mitlərin dəyişməsidir. Samitlərin dəyişməsi nəticəsində karlaş-
mal-şərq şivələrində velyar ŋ səsi, demək olar ki, işlənmir, Ab-
şeron (Pirşağı) şivəsində iki sözdə müşahidə olunmuşdur: doŋz /
donquz, dəŋz / dəhənz. Bu şivələrdə ŋ səsinin mövqeyində
n, v, y
səsləri sabitləşmişdir: tüəgin, üzün “qaymaq”, barmağun (Muğ.),
hovanun, dövənün, qərdeşün, atova, atovi (B.), uğlun, qunağun,
güzüvün, qunağuva, inegivüz (Qb.), sənüy, onuy (L.); b) Şəki,
Zaqatala, Qax, Oğuz, Naxçıvan, Ordubad, Şərur və s. şivələrdə
velyar ŋ səsi çox hallarda tələffüzdən çıxaraq öz burunluq xü-
susiyyətini özündən əvvəlki və ya sonra gələn saitə verir. (Burun
saitləri bölməsində bu barədə geniş məlumat verilir.)
İkincisi, velyar ŋ səsinin işləndiyi şivələr. Buraya qərb şivələri
aiddir ki, burada velyar ŋ səsi geniş şəkildə işlənir. Qərb şivələrində
ŋ səsi həm söz köklərində, həm də şəkilçilərdə (yiyəlik hal, II şəxs
mənsubiyyət və şəxs şəkilçilərində) özünü göstərir: soŋra, təŋəx`,
daŋ, doŋ, doŋqar, qapınıŋ, aldıŋ, aldıŋız, düşərsəŋ, öŋlüx`, aŋarı,
üzüŋə, gözüŋə, (Qaz.), bəŋiz, çaŋ “duman”, maŋşır, yüŋül, gəŋəş-
məx` ”məsləhətləşmək”, eviŋiz (Bor.), geŋ, köŋül, maŋa, saŋa,
ataŋa, qoluŋa, aldıŋız, bağmansıŋız (Qub.), dəŋiz, yaŋax, soŋra,
balaŋ, əliŋ (Cəb.) və s. Velyar ŋ səsinin saxlanması halları Şəki-
nin bəzi kəndlərində (Böyük Dəhnə, Kiçik Dəhnə, Suçma, Ağaşı
Göynük, Biləcik, Baqqal), Ağdaş (Kotavan, Ağzıbir, Qaradeyin,
Pirəzə, Eymur və Qarxun kənd şivələri), Zaqatala, Oğuz rayonla-
rı və Naxçıvan qrupu şivələrində müşahidə olunur: ağlıŋa, yeriŋ,
yerıŋız, üzüŋa, elıŋ, elıŋız, yazırsıŋız, gəlcasıŋız (Ş.), qoŋax, özuŋa
(O.), sahadıη, alırsıŋız, gəlirsuŋuz (Şr.,Nax.), ci:ŋ “cicinin”, ataŋa,
anaŋa, suçusuŋuz, aldıŋ, alıfsaŋ (Ağd.) və s.
Dostları ilə paylaş: |