Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə124/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   120   121   122   123   124   125   126   127   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

-ir
4
. İndiki zaman şivələrdə əsasən- ır şəkilçisi ilə ifadə olunur. 
Şivələrin əksəriyyətində -ır
4
şəkilçisi dörd variantda, şimal-şərq 
ləhcəsində isə iki varintda (-ır, -ir), Zərdab (Əlvənd kənd şivəsi) 
şivəsində bir variantda (-ur) işlənir. İndiki zaman feillərinə mü-
vafiq şəxs şəkilçiləri əlavə etdikdə ədəbi dildən fərqli cəhətlər 
meydana çıxır. 
Gəncə, Şuşa, Göygöl, Sabirabad, Salyan, Göyçay, Cəbrayıl, 
Qəbələ və b. şivələrdə birinci şəxs tək və cəmdə 
l samiti, Şamaxı 
şivəsində isə həm 
l, həm də n samitləri ilə bitən feillərdə assi-
milyasiya nəticəsində zaman şəkilçisi 
l və n samitlərindən ibarət 
-mış,-ıp, Həmədan və Sofyan şivələrində - ıd,- ıddı formaları ilə 
ifadə olunur; məs.: alıp, yığıp, itip, tapıp (Təb.), ayılıt, düşüt, gör-
müyüt, yatıtdı, oturutdu, yeditdi(Sal.), almış/alıb/ alıt (U.), çəkid, 
acid, veriddi (Həm.) və s.
Üçüncü şəxsdə - ıt şəkilçisi Azərbaycan dilinin Şəki, Quba, 
Dərbənd, Zaqata- la, Oğuz, Salmas və Urmiya şivələrində - dı 
(r) şəkilçisi ilə birlikdə işlənir; məs.: yazıtdı, oxiyitdi (Ş.), gəlitdi, 
dəgitdi, düşütdi (Q.), geditdi, oxuyutdu ( Zaq.) və s. Bu şəkilçinin 
mənşəyi ilə bağlı müxtəlif fikirlər vardır. R.Rüstəmov və M.İsla-
mova görə, bu forma assimilyasiya nəticəsində meydana çıxmış-
dır, yəni xəbərlik şəkilçisindəki d səsi özündən əvvəlki zaman şə-
kilçisindəki b və f səslərinə təsir etmiş, həmin səsləri özünə yaxın 
məxrəcdən çıxmağa, t səsinə keçməyə məcbur etmişdir: alıtdı~a-
lıfdı, gəlitdi~ gəlibdi (84,s.210; 61,s.150). E.Əzizov da bu şəkil-
çinin mənşəyindən bəhs edərək dialektlərdə işlənməsini qədim 
xəzər dilinin təsiri ilə əlaqələndirir (40,s.170-171). B.A.Gökdağ 
isə - ıt formasının tarixi inkişafının ıp turur~ ıp tur~ ıptı ~ ıpdı ~ 
ıtdı ~ ıt istiqamətində baş verməsini göstərir ( 208,s.91).

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin