Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə118/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   114   115   116   117   118   119   120   121   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Təyini əvəzliklər 
Son dövrlərə qədər Azərbaycan dilçiliyində mənsubiyyət 
şəkilçili öz əvəzliyi qayıdış əvəzliyi adlandırılırdı. Hazırda bir 
sıra alimlər bu əvəzliyi təyini əvəzlik kimi səciyyələndirir. Ək-
sər şivələrdə bu əvəzlik və onun mənsubiyyət şəkilçili formaları 
özüm, özün, özü/özi; Quba şivəsində isə üzüm, üzün, üziCəb-
rayılın Qaracallı kənd şivəsində özuğun, özuğa, özuğu, həmin 


218
219
“nə qədər” (Muğ.), nəvəs ”necə” ( Daş.), nöhün “nə” (S.), nöş, 
nüş, nöşün, nüşün (şimal- şərq), nəhəl “necə” (Q.), nezar (Zən.), 
hancarı/ həncəri, nöynüz “nə əcəb” (Qaz.), nətə:r/ nətəvir, nə-
ciyəz, nəmənə, nəmənəciyəz (Cəb.) və s. formalar da yayılmışdır. 
Qazağın Aşırlı kənd şivəsində nancarı “necə, nə cür” əvəzliyi 
işləkdir (142,s. 10).
Dialektlərdə ha sual əvəzliyi «nə, hansı» mənalarinda sabit-
ləşmişdir; məs.: Ha tərəfə gedirsən? (Ş.). Ha əvəzliyi bir sıra 
sual əvəzliklərinin yaranmasında əsas olmuşdur: ha:y “nə”, haŋa 
“hanı” (Qaz.), haçağ/haçan, haçax, havax, hağal (Q.), hancarı/
hanjarı “ hara, necə, nə üçün, niyə”, havax, haysı (Cəb.) və s.
Feil
Feillər lüğət tərkibinin zənginliyi və qrammatik xüsusiyyət-
lərinin çoxluğu ilə digər nitq hissələrindən fərqlənir. Feillərin 
əksəriyyəti ədəbi dildə işlənsə də, bir qrup feillər yalnız şivələ-
rin leksikasına xasdır; məsələn: zirzələməx` (Dm.) «bağlamaq», 
zoğallamax (Şş.), «boş-boş danışmaq», iyəşməx` (Tov.), «sözləş-
mək», im- rəmməx` (Qaz.) «alçaqdan mələmək», kəlimək (Cəb.) 
«kürümək», korşalmax (Qaz.) «kütləşmək», küpləməx` (G.) 
«döymək», gənəşməx` (Qb., G., B.) «məsləhətləşmək» və s. Şi-
vələrdə işlək olan bəzi feillər digər türk dilləri ilə oxşarlıq təşkil 
edir; məs: almanlamax (Qb., G.) «bir şeyi alıb yemək, adamı al-
tına almaq» sözü türkmən dilində, dızıxmağ (B.) «qaçmaq» sözü 
müasir türk və Tuva dillərində, dabrımağ «qaçmaq» (S.) sözü 
türkmən dilində, yığlamax «ağlamaq» (Q.) sözü özbək dilində, 
oxranmax «kişnəmək» (Qaz.) türkmən və qırğız dillərində də iş-
lənməkdədir. 
Ədəbi dildə olduğu kimi, şivələrdə də hərəkətin icra olu-
nub-olmamasına görə feillər iki qrupa bölünür: 1) təsdiq, 2) inkar. 
İnkar feillər əsasən -m, -ma, -mə şəkilçisi ilə ifadə olunur. Şi-
vələrdə sonu -səsi ilə bitən feillərdən sonra şəkilcisinin -ba, -bə, 
mürəkkəb quruluşludur; bir qismi iki və ya üç əvəzliyin birləş-
məsindən, yaxud da əvəzliklə başqa sözlərin (isim, qoşma) bir-
ləşməsindən əmələ gəlmişdir. Mürəkkəb və düzəltmə quruluşlu 
sual əvəzlikləri əsasən na/ne/nə, ha köklərindən yaranmışdır. 
Hazırda sual əvəzlikləri şivələrdə fərq- li tələffüz variantlarında 
yayılmışdır: 
Kim/ çim. Şivələrin əksəriyyətində bu əvəzlik kim, Нахчыван, 
Ordubad və Şəki şivələrində çim şəklində sabitləşmişdir; məs.:-
Çim nə isdiyir disin (Ş.) və s. Şivərimizdə kim/çim əvəzliyi hal-
lanır və cəm şəkilçisi qəbul edir: çim, çimin, çimə, çimi, çimdə, 
çimnən, çimlər/ çimnər.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin