Azerbacan dialektologiyasi-2019. indd


h>y dəyişməsi şimal-şərq şivələrinə xas olan xüsusiyyətlər- dəndir: şayid, Meyti, vəyşi, söybət, qoyum və s. Söz sonunda samitlərin keçidi



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə48/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   44   45   46   47   48   49   50   51   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

h>y dəyişməsi şimal-şərq şivələrinə xas olan xüsusiyyətlər-
dəndir: şayid, Meyti, vəyşi, söybət, qoyum və s.
Söz sonunda samitlərin keçidi
b>p keçidi əsasən cənub şivələrinə xasdır: əzap, məktup (İt.), 
katip, məhdəp, corap, hesap (Nax.), kabap, əyip “ayıb”, boşqap, 
corap (Meğ.) və s.
b>f keçidi qərb şivələrinin səciyyəvi xüsusiyyətidir, lakin 
məhdud dairədə cənub və şimal-qərb şivələrində də yayılmışdır: 
kitaf, cavaf, boşqaf, kasıf, coraf, boşqaf, qərif, məhtəf, tutuf, saralıf 
(Qaz., G., Tov., Çən.), eliyif, gedif, gəlif, kitaf (Nax.), kabaf, gülaf, 
duruf, görüf (Qub.), qutaf, qəlif, boşqaf, coraf, qərif (İm.) və s.
d>t keçidi bütün şivələrdə müxtəlif kəmiyyətdə işlənir: ut 
“od”, pulat, şabalıt, savat, bulut (Qb.), sövüt/söyüt, qanat, yurt, 
armıt, kənt/ kət, palıt, qurt, süt (Nax., Ord.) və s. 
z>s keçidi qərb şivələrində geniş yayılmışdır: tos, tas, ağıs, 
as, buğas, dənis (İt.), palas, qarpıs, uldus, xorus, atlas (Qaz.), 
palas, səggis, doqqus, Şahbus, Nərgis (Nax.), ottus, buynus, öküs, 
əlmas, ətləs (Təb.), yıldıs, aşvas (Bor.) və s. 
Söz ortasında samitlərin keçidi
b>v keçidi qərb şivələrinin əsas xüsusiyyətidir, lakin şi-
mal-qərb şivələrində də yayılmışdır: çovan, arava, bava, xavar, 
çuvux, savax, səvət, torva, lovya, baravar, zivil, xəlvir, davan, ko-
vut, qavıx (Qaz., G.,Tov.), qavax, Qurvan (Nax.), xiyavan, qavar, 
Ərdəvil, gəvə (Təb.), arava, şavalıt, kavaf, suvay, qavırqa, şərvət, 
xəlvir, şorva, səvzi (Ş.), suvay, yava, torva, qavax, Sivir (İm.) və s.
v>b keçidi şimal-şərq şivələrinə xasdır: xəlbet, qabal, heyba, 
şalbar, döbrüş “dərviş” (B.), cabab, çərçübə, febral (L.), qabal 
(Meğ.) və s. 
f>p keçidi Zaqatala və Qax şivələrində qeydə alınmışdır: qı-
pıl, səpər, həpdə, külpət (Zaq), topli “tufli” (Qb.), kəpgir (Nax.), 
kəpən (Təb.)
t>d keçidi bütün şivələrdə özünü göstərir. Bu hadisənin mey-
dana çıxması Azərbaycan dilində iki kar samitin yanaşı işlən-
məməsidir: dəsdə, xəsdə, bosdan, usda (əksər şivə.), küfdə, döh-
dür “doktor- həkim”, bosdan, dəfdər (Təb.), həfdə, taxda, yasdıx, 
asdar, gösdəriş, işdirak, ərişdə, şəfdəli ( Nax., Ord.), tüsdi, mek-
dəb, isdi (Qb.), cəfdə (B.) və s.
c>j keçidi qərb şivələrinin fərqləndirici xüsusiyyətidir: gejə, 
hajı, qoja, bajı, ojax, ajıx, balaja, gedəjəm, paja “baca”, ajı, mej-
mayı (Qaz., Tov., G.), cüjə, qujax, gejdən “səhər tezdən”, köçijih-
di, sındırjıtdı, qoymıjıx` (Ş.) və s.
y>g keçidi şimal-şərq şivələrində geniş yayılmışdır. Bu hadisə 
intervokal mövqedə və ya saitlə sonor səslər arasında meydana 
çıxır: ignə, dügi, dügün, əgri, dügmə, igdə, ləgən, igirmi (B.,Qb.), 
gügərti, digirman, çigin, dögür (Qb.), örgəşmax, yügürmax, ci-
gər (Təb.), gögərçin, əgilməg, dügə, gögəm (Yar.), ügrət, sügüd
degir- man, çigeleg, bögrək, deginmək, ogüt, hegbə, gögçək (İt.) 
və s.
Söz ortasında g və y səslərinin işlənməsinə görə şivələr üç 
qrupa bölünür: 1) şimal-şərq şivələrində söz ortasında g səsinə; 2) 
qərb şivələrində y səsinə; 3) cənub və şimal-qərb şivələrində həm 

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin