Azerbacan dialektologiyasi-2019. indd


Dodaq ahənginin pozulma məqamları



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə54/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   50   51   52   53   54   55   56   57   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Dodaq ahənginin pozulma məqamları: 
1) Söz köklərində: buqaz, büzav, yumri (Q.), qomiş, qoyin, boğ-
də, torşi (Dər.), oxlav, qoyın, toyıx, soyıx, kösəv (Nax.), qu-
rax, yumax, çuval, umac (Qub.), dügi, kürpi, tüsdi, üti (Qb.), 
qonşi, qoruxçi, qoyün, xurcün, boyün (Ş.) və s. 
2) İsmin yönlük halında: bobiyə, hoviyə, buğdiyə, çuxiyə, yu-
murtiyə (B.) və s. 
3) İsmin təsirlik halında: bobani, sui, popaği (B.), toyği, quşi 
(Nax.), yuli “yolı”, tuyi “toyı”, quçi, tuti, küzi “quzu”, çöli, 
kürki, yüzi “üzü”, dördi (Meğ.), to:zi, quşuni, oyni, topi, bu-
zuği “buzovu” (Qb.) və s.
4) Şühudi keçmiş zamanda: qurtardi, oxudi, oldi, tutti, qoydi, 
doldi, qurdi (Təb.), duldi “doldı”, qurxdi “qorxdu”, düsdim, 
döydim, döydim (Meğ.), oxıdim, qurdim, durdim, gürdi, gül-
di, tükdi (Qb.) və s.
5) Nəqli keçmiş zamanda: qoaliyif (Qaz.), oxımişüg (B.), oy-
niyib, vurmışəm, oxımışəm (Qb.), vuruşmüşəm, oxuyüfsən, 
oxumüyüfdü (Ş.) və s.
6) İndiki zamanda: olır, donmır, oxımır, tökirix` (Nax.), qo-
yürəm, qoyürsən, qoyür, vurüyəm, vurüysən, vurüy (Ş.) və s.
7) Arzu və şərt şəkillərində: qurmiyəm, vurmiyəsən, oturseydim, 
vurseydin (Ş.)
Assimilyasiya hadisəsi şivələrdə geniş yayıülmışdır. Təsir is-
tiqamətinə görə assimilyasiyanın iki növü var: 1) İrəli assimilya-
siya; 2) Geri assimilyasiya. 
İrəli assimilyasiyada bir səs özündən sonra gələn səsə təsir 
edərək onu ya tamamilə öz məzrəcinə uyğunlaşdırır və ya başqa 
səsə çevirir. Aşağıdakı tipləri var: 


84
85
4) ç>ş: aşdı, köşdü, qaşdı, ağaşdan, turaşdan (Qaz., Tov., Muğ., 
Qub.) və s.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin