c>j təkhecalı sözlərin sonunda c>j dəyişməsi qərb və cənub
şivələrində qeydə alınmışdır: aj, gij, gej, güj (G.,Qaz.,Tov.), uj,
süzgəj, güj, gəj (Təb.), saj, taj (Ş).
q>x dəyişməsinin işlənməsinə görə şivələr iki qrupa bölünür:
1) şimal-şərq şivələrində çoxhecalı sözlərin sonunda ğ səsinə; 2)
qərb, cənub və şimal-qərb şivələrində isə x səsi üstünlük təşkil
edir: şimal- şərq şivələri: yarpağ, torpağ, qabığ, ayağ, daşdığ
(B.), sanduğ, qaşuğ, tovuğ, turpağ, uymağ, çumağ, baluğ, qa-
buğ, biçağ, yayluğ, budağ, qunağ (Qb., Dər.), halağ, baliğ, dərəğ
(Lən.) ; qərb və cənub şivələri: çubux, balıx, torpax (Qaz., Tov.,
G.), qulax, qaranlıx, qavax, qavıx, çuvux, otax, papax, yeylax
(Ş.), çanax, qolçax, başmax, sumax, yamax, çardax, alaçıx, qa-
çax, əyax, darax (Təb.) və s.
k>g keçidi şimal-şərq şivələrinin xarakterik xüsusiyyətidir.
Bu şivələrdə çoxhecalı sözlərin sonunda g səsinin tələffüzü geniş
yayılmışdır; məs.: kö:neg, işdəmeg, dögmeg, yeməg (B.), çüreg,
çiçeg, küleg, üreg, üzüg, əteg, ürüg ”hörük”, kiçig, əlceg, ipeg,
ineg, göçeg, pişig, çiyəleg (Qb.,Dər.), nəzüg, xörəg, səppəg (Yar.)
və s.
78
79
həm də dodaq ahənginə riayət olunur (Vejnəli, Bartaz, Çöndərə,
Sobu, Dərə, Kilətağ, Qollıqışlaq, Dəlləkli, Zərnəli və Havalı kənd
şivələri istisnadır): sırfa, cıyar, qıymat, tavla, xamır, qəpi, qeyiş,
qəçi, qəyin (damaq ahəngi), qoçuyu, usduyu, çömçüyü, küçüyü,
qursuydu, düzdüyüf, düşmüyüf (dodaq ahəngi) və s.
Şivələrdə damaq və dodaq ahəngi eyni səviyyədə yayılma-
mışdır. Damaq ahəngində dodaqlanan və dodaqlanmayan sait-
lətlər əhatə olunmaqla qalın və incə saitlərin bir- birini izləməsi
nəzərdə tutulur. Şivələrdə damaq ahəngi qüvvətlidir. Aşağıdakı
hallarda damaq ahənginə riayət olunur:
1) Söz köklərində: armıt, qarpız, kağaz, baravar, savın ( Qaz.,
Tov.), qara, taya, dafşan, yavşan, qaşıx, avıc, yaylıx, qəhim,
qəyiş, nəzix` (Qub.), palçuğ, qaşoğ “qaşıq” (Dər.), paxul,
ağul (Qb.), qarpuz, pambuğ (B.), yaxun, çəküş, şəkül (Nax.)
və s.
2) İsmin yiyəlik halında: baxçanun, şammanun, Badamun, şiki-
lün, çəkişün, ignənün (Muğ.), bossanun, arabanun (Nax.), sa-
cun, ağacun, papağun, çanağun, inegün, ləmpön (Qb.) və s.
3) Mənsubiyyət şəkilçilərində: bağun, aton (B.), babov, babo-
vuz, qardaşuv, atavuz, ağacum (Dər.), barmağun, qunağun,
qunağuz (Qb.), başun, başy:z, çək- mön, dədün, dişün (S.)
və s.
4) Şühudi keçmiş zamanda: alduğ, almaduğ, çıxarduğ, atduğ,
başdaduğ, suladuğ, yazdun, yazduz, tapdun, tapmaduz, ver-
düg, demədüg, getdüg (Muğ.).
5) Nəqli keçmiş zamanda: başdamışuğ, qalamısuz, sarmanmı-
şuğ, tikmişüg, gedmişüg, gəlmişüg (Muğ.) və s.
6) İndiki zamanda: qaçırux, qaçırsuz, yığırux, qazıyrux, çəki-
rüg, di:rüg, əkirüg, səpirüg, gedirsüz (S.,Şir.,Bs.) və s.
7) Qəti gələcək zamanda: saxlıyacux, saxlamıyacaxsuz, gedə-
ceysüz (S.) və s.
8) Qeyri- qəti gələcək zamanda: başdarux, yığarux, başdarsuz,
gedərüg, gedərsüz, eşidərsüz (S.) və s.
2)
Dostları ilə paylaş: |