Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə49/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   45   46   47   48   49   50   51   52   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

g, həm də y səsləri üstünlük təşkil edir. 


76
77
k> x` keçidi qərb, cənub şivələri üçün səciyyəvidir. Şi-
mal-qərb şivələrində də söz sonunda 
'
x
səsi geniş yayılmışdır; 
məs.: itix`, kəpənəx`, ələx`, dürməx`, təpix` (Çən.), köx`, kürəx`, 
kiççix`, dindix` “dimdik”, biləzix`(Meğ.), çörəx`, əysix`, pətəx`, 
gədix` (Qaz., Tov.) və s.
k >y keçidi. Bütün şivə qruplarında az və ya çox dərəcədə 
söz sonunda y səsinə rast gəlinir: çörəy, beşiy, gedəy (Yar.), erkəy, 
əriy, yedəy (Cul.), üzüy, gödəy, pissiy, dəlləy, ürəy, kürəy (Şr.), 
kəkliy, çökəy, üziy, köynəy, inəy, biləy (L.), çökəy, kəpəy, əlcəy, 
inəy, yeməy, diləy (İm.) və s. 
Fonetik hadisə və qanunlar
Ahəng qanunu. Şivələrdə ahəng qanunu ədəbi dilə nisbətən 
bir o qədər də möhkəm deyildir. Ayrı-ayrı şivələrdə ahəng qanu-
nuna eyni dərəcədə riayət olunmur. Saitlər ahənginin saxlanması 
və pozulması baxımından şivələr iki qrupa bölünür: 
1) 
Ahəng qanununa riayət olunan şivələr. Bu qrupa Qa-
zax, Qarabağ, Gəncə və Şərur şivələri daxildir. Qazax və Qarabağ 
şivələrində dodaq ahəngi də ədəbi dilimizə nisbətən inkişaf et-
mişdir. Ədəbi dildə damaq ahənginə əsasən iki variantda işlənən 
şəkilçilərin Qazax və Qarabağ şivələrində dodaq variantları da 
özünü göstərir. Qazax və Borçalı şivələrində şəkilçilərin açıq, 
dodaqlanan variantları, Qarabağ şivələrində isə qapalı, dodaqla-
nan variantları inkişaf etmişdir: olor, oynor, otdor, doldoror, ötör, 
görör, köçmör, vuror, düşör, üzör (Qaz., Tov.,Bor.), görüydü, gö-
rüy- müş, duruydu, duruymuş, qorusuydu, qorusuymuş, qoşusuy-
du, qoşusuymuş (Cəb.), üzdüyür, duzduyur, düzdüyür, durmuyuf, 
qurmuyuf (Qub.). Qərb şivələrinin əksəriyyətində dilarxası, do-
daqlanmayan saitlərin ardıcıllığı gözlənilir: ışıx, ılxı, ıldırım, ılıx, 
bıldır, bıldırçın, armıt, qarpız, kağaz, baravar (Qaz., Qar., G.), 
hayat, kanar, şahad, sutun (Şr.) və s. 
Bu səs keçidi qaqauz dilində də söz sonunda özünü göstər-
məkdədir; məs.: kıs, otus, denis və s. 
c>ş keçidi qərb və şimal-qərb şivələrində geniş dairədə işlən-
məkdədir: saş, ağaş, qazaş, Oruş, çəkiş, qılış, turaş, ülküş (Qaz., 
Tov.), süzgəş, qarağaş, möhdaş, öyəş, umaş (Ş.), kərpiş, ağaş, eh-
tiyaş, ouş “ovuc”, qazaş, oruş, umaş (Təb.), kərpiş, qılış, çəküş, 
xəş, nadiş, turaş, avış “ovuc”, dilmaş (Şr.) və s.
ç>ş. Təkhecalı sözlərin sonunda ç>ş keçidi qərb şivələrinin 
xarakterik xüsusiyyətidir, qismən də Şərur və Şahbuz şivələrin-
də müşahidə olunur: köş, üş, uş, aş(Qaz., 
Tov.), qoş, qış “qıç”, öş “ölç”, qoş (Təb.) və s.
Bu səs keçidinin geniş yayılmasının səbəbi digər türk dilləri 
ilə müqayisədə aydınlaşır. Azərbaycan ədəbi dilindəki ç samitinə 
qıpçaq tipli türk dillərində ş samiti uyğun gəlir; məs.: köqerşin, 
köşe (qazax), avşı, aş, saş (Qaraqalpaq) və s.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin