sözün əvvəlində: et, egri,
68
69
Samitlər və variantları
Ədəbi dildə işlənən samitlərdən əlavə, şivələrə xas olan samit
səslər də vardır. Bunlar müxtəlif şivələrdə işlənərək fonetik dia-
lekt fərqi yaradır:
қ - dilarxası, partlayan kar səsdir. Bu səsə ədəbi dildə və şi-
vələrdə əsasən alınma sözlərdə təsadüf olunur. Türk dillərinin ək-
səriyyətində milli sözlərdə işlənən
қ səsinə Azərbaycan dilində
q və x səsləri uyğun gəlir. Qərb və Təbriz şivələrində də
қ səsi
q səsinin mövqeyində özünü göstərir; məs.: қış, қıfıl, ⱪutu, ⱪuş
(Qaz., Tov.), qarışⱪa, qaşⱪa, dohⱪuz (Bor.), ⱪaraş, ⱪazma, ⱪapak,
ⱪalmaqal (Təb.) və s.
Gədəbəy, Çənbərək, Karvansaray, Dərbənd, Balakən, Zaqa-
tala və Qax şivələ- rində қ səsi k səsinə uyğun gəlir: қüçə, қol,
oқuz, yeⱪa, inaⱪ, ⱪomaⱪ, çuraⱪ (Q.,Zaq.), ⱪur “kor”, ⱪosa, ⱪüçig
“kiçik”, ⱪutan, ⱪarvan, xuraⱪ (Dər.), ⱪoma, ⱪusa “kosa”, ⱪasıb
(Qb.), saⱪqal, ayaⱪqavı, baⱪqal, tıⱪqıltı (Ş.), toⱪum “toxum”,
imⱪan, ⱪarxana (Təb.).
x`- dilortası, kar səsdir. Bu səs şimal-şərq ləhcəsi istisna ol-
maqla, bütün şivələrdə incə saitlərdən sonra işlənməkdədir; məs.:
üzüx`, biləzix`, inəx`, kipix`, günnüx`, vermişix`, söx`məx`, əzix`,
beşix`, ərix` (Qaz., G., Ağs.), kəklix`, kürəx`, çörəx`, ələx`, pişix`,
ipəx`, köynəx`, çəmənnix` (Nax.), ləx`, çəx`, çəx`mə, tix`məx`,
büx`məx`, təzəx`, qəşəx`,kəpəx`,köməx`, gödəx`(Şah.), ipex`, ilix`,
çürix`, külex`, ürex`, tüx`, töx`(Ş.) və s.
ŋ –dilarxası, sonor, cingiltili səsdir. Bu səsə velyar ŋ, sağır
ŋ da deyilir. Türk dillərinin, o cümlədən də Azərbaycan dilinin
qədim samitlərindəndir. Yazılı abidələrdə bu samit söz ortası və
söz sonu mövqelərində həm söz köklərində, həm də şəkilçilərdə
işlənmişdir. Velyar η səsinin işlənib-işlənməməsinə görə şivələr
iki qrupa bölünür:
Birincisi, velyar ŋ səsinin işlənmədiyi şivələr. Bu şivələr-
də velyar ŋ səsinin işlənməməsi iki şəkildə təzahür edir: a) şi-
i>ə keçidi Naxçıvan və Muğan şivələri üçün xarakterikdir.
Sözün əvvəlində və sonunda qeydə alınsa da söz otrasında geniş
yayılmışdır; çəşmə, ənnab, həməşə/ əmməşə, bəna (Nax.), Çən-
giz, nərdəfan, qəbrəsannığ, Biləcərə (Muğ.), xərtdəx`, çərmələn,
həmən, müharəbə, qəpəx` (Çən.) və s
Dostları ilə paylaş: |