rayonlarda ü mu mi təhsilə hamilik
edirdi. Bu tədbirlər nəticəsində 1932/33-cü tədris ilində ibtidai məktəblərə
369536 nəfər, o cü mlədən, 88933 Azərbaycanlı məktəbli cəlb olun muĢdu.
Sonrakı dövrdə Azərbaycanda ümu mi ibtidai təhsil daha böyük vüsət
aldı. Maarifə yeni pul vəsaiti ayrıldı. Belə ki, 1937-ci ildə maarifin ehtiyaclarına
320377 min manat, 1940-cı ildə isə bu sahəyə 484900 min manat vəsait
ayrılmıĢdı. VIII Ümu mazərbaycan Sovetlər qurultayı (1935-ci ilin yanvarı)
zəh mətkeĢlərin vəsait və qüvvələrini səfərbər edərək məktəb tikintisini
geniĢləndirdi, məktəb binaların ı tutmuĢ idarə və təĢkilatlardan onları boĢaltmağı
tələb etdi.
Ġcraiyyə ko mitələri və kənd sovetləri partiya, həmkarlar, təsərrüfat
qurumları və ictimai təĢkilatlar maarif iĢinə fəal qoĢuldular. Beləliklə, təkcə
ikinci beĢillikdə Azərbaycanda 408090 Ģagird yeri olan 336 yeni məktəb binası
282
tikild i və onla rdan 260-ı kənd yerlərində id i. Pedaqoji Ġnstitut (APĠ), Dövlət
Universiteti (ADU) və pedaqoji məktəblərdə müəllim kadrların ın hazırlan ması
geniĢləndirildi. Artıq 1936/37-ci tədris ilində respublikada 15137 müəllim var
idi
34
.
SSRĠ MĠK və XKS-n in 1936-cı il 11 aprel tarixli qərarı əsasında
əməkdar ibtidai və orta məktəb müəllimi fəxri ad ları təsis edildi
35
.
Məktəb təhsilini geniĢləndirmək tədris-tərb iyə iĢinin yenidən
qurulması, tədris metodlarının ya xĢılaĢdırılması, məktəb proqramları və
dərsliklərinin keyfiyyətinin yüksəldilməsi ilə sıx Ģəkildə əlaqədar idi. Tədris
metodlarının
müəyyən
edilməsi
gediĢində
Ģagirdlərin
təhsilinin
humanistləĢdirilməsinə, demokratik prinsiplərə ziyan vuran xeyli ciddi əyintilərə
yol verilmiĢdi. Tədrisin keyfiyyətinin yüksəldilməsində ÜĠK(b)P MK-nın 1932-
ci il 25 avqust tarixi "Ġbtidai və orta mə ktəbdə rejim və tədris proqramları
haqqında"' və 1933-cü il 12 fevral tarixli "Ġbtidai və orta məktəblər üçün
dərsliklər haqqında" qərarları
37
mühü m ro l oynadı. Bu qəra rla rda elmlə rin
əsaslarına yiyələnən savadlı adamların hazırlan masının konkret vəzifələ rinə
cavab verən sabit proqram və dərsliklə rin yaradılması zə rurəti qeyd olunmuĢdu.
1932/33-cü tədris ilin in əvvəlində Azə rbaycanda ibtidai mə ktəblə r, yeddiillik
məktəblər, fabrik-zavod və kəndli gənclər məktəbləri üçün xüsusi proqramlar
tərtib edild i
38
.
Azərbaycan dilində yeni dərsliklərin hazırlan ması iĢində ciddi
əməliyyatlar aparıldı. Məktəb proqramları və dərsliklərindən ənənəvi milli
ideyaları təbliğ edən materiallar, milli mənəvi dəyərlərə dair müddəalar
çıxarılırd ı. Proqram və dərsliklər ancaq "sosialist ideallarına" sadiq olan gənc
nəsil tərbiyə etmək məqsədinə uyğun olma lı idi. Yeni dəyiĢikliklər proqramları
sosializm quruculuğu "beynəlmiləl" tərb iyə tələbi ilə u zlaĢdırmağa xid mət edirdi.
ÜĠK(b)P MK və SSRĠ XKS-nin 1934-cü il 16 may tarixli qərarı da bu məqsədə
yönəlmiĢdi. Qərarda məktəblərdə tarix və coğrafiyanın öyrədilməsinə xüsusi
diqqət verilirdi. Bu fənlər güclü partiya nəzarəti altında idi və "yeni insa n" -
sosializm cəmiyyəti qurucusunun, hər Ģeydən əvvəl "SSRĠ vətəndaĢı"
formalaĢdırılması üçün ondan ideoloji silah kimi istifadə ed ilird i. Milli tarix isə
faktiki olaraq proqramlardan çıxarılır və ya qısaldılmıĢ xarakter daĢıyır, "SSRĠ
tarixi" fənninə "yamaq" edilirdi. Bütün müttəfiq respublikalarda olduğu kimi,
Azərbaycanda da bu qərara uyğun yeni ümu mtəhsil təlim sistemi - ibtidai,
natama m orta və orta məktəb yaradılırdı.
Bu
illərdə
partiya
müəllimlərin
ü mu mtəhsil
səviyyəsinin
yüksəldilməsinə, onların daha çox siyasi tərbiyəsinə, "ideya" möhkəmliy inə
xüsusi diqqət yetirirdi. Ən "sədaqətli, sadiq müəllim kadrlarını" seçmək
məqsədilə 1936-cı ildən baĢlayaraq onların attestasiyası keçirilirdi. Bu tədbir,
283
sözsüz ki, məktəbləri zəif hazırlıq lı müəllimlərdən azad etməyə, tədrisin
keyfiyyətini yüksəltməyə kö mək edirdi. Ancaq bu tədbir həmçin in keçmiĢdə
mü xalifət partiyaların ın üzvü olmuĢ və ya "xalq düĢmənləri" elan edilmiĢlərin
yaxın qohumları olan müəllimləri məktəbdən uzaqlaĢdırmaq məqsədi də
güdürdü. 1937-ci il - repressiyaların zirvə mərhələsi olan il idi. 1937/38-ci tədris
ilində 16392 müəllimdən 1938-ci ilin iyulunda 2525 müəllim attestasiyadan
keçmədi
39
. 1938-c i il dekabrın 30-dan 1939-cu il yanvarın 12-dək A zərbaycanın
bütün rayonlarında keçirilən müəllimlərin ideya-siyasi tərbiyəsi məsələlərinə
dair müĢavirələr də bu məqsədə xid mət edirdi. Bakı Ģəhəri ibtidai və orta məktəb
müəllimləri içərisində "ideya-tərbiyə" iĢinin vəziyyətinə dair məsələ 1941-ci ilin
iyununda AK(b)P MK-da mü za kirə ed ild i
40
.
Məktəb təhsili sahəsində inzibati-amirlik metodunun güclənməsi ilə
əlaqədar böyük çətinliklərə baxmayaraq, müəllimlər vicdanla, ləyaqətlə öz
borcların ı yerinə yetirirdilər. 1933/34-cü ildə ümu mi icbari ibtida i təhsilin həyata
keçirilməsi iĢində həlledici müvəffəqiyyətlər əldə edildi. Belə ki, ibtidai
məktəblərin sayı 1930-cu ildəki 1779-dan 2383-ə çatdı. Bu məktəblərdə təhsil
alan 383470 nəfərdən 249251 nəfəri azərbaycanlı idi. A zərbaycanlı qızların sayı
onların içərisində 1930/31-ci tədris ilindəki 42182 nəfərə qarĢı 99242 nəfər təĢkil
edirdi
41
.
Ümu mtəhsil məktəblərində azərbaycanlı qızların sayının intensiv artımı
(onların sayı iki dəfədən çox artmıĢdı) keçmiĢ geriliyin bu illərdə aradan
qaldırılması, məiĢət Ģəraitin in dəyiĢməsi, bütövlükdə Azərbaycan qadınının
köləlik və mövhumatçılıq buxovlarından azad edilib yeni qadın nümunəsinə
çevrilməsi üçün görülən iĢlərin nəticəsi id i. Azərbaycanda ümumi ibtida i təhsilin
həyata keçirilməsində əldə edilən nailiyyətlər ü mıımi icbari yeddiillik təhsilə
keçmək üçün əsas oldu.
Azərbaycanda təhsilin bütün pillələrində Ģagirdlərin sayı ildən-ilə
artırd ı. Buna görə sonrakı illərdə məktəb tikintisi, pedaqoji kadr məsələs i daha
böyük kəskinliklə qarĢıda dururdu. Səciyyəvi haldır ki, respublikada məktəblərin
tikintisi xalqın ö z təĢəbbüsü ilə xey li vüsət almıĢdı. Kəndlilər özləri məktəblərin
tikintisi üçün vəsait toplanmasını təĢkil edir, lazımi miqdarda tikinti materialları
hazırlay ır, tikintidə bilavasitə iĢtirak edird ilər. Məsələn, Bərdə rayonu Xanabad
kənd sovetinin kolxozçu ları öz təĢəbbüsləri ilə üç məktəb binası tikmiĢdilər
42
.
Bütövlükdə, 1938-1940-cı illərdə respublikada 103 yeni məktəb binası
tikilmiĢdi
43
. 1939-cu il yanvarın 1-nə respublikan ın mə ktəblərində 19 min
nəfərdən çox, o cü mlədən 2098 nəfər ali təhsilli müəllim çalıĢırdı. Sovet
məktəblərində təhsil almıĢ bu müəllimlər, sözsüz, mövcud hakimiyyətə sədaqətli,
"sosialist ideologiyası" ruhunda tərbiyə almıĢ partiya və hökumətin tələblə rini
yerinə yetirməyə hazır olan yeni nəslin formalaĢ masına xid mət etmiĢlər. Onların
284
tərbiyə etdiklə ri Ģagird lər içərisində faĢizmə qarĢı müharibənin ağır illərində
könüllü olaraq Ģagird partasını qoyub cəbhəyə gedən azərbaycanlı balaları az
olmamıĢdı.
1939-cu ildə kənd məktəblə rində uĢaqların tərbiyəsi və tədris iĢinin
yaxĢı təĢkili sahəsində böyük müvəffəqiyyətlərə, kəndin ictimai həyatında fəal
iĢtirakına görə Azərbaycanda 400 nəfərdən ço x kənd müəllimi təltif edilmiĢdi.
Bu, müəllimlərin yeni "sovet ideallarının" intiĢarı naminə çəkdikləri ağır
zəh mətə göstərilən diqqət və qayğının təzahürü id i.
Məktəb quruculuğu, pedaqoji kadrlar hazırlan ması sahəsində görü lən
iĢlər A zərbaycan xalqının mədəniyyəti və maarifin in in kiĢaf perspektiv ləri üçün
fundamental əhəmiyyətə malik idi. 1940/41-ci tədris ilində respublikanın 1668
ibtidai məktəbində 406153; 1240 yeddiillik məktəbində 192825; 3575 sayda
bütün ümumtəhsil məktəbində isə 653071 Ģagird o xuyurdu
44
. Bakı, Naxçıvan,
Xankəndi, Nu xa, Kirovabad (Gəncə) Ģəhərlərində ümu mi yeddiillik təhsilin
həyata keçirilməsi mühü m nailiyyət idi. Salyan və Lənkəranda isə bu istiqamətdə
nəzərəçarpacaq addımlar atılmıĢdı.
Latın əlifbasına keçilməsi. Rus-kiril qrafikasının tətbiqi. Azərbaycan
MĠK və Azərbaycan SSR XKS 1928-ci il iyulun 21-də "Azərbaycanda yeni türk
əlifbasının icbari və qəti olaraq tətbiq olunması" haqqında qərar qəbul etdi
45
.
ZəhmətkeĢlər onu rəğbətlə qarĢıladılar. Bakı fəh lələri yazırdılar: "Azərbaycanın
əldə edəcəyi ü mu mi savadlılıq yaln ız yeni əlifba sayəsində mü mkündür"
46
.
Azərbaycan MĠK-in IV sessiyası 1929-cu il o ktyabrın 11-də
Azərbaycan MĠK və XKS-nin 1928-ci il 21 iyul tarixli qərarın ı təsdiq etdi və onu
həyata keçirmək üçün xüsusi komissiya yaratdı. Komissiyanın tərkibinə
S.Ağamalıoğlu (sədr), Q.Musabəyov, Ə.H.Qarayev, A.Məmmədov, Ġ.KonuĢkin,
Q.Hüseynov, K.ĠĢkova və M.Qu liyev daxil idilər.
1929-cu il yanvarın 1-dən Azərbaycan SSR-in yeni ə lifbaya keç məsi
rəsmən elan olundu. Hökumətin "Azərbaycanın bütün fəhlələri və kəndlilərinə"
müraciətində qeyd edilirdi ki, yeni əlifbanın tətbiqi savadsızlığın ləğv edilməsi
iĢini xey li asanlaĢdıracaq, kütlələrin maariflən məsinin yüksəliĢinə böyük maraq
yaradacaq
47
.
Azərbaycanın ardınca Özbəkistan, Qazaxıstan və bir sıra digər müttəfiq
və mu xtar respublikalar, vilayətlər də yeni əlifbaya keçdilər. M.Qo rki
Azərbaycanın bu iĢdə qabaqcıl ro lunu xarakterizə edərək yazırd ı: "Azərbaycan
xalq ı bütün ġərq xalq larının gözü önündə qəti addımlar atmıĢ və əlifbanı həyata
keçirməklə bütün xalq lara gələcəyin yolunu gös tərmiĢdir"
48
. Yeni ə lifbaya
münasibət birmənalı deyild i. Bir sıra "Müsavat", "Ġttihad" partiya nümayəndələri
və baĢqa dini xad imlər, ziyalılar yeni əlifbaya qarĢı çıxırdılar. Bəziləri Ģayiə
yayırdılar ki, guya xalqa yad olan latın dilin i Azərbaycana sırımaq istəyirlər.
285
Türkiyədə məskən salmıĢ müsavatçılar Ġstanbulda nəĢr etdirdikləri " Yeni
Kavkasiya" qəzeti vasitəsilə Azərbaycanda ərəb əlifbasının tərəfdarlarını fəa l
müdafiə edirdilər"
49
.
Azərbaycanda sovet hakimiyyətini devirmək və onu Türkiyəyə
birləĢdirmək məqsədini qarĢıya qoymuĢ "Gənc A zəri" gənclər təĢ kilatı yeni
rejimin millətin keçmiĢinə qarĢı yönəldilmiĢ tədbir kimi yeni əlifbanın tətbiqini
boykot edirdi
50
. 1930-cu ildə Nu xa-Zaqatala rayonunda yeni əlifba və
kollektivləĢ məyə qarĢı birgə açıq çıxıĢlara cəhdlər olmuĢ, hətta yeni əlifbanın
fəal tərəfdarlarının, b ir sıra müəllimlərin ö ldürülməsi halları da baĢ vermiĢdi
51
.
Əlbəttə, qədim mədəniyyət abidəsi olan ərəb əlifbasından imtina
etməmək də olard ı. Lakin nəzərə almaq vacibdir ki, geniĢ kütlələr bu əlifbanı da
bilmirdi, zaman isə xalqın tezliklə savadlanmasını tələb edirdi. Demək, latın
əlifbasına keçilməsi heç də müsəlman aləmində böyük bir yazılı ədəbiyyat
xəzinəsi o lan ərəb əlifbasına qarĢı durmaq və ya onu rədd etmək deyildi, ancaq
savadsız kütlələrin maarifə yiyələn məsini, əhalin in böyük əksəriyyətinin
savadsızlığın ləğv edilməsin i, A zərbaycan dilində tez b ir vaxtda nəĢ riyyat iĢinin
qaydaya salınmasın ı sürətləndirmə k üçün zə ruri bir vasitə id i.
S.Ağamalıoğlu yeni əlifbanın həyata keçirilməsindən bəhs edərək qeyd
edirdi: "Artıq Azərbaycanın təcrübəsi göstərdi ki, latın əsasında əlifba fəhlə və
kəndlilər, geniĢ zəh mətkeĢ kütlələr içərisində necə böyük həyati qiy mət kəsb
edir, onlar ö z yeni əlifbasına necə məhəbbətlə münasibət bəsləyirlər. Əgər əhali
bu yeni əlifbanın mənimsənilməsində böyük rahatlıq və vaxta böyük qənaət əldə
etməsəydi, bütün bunlar baĢ verə bilməzdi"
52
.
Yeni əlifbanın Azərbaycanda ilkin tətbiq olunması xəbəri onun
sərhədlərindən kənara çıxd ı. Yen i əlifbaya keçilməsi hərəkatı Türkiyədə də
baĢlandı. 1928-ci ilin əvvəlində "ƏĢ-ġura" qəzeti xəbər verird i ki, Türkiyə
ictimaiyyətinin səlahiyyətli nümayəndələrinin Ġstanbulda keçirilən konfransı
qərara almıĢdı ki, "türk dili latın əlifbasından istifadə etməlid ir"
53
. Həmin ilin
iyununda məclisin sessiyası yeni əlifbaya keçilməsini hazırla maq üçün xüsusi
ko missiya ayırdı, payızda isə Türkiyə latın əlifbasına keçdi
54
. Hətta o zaman
Ġranda çıxan "Aftabi-ġərq" ("ġərqin GünəĢi") qəzeti Azərbaycanda latın
əlifbasının uğurlarına istinadən Ġranda da əlifba islahatın ın zəruriliyin i qeyd
etmiĢdi
55
. Hətta "Foruad" Hindistan qəzeti latın əlifbası xeyrinə baĢlayan hərəkat
haqqında 1927-ci ildə yazırd ı ki, "bütün dünya həyəcandadır, burada gizli
qüvvələr gəziĢirlər və parçalamaqla hədələyirlər. SSRĠ bu musiq iyə yeni not
verdi"
56
.
Müsəlman ölkələrində latın qrafıkasına keçilməsi uğrunda geniĢ hərəkat
Qərb ölkələrinin də d iqqətini cəlb etmiĢdi. Ġngiltərə Müstəmləkələr Nazirliyinin
orqanı həftəlik "Nir-Ġst" ("Yaxın ġərq") müsəlman ların dini hisslərinə to xunan
286
yazılar dərc edird i
57
. "Taym of Ġndia" qəzeti Türkiyədə yeni əlifbaya keçilməsi
uğrunda hərəkatın baĢlanması ilə əlaqədar çaĢqınlıqla bəyan etmiĢdi: "Mollala rın
kafirlərin bu sonuncu küfrünə qarĢı çıxma ma ları bizi həddən artıq
təəccübləndirir"
58
.
Vahid Ģəklə salın mıĢ latın əlifbası Azərbaycanda 1932-ci ilin iyununda
qəbul edildi. Ancaq 30-cu illərin əvvəllərində diqqətlə hazırlan mıĢ və bir çox
cəhətdən təkmilləĢdirilərək vahid Ģəklə salın mıĢ latın əlifbası təəssüf ki, u zun
müddət davam etmədi. Artıq 30-cu illərin ortalarında Mərkəzin xüsusi müĢavirə
çağırıb təkidli diktəsi əsasında, Ġttifaqın latın əlifbasını qəbul etmiĢ digər
respublika və vilayətlərində olduğu kimi, Azərbaycanda da rus -kiril yazı
qrafikasına keçilməsi uğrunda "hərəkat" baĢlandı. Rus qrafikasına keçilməsinə
heç bir zəruriyyət yox idi, ancaq o, "hakim Ģovinist iddiasından doğan", əslində
məcburi tədbir id i.
Unitar sosialist dövlətində mü xtəlif millətlər arasında əməkdaĢlığın
möhkəmlən məsi və inkiĢafında hakim rus dili və əlifbasının mühü m ünsiyyət
vasitəsi olması kimi obyektiv fakt tam inkar edilməzdir. Artıq o zaman Sovet
Ġttifaqı xalqları içərisində rus dilini öyrən məyə, rus mədəniyyətinə yiyələn məyə
güclənən meylin nəzərə çarp ması təəccüblü deyildi. Ancaq, təəssüf ki, bu
obyektiv prosesdən "böyük Ģovinist millətçilik" tərəfdarları milli dillərin inkiĢafı
mənafey inə zidd ruslaĢdırma siyasəti vasitəsi kimi istifadə edird ilər. Hətta 1938-
ci ilin ma rtında ÜĠK(b)P və SSRĠ XKS qeyri-rus mə ktəblərində rus dilini icbari
qaydada öyrənmək haqqında xüsusi qərar qəbul etmiĢdi
59
.
Azərbaycan SSR Ali Sovetinin növbəti sessiyası 1939-cu ilin iyulunda
latın əlifbasının kirillə əvəz edilməsi haqqında qanun qəbul etdikdən sonra (bu
qanun 1940-c ı il yanvarın 1-dən qüvvəyə mindi) rus dilin in fəa liyyət dairəsi daha
da geniĢləndi. Belə liklə, tarixən qısa bir za manda Azərbaycanda iki dəfə əlifba
dəyiĢildi.
Sonrakı illərdə A zərbaycan yazısı rus qrafıkası məcrasında in kiĢaf etdi.
Bu, mürəkkəb mah iyyətli, ço xcəhətli proses idi. Onu da inkar etmək olmaz ki,
yeni əlifba vasitəsilə rus dilinə, rus mədəniyyətinə, onun elmi potensialına, elmi-
texn iki fikirlə rinə yol aç mıĢdı. Bu ə lifba ilə ana dilimizdə elm və mədəniyyətin
bütün sahələrinə aid Azərbaycan xalqının mədəni irs xəzinəsinə daxil olan geniĢ
sahəli elmi, texniki, müasir bədii ədəbiyyat xəzinəsi yaradılmıĢdır. Kiril əlifbası
əsasında Azərbaycan yazısının inkiĢaf prosesi xalqı ö z doğ ma dili, tarixi kökləri
və milli dəyərlərindən ayıra bilmədi.
Mədəni-maarif iĢi. Respublikada mədəni həyatının yeniləĢməsi
prosesində mədəni-maarif müəssisələri, ələlxüsus klublar mühü m rol oynadılar.
ġəhər və kəndlərdə fəhlə, kəndli və qadın klublarının Ģəbəkəsi ildən-ilə
geniĢlənirdi, 1932-ci ildə onların sayı 228-ə çatmıĢdı
60
. Mədəni-maarif
287
sistemində mü xtəlif dərnək və studiyalar fəaliyyət göstərir, ölkənin daxili və
beynəlxalq vəziyyətinə dair mühazirə və söhbətlər keçirilir, qəzetlər buraxılır,
klub üzv lərinin iĢtirakı ilə konsert, görüĢ və gecələr təĢkil edilird i
61
. Onlar
insanların həyatını böyük əhatə dairəsinə salıb ideologiyalaĢdırmaq üçün
düĢünülmüĢ mərkəzlər id i.
30-cu illərdə Ba kıda və Azə rbaycanın digər sənaye mə rkə zlərində yeni
klub müəssisələri – mədəniyyət saraylarının yarad ılmasına baĢlandı. Təkcə 1932-
ci ildə Bakı və onun rayonlarında altı mədəniyyət sarayı fəaliyyət göstərir
62
,
kütlələrin yarad ıcılıq özfəaliyyətinin inkiĢafında mühü m ro l oynayırdı.
Kənddə də mədəni-siyasi iĢ inkiĢaf edirdi, yo xsul və ortabab kütlələrin
mədəni və siyasi fəallıq mərkəzi o zaman qiraət ko maları id i
63
. Kəndlilər
mədəniyyətə getdikcə artan meyil göstərib, mədəni-maarif müəssisələrinin iĢində
fəal iĢtirak edərək, hətta öz xərclərinə Ġkinci beĢilliy in əvvəllərinə 500-ə qədər
qiraət ko ması tikmiĢdilər
64
.
Azərbaycan kəndində "qırmızı guĢələr" və "kəndli qadın guĢələri",
yaylaqlarda isə "qırmızı çad ırlar" fəaliyyət göstərirdi. Respublika fəhlələrinin
kö məyi ilə MTS siyasi Ģöbələri nəzdində nümunəvi qiraət ko maları yaradılırd ı.
Təkcə 1933-cü ildə Bakının sənaye müəssisələrinin həmkarlar təĢkilatları
hamilik etdiklərı MTS və kolxo zlarda 124 qırmızı guĢə, qiraət koması və radio
nöqtəsi təĢkil etmiĢ, Bakıdan kolxo zlara 19 bədii təbliğat briqadası
göndərmiĢdi
65
.1934-cü
ildə leytenant ġmidt adına (indiki Səttarxan)
maĢınqayırma zavodunun fəhlə və mühəndis -texniki iĢçiləri (MTĠ) Rakı və
Gəncənin bütün müəssisələrinə "kənddə mədəniyyət uğrunda mübarizən i daha
yaxĢı təĢkil etməkdə doğma kolxo z kəndimizə kö mək etmək" çağırıĢı ilə
müraciət etdi. ġmidtçilər konkret öhdəliklər götürərək, ö z sexlərində
kolxo zçu ların məiĢətdə iĢlətdikləri zəruri əĢyaları düzəltməyi, qiraət ko maları və
klublar təĢkil etməyi qərara ald ılar. Klub müəssisələrinin sayı 1930-cu illərin
sonlarında 1633-ə çat mıĢdı və fəhlə lərə mədəni xid mət sahəsində böyük iĢ
görürdü. Fəhlələ r onlarda kı dərnəklərdə te xn iki və istehsalat yeniliklə rinə
yiyələnird ilər
66
. 1938-ci ildə Ə.Bayra mov adına mərkə zi qadın klubunun köməyi
sayəsində yeni qadın klubları, o cümlədən Naxçıvan mərkəzi qadın klubu
açılmıĢdı
67
.
Mədəni-kütləvi və siyasi maarif iĢində kitab xanalar mühüm ro l
oynayırdılar. 1932-1933-cü illərdə respublikada 135 kitab xana fəaliyyət
göstərirdi
68
. Fəhlələr içərisində texn iki-istehsalat ədəbiyyatının təbliği ilə məĢğul
olan xüsusi həmkarlar kitabxanaları mühü m əhəmiyyət kəsb edirdi.
Həmkarlar Ġttifaqları kənd yerlərində də kitabxanaların təĢkilinə ciddi
kö mək göstərirdilər. 1933-cü il aprelin 23-də AHĠġ MTS və sov xozlarda
müstəqil və səyyar kitabxanaların yaradılması haqqın da xüsusi qərar qəbul
288
etmiĢdi
69
. Azərbaycan XKS və MĠK-in kitab xana iĢi haqqında 1935-ci il 4 iyun
tarixli qərarı əsasında isə bütün respublikada geniĢ kitab xana Ģəbəkəsinin
yaradılmasına baĢlandı.
Bu illərdə Ģəhər və həmkarlar kitab xanalarının kənd kitab xanalarına
kö məyi və himayəsi daha da gücləndi. 1935-ci ildə həmkarlar kitab xanalan öz
fondlarından 40 min nüsxə kitab ayıraraq kənd kitab xan alarına göndərdilər,
həmçinin kolxo zlarda 35 qırmızı guĢə və səkkiz kitab xana yaratdılar
70
.
Kəndə mədəni yard ımın artmasını, kənddə mədəni-maarif obyektlərinin
təĢkilinin vacibliyini nəzərə alaraq 1936-cı ildə partiya "Kənddə siyasi-maarif iĢi
haqqında"
71
qərar qəbul etdi. Bu qərarın respublika kənd əhalisinə mədəni
xid mətin daha da canlanmasında mühü m əhəmiyyəti oldu.
1940-c ı ildə A zərbaycanda 2613 min nüs xə kitab fondu olan 1838
kitab xana var idi. M.F.A xundov adına Azərbaycan Dövlət ümumi kitab xanası on
böyük kitab xə zinəsi oldu.
Bu illərdə mu zey lərin də fəaliyyəti geniĢlənməyə baĢladı 1940-cı ildə
onların sayı 22-yə çatmıĢdı, 1937-ci ilin sonuna muzeylərə gələn lərin sayı 121
min nəfər idisə, 1940-cı ilədək onların sayı 3,8 dəfə artmıĢdı
72
.
Mətbuat və radi onun inkiĢafı. NəĢriyyat iĢi. Həyatın siyasiləĢməsi,
insanların ictimai fəaliyyətinin ideologiyalaĢdırılması prosesində partiya
mətbuat, radio vasitələri və nəĢriyyata ciddi nəzarət edirdi. Müstəqil Azərbaycan
partiya nəĢriyyatı yaranmıĢdı. 1934-cü ildə R.A xundovun redaktəsi ilə
V.Ġ.Lenin in altıcildlik seçilmiĢ əsərlərin in Azərbaycan dilində nəĢri baĢa çatdı.
1933-1940-c ı illərdə Azərbaycan dilində Marks və Engelsin 23 əsəri,
V.Ġ.Lenin in isə 77 əsəri böyük tirajla nəĢr olun muĢdu.
1933-1934-cü illə rdə Ba kıda güclü mətbəəsi olan "Mətbuat sarayı",
rayonlarda isə altı mətbəə fəaliyyət göstərirdi.
Qəzetlər rəs mi dövlət siyasətinin "marksist-leninçi ideyaların"
yayılması, "yeni insanların - sosializm qurucuların ın" formalaĢ ması üçün güclü
partiya silahı idi. Bu illərdə A zərbaycanda yeni qəzetlər - " VıĢka" (1928), "Xəzər
bolĢeviki" (1930), həmçin in "Müəllimə kö mək" jurnalı nəĢr olun mağa baĢladı.
1939-cu ildə Azə rbaycan dilində 80-dən art ıq qəzet çıxırdı. Bir ço x müəssisə,
kolxo z və sovxozların çoxtirajlı qəzetləri var idi. Kənd əhalisinə xid mət göstərən
rayon qəzetlərinin də sayı artmıĢdı. 1937-ci ildə 834 min nüsxə tirajla 45 jurnal
çıxırd ı
73
. Fəhlə-kəndli mü xb irləri hərə katı 1934-cü ildə 18 min nəfəri əhatə
edirdi.
Azərbaycanda iyirmi rayonu əhatə edən radiolaĢdırma xalq ın həyatında
yeni hadisə oldu. 1940-cı ilin a xırlarında Azərbaycanda yüz minə ya xın radio
nöqtəsi var idi
74
.
289
Radio zəh mətkeĢlərin həyat və məiĢətinə daxil oldu, kütləvi təbliğat və
təĢviqat, siyasi informasiya vasitəsi, siyasi tərbiyə aləti oldu.
Qadı n
hərəkatı.
Yeni cəmiyyət quruculuğunda Azərbaycan
qadınların ın hərəkatı ictimai-siyasi və iqtisadi həyata qovuĢması ildən-ilə
güclənirdi. On ların faktiki hüquq bərabərliy inə nail olmasında mühüm addımlar
atılırd ı. 1928/29-cu ildə respublika sənayesində iĢləyən azərbaycanlı qadının sayı
artıq 870 nəfərə çatmıĢdı I 1930-cu ildə tək A zərneft müəssisələrində bilavasitə
istehsalatda 3934 iĢçi çalıĢırd ı. 900 nəfərədək qadın dəmir yolunda, 3800
Nəfərdən artıq isə Azərbaycan tikiĢ fabriklərində iĢləyirdi. Ə. Bayramov adına
klubun nəzdində qadın əməyin in istehsalata tətbiqi üçün təĢkil olun muĢ tikiĢ
arteli böyüyüb 1500 nəfərədək qadın iĢləyən mexan ikləĢdirilmiĢ fabrikə
çevrilmiĢdi
76
. Ümu miyyətlə, 1932-ci ilin sonuna yaxın respublikada istehsalatda
çalıĢan qadınların sayı 23412 nəfər idi
77
.
Kolxo zların ictima i təsərrüfat bölməsində də qadınların istehsalata cəlb
edilməsi geniĢlənird i. 1930-cu ildə kolxozlarda iĢləyən qadınların ü mu mi sayı 37
faiz
78
, 1933-cü ildə respublika xa lq təsərrüfatında çalıĢan qadınların ü mu mi sayı
isə 24 faiz id i
79
. Qadınlardan sənayedə iĢləyə bilən ixtisaslı kadrlar hazırlamaq
məqsədilə Sənaye Akademiyasına qadınların qəbulu geniĢləndirildi. 1930-cu ildə
təĢkil olun muĢ Bakı Sənaye Akademiyasının məzunları içərisində Fatma
Kərimova, Qəmər Rəhimova, Nadejda Dedulina, Kubra Mah mudova, Aliya
ġərəfutdinova, Rəmziyə Əlizadə və baĢqaları kimi ləyaqətli istehsalat
ko mandirləri var id i.
Əməkçi qadın ların dövlət idarəçiliyinə cəlb edilməsi yollarından biri
onların sovetlərin iĢində iĢtirakı idi. Bu iĢ ço xlu formal, rəs miyyətçi cəhətlərinə
baxmayaraq qadınların siyasi Ģüurunun yüksəlməsinə, sovet iĢçi kadrları kimi
formalaĢmasına kö mək ed ird i.
Qadınların sovet iĢində iĢtirakına mühafizəkar ünsürlərin güclü
müqavimətinə baxmayaraq, seçkiqabağı kampaniyalarda onların fəallığ ı ildən-ilə
artırd ı. Bu, xüsusilə Nu xa, Göyçay və Quba qəza larının kəndlərində daha çox
nəzərə çarpırdı
80
. Fəal qadınlardan sovet aparatı iĢçiləri formalaĢır, onların bir
çoxu kənd soveti sədri seçilird ilər. Məsələn, təkcə 1929-cu ildə seçilmiĢ 1100
nəfər kənd soveti sədrindən 116-sı qadın id i. Sovetlərin üzvü olan qadın kadr lar
haqqında 1930-cu ilin martında SSRĠ MĠK-in qəbul etdiyi xüsusi qərarı bu iĢdə
mühü m rol oynadı. Qərarda qadınların sovetlərdə rəhbər iĢə irəli çəkilməsin in
zəruriliyi qeyd olunmuĢdu
81
. Artıq 1931-ci ildə sovetlərə 10360 qadın
seçilmiĢdi. On ların 6993 nəfəri azərbaycanlı idi
82
. Azərbaycan SSR sovetlərə
seçilmiĢ qadınların sayına görə o dövrdə digər müttəfiq respublikalar içərisində
üçüncü yeri tuturdu
83
.
290
Qadın klubları onların dövlət və ictimai iĢlərdə fəal iĢtirakını təmin
etməyə Ģərait yaratmaq məqsədilə əmək və məiĢ ət komissiyaları vasitəsilə bir sıra
qanunvericilik, iqtisadi və mədəni xarakterli tədbirlər keçirirdilər. Respublikada
azərbaycanlı qadınların özlərinin təĢəbbüsü ilə çadranı atmaq uğrunda hərəkat
geniĢlənməyə baĢladı. Bu hərəkat əhalinin qabaqcıl hissəsi tərəfindən müdafıə edilirdi.
Səciyyəvi haldır ki, 1928-ci ilin oktyabrında toxucuların konfransında çıxıĢ edən
nümayəndə - Nadir qızı Gülcə demiĢdi; "Mən çoxdan çadranı atmaq istəyirdim,
ancaq qorxurdum. Mən bunu bütün həyatım boyu arzulamıĢam, ancaq indi qərara
almıĢam and içirəm, b ir daha onu geyməyəcəyəm"
84
.
Bu Ģəraitdə C.Cabbarlının "Sevil" əsəri də az iĢ görmür, teatrların
repertuarından düĢmürdü, hətta film çəkilirdi. 1928-ci ilin oktyabrında Bakıda çadra
məsələsinə həsr edilən yığıncaqda Azərbaycan SSR MĠK-dən xahiĢ edilirdi ki,
qadınların çadra örtməsini qadağan edən dekret versin. Ümumilikdə respublikada çadra
əleyhinə aparılan mübarizə nəticəsində 1928-ci ildə 12573 nəfər, 1929-cu ildə isə
20387 nəfər qadın çadradan imtina etmiĢdi
85
.
Azərbaycanın ucqar kəndlərində çadranı atmaq hərəkatı ciddi maneələr,
hədələr, hətta cəza və ölümlə qarĢılanırdı. Ġrticaçı qüvvələr əhalinin geridə qalmıĢ
təbəqələrinin mövhumatçılığından istifadə edərək, onları qabaqcıl qadınları
öldürməyə təhrik edirdilər. 1930-cu ilin yanvarında Ə.Bayramov adına klubun tikiĢ
fabrikinin iĢçisi Səriyyə Xəlilova mövhumatçı atasının əli ilə öldürüldü. S.Xəlilovanın
dəfn mərasimi qadınların köhnə, patriarxal-mövhumatçı məiĢətinin dayaqlarına qarĢı
ciddi etiraz nümayiĢinə çevrildi. S.Xəlilovanın öldürülməsi Azərbaycanın bütün
əməkçi kütlələrini ayağa qaldırdı. Fabrik, zavod, kolxoz və sovxozlarda iĢçi və kəndli
qadınlar S.Xəlilovanın öldürülməsi münasibətilə dərin hiddətlərini bildirir və öz
hüquqları uğrunda daha inadla mübarizə aparacaqlarına and içirdilər. Bu cür
vəziyyətin səbəblərindən biri "çadranı atmaq kampaniyası" zamanı yol verilmiĢ
kobud səhvlər idi. 1929-cu ilin fevralında Azərbaycan partiya rəhbərliyi çadra
geyinməyi qadağan edən dekret hazırlamaq niyyətində idi
86
. Köhnəliyin hələ güclü
olduğu Azərbaycanda belə dekretin nəĢri ağır nəticələrə gətirib çıxara bilərdi.
ÜĠK(b)P MK 1929-cu ildə Azərbaycanda qadınlarla aparılan iĢlə tanıĢ olaraq, çadra
kampaniyasında kobud, inzibatı metodlara yol verildiyini pislədi, gələcəkdə belə
səhvləri buraxmamağı tapĢırıb qeyd etdi ki, ancaq inandırma metodu və azərbaycanlı
qadınların həqiqətən azad olması üçün bütün zəruri Ģəraiti yarat maqla bu iĢdə
uğur qazanmaq o lar.
Azərbaycan MĠK yanında azərbaycanlı qadınların azad edilməsi üzrə
komissiya dövlət büdcəsindən Bakı Ģəhəri və qəzalarda uĢaq bağçalarına vəsait
artırılması, tikiĢ, corab, həmçinin nümunəvi quĢçuluq artellərinin, uĢaq
meydançalarının təĢkili ilə bağlı daim tədbirlə r keçirirdi
88
.
291
1930-cu ilin fevralında SSRĠ MĠK Rəyas ət Heyəti qadınların sosial
müdafiəsi tədbirlərini gücləndirmək barədə qərar verdi
89
. Bunun ardınca
Zaqafqaziya MĠK Rəyasət Heyəti həmin il martın 10-da qəbul etdiyi qərarla
ZSFSR-ə da xil olan respublikaların MĠK-lərin qadınları öldürənlərə qarĢı, əgər
öldürmənin köləlikdən azadolma zəminində baĢ verdiyi dəqiq təsdiq olunardısa,
"Dövləti cinayətlər haqqında Əsasnamə"nin 8-ci maddəsini (bu maddəyə görə
qadınların öldürülməsi əksinqilabi akta bərabər tutulurdu) tətbiq etməyi tövsiyə
etdi
90
.
Qadınların respublikada ictimai-siyasi və iqtisadi həyata cəlb olunmasında
"ġərq qadını" jurnalının böyük rolu olmuĢdu. Bu mətbuat orqanı öz ətrafına bütün
savadlı, oxumuĢ, mübariz qadınları toplamıĢ, qadın publisistlərin, Ģair və yazıçıların
yetiĢməsi üçün bir məktəb rolunu oynamıĢdı. Elmə, mədəniyyətə, incəsənətə,
təbabətə marağı olan qadınların, qızların ilk məqalələri bu jurnalın səhifələrində dərc
edilmiĢdi. Azərbaycanın ilk yazıçı və jurnalist qadınları ilə bərabər, görkəmli bədii
söz ustalarının - C.Məmmədquluzadə, S.S.Axundov, A.ġaiq, S.Hüseyn,
Y.V.Çəmənzəminli, T.ġahbazi, H.Cavid, Qantəmir, B.Talıblı, H.Nəzərli və baĢqa
yazıçıların öz hüquqları uğrunda mübarizəyə qoĢuları qadınların həyatlarına həsr
etdikləri hekayə və Ģeirləri də jurnalda tez-tez çap olunurdu.
Ġyirminci illərin sonları və otuzuncu illərin əvvəllərində "ġərq qadını"
jurnalının mövzu dairəsi daha da geniĢlənirdi. Jurnalın kənd mü xbirindən redaktoru
səviyyəsinə yüksəlmiĢ Gülarə Göylü qızı "ġərq qadını yeni vəzifələr qarĢısında"
adlı məqaləsində qadınların çadradan xilas olması, savadlanması üçün jurnalın böyük
xidmətlərini vurğulayaraq yazırdı ki, indi qarĢıda yeni vəzifələr durur. Ġstehsalatda
qadınların rolunun artması, ictimai-siyasi həyatda fəallaĢması və onların irəli
çəkilməsi, yeni uĢaq bağçaları, körpələr evlərinin təĢkili, qadınların mədəni-məiĢət
iĢi və həyat Ģəraitinin yaxĢılaĢdırılması və baĢqa problemlərin həlli jurnalın əsas
məqsədi olmalıdır.
"ġərq qadını" 1938-ci il fevral ayından baĢlayaraq "Azərbaycan qadını" adı
ilə nəĢr olunmağa baĢladı. Repressiya nəticəsində həbs edilib sürgünə göndərilmiĢ
görkəmli ictimai xadim, alovlu publisist Gülarə Göylü qızından sonra 1940-cı illərdə
o zaman hələ lazımı qədər bilik və təcrübəsi olmayan Zəhra Səlimova, Barat
Kərimova Züleyxa Əliyeva jurnalın redaktoru təyin edildilər. Jurnalın bir çox mü xbir
və yazı müəllifləri həbs olundular və o, böhran vəziyyətinə düĢdü
91
.
Klara Setkin Sovet ġərq respublikalarının qadınlarını azadlıq uğrunda
geniĢ hərəkata baĢlamaları ilə əlaqədar salamlayaraq yazırdı: "Biz Sizinlə birlikdə
hiss edirik, Sizin mübarizəniz necə ağırdır və Sizə necə böyük qurbanlar vermək
lazım gəlir. Ancaq, biz görürük ki, Sizin azadlıq və iradəniz və sizin bəĢəriyyətin
azad və mədəni nümayəndələrini tərbiyə etmək cəhdiniz bütün düĢmən səylərindən
güclüdür. Biz inanırıq ki, siz qalib gələcəksiniz"
92
.
292
Beləliklə, bu dövrdə Azərbaycanda qadınların bəĢəri, hüquqi azad
olunması, onların ictimai-siyasi, iqtisadi və mədəni həyata cəlb edilməsi yolunda
mühüm addımlar atılarkən qadın probleminin həllində, o cümlədən qadın
əməyindən istifadə olunmasında tələskənliyə, əyintilərə, bayağılığa yol verilir,
ənənəvi dini mənəviyyatla ĢərtləĢən, islam mədəniyyətindən doğan milli
xüsusiyyətlər, əsrlərdən qalmıĢ və yaĢamaqda olan, adət-ənənə, milli-əxlaqi irs
nəzərə alın mırdı.
Dinə münasibət. 20-ci illərin sonları və 30-cu illərin əvvəllərində, bütün
sovet ölkəsinin hər yerində olduğu kimi, Azərbaycanda da din üzərinə açıq hücum
baĢlanmıĢdı. Ġllər keçdikcə dinlə mübarizə daha geniĢ vüsət alırdı. 1928-ci ilin
oktyabrında AK(b)P Bakı ġəhər Komitəsi plenumunda AK(b)P MK katibi Y.
Qasımov çıxıĢ edərək demiĢdi: "Bakı ruhaniləri o qədər həyasızlaĢmıĢlar ki, internatı
olan ruhani məktəbi açmağa cürət etmiĢlər"
93
. Belə ki, ibadət tikililərinin alın ması
üzrə irimiqyaslı kampaniya baĢlandı. 1928-cı ilin dekabrında AK(b)P MK Rəyasət
Heyətinin iclasında "Kəndlilərə mədəni ehtiyacları üçün verilmiĢ məscidlər
haqqında" məsələyə baxıldı, bir sıra məscidlərin mədəni-maarif müəssisələri kimi
kəndlilərə verilməsi bəyənildi. Artıq 1929-cu ilin fevralında Naxçıvan MĠK-i və
XKS-nin kommunist fraksiyalarında, AK(b)P MK-da olduğu kimi, bu adda məsələni
müzakirə etdilər. Müxtəlif idarələrə əmrlər, habelə "...lövhələr sifariĢ etmək
(məscidlərə Azərbaycan (türk), kilsələrə rus və erməni dillərində), məscidlərdən
"minbərləri" və kilsələrdən "xaçları" çıxarmaq, ağartmaq və içərinin hissə-hissə
təchizatına baĢlamaq" üçün əmr verildi
94
. Bütün Ġttifaqda olduğu kimi,
Azərbaycanda da məscid, kilsə və sinaqoqların kütləvi bağlanmasına, din
xadimlərinin təqib olunmasına baĢlandı. Quran zərərli bir kitab kimi qadağan
edildi. A zərbaycan qəzalarında elə bir məscid qalmadı ki, ya dağıdılmasın, ya da
anbara, kluba, kitabxanaya çevrilməsin. Quba qəzasında 1928-c i il dekabrın 15-dən
1929-cu il yanvarın 6-dək - 22 gün ərzində 18 məscid anbara və mədəni-maa rif
idarələri binasına çevrilmiĢdi
95
.
Ümu milikdə təkcə 1929-cu ildə Azərbaycan qəzalarında 120 məscid
binası zəbt edilib məktəb üçün istifadəyə verilmiĢdi
96.
Bütün Azərbaycanda 1929-cu ildə seçki kampaniyası vaxtında 400 məscid
bağlanmıĢdı
97
. Hələ vaxtilə Azərbaycan AK(b) P-nin II qurultayında N.Nərimanov
öz çıxıĢında qeyd edirdi: "Bizdə elə müsəlman kommunistləri var ki, kəndə girən
kimi adamları məsciddən qovur və deyir ki, məscidləri bağlayın. Bu faktdır və belə
kommunistlər öz əməlləri ilə fəxr edirlər ki, guya böyük iĢ görürlər. Onlar elə
güman edir ki, bizim inqilabımızı geniĢləndirir və möhkəmləndirirlər. Mən
belələrini əksinqilabçı ad landırıra m, çünki bunlar bizim iĢlərimizi korlayırlar
98
.
Məscid və kilsələrin bağlanması və onların məktəb üçün uyğunlaĢdırılması
əksər hallarda ruhanilərin, dini ideologiyanın res publika əhalisi arasında olan
293
nüfuzunu qırmağa çalıĢan yerli partiya təĢkilatlarının rəhbərliyi altında aparılır,
onların bəziləri daha çox kilsə və məscid bağlamaq üçün sosializm yarıĢı
metodlarından istifadə edirdilər. Bir sıra qəza yerlərində bəzi məscid və kilsələr
inzibati qaydada mədəniyyət müəssisələri üçün alınmıĢdı. Bu sahədə inzibati-
amirlik o dərəcəyə çatmıĢdı ki, "kollektiv ləĢmə" ilə eyni zamanda ictimai-siyasi
vəziyyətin kəskinləĢdiyini nəzərə alan AK (b) P IX qurultayı (1929-cu ilin martı)
bu iĢdə əyintilərə yol verildiyini göstərmiĢ və bu cür məsələləri müstəsna olaraq
könüllülük əsasında həll etmək barəsində xəbərdarlıq etmiĢdi
99
. Bu xəbərdarlığa
baxmayaraq, yenə də dinə qarĢı fəaliyyətlərdə ciddi təhriflər, yolverilməz hadisələr
baĢ verirdi: zor iĢlədilməsi, ko msomolçuların mollalara hücum etməsi və onları
döyməsi; məscid və kilsələrə basqın edilməsi; məscid xadimlərinin təhqir olunması
və s. bu kimi hadisələr.
Bununla belə, partiya öz ateist mövqeyinə sadiq qalaraq, hər vəchlə dinin
rol və əhəmiyyətini ictimaiyyətin gözündən salmaq üçün müxtəlif vasitələrdən
istifadə edirdi. Bakıda din tarixi və ateizm mu zeyi yaratmaqda məqsəd dinin tarixini
öyrənmək, tədqiq etmək əsasında onun əleyhinə təbliğat kampaniyası aparmaq,
"mürtəce" rolunu göstərən materiallarla onu geniĢ xalq kütləsi qarĢısında ifĢa etmək
idi
100
. 1938-ci ildə muzeyə 38 min nəfərə qədər ekskursant gəlmiĢdi
101
. Belə bir
muzeyin Gəncədə də açılması planlaĢdırılmıĢdı. Hətta "Kommunist" qəzeti yazırdı
ki, "Rusiyada olduğu kimi, Azərbaycanın da milli və dini bayramları ləğv etmək və
onları inqilabi bayramlarla əvəz etmək lazımdır!"
102
. Din pərdəsi altında bu illərdə
xalqın yaddaĢında kök salmıĢ Novruz bayramı da yasaq edildi. Amma buna
baxmayaraq, xalq bu bayramı qoruyub saxlaya bildi.
1929-cu ildən baĢlayaraq dinə qarĢı mübarizə daha da qüvvətləndi.
Mərkəzdə və rayonlarda "Allahsızlar cə miyyəti"nin iĢini daha da sürətlə
gücləndirmək məqsədilə xüsusi plenum çağırıldı. Azərbaycan K(b)P 1929-cu il
aprel plenumu dinə qarĢı mübarizə, çadranın və papağın atılması ilə bağlı məsələni
müzakirə etdi
103
. Plenumda göstərildi ki, din lə mübarizə iĢlərin i qü vvətləndirmə k
üçün "Allahsızlar cəmiyyəti"nin iĢi canlandırılmalıdır. Onun qərarında deyilirdi:
"Allahsızlar ittifaqının iĢi gücləndirilsin. Azərbaycan dilində din əleyhinə müntəzəm
iĢi qaydaya salmaq və geniĢləndirmək, kəndlərdə qabaqcıl ictimaiyyəti, kolxozçu,
komsomolçu və baĢqalarından ibarət cəmiyyət özəkləri təĢkil etmək lazımdır"
104
.
Bir qədər sonra "Allahsızlar cəmiyyəti" "Mübariz Allahsızlar ittifaqına"
çevrildi. Hətta kənddə "sinfi düĢmənə qarĢı mübarizə' "çadraya qarĢı mübarizə" ilə
eyniləĢdirilir və onlara qarĢı birgə mübarizə aparmaq təklif o lunurdu.
GeniĢ oxucu kütləsinin "Molla Nəsrəddin" adı ilə tanıdığı jurnalın adını
dəyiĢdirib "Allahsız" qoymaq istəyirdilər. Aprel plenumunun qərarında "Molla
Nəsrəddin" jurnalı haqqında yazılmıĢdı: "Molla Nəsrəddin" jurnalı din əleyhinə
oxunaqlı, kütləvi, ucuz jurnal kimi yenidən təĢkil edilsin"
105
. Buna etiraz edən
294
Mirzə Cəlil MK katibliyinə yazdığı məktubda jurnalın "Allahsız" adlandırılmasına
etiraz edir və xahiĢ edirdi ki, onun keçmiĢ xidmətlərini nəzərə alaraq jurnalın
davamına icazə versinlər
106
.
Plenu m sənət adamlarının qarĢısında belə b ir məsələ qoyurdu ki, onlar
öz yaradıcılıqlarında dinin tənqidinə geniĢ yer versinlər. Hələ 1925-ci ildə çəkilən
"Bismillah" filmi ən yaxĢı əsər kimi bu illərdə təbliğ edilirdi. Bu çağırıĢa cavab
olaraq mətbuatda dini atəĢə tutan Ģeirlər də dərc o lunurdu.
1929-1937-ci illərdə respublikada bağlanmıĢ külli miqdarda məscid, kilsə
və s. dini obyektlərin tikililəri əksər hallarda məktəb, klub və ya anbar kimi istifadə
edilirdi. 30-cu illərin sonlarında Azərbaycanda 20 məscid formal fəaliyyət göstərirdi
ki, onların bəziləri müharibədən sonrakı illərdə də aç ıq id i.
Bu illərdə Bakıda Bib iheybət məscidi və Əmircanda ġəmsi Əsədullayev
məscidi, müsəlmanların etiqad etdiyi onlarla sitayiĢ yerləri və pirlər, Ağ Ģəhərdə
ġibayev kilsəsi və Serkovnı küçədə (indiki Vidadi küçəsi) donanma kilsəsi,
müqəddəs Məryəm katolik kostyolu, bir çox baĢqa məbədlər bağlanmıĢ, Suraxanı
atəĢgah məbədi baxıms ız qalmıĢdı
107.
Əsrin əvvəllərində açılmıĢ və həm də müsəlman neft maqnatlarının pulu
ilə tikilmiĢ Aleksandr Nevski soboru - 35 il "Təzə pir" məscidi ilə dinc-yanaĢı
fəaliyyət göstərən "Qızıllı kilsə" 1935-ci ildə dağıdılaraq, din üzərinə total
basqının qurbanı olmuĢdu.
ġərqdə məĢhur olan Bibiheybət məscidinin taleyi də acınacaqlı idi. Bu
əzəmətli dini tikili hələ on doqquzuncu əsrin ortalarında inĢa edilmiĢdi və
səkkizinci Ģiə imamı Həzrəti Rzanın bacısının qəbri burada olduğundan dindarlar
ona xüsusi ehtiram bəsləyirdilər. Baharda və payızın əvvəllərində bütün Qafqazdan
buraya çoxlu zəvvar gəlirdi. Bu Ġslam ocağı və ġərq memarlığının incilərindən biri
1936-cı ildə Bağırovun göstəriĢi ilə partladılmıĢdı
108
.
Məscid və kilsələrin bağlanması, dini tikililərin sökülməsi ilə eyni
zamanda ruhanilər də ağır təqiblərə məruz qalırdılar. 1936-cı illə müqayisədə 1937-
ci ildə bütün respublika ü zrə ―əksinqilabi" hərəkatlarda ittihamla həbs edilənlərin
sayı artmıĢdı.
Azərbaycanda repressiyaların ən q ızğ ın dövrü 1937-1938-c i illə rə
təsadüf edir. Azərbaycan keçmiĢ tttifaqın o biri respublikalarından daha çox zə rər
çəkmiĢdi. 1934-1938-ci illərdə A zərbaycanda nəfər repressiyaya məru z
qalmıĢdı ki, onların arasında din xad imləri də az deyild i
109
. Repressiyaya məru z
qalanlar və güllənənlər arasın da Quranı Azərbaycan dilinə ilk tərcü mə
edənlərdən biri, 83 yaĢlı Bakı qazısı Mir Məhəmməd Kərimağa da var id i
110
O,
Nargin adasında qətlə yetirilmiĢdi.
Beləliklə, 20-ci illərin əvvəllərində sovet hakimiyyəti tərəfindən
"təntənə" ilə elan ed ilən v icdan və din azadlığı iĢdə heçə endirilirdi və bu,
295
mah iyyət etibarilə, əslində, xalq ı öz mənəvi kökləri və ənənələrindən ayırmaq
cəhdindən baĢqa bir Ģey deyildi.
Lakin xalqı ö z mənəvi köklərindən ayırmaq cəhdi baĢ tutmadı.
Azərbaycan xalqı ö zünün tarixinə, mənəviyyatına bağlılığ ı sayəsində bu illərin
ağır sınağından çıxa, "ideolo ji" məngənəsindən xilas ola bildi.
Dostları ilə paylaş: |