Azerbacan dialektologiyasi-2019. indd



Yüklə 1,67 Mb.
Pdf görüntüsü
səhifə116/202
tarix27.06.2023
ölçüsü1,67 Mb.
#135403
1   ...   112   113   114   115   116   117   118   119   ...   202
Azerbacan DIALEKTOLOGIYASI-2019-352-07.02.2019

Əvəzlik 
Azərbaycan dili şivələrində əvəzliklər müxtəlif formalarda iş-
lənməkdədir. Burada həm oğuz, həm də qıpçaq qrupu türk dilləri 
üçün səciyyəvi olan forma və xüsusiyyətlər qorunub saxlanmışdır.
Şəxs əvəzlikləri 
Şivələrin əksəriyyətində şəxs əvəzlikləri ədəbi dil formasın-
da yayılmışdır. Bəzi şivələrdə fərqli formalara rast gəlinir. I və 
II şəxslərin təki şivələrdə mən, sən ( əksər şivə.), men, sen (Q., 
Qb.), bən (Saatlının Ağarəhimli kənd şivəsi), man, san (Zən., F., 
Ord.) şəklində qeydə alınmışdır. Bu formalara (men, sen, bən) 
qədim türk yazılı abidələrində də rast gəlinir. Men, sen əvəzliklə-
ri müasir Altay, qazax, Qaraqalpaq, qırğız, qumuq, noqay, Tuva, 
türkmən, özbək, şor dillərində, ben əvəzliyi isə türk və qaqauz 
dillərində ədəbi dil norması kimi sabitləşmişdir.
Əksər şivələrdə I və II şəxs əvəzliklərinin cəmində əsasən ədə-
bi dil formaları işlənsə də qismən fərqli cəhətlər məhdud arealda 
səciyyəvilik təşkil edir. Bəzi şivələrdə II və III şəxs əvəzlikləri 
fərqli şəkildə tələffüz olunur: büz ( Dər., Tab.), süz (şimal- şərq), 
suz (İs.), (B., Qb., B.Qk.), hо // hu (Zaq., Q.), оlar (şimal- qərb, 
qərb, Ş., Nax., Ab.)/ ular (Qb., Ab.)/ holar (Zaq., Q.)/ оllаr (Qar.)/ 
onnar (Qar., Nax., Zaq., Q.)/onnar/ olor (Qaz.). 
O əvəzliyinin u şəklində işlənməsinə sadəcə səs əvəzlənməsi 
kimi yanaşmaq doğru olmazdı. Üçüncü şəxs əvəzliyinin u forması 
başqa türk dillərində - müasir özbək və uyğur dillərində, eləcə də 
özbək dilinin dialektlərində də işlənir. Türkoloqlar A.N. Kononov 
və M.İslamov u~ul formasını əvəzliyin arxaik şəkli hesab edirlər.
Şivələrdə üçüncü şəxs əvəzliyinin ollar forması türk dil-
lərinə xas qədim xüsusiyyətin izidir. Belə ki Orxon- Yenisey 


216
217
rayonun Daşkəsən və Süleymanlı kənd şivələrində isə özüyün, 
özüyə, özüyü şəkillərində işlənməkdədir. Bəzi şivələrdə isə onun 
vəzifəsini gəndi (Ş.) // kəndi (Qaz.,İt., S., Çən.), bilə (Təb., Zən., 
Meğ., İt.), men-mağa, sen-sağa (Q.) formaları yerinə yetirir. Kən-
di əvəzliyi Qazax şivəsində müs- təqil əvəzlik kimi deyil, özkən-
dinə, kəndibaşına, kəndi- kəndinə şəklində qorunub saxlanmışdır; 
məs.:- Kəndi- kəndinə iş görər;- Özkəndinə sürüf gedif maşını və 
s. (142,s.10). Gəndi sözü öz sözü ilə yanaşı, Kitabi Dədə Qorqud 
abidəsindən başlamış XX yüzilliyin əvvəllərinə qədər ədəbi dili-
mizdə işlənmişdir. Bu sözə M.Kaşğarinin “Divanı”nda da kendü 
şəklində rast gəlmək mümkündür. Hazırda kəndi əvəzliyi müasir 
türk ədəbi dilində saxlanmışdır.

Yüklə 1,67 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin