u>o keçidi şimal-şərq ləhcəsinə aiddir. Bu hadisə szün əvvə-
lində və ortasında baş verir:
sözün əvvəlində: otanmağ, omac,
ocuz (B.,Muğ., Qb.), olduz (Zaq.), odqunmax, oduzmax (Meğ.);
sözün ortasında: yort, qort, boz “buz”, doz, qoş, yon, yoxu, qoyu,
yova, qorut, çoğundur, yomurta, qotu, qozi “quzu”, armod, qo-
hom “qohum” (Dər.), qo:m (Muğ.), bordə, dornə, xormə (B.),
boğda (Ş.), borun, yo:mağ, qort (Qb.) və s.
ü>ö keçidi şivələr üçün qeyri-səciyyəvi xüsusiyyətdir: öreg,
bügörtgən (Qb.), köbrə, möhüm (Muğ.), özməx` (Çən.), sönbül,
yögür, ötü (Dər.) və s.
Qapalı saitlərin qapalı saitlərə keçidi
: Bu hadisə yarımqapalı
e səsi ilə əlaqədə baş verir:
e>i keçidi əsasən şimal- şərq şivələrinə xas olub sözün əvvə-
lində, ortasında və sonunda özünü göstərir:
sözün əvvəlində: ilçi
(Qb.), iləmax, iləsi, ilim “elm” (Ş.);
sözün ortasında: mişə, miy-
və, hiybə, ciyran, ginə, firmə “ferma”, gidmağ, hisab (Qb.), gi:m
“geyim” (B,), yimağ, gid, hiç, gicə, vir, mital, niçə (Dər.), mivə,
hiyvan, təsbih, hiş “heç”, bilit, kişmiş “keçmiş” (Təb.), iməli (Q.),
qəzit, bilit, piç, hisab, midal, təsbi “təsbeh” (L,);
sözün sonunda:
di, yi (B..Qb.), sənayi (Ş) və s.
Bu hadisə tatar, başqırd, uyğur dillərində və türk dilinin di-
alektlərində də mövcuddur; məs.: biş, it, bil “bel” (tatar), kit,
ti “de” (başqırd), bil, bişik, yi (uyğur), yirinden, biyaz, til ”tel”
(türk) və s.
i>e keçidi şivələr üçün səciyyəvi olmayıb, alınma sözlərdə
müşahidə edilir; məs.: hers, hessə, Elyas (Nax.), ergənci “iyrən-
ci” (Qub.), beysavad, həmeşə, feşəg (Muğ.), çe:lex`”çiyələk”, qe-
remet “kirəmit”, verana, kelsə “kilsə” (Ş.), e:peyla “piyalə” (B.)
və s.
70
71
, sığırцın, цəpər, цalağan, alцax (Cəb.), цənə, цox, qoцax, qılцıx
(Qk.), alцa (Zb.), qoцax, цənə (Ay.) və s.
Türk dillərində
ц- laşma hadisəsinin mənşəyi mübahisəlidir.
Tədqiqatçıların əksəriyyətinin fikrincə, Azərbaycan dili şivələ-
rində
ц-laşma vaxtilə Azərbaycan ərazisində yaşamış sabir-xəzər
tayfalarının dil xüsusiyyəti ilə bağlıdır. Azərbaycan dili şivələrin-
də
ц samitinin işlənmə arealı məhduddur. Bu qovuşuq səs ancaq
bəzi kənd şivələrində müşahidə edilir.
Dz- Cəbrayıl (Sirik kənd şivəsi), Ordubad, Zəngibasar, İsma-
yıllı (Quşəncə), Zərdab (Əlvənd və Otmanoba kənd şivələri) və
ayrım şivələrində ədəbi dildəki c səsinin, İsmayıllının Basqal,
Mücü, Xankənd şivələrində isə
g səsinin mövqeyində dilönü, qo-
vuşuq, cingiltili dz səsi çıxış edir: dzoraf, dzanavar, qodza, dzan,
badzı, badza “baca” (Zb., Ay.), dzan, Mədzit, aladzam, cələdzəm
(Cəb.), bilədzəm, gələdzəm, diədzəm (Zər.), dzəlmək, dzözəl,
dzüzgü, dzəldzəm (İs.) və s.
ž – dişarası, sürtünən cingiltili səsdir. Bu səs tələffüzünə görə
ərəb dilindəki zal səsinə uyğun gəlir. Qazax, Gədəbəy, Çənbərək,
Karvansaray şivələrində ədəbi dildəki
z və d samitlərinin mövqe-
yində işlənir: əžəli, ož un, až am (Qaz., Ağs.), öž , gəžə , dəžə, quža
(Gəd.), Sažıx, yaž, cažu “cadu”, dožax, gežir (Çən.) və s. Cəbra-
yılın Sirik kənd şivəsində bu səs
c səsinə uyğundur; məs.: ž an,
alaž am, cələžəm, Məž it, ciž (45,s.44). Dişarası ž samiti müasir
türkmən və başqırd dillərində ədəbi dil səviyyəsində işlənir.
w – qoşadodaq, kar, novlu səsdir. Bu səs Zaqatala şivəsində və
Kərkük türkmanlarının dilində müşahidə olunur: war, watan, əw,
towuq, sowuq (Zaq.), qawırma, dawşan , arwat, qawın (İt.) və s.
Nəfəsli
k, ç, t, p səsləri ayrıca fonem kimi deyil, əsas fonem-
lərin variantları kimi özünü göstərir. Bu səslərin nəfəsli tələffüz
olunmasını ilk dəfə N.İ.Aşmarın Şəki şivəsinin materialları əsa-
sında müəyyən etmişdir.Şivələrdə nəfəsli
k, ç, t, p səslərinə tək-
hecalı sözlərin sonunda müşahidə olunur: tik
h
, kök
h
, aç
h
, ot
h
, it
h
, ip
h
(əksər şivə.), çəllək, çovdar, pıç, kündə, tök, kartof (Ab.) və s.
Şivələrdə geniş yayılmış fonetik xüsusiyyətlərdən biri də sa-
Dostları ilə paylaş: |