Feilin şəkilləri
Şivələrimizdə ən çox işlənən əmr, xəbər, arzu, şərt və bacarıq
(bəzən bu şəkil ayrı verilir) şəkilləridir. Feilin bacarıq şəkli ədəbi
dildə olduğu kimi, şivələrdə də -a, -ə feili bağlama şəkilçisi ilə
bilmək köməkçi feilinin vasitəsilə əmələ gəlir; məs.: ala bilmək,
kəsə bilmək, danışa bilmək və s. Bacarıq şəklinin inkarının işlə-
nilməsinə görə şivələr 3 qrupa bölünür:
1) Bilmə ilə yanaşı olaraq, - mma, -mmə şəkilçisi ilə ifadə olu-
nanlar; məs.: yaza bilmədi// yazammadı// yazəmmədi, gələ bilmir
// gələmmir və s. Bu qrupa şimal-şərq ləhcəsi, Şəki, Zaqatala və
Qах şivələri daxildir.
2) Qarabağ, Qazax, Gəncə, Naxcıvan, Ordubad, Təbriz və
İrəvan şivələrində yalnız -mma, -mmə formaları işlənir; məs.: ya-
zammadı// yazımmıyıf// yazammaz// yazammer, gələmmiyəjə x‘
və s.
3) Qarabağ, Bakı, Sabirabad, və İrəvanın bəzi şivələrində -e:
lmə, ə: lmə –ilmə formalarına təsadüf olunur; məs.: yaze:lmədi,
gəle:lmədi, yazailmir və s. (89, s.188).
Əmr şəkli
Əmr şəkli şivələrdə şəxs şəkilçilərinin vasitəsilə əmələ gəlir.
Birinci şəxsin təki əksər şivələrdə dördvariantlı -ım
4
, şimal-şərq
ləhcəsində ikivariantlı -ım, -im, Qazax, Ağcabədi (Qaradolaq,
Şərəfxanlı kənd şivələri), Amasiya (Quzukənd, Balıq- lı, El-
lərkənd və Göllü kənd şivələri) şivələrində -em, -om, -öm, İraq-
türkman ləhcəsində -ayım, - əyim şəkilçisi ilə ifadə olunur; məs.:
alım, gəlim, qurum, görüm (əksər şivə.), alem, qurom, tüşöm, bö-
löm, burom (Qaz.), alem, pozom, göröm, toxo:m (Ağc.), bilem,
222
223
Bor.), alın, gedin, oturun, görün (Göy.), qalın, yeyin, qoyun, dö-
yün (Şr.), açın, gətirin, soruşun (İt.) və s.
2)Bakı, Şamaxı, Quba, Muğan, Lənkəran və Qobustan şivələ-
rində ikivariantlı –un, -ün, -uz, -üz, Təbriz və Dərbənd şivələrində
-un,-ün şəkilçiləri üstünlük təşkil edir; məs.: yapışun, danışun,
yığışun, gedün (Təb.), gedün, bilün, qaçun, yazun, gedüz, bilüz,
qaçuz (Muğ.), baxuz, verüz, saxlıyuz, işdiyüz (Cəl.), alun, durun,
gidün, yiyün, vərün (D.), qozi:yün, aparun, gedüz, baxuz (Lən.)
və s.
İraq- türkman ləhcəsində II şəxsin cəmini bildirmək üçün
dördvariantlı- vın, Dmanisi şivəsində - ıŋ və -ginən şəkilçisindən
də istifadə olunur. - vın şəkilçisi daha çox saitlə bitən feillərdə və
əmr şəklinin inkarında müşahidə olunur; məs.: doğravın, yüklə-
vün, bağlamavun, yatmavun, çağırmavun (59a, s.184), qaldırıŋ-
ginən, deyiŋ- ginən, qaldırmıyıŋ ginən, deyimiyiŋ ginən (Dm.) və s.
III şəxsin təki qərb ləhcəsində, Naxcıvan, Təbriz, Şəki, Zaqa-
tala, Quba və Qax şivələrində – sın
4
, şimal-şərq ləhcəsində (Quba
şivəsi istisna olmaqla) –sun, -sün, forması ilə ifadə olunur. Cəm-
də isə həmin şəkilçiyə əksər şivələrdə -lar/nar,- lər/ nər, Təbriz
və Dərbənd (Arkit, Muğartı və Səlik kənd şivələri) şivələrində
isə -la/ na,-lə/nə forması əlavə olunur; məs.: alsın, görüşsün, get-
sinnə, dağıtsınna (Təb.), aşsın/aşşın, görsün, səfsinnər, qoşsun-
nar (Qaz.,Bor.), alsun, baxsun, disün, gözdəməsün (Muğ.), alsun,
baxsun, vırsun, bilsün (Cəl.), vursun, tuxusun, disün, düşsün,
gəlsünnər, işləsünlər, uxusunla, gəlsünlə (D.), pişirsün, yığsun,
köməkləşsünlər (Lən.) və s.
Dostları ilə paylaş: |