sözün əvvəlində:
əv, əvlənməx’, əşq (Nax.,Ord.), ən, ərkeg (B.), əyni, əllər “ellər”,
əniş, ərkəc (İt.);
sözün ortasında: səvgi, həylə, pəndir, vərməx`,
çəvirməx`, dəyil, həybə (Nax., Ord.), bətər, dəgil, həyvan, həsab,
bələ, gəri (İt.), bəyin, yətim, ləş, kəçəl, bələ, dəyir (Təb.) və s.
dümdüx`, döyür, sövürdü (Təb.), şəkül, bülür, çəküş, büldür, nü-
şar (Nax.), büz, ərüg, əzgül, dəbrüş, çəltüg, təmüz, yeşüg, təndür,
dəmür, çəpüş, nərdüvan (Dər.), müşar, bübar, çarçüvə, pülləkan
(Qaz.), kəsük, çətün, kəklük, küçük “kiçik”, təndür, tələsük, şən-
nük (İt.), bübü, şümşəx`(Dm.), püşüq, cüv “cib” (Zaq., Q.);
sözün
sonunda: delü, xeylü, zəngü “üzəngi” (Dər.), büvü (Qaz.) və s.
Açıq saitlərin qapalı saitlərə keçidii:
a>ı keçidi əsasən qərb ləhcəsinə xas xüsusiyyətdir. Lakin bu
hadisə şimal- şərq və cənub şivələrində də müxtəlif kəmiyyətdə
fərqləndirici xüsusiyyət kimi çixiş edir; məs.: manıt, sımavar, cıy-
nax, bağırsıx, yıvan, yarıtmax, yıxa, mığmığı, baltıya, haravıya,
babıya (Qaz., Qar.,Çən.), dağı “daha”, saxsığan (Dər.), sırmaşıx,
yıxa, oynıyır, başlıyır, saxlıyır (Nax.) və s.
a>e keçidi şimal-şərq ləhcəsində y səsinin təsiri ilə meyda-
na çıxır. Digər şivələrdə məhdud arealda yayılmışdır;məs.: qeyiş,
qeysi, qeymağ, qeyin, qeynata, qeynana, qeyqənağ, qeyid, qeytər,
yeylağ, eyran (B.,Qb.), qeytan, qeynəmax, qeymax (Təb.), çey,
beyax, yeymə, çeylax (Ş.), beyram (Dər.), eyğır, eyran, beyrağ,
yeylağ (İm.) və s.
Bu səs keçidi bəzi türk dillərində də yayılmışdır; məs.: elma,
elmas (türk), ərex “araq”, amme “ata”(çuvaş), yeşil, belik “balıq”
(uyğur), qemmeş< qameş “camış”, pelex/belax< palax “bəla, za-
val” (qaraçay- balkar) və s.
ə>i keçidi əksər şivələrdə özünü göstərir; məs.: zincir, şikil, səv-
zi, şinnix`, yihər, meşiyə (Nax.,Ord.), ikiz, dirinnig, hiyət, şikər, imi
“əmi”, cisəd, siyahət, qəhriman, nani “nanə”, dişərgi “düşərgə”,
pəhlivan (Dər.), incil, işkil “şəkil”, yihər, ləmpiyə (Qaz.), zinzilə
“zəlzələ”, sitəlcəm, bino:şə, şikil, xiyal (Ş.), ginə, şəbəki, digirman,
çigirtgə, həyit, şəmmi “şəmbə”. işdiyir (Qb.) və s.
Bu səs keçidi qıpçaq qrupu türk dillərində geniş yayılmışdır;
məs.: kipək, tirən “dərin”, kinəşmə, kim, şikər (tatar), it “ət”, kil
“gəl”, kit “get”, ir “ər” (başqırd) və s.
ə>e keçidi şimal-şərq ləhcəsində və şimal-qərb şivələrində sö-
zün əvvəlində və ortasında yayılmışdır:
Dostları ilə paylaş: |